20 noy 11:45yigma

Müqavimətsiz təslim oldular...


AÇ-2020-nin seçmə oyunu
E qrupu
225. Azərbaycan – Uels 0:2 (0:2)
12. Emil Balayev
2. Qara Qarayev (k)
3. Şəhriyar Rəhimov
4. Bəhlul Mustafazadə
6. Bədavi Hüseynov
7. Araz Abdullayev
(10. Ağabala Ramazanov, 64)
11. Ramil Şeydayev
13. Dmitri Nazarov
(22. Cavid Hüseynov, 82)
18. Anton Krivotsyuk
(19. Təmkin Xəlilzadə, 46)
20. Riçard Almeyda
21. Pavel Paşayev
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
23. Mehdi Cənnətov
8. Emin Mahmudov
9. Vüsal İsgəndərli
14. Elvin Camalov
15. Şəhriyar Əliyev
16. Abbas Hüseynov
17. Renat Dadaşov
Baş məşqçi: Nikola Yurçeviç

1. Ueyn Hennessi
4. Ben Devis
5. Kris Mefam
7. Harri Uilson
11. Qaret Beyl (k)
(10. Aaron Remzi, 60)
13. Kiffer Mur
14. Konnor Roberts
15. İtan Ampadu
(23. Uill Volks, 88)
16. Tom Lokyer
18. Co Morrell
20. Daniel Ceyms
(22. Rabbi Matondo, 82)
Ehtiyat oyunçular
12. Adam Devis
21. Tom Kinq
2. Kris Qanter
3. Ceyms Lourens
6. Eşli Uilyams
8. Mettyu Smit
9. Sem Vouks
17. Dilan Levit
19. Tayler Roberts
Baş məşqçi: Rayan Giqqz
10 (2) qapıya (“çərçivə”yə) zərbə 20 (9)
8 qayda pozuntusu 16
4 vərəqə (qırmızı) 4
11 korner 5
3 ofsayd 0
Qollar: K.Mur, 10 (0:1). H.Uilson, 34 (0:2).
Vərəqələr: E.Ampadu, 15. D.Nazarov, 40. R.Şeydayev, 68. C.Morrell, 81. Ş.Rəhimov, 89. C.Hüseynov, 89. K.Roberts, 89. R.Matondo, 90+5 –sarı.
Hakimlər: DƏNİZ AYTƏKİN, Eduard Beytinger, Rafael Foltin, Kristian Dingert (hamısı Almaniya).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Mark Bos (Hollandiya).
16 noyabr. Bakı. Bakcell Arena. 8622 tamaşaçı (10260 yerlik).
Nikola Yurçeviçin rəhbərlik etdiyi milli AÇ-2020-nin qrup mərhələsi çərçivəsində şənbə günü doğma azarkeşlər önündə sonuncu oyununu keçirirdi. Yığma cari seçmə mərhələdə hər nə qədər zəif təsir bağışlasa da, azarkeşlərdə, futbol ictimaiyyətində az da olsa, ümid var idi ki, heç olmasa, Uelslə matçda futbolçularımız bizi sevindirəcək, nəhayət, “doğma divarlar” amilindən yararlanıb qələbə qazanacağıq. Ancaq ölkənin əsas komandası yenə ənənəsinə sadiq qalaraq hamıya məyusluq yaşatdı. Milliyə inananların ümidi artıq 10-cu dəqiqədə “suya düşdü”. Uilsonun künc zərbəsindən cərimə meydançasına asmasını müdafiəçilərin, daha dəqiq desək, Mustafazadənin gözündən yayınan Mur başla dəqiq qapadı. Paşayev hər nə qədər çalışsa da, 1,96 m boya malik forvardın fərqlənməsinin qarşısını ala bilmədi. Qapısında erkən qol görən millimiz tarazlığı bərpa etmək üçün bir qədər hərəkətliliyi artırsa da, gücü yalnız rəqibin cərtimə meydançasına yaxınlaşmağa çatırdı. Bundan sonra ya ötürmələr ünvanına çatmırdı, ya da futbolçularımızın ustalıq səviyyəsi aşağı olduğundan rəqib müdafiəçilər çətinlik çəkmədən məntiqsiz hücumların qarşısını alırdılar. Belədə ümid yalnız uzaqdan zərbələrə qalırdı. Ancaq bu da alınmırdı. 25-ci dəqiqədə Qaranın zərbəsini xüsusi qeyd etmək olar ki, onda da top qapının üstündən keçdi. “Qırmızı əhdahalar”ın hər həmləsindən sonra isə qapımız önündə təhlükəli vəziyyət yaranırdı. 34-cü dəqiqədə tribunalarda yer alan 1200-dən çox uesli azarkeş növbəti dəfə qol sevinci yaşadı. Uilson qapı çatına dəyiq qayıdan topu boş qapıya göndərməkdə çətinlik çəkmədi. Əslində qoldan 4 dəqiqə əvvəl Mur adını tabloya yazdıra bilərdi. Ancaq Balayev ayaqları ilə inamlı oynayıb uelsli futbolçunun sevinməsinə imkan verməmişdi. Hissənin sonuna 5 dəqiqə qalmış Nazarovun zərbəsindən sonra top cərimə meydançasında rəqib müdafiəçinin əlinə dəysə də, nədənsə baş hakim penalti qərarı vermədi. Halbuki müdafiəçinin əllə oynadığı açıq-aydın görünürdü.
Fasilədən sonra qonaqlar tempi aşağı salıb bir qədər sakit oynamağa üstünlük verdilər. Buna baxmayaraq, milli yenə öxünəxas üslubla - yersiz ötürmələr, meydanın mərkəzini gec keçmək, çox sayda top itkiləri ilə yadda qaldı ki, bu da rəqibə ürəyi istəyən kimi oynamağa imkan verirdi. İlk yarıda iki top vurmaqla Uels əsas məqsədinə çatmışdı və bu üzdən Giqqz və yetirmələrinin qarşıdakı Macarıstanla vacib oyunu düşünərək “az qan”la Bakını tərk etmək niyyəti oyunun gedişindən bəlli idi. 70-ci dəqiqədən sonra isə meydan sahiblərinin də fiziki cəhətdən “oturduğu” göz önündə idi. Beləliklə, yığma öz meydanında 2019-un son rəsmi matçında da miskin, mənasız oyunla azarkeşləri üzdü.
RƏŞAD

Reaksiyalar
Bəhlul Mustafazadə: “Gözlədiyimiz kimi, oyun çətin keçdi. Rəqib qrupdan çıxmaq uğrunda mübarizə aparır. Oyunun əvvəlində qol buraxdıq. Təəssüflər olsun ki, toparlana bilmədik. Sonradan 2-ci topu vurdular. Nəticədə uduzduq. Təəssüf ki, sonuncu ev oyunumuzda azarkeşlərimizi sevindirə bilmədik. Ümid edirəm ki, gələcəkdə bunu bacararıq. Rəqibin keyfiyyəti hamıya bəllidi. Bundan başqa, 2-ci qoldan sonra bəlkə də inamsızlıq yarandı. Geridönüş edə bilmədik. Xaricdən gələcək təklifi qəbul edərəm. "Sanderlend" variantına gəlincə, klub olaraq, konkret ad çəkə bilmərəm. Mənə nəsə deyilməyib, rəsmi təklif olmayıb. Amma inkişaf etmək üçün mütləq ölkədən kənara çıxmaq lazımdı. Bunun fərqindəyəm. Belə bir şans olsa, mütləq dəyərləndirəcəm. Ola bilər ki, evdə nəticə qazanmaq istəyirik. Səfərdə isə bir qədər rahat oluruq. Penalti təyin olunsaydı, hər şey fərqli ola bilərdi. Qaranın sözünə qatılıram. Hesabı 2:1 etdikdən sonra geridönüş də mümkün idi. Bu gün Uels azarkeşləri bizim fanatlardan daha çox idi ki, bu da britaniyalıların genetikasındadı. Bizdən fərqli azarkeş mentallığı var. Normaldı. Çünki çempionatları, mədəniyyətləri bizdən fərqlidi. Bizdə futbola o qədər maraq yoxdu. Onlarda isə əksinədi. Slovakiya ilə matçda xal ehtiyatımızı artırmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümüz də 1 xaldan narazıyıq. Ancaq onu da nəzərə almaq lazımdı ki, qrupumuzdakı komandalar bizdən güclüdü. Sona qədər vuruşacağıq. Slovakiya ilə oyunun bundan daha çətin olacağını düşünürəm. Keyfiyyət baxımından Xorvatiyadan sonra qrupda ikinci komandadı. Çətin olacağını bilirik. Yenə də mübarizə aparıb, xal qazançağa çalışacağıq”.
Ramil Şeydayev: "Çətin oyun oldu. Komandada nəsə alınmadı, uduzduq. Bu gün pis oynadıq. Hücumda bəzi epizodlarda dəqiqlik, qol çatışmadı. Bir sözlə, oyunumuz alınmadı. Uelsdən çəkinmədik. Belə bir şey yoxdu. Hamımız sonadək vuruşduq. Sadəcə, kimdəsə daha çox səhv oldu. Mən özüm də xeyli səhvə yol verdim. Amma rəqibdən çəkinmirdik. Ümid edirəm ki, səfərdə Slovakiyanı məğlub edərik. Qələbə qazanmağa çalışacağıq. Başqa məqsədimiz yoxdu. Bugünkü oyunumuzu təhlil edib, qarşıdakı matçda yaxşı mübarizə apara bilərik. Rəqib haqda bu dəqiqə nəsə deyə bilmərəm. Oyunlarına baxıb, məlumat toplamaq lazımdı".
Ben Devis: “Komanda olaraq, Azərbaycan rəqiblərə çətinlik yarada bilir. Düşünürəm ki, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər. Bu gün şanslı idik. 3 gün sonra bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq. Yaxşı oyunçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin oyununu xüsusi qeyd edərdim. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətin idi. Çətin oyun oldu. Bizə problem yarada bildilər. Bizim möhtəşəm azarkeşlərimiz var. Onlar səyahət etməyi sevirlər. Oyunçularla birlikdə Bakıya gəldilər. Azarkeşlərimiz fərqli mədəniyyətlər görməyi və bundan həzz almağı çox sevirlər. Onların bizə dəstək olması gözəl hissdi”.
Qara Qarayev: “Əlimizdən gələni etdik, xal qazanmaq istəyirdik. Ən azı 1 xal bizim üçün yaxşı nəticə olardı. Oyuna da pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi bir az geri saldı. Buna baxmayaraq, ilk yarı bizim üçün çox yaxşı alındı. Əks-hücumlara çıxa bildik. Hətta 100 faizlik penalti epizodumuz oldu. Onu da hakim vermədi. İkinci qolu buraxmağımız və ilk hissənin bu hesabla bitməsi motivasiyamızı aşağı saldı. İkinci yarıya 1 top fərqi ilə başlasaydıq, bəlkə də hər şey fərqli olardı. Düşünürəm ki, birinci hissədə lazımı qədər yaxşı oynadıq. Əks-hücumlara çıxdıq, rəqibin cərimə meydançası ətrafında təhlükəli vəziyyətlər yaratdıq. İkinci hissə ilə bağlı sizinlə razıyam. Ön xətdə fəal ola bilmədik. Kardiffdə geri düşdükdən sonra hesabı bərabərləşdirə bildik. Burda isə ilk hissədən sonra 2 top fərqi ilə geridə idik. Bu, planları pozdu. Əvvəlki oyunlarda da hesab arasında fərq az olanda daha mübariz oynayırdıq. 2-ci topdan sonra isə komanda hardasa ruhdan düşür. Bəhanə gətirmək istəmirəm. İkinci hissədə yorğunluq da var idi. Rəqib topla daha çox oynayıb, bizi yordu. VAR sistemi olsaydı, bu gün 1 yox, ən azı 2 xalımız olardı. Son 25 ildə bundan güclü qrupda olmamışıq. Mən həmişə yığmamızın İspaniya ilə müqayisə olunmasını istəmişəm. Sizin hansı ölkə ilə müqayisə apardığınızı bilmirəm. İndiki dönəm futbolçular üçün çox çətindi. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir”.
Aaron Remzi: “Dünya çempionatındakı məyusluqdan sonra yenidən böyük turnir həyəcanı yaşamaq istəyirik. O dönəmdən bəri çox şey dəyişib. Son Avropa çempionatlarında yaxşı vaxt keçirmişik. Yenidən bu həyəcanı yaşamaq istəyirik. Komandada yeni simalar var ki, onlar həmin təcrübəni yaşamayıblar. Həmin gənclər üçün final mərhələsi önəmli olar. Avropa çempionatına vəsiqə yolunda Azərbaycanla matç çox vacib idi. Azərbaycan kimi ölkələrə səfərdə qalib gəlmək həmişə çətin olur. Xorvatiya Bakıya getdi və büdrədi. Bu üzdən Bakı səfərində əldə edilən qələbə çox vacib idi”.
Kiffer Mur: “Qol vurduğuma görə, təbii ki, çox şadam. Ümid edirəm ki, bundan sonra da yığmada qollarımı sıralamaqda davam edəcəm. Azərbaycan üzərində qazandığımız qələbənin böyük qiyməti var. Bakıda xal itirsəydik, sonuncu tur bizim üçün əhəmiyyətsiz olacaqdı. İndi biz Macarıstanla həyati əhəmiyyət daşıyan qarşılaşma gözləyir. Hər şey edəcəyik ki, məqsədimizə çataq”.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar