18 okt 12:56yigma

Lustrinelli heç-heçəyə də razı imiş…


Obradoviç: “Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq”
Matçdan sonra hər iki komandanın çalışdırıcısı mətbuat konfransında jurnalistlərin suallarını cavabladılar. Öncə kameralar qarşısına qonaqların baş məşqçisi Mauro Lustrinelli çıxdı. Mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- Qalib gəlsək də, heç də asan olmadı. Çünki Azərbaycan yığması qələbə üçün ürəklə oynadı. Ancaq məqsədimizə çatdıq. 3 oyundan sonra 9 xalımızın olduğuna görə özümü çox xoşbəxt hiss edirəm.
- Sumqayıtda ab-hava necə idi?
- Meydan çox yaxşı idi, çox bəyəndim. Eləcə də ab-havanı. Stadion kiçik olsa da, məndə müsbət emosiyalar oyatdı. Qəşəng idi (bunu azərbaycanca dedi). Bakı da xoşuma gəldi.
- Matçdan əvvəl asan qələbə qazanacağınız güman olunurdu. Ancaq minimal hesabla qalib gəldiz. Azərbaycan yığması sizi nə ilə təəccübləndirdi? Nəyi gözləyirdiz, nəyi gördüz?
- Burda oynamaq çox çətin idi. Bu oyunda bir az bəxtimiz də gətirdi. Matçın sonunda gərginlik var idi. Rəqib çoxlu hücum təşkil edirdi. Təzyiqin qarşısında dözməyə çalışdıq.
- Sizcə, oyunun ədalətli nəticəsi heç-heçə deyildimi?
- Əslində ilk hissədə daha çox qol vura bilərdik. Ancaq fasilədən sonra rəqib təzyiqi artırdı, fərqlənməyə yaxın oldu. Heç-heçə də olsaydı, bundan razı qalmaq olardı. 3 xal qazandığımıza görə isə buranı çox məmnun tərk edirəm.
- Azərbaycan yığmasından hansısa bir futbolçunu fərqləndirə bilərsiz?
- Son 2-3 ildə fikir verirəm ki, Azərbaycan yığması çox inkişaf edib. Ümumi komanda haqda xoş fikir bildirə bilərəm. Məncə, 2-3 il də belə davam etsələr, çox irəli gedəcəklər.
İsveçərli mütəxəssisdən sonra növbə Milan Obradoviçə çatdı. U-21-in serbiyalı çalışdırıcısı da əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- Planlaşdırdığımız kimi oynadıq. Amma təbii ki, hər şeyi meydanda reallaşdıra bilmədik. Nəticədən narazıyam. Komanda inkişaf istiqamətində bir addım da atdı. Bütövlükdə oyunu yaxşı keçirdik. İsveçrəyə istədiyi kimi oynamağa imkan vermədik. Komandanı daha da inkişaf etdirmək üçün çox çalışmalıyıq.
- Məlum səbəbdən Fransa ilə matçda iştirak etməyən Tural Bayramlının adı bu gün də iştirak ərizəsinə salınmamışdı. Səbəbini bilmək istərdik. Məndə olan məlumata görə, Turalı hətta Slovakiya ilə oyuna görə nəzərdə tutulan mükafatdan da məhrum etmisiz.
- (gülür) Bilmirəm, nə deyim. Yəqin ki, düz informasiya deyil. Bu gün oyun haqda danışırıq. Heç bir insident olmayıb. Məğlub olduğumuz oyundan sonra komanda daxilində söhbətin olması normaldı, buna ehtiyac var. Sussaq, bu, daha pis olar. Hətta kiminləsə insident olsaydı, indi bizimlə olmazdı. Mükafatı isə ilk dəfə eşidirəm.
- Tutaq ki, mükafat məsələsi düz deyil. Ancaq Turalın adı iştirak ərizəsində yox idi. O U-21-in üzvləri arasında premyer-liqada dəqiqə baxımından ən çox meydanda olan oyunçudu. Səbuhi Abdullazadənin isə U-19-un düşərgəsinə qoşulmasına icazə vermədiz. Ancaq burda da onu iki görüşdə təxminən 8-10 dəqiqə oynatdız. Halbuki yarımmüdafiəçi Samir Əliyevin komandasına daha çox fayda verə bilərdi...
- Gəlin, bugünkü oyun, oynayanlar haqda danışaq. Kimin çox, kimin az oynamasına mən qərar verirəm. Bilrisiz ki, Hacıağa Hacıyev qırmızı vərəqə üzündən cəzalı idi və bu səbəbdən Fransa ilə oyunda iştirak etmədi. Bizim daha bir dayaq yarımmüdafiəçisinə ehtiyacımız vardı. Səbuhini cəlb etdik ki, ab-havanı, ciddi futbolu hiss etsin.
- Azərbaycan futbolunda hazırda problemlərdən biri geriyə oynamaqdı. İsveçrə ilə matçda U-21-də də geriyə ötürmələrin sayı yetərincə çox oldu. Bundan başqa, komanda son 10 dəqiqədə irəli atıldı, rəqibi öz qapısına doğru sıxışdırmağa çalışdı. Bunu daha əvvəl etmək olmazdı?
- Görünür, bu oyunda mən olmamışam. Fransa ilə qarşılaşmada da, bu gün də pressinq edirdik. Komandaya necə oynamalı olduğunu mən deyirəm. Fikrimcə, düz yoldayıq və növbəti oyunlarda da belə davam edəcəyik.
- U-21-in “sükanı arxasına” keçəndən komandada hansı yöndə inkişaf olduğunu deyə bilərsiz?
- Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki matçda topa sahibolma ya rəqiblə bərabər olub, ya da üstün olmuşuq. Rəqibi daha irəlidə qarşılayırıq. Futbolçularla ünsiyyətdə olmağa çalışmışıq və onlara həqiqətən futbol oynamağı bacara biləcəklərini demişik. Son iki məğlubiyyətdən sonra narazı qalmaları da başadüşüləndi. Artıq detallar haqda danışmağa başlamışıq. Düzələsi çox şey var, həm müdafiədə, həm də hücumda. Və oyun ərzində bir-biri ilə daha çox əlaqədə olmalıdılar.
- Niyə suallarımıza ironiyayla yanaşırısız? Özü də hər matçdan sonra bunu nümayiş etdirirsiz...
- Yadımda deyil ki, sizinlə nə vaxt ünsiyyət qurmuşuq. Oyunla bağlı sual verin, normal cavab verim. Oyunu sizdən fərqli görürəm.
- Buna qədər əsas millidə olmuş Anton Krivotsyukla ilk dəfə işlədiz. Onun çıxışını necə qiymətləndirirsiz? Əsas yığmanın baş məşqçisi Nikola Yurçeviçlə xidmətindən yararlanmadığı futbolçuların U-21-ə cəlb olunmasıyla bağlı söhbətləşmək fikriniz var?
- Anton hər iki matçda yaxşı oynadı. Özü də Fransada başqa mövqedə çıxış etdi. Yurçeviçlə söhbətimiz daim olur. Antonla bağlı ondan narazı qaldım ki, azarkeşlər onu ilk hissədə bir neçə dəqiqə fitə basdılar. Fərqi yoxdu ki, bu nədən qaynaqlanır. Biz milli komandayıq, futbolçular bayraq, forma uğrunda oynayır. Belə münasibət olmamalıdı. Millinin baş məşqçisiylə tək Anton yox, başqa futbolçularla da bağlı danışırıq. Hansılar ki, əsas yığmaya hələ ki lazım olmaya bilərlər.
- İlk dəfə U-21-in ev matçında bu qədər azarkeş vardı. Bu ab-hava futbolçulara necə təsir etdi? Müsbət, yoxsa mənfi?
- Əlbəttə, ab-hava yaxşı idi. Bura gələnlərin hamısına minnətdarlıq edirəm. Onlar “12-ci oyunçu” idilər, gənc futbolçularımıza böyük dəstək oldular. Bilirdik, gözləyirdik ki, azarkeş olacaq. Ancaq bu qədər çox olacağını yox. Gələcəkdə növbəti matçlarda da rəqibləri burda qəbul etməklə bağlı rəsmilərlə fikir mübadiləsi aparacağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar