Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
15 noy 13:03yigma

Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır


Oyunu Dəniz Aytəkin idarə edəcək
Milli komandamız noyabrın 16-sı, saat 21.00-da “Bakcell Arena”da AÇ-2020-nin semə mərhələsi çərçivəsində Uelslə qarşılaşacaq. Oyundan bir gün öncə isə baş məşqçilərin mətbuat konfransı və komandaların açıq məşqi baş tutacaq. Rayan Giqqz saat 14.30-da jurnalistlər önünə çıxacaq. Qonaqların ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi isə 15.00-da başlayacaq. Nikola Yurçeviç 19.00-dan etibarən sualları cavablayacaq. Millimizin açıq məşqi 19.30-da başlayacaq.
UEFA dünən Azərbaycan - Uels matçının hakim təyinatlarını açıqladı. Qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edəcək. Tanınmış türk əsilli FİFA referisi Dəniz Aytəkinə Eduard Beytinger, Rafael Foltin və Kristian Dingert yardımçı olacaqlar. Oyunun hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi niderlandlı Mark Bosdu. Bu, Aytəkinin təmsilçilərimizin görüşünə ilk təyinatı deyil. Belə ki, o, 2017-ci il oktyabrın 31-də Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində Madriddə "Atletiko"yla 1:1 hesabıyla nəticələnən görüşünü idarə edib. O, həmin qarşılaşmada hər komandadan bir futbolçuya qırmızı vərəqə göstərib ki, "Qarabağ"dan Pedro Enrike meydandan qovulub. Rəşad Sadıqovla Yakub Jezniçaka isə sarı vərəqə göstərib.
“Real”ın xeyli müddətdi zədədən əziyyət çəkən futbolçusu Qaret Beylin Uels millisinə dəvət aldığını xəbər vermişdik. Yığmamız və Macarıstanla oyunlar üçün çağırılan yarımmüdafiəçi La Liqanın 13-cü turu çərçivəsində keçirilən "Eybar"la oyunda da Madrid təmsilçisinə kömək edə bilməmişdi. Amma onun yığmamızla oyunda meydana çıxmasında heç bir problem yoxdu. “AS” nəşrinin yazdığına görə, “Real”ın ulduz futbolçusu komanda ilə birgə hazırlaşır. Ümumiyyətlə, Beyl “Real”ın heyətində sonuncu dəfə oktyabrın əvvəlində oyun keçirib və AÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutan Xorvatiya ilə matçdan bəri zədədən əziyyət çəkirdi.
Elə Ben Deyvis də “BBC Sport”a açıqlamasında Beylin hazır olduğunu təsdiqləyib. “Tottenhem”in müdafiəçisi şansları da dəyərləndirib: “Beyl millidə oyuna çıxmağa hazırdı. Məşqlərdə iştirak edir. O, Uels üçün çox mühüm futbolçudu. Həmişə yüksək xarakter və öz keyfiyyətlərini göstərir. Ümumiyyətlə, istedadlı heyətə sahibik. Azarkeşlər bizdən çox şey gözləyir. Olduqca təmkinli davranmalıyıq. Öncə Azərbaycanı səfərdə məğlub etməliyik. Sonuncu turda Macarıstanı məğlub edərək komandamızın final mərhələsinə adlaya biləcəyinə inanıram. Oyun planına uyğun hərəkət etməliyik. Şənbə günü Azərbaycana qalib gəlməsək, Macarıstanla qarşılaşma heç bir önəm daşımayacaq”.
Uelsin kapitanı Eşli Uilyam isə meydana can atır. İngiltərənin aşağı liqasında mübarizə aparan "Bristol Siti"də çıxış edən müdafiəçi qarşıdakı oyunlara da toxunub: “Baş məşqçi Rayan Giqqz bilir ki, yaxşı futbol sərgiləyirəm və oynamaq istəyirəm. Slovakiya və Macarıstanla qarşılaşmalarda məni oyuna buraxmadığı üçün məyus oldum, amma formadayam. Şənbə günü Azərbaycanla matçda qalib gəlsək, Kardiffdə Macarıstanla oyun möhtəşəm olacaq”.
Yeri gəlmişkən, son iki qarşılaşmaya yeni formada çıxacaq Uels millisində itkilərin sayı artmaqdadı. Bu dəfə Nil Teylor düşərgədən ayrılıb. Amma onun problemi zədə ilə bağlı deyil. Belə ki, “Aston Villa”nın sol cinah müdafiəçisi şəxsi problemlər üzündən Giqqzdən icazə istəyib. Onun əvəzinə milliyə kimin dəvət olunacağı açıqlanmayıb. Yarımmüdafiəçilər Devid Bruks (Bornmut), Co Uilyams (Sanderlend) və müdafiəçi Co Rodonun (Suonsi) zədə üzündən, Co Allenin (Stok Siti) isə cəzalı olduğuna görə millimizlə oyunu buraxacağı öncədən bilinirdi.
Noyabrın 19-da Trnavada qarşılaşacağımız Slovakiya millisinin heyətində də dəyişiklik edilib. Belə ki, Mükhenqladbax “Borussiya”sından dəvət olunan Laslo Beneş zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə “Breşiya”nın üzvü Nikolas Şpalek düşərgəyə qoşulub.
Slovakların baş məşqçisi Pavel Hapal seçmə mərhələnin son iki oyunu haqda danışarkən iddialı açıqlamalar verib: “Qrupumuzda 4 komanda final mərhələsinə yüksəlmək şansını saxlayır. Bilirik ki, ağır olacaq. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdı. Amma yaxşı hazırlaşıb rəqibləri təəccübləndirməliyik. İnanıram ki, 0:4 hesabı ilə uduzduğumuz Xorvatiya ilə görüşdə yaşadıqlarımız bir daha təkrarlanmayacaq. İndi futbolçularımızı düzgün motivasiya etməliyik. Qarşıdakı iki görüşdə daha yaxşı oynamalıyıq. Ümid edirəm ki, Xorvatiya və Azərbaycanla qarşılaşmada istədiyimiz nəticəni qazana bilərik”.
Polşa “Zaqlebiye”sinin slovakiyalı baş məşqçisi Martin Şevela həmyerlilərinin son iki görüşə tam köklənməli olduğunu düşünür: “Xorvatiya ilə qarşılaşmada yaxşı nəticə qazansaq, əla olacaq. Düşünürəm ki, futbolçularımız da səbirsizliklə matçı gözləyirlər. Xorvatiya ilə oyundakı uğurlu nəticədən sonra Azərbaycanla görüşə köklənməliyik. Bu yığma qrupun autsayderidi və ona səfərdə qalib gəlmişik. Lakin azərbaycanlı futbolçular göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər. Ona görə də bu oyuna da ağıllı, düzgün yanaşmalıyıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar