16 okt 11:43yigma

Son ümidlər Dunayın sahillərində batdı


AÇ-2020-nin seçmə oyunu
E qrupu
254. Macarıstan – Azərbaycan 1:0 (1:0)

1. Peter Qulaçi
3. Mihay Korhut
6. Villi Orban
5. Botond Barat
14. Gerqo Lovrençiç
8. Mate Vida
10. Dominik Şoboşlay
(19. David Holman, 76)
15. Roland Şallai
20. İştvan Kovaç
(13. David Siqer, 86)
7. Balaş Cucak (k)
(18. Dominik Nad, 71)
9. Adam Şalai
Ehtiyat oyunçular
12. Denes Dibuş
22. Adam Kovaşik
2. Adam Lanq
4. Yanos Ferentsi
11. Kristian Nemet
16. Endre Botka
17. Roland Varqa
23. Robert Feçeşinq
23. Filip Holender
Baş məşqçi: Marko Rossi

12. Emil Balayev
21. Pavel Paşayev
4. Bəhlul Mustafazadə
6. Bədavi Hüseynov
3. Şəhriyar Rəhimov
2. Qara Qarayev (k)
20. Riçard Almeyda
(7. Araz Abdullayev, 58)
19. Təmkin Xəlilzadə
(22. Cavid Hüseynov, 66)
9. Ağabala Ramazanov
(17. Renat Dadaşov, 85)
13. Eddi İsrafilov
11. Ramil Şeydayev
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
23. Şahruddin Məhəmmədəliyev
8. Emin Mahmudov
10. Namiq Ələsgərov
14. Rəşad Eyubov
15. Ömər Buludov
16. Rüfət Dadaşov
18. Şəhriyar Əliyev
Baş məşqçi: Nikola Yurçeviç
Qol: M.Korhut, 10.
Vərəqələr: Ş.Rəhimov, 12. G.Lovrençiç, 25. E.İsrafilov, 67. M.Korxut, 73. B.Mustafazadə, 90+3. Q.Qarayev, 90+3. C.Hüseynov, 90+5 - sarı.
Hakimlər: DENNİS HİQLER, Yohan Balder, Yoost van Zuylen, Bas Neyheys (hamısı Hollandiya).
Hakim-inspektor: Miroslav Liba (Çexiya).
UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail).
13 oktyabr. Budapeşt. Qroupama Arena. 11300 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
22 (3) qapıya ("çərçivə"yə) zərbə 6 (2)
13 qayda pozuntusu 13
2 vərəqə 5
6 korner 2
2 ofsayd 0
Təbii ki, yığma ilə bağlı Avropa çempionatının final mərhələsinə vəsiqə ümidimiz yox idi. Hərçənd pley-offda oynamaq üçün nəzəri də olsa, şans var idi. Onu da Macarıstanda əldən verdik. Daha doğrusu, əlimizdən aldılar. Hakim haqsızlığı nəticəsində Budapeştdən xalla dönmək mümkün olmadı. Xorvatiyanın ardından qrupdakı daha bir rəqibi büdrətməyə çox yaxın idik...
Nikola Yurçeviç heyətdəki itkiləri yaxşı “sığortalaya” bilmişdi. Əslində ciddi dəyişiklik yox idi. Eddi İsrafilov yarımmüdafiənin mərkəzinə, Pavel Paşayev müdafiənin cinahına qayıtmışdı. Milli oyuna yaxşı başlamadı. İlk dəqiqələrdən komanda üzvlərində həyəcan sezilirdi və bu üzdən panika var idi. Futbolçularımız heç cür topu özündə saxlayıb məntiqli hücum qura bilmirdi. Əvəzində meydan sahibləri bu inamsızlıqdan yararlana bilirdi. Belədə qol özünü çox gözlətmədi. Həyəcamn təbili qoldan bir dəqiqə əvvəl çalınmışdı. Cucakın soldan qapı qarşısına ötürməsini Bədavi başla cərimə meydançasından uzaqlaşdırsa da, Mate Vidanın uzaqdan vuruşu kifayət qədər təhlükəli alındı. Balayev əla seyvlə topu kornerə göndərə bildi. Di gəl ki, epizodun davamında - "dubl 2"də qol vuruldu. Küncdən qapı önünə göndərilən topu Paşayev uzaqlaşdırsa da, Korhutun 30 metrdən saxlamadan endirdiyi zərbə qarşısında Emil də aciz qaldı. Bu epizodda Ağabalanın mübarizəni sona qədər davam etdirməməsini də vurğulamaq lazımdı.
Sanki buraxılan qol yığma üzvlərinin xofunu aradan qaldırdı. Düzdü, yenə meydan sahibləri üstün tərəf idi. Ancaq hissənin ortalarından etibarən komanda müəyyən epizodlarda topu saxlamaqla rəqib hücumlarının səngiməsinə nail ola bilirdi. Fasiləyə qədər macarlar daha iki təhlükəli vəziyyətlə yadda qala bildilər ki, birində Emil qola izn vermədi, digərində bəxt üzümüzə güldü.
İkinci hissəyə də meydan sahibləri fəal başladı. Ancaq tədricən oyunu bərabərləşdirən Yurçeviçin yetirmələri xoşbəxt sonluğa ümid edirdi. Ələ düşəcək bir fürsət vəziyyəti dəyişəcəkdi. Macarıstan 75-ci dəqiqədən etibarən "sönmüşdü". Araz Abdullayevi, Cavid Hüseynovu və son olaraq, Renat Dadaşovu döyüşə atmaqla baş məşqçi hücum potensialını artırdı. Gücü qalmayan meydan sahibləri hesabı qorumaq haqda düşünürdü. Matça əlavə olunmuş 2-ci dəqiqədə yığmamız cərimə zərbəsi qazandı. Artıq müdafiəçilər də rəqibin qapısı qarşısında idi. Rəqib torunu məhz arxa xətt oyunçularının sayəsində silkələmək mümkün oldu. Uzaq dirəyə tərəf havalandırılan topu Rəhimov başla mərkəzə yönəltdi. Burda isə Bəhlul sözün əsl mənasında sinəsini qabağa verib topu xətdən içəri keçirdi. Di gəl ki, hollandiyalı referi qolu qeydə almadı. Halbuki Bəhlul əllə oynamamışdı. Nəticədə səfərdən əli ətəyindən uzun döndük.
MİRAĞA

Reaksiyalar
Araz Abdullayev: "Son anda qol vursaq da, referi saymadı. Buna görə çox təəssüflənirik. Bu gün bir xala layiq idik. Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımıza görə üzr istəyirik. Öz oyunum haqda danışmağı xoşlamıram. Çalışdım ki, komandaya kömək edəm. Hesabda geri idik. Görüş sona yaxınlaşdıqca istər-istəməz daha çox hücüm etməyə başlayırsan. Çünki itirəcəyin heç nə olmur. Baş məşqçi sonradan hücumameyilli futbolçuları meydana buraxdı və buna görə də həmlələrimiz kəsərəli oldu. Cərimə meydançasında təhlükənin ən çox olduğu nöqtələr var. Həmin epizodda fikrim topu cərimə zərbəsindən ora vermək idi. Şəhriyar Rəhimovun baş zərbəsi qol olsaydı, hakim sayacaqdı. Həmin məqamda Bəhlulun əli bir qədər açıq idi. Ancaq yan xətt hakimi hər şeyi görürdü. Nə baş verdiyini başa düşmədik. Hamımız elə bildik qoldu. Ancaq sonradan qeydə alınmadı".
Qara Qarayev: "Evdə bu rəqibə uduzduğumuzdan səfərdə daha ehtiyatlı oynamaq istəyirdik. Son vaxtlar qol buraxsaq belə, sona qədər mübarizə apara, fərqlənə bilirik. Bu gün də həmin matçardan biri idi. Razıyam, hücum xəttində müəyyən çatışmazlıqlarımız vardı. Bu gün uğur qazanmağa yaxın olsaq da, heç nə əldə edə bilmədik. Hakimlər haqda çox danışmaq istəmirəm. Ancaq mənə bir şey maraqlıdı - referi qolu qeydə alandan sonra fikrini dəyişirsə, bunun bir sübutu olmalıdı. Fikrimcə, burda bir qədər Macarıstana rəğbət vardı. Təmiz qol idi. Referi oyundan sonra təəssüfləndiyini, qərarının səhv olduğunu dedi. Buna bu qədər asanlıqla "səhv" deyərək xalımızı əlimizdən alır. Oyuna ehtiyatlı başlamağımız, sürətin aşağı olması normaldı. Bu, bizim hazırlıqsız və ya hansısa problemimizin olması demək deyil. Rəqibin belə başlayacağı bəlli idi. Bəhreynlə yoldaşıq qarşılaşmasında da bu cür idi. Rəqib evdə oyanyırsa, ilk dəqiqələrdən əlindəki imkanları ortaya qoymaq istəyir. Oyunlarımızda ilk 10-15 dəqiqə daha gərgin keçir. Bunu ötüşdürürüksə, daha yaxşı nəticə qazana bilirik. Təəssüf ki, bu gün alınmadı. Ondan sonra rəqibə 100 faizlik qol şansı vermədik. Əsas problem ön xətdə çoxluq yarada bilməməyimiz idi. Hücumda çoxala bilsək, daha yaxşı olardı. İlk yarıda top daha çox rəqibdə oldu. Ona görə də məcburən müdafiəyə çəkildik. Əks-hücumlara çıxanda isə irəlidə iki-üç oyunçumuz olurdu. Bəzi epizodlarda biz də yaxşı çıxış etdik. Qol da vura bilərdik. Rəqibin 100 faizlik şansları olmadı... Ad günü təbrikinizə görə təşəkkür edirəm. Millinin kapitan sarğısını daşımaq qürurvericidi. Allah bu sarğını karyeramın sonuna qədər layiqli şəkildə daşımağı nəsib etsin”.
Cavid Hüseynov: “Oyunun ağır keçəcəyi əvvəldən bəlli idi. Çünki rəqib Xorvatiya səfərindən 0:3 hesablı məğlubiyyətlə qayıtmışdı. İstər-istəməz şansları da var idi. Bilirdik ki, ilk 20-25 dəqiqə təzyiq altında oynayacağıq. Rəqibin bu təzyiqi də bəhrəsini verdi, qolu tez buraxdıq. Bundan sonra futbolçularımız bir az rahatlaşmağa başladı. Matçın gedişini də gördüz. Düşünürəm ki, 1 xal bizim üçün yaxşı nəticə idi. Amma hakimin səhvi ucbatından xalımız əlimizdən alındı. Azərbaycanın futbolçuları o qədər inamsız təsir bağışlayır ki, açığı, hər bir ölkəyə gedəndə - rəqiblərinin adını deyim, necə deyim, düz çıxsın – oyuna təzyiq altında başlayırıq, sanki artıq 0:1 hesabıyla məğlubuq. Qol buraxandan sonra başlayırıq oynamağa, rahatlaşırıq. Diqqətimizi, konsentrasiyamızı cəlb etsək, biz də onlar təzyiq edəndə, öz oyunumuzu göstərməyə başlasaq, soyuqqanlıqla sonluğu yaxşı gətirə bilirik. İlk dəqiqələrdə isə oyun bizdə alınmır, bu problem bizdə var. Fasilə zamanı 5 dəqiqə otaqda oldum, uşaqlarla söhbətləşdim və sonra çıxdım çölə. Baş məşqçinin nə dediyini yalan deyərəm. Əvəzetmələri edəndə, mövqelərimizi bildirdi, harda necə oynamağı tapşırdı. Çalışdıq ki, nəsə edək, heç olmasa, 1 xal götürək, çünki hesab 0:1 idi. İnanırdım ki, tarazlığı bərpa edəcəyik. Çünki hər komandaya qol vurmuşduq, belə uğurlu seriyamız vardı. Son dəqiqəyədək inanırdım qol vuracağımıza, ancaq belə alındı. İlk hissədə rəqib hücumlarının ard-arasının kəsilməyəcəyini gözləyirdik. Bu xofdu-nədi, hiss olunurdu ki, uşaqların bədənlərində var idi. Soyuqanlılıq göstərmək mümkün deyildi. Bəli, qol buraxandan sonra 30-cu dəqiqədən etibarən toparlanmağa, hücumlar etməyə başladıq. Sonradan da göründü ki, bu rəqiblə oynamaq mümkündü. Bu, onsuz da həmişə belə olub. Qolu buraxandan sonra başlayırsan oynamağa, görürsən ki, rəqibin gücü ideal deyil. Uelslə oyuna qədər bu hadisəni unutmalıyıq. Çünki bu matç qurtardı, geridə qaldı. Olanla yaşasaq, yaşamaq mümkün deyil, çox da qabağa gedə bilmərik. Bu gün oyun oldu, sabah artıq unutmaq lazımdı. Paltardəyişmə otağında heç kim ağlamırdı. Sadəcə, çox məyus idik. Bütün futbolçular üzülmüşdü - A-dan Z-dək. Biri əlini divara vururdu, o biri masaya”.
Bəhlul Mustafazadə: “Rəqib qrupdan çıxmaq uğrunda mübarizə aparır və əlbəttə, 3 xala ümid edirdi. Qarşılaşma gözlədiyimiz məcrada keçdi. Təəssüf ki, vətənə xalsız qayıdırıq. Hərçənd 1 xala çox yaxın idik. Hansısa epizodda uğurlu çıxış etdikdə özümə də ləzzət edir. Ancaq bütövlükdə oyuna qiymət vermək üçün gərək soyuq başla 90 dəqiqəni yenidən izləyəsən. Belədə detallı şəkildə hər bir anı dəyərləndirə bilirsən. Oyundakı yeganə səhvim? Düzü, o epizodda elə bildim arxamda futbolçu yoxdu, çünki Pavel Paşayev də öz cinahıyla arxaya qaçırdı. Bəlkə də topu sağ yox, sol ayağımla uzaqlasdırmalıydım. Səhvimin fərqindəyəm. Bundan nəticə çıxarmalıyam. Hakimin qolu qeydə almaması özümə də qəribə gəldi. Əvvəlcə elə bildim qolu oyundankənar vəziyyətdən vurmuşam. Ancaq referi sərbəst yox, cərimə zərbəsi təyin edəndə şoka düşdüm. Çünki topun əlimə toxunmadığını bilirdim. Final fitindən sonra da baş hakimə yaxınlaşıb təkrara baxdıqda necə kobud səhvə yol verdiyini görəcəyini bildirdim. Həmin an hakimə heç nə demədim. Sadəcə, vərəqəni göstərərkən bildirdi ki, əllə qol vurduğuna görə sənə vərəqə ilə xəbərdarlıq edirəm. Nə gizlədim, pərt olmuşam. Bir xalımızı əlimizdən aldılar. Üstəlik, milli formada qol hesabımı da açmış olurdum. Ancaq növbəti oyunadək bu sarsıntını unutmalıyıq. Uelsə qarşı Bakıda çalışıb Kardiffdəkindən də yaxşı oynamalıyıq”.
Mihay Korhut: “Belə qol vurmaqdan xoşum gəlir. Zərbəm çox yaxşı və qüvvətli alındı. Bu qolun vurulmasında trenajor zalındakı hazırlığın da rolunu inkar edə bilmərəm. Toplu məşq zamanı da belə uzaq nöqtələrdən hədəfə düşmək üzərində çalışıram. Qol vurdum, amma bu oyunda məni təəssüfləndirən odu ki, sarı vərəqə aldım. Cəzalı duruma düşdüyümdən seçmə mərhələdəki son matçı buraxmalı olacam. Halbuki sarı vərəqəni almaya da bilərdim”.
Dominik Şoboşlay: “Baş məşqçinin tapşırıqlarına daha yaxşı əməl etməliydik. Hesabı açandan sonra da qol vura bilərdik. Sonradan isə tempin yüksəlməməsinə çalışırdıq. Hücum potensialımız qaydasında idi. Sadəcə, qol imkanlarını dəyərləndirmək baxımından problem hiss olunurdu. Rəqib qol vuran anda ehtiyat oyunçular skamyasında oturmuşdum. Ordan epizodu dəqiq görə bilməzdim. Çaşıb qalmışdım. Dua edirdim ki, hər hansı səbəbdən - əllə oyun, ofsayd və ya səhvən qol sayılmasın. Amma həmin epizodla bağlı heç nə görməmişdim”.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:54 “Stuxlik hakimləri toxunulmaz edib” Bu gün, 13:41 Gözləntiləri doğruldanlar və xəyal qırıqlığı yaşadanlar… Bu gün, 13:30 Rəşad Sadıqov Elxan Məmmədovun dediklərini təkzib etdi Bu gün, 13:26 “Tohverin Qaranı meydandan qovması haqlı qərar idi” Bu gün, 13:22 Soyuq vidalaşma... Bu gün, 13:15 “APOEL-lə ikinci oyundan sonra sanki mövsüm bitmişdi” Bu gün, 12:08 11 oyunluq seriya və cəmi 2 xallıq üstünlük Bu gün, 11:45 Tərlan Əhmədov Ağabalanı istəyir Bu gün, 11:42 “Aftandil müəllimin getməsini nə biz istəyirik, nə də rəhbərlik” Dünən, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Dünən, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Dünən, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Dünən, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Dünən, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Dünən, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı 12-12-2019, 12:20 Çay və ya qəhvə içmək zamanı 12-12-2019, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir 12-12-2019, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir 12-12-2019, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı 12-12-2019, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda 12-12-2019, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar Bütün xəbərlər
Ən çox oxunanlar