16 okt 11:44yigma

Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər”


Rossi bəxtlərinin gətirdiyini etiraf etdi
Macarıstan – Azərbaycan qarşılaşmasından sonra hər iki yığmanın çalışdırıcısı 90 dəqiqə ilə bağlı fikirlərini bildirib. Jurnalistlər önünə öncə Nikola Yurçeviç çıxıb. Hesaba alınmayan son dəqiqə qolumuza görə hədsiz üzgün görünən xorvat çalışdırıcının fikirləri, demək olar, ancaq həmin epizodla bağlı olub.
* Burda danışmaq asan deyil. Bunun bir çox səbəbi var. İlk növbədə rəqibi təbrik edir və uğurlar arzulayıram. Oyunun axarı barədə çox deyəsi bir şey yoxdu. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədi, futbolda elə də söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm.
* Oyundan sonra referiyə yaxınlaşıb qolun niyə hesaba alınmadığını soruşdum. O isə qərarında haqlı olduğunu və bunun görüşün ardından epizoda baxdıqda sübut olunacağını iddia etdi.
* İlk hissə istədiyimiz kimi alınmadı. Fasilədə futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk 45 dəqiqədə komandam bir qədər ehtiyatlı idi. Bilirdik ki, 1:0-dan sonra dönüş etmək mümkündü. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu.
* Bəhlul cəmi bir aydı yığmanın əsas heyətində oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdu. Bu barədə özü ilə söhbət edəcəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq.
Rəqib çalışdırıcı Marko Rossi Yurçeviçi bir xeyli qapının arxasında gözlədikdən sonra zala daxil olub və maraqlıdı ki, bəxtlərinin gətirdiyini etiraf edib.
* 75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orda nə baş verdiyini görmədim. Qısa deyim, bəxtimiz gətirdi. Hakim səhvindən danışırıqsa, bizim Macarıstan - Slovakiya oyununu da yada salaq.
* Hədsiz əsəb və həyəcan içindəydim. Vaxtında 2-ci qolu vurmalıydıq, lakin bacarmadıq. 4-5 real qol şansını əldən verdik. Hədsiz rahatlıq var idi, yaxşı ki, cəzasını çəkmədik.
* Azərbaycan millisi ötən yay Xorvatiya ilə 1:1 hesablı heç-heçə edib, Uelsə son dəqiqələrdə buraxdıqıları qol hesabına uduzmuşdular. Bu gün də fasilədən sonra göstərdikləri əzmkarlıq və vurduqları qol hesabına təhlükəli rəqib olduqlarını göstərdilər. Azərbaycanı qiymətləndirməmək olmaz, onlar asan rəqib deyil. Xorvatiyaya yenilgidən sonra utanırdım, bu gün isə yetirmələrimlə fəxr edirəm.
* Xorvatiyaya uduzduğumuz görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma unutmayaq ki, çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik. Üstəlik, biz heç də dünyanın ən yaxşı heyətinə malik deyilik. Nə mən ən yaxşı baş məşqçiyəm, nə də mənim futbolçularım dünyanın ən yaxşılarıdı. Ötən məğlubiyyətdən dərs çıxarmışdılar deyə, bu gün daha çox qaçdılar, kifayət qədər aqressiv görünürdülər.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar