11 okt 12:55yigma

Boş tribunalar önündə əzmkar qələbə


Ərəblər yığmanı hava limanında iki saat gözlətdi
254. Bəhreyn – Azərbaycan 2:3 (1:1)
21. Seyid Məhəmməd Cəfər (k)
3. Valid Məhəmməd
5. Əhməd Mübarək
6. Məhəmmədd Yusuf
(4. Səyid Ziya, 46)
8. Əli Cəfər
(19. Komail Hasan, 62)
10. Abdulvahab A.Rahman
11. İsmayıl Abdullətif
(13. Məhəmməd Saad, 30)
17. Abdulla Xaled
22. Məhəmməd Adel
25. Mehdi Faysal
(7. İsa Musa, 77)
26. Məhəmməd Abdulvahab
(15. Yassim Əl-Şeyx, 62)
Ehtiyat oyunçular
1. Seyid Şubbar
12. Hamad Əl-Dosari
2. Sayed Mehdi
9. Abdulla Yusif
16. Seyid Redha
18. Əhməd Abdulla
30. Əhməd Nabil
Baş məşqçi: Elio Souza
12. Emil Balayev
5. Abbas Hüseynov
4. Bəhlul Mustafazadə
6. Bədavi Hüseynov (k)
(15. Ömər Buludov, 46)
3. Şəhriyar Rəhimov
(7. Araz Abdullayev, 68)
20. Riçard Almeyda
(22. Cavid Hüseynov, 77)
13. Eddi İsrafilov
8. Emin Mahmudov
(14. Rəşad Eyubov, 46)
11. Ramil Şeydayev
(17. Renat Dadaşov, 72)
9. Ağabala Ramazanov
16. Rüfət Dadaşov
(19. Təmkin Xəlilzadə, 46)
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
23. Şahrudin Məhəmmədəliyev
10. Namiq Ələsgərov
18. Şəhriyar Əliyev
21. Pavel Paşayev
22. Cavid Hüseynov
Baş məşqçi: Nikola Yurçeviç
Qollar: A.A.Rahman, 31 (1:0). R.Dadaşov, 41 (1:1). T.Xəlilzadə, 62 (1:2). M.Saad, 68 (2:2). R.Şeydayev, 70 (2:3).
Vərəqə: A.Ramazanov, 48 – sarı.
Hakimlər: AHMED ABUBAKER ALKAF (Bəhreyn), Abubaker Alamri, Raşed Alqaithi (hər ikisi Oman), Abdulla Saleh (Bəhreyn).
Hakim-insperktor: Jasim Mahmud (Bəhreyn).
9 oktyabr. Riffa. Bəhreyn milli stadionu.
Macarıstanla oyundan 4 gün əvvəl yığmanın Bəhreynə səfər edib yerli komanda ilə yoxlama görüşü keçirməsini onsuz da çoxları özünəqəsd kimi dəyərləndirirdi ki, bunu da anlamaq olar. Oktyabrın 13-də Macarıstanın paytaxtı Budapeştdə bu ölkənin millisi ilə qarşılaşacaq yığmanın qısa vaxtda Bakıdan Manamaya 1576 km yol qət edib, ardınca Dunay sahilindəki şəhərə qayıtmasının futbolçulara problem yaradacağını idmanın bu sahəsindən anlayışı olan hər kəs qeyd etsə də, mütəxəssislərin fikri AFFA-nın vecinə də deyil. Qurum rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində UEFA-nın yoxlama görüşləri üçün ayrıdığı “pəncərə”də rəqib tapmaqda çətinlik çəkən yığma nə oyun planında, nə də başqa meyarlarda Avropa futboluna uyğun gəlməyən Bəhreynə yollanmaq məcburiyyətində qaldı. Uzun yolçuluq azmış kimi, ərəblərin yığma üzvlərinə hörmətsiz davranışı - iki saat sənəd yoxlanışı adı altında milli üzvlərini hava limanında ləngidiblər – heç bir çərçivəyə sığmır. Oyunöncəsi mətbuat konfransında Nikola Yurçeviçin “bu matçın Macarıstanla oyuna heç bir aidiyyatı yoxdu” deməsi isə ondan xəbər verir ki, hətta xorvat mütəxəssis belə komandasının Asiya qitəsinə yollanmasının əleyhinə olub. Sadəcə, necə deyərlər, ağa deyirsə sür dərəyə, sür...
Boş tribunalar önündə keçirilən matçın ilk yarısının əvvəlinin çox maraqsız, asta tempdə keçdiyini qeyd etmək lazımdı. Məlum itkilərin fonunda Eddi İsrafilovun uzun fasilədən sonra yenidən yığmanın əsas heyətinə dönməsini və Yurçeviçin ikihücumçulu sistemə üstünlük verməsini vurğulamaq lazım gəlir. Şeydayev və Dadaşov asiyalıların qapıçısını məyus etməliydi. Baxmayaraq ki, Ramil kağız üzərində vinger kimi göstərilmişdi. Diqqəti çəkən başqa bir məqam Bədavinin meydana kapitan kimi çıxması idi. “Qarabağ”ın müdafiəçisi karyerasında ilk dəfə ölkənin əsas komandasında kapitan sarğısını qoluna taxmışdı. Vurğuladığımız kimi, ilk dəqiqələri sönük keçən oyunun ilk yarısının son 15 dəqiqəsində, nəhayət, komandalar fərqlənməyi bacardılar. Hesabı meydan sahibləri açdı. Sürətli cinah keçidindən sonra müdafiəçilərimizin mövqe səhvindən yararlanan Rahman 31-ci dəqiqədə Emil Balayevi məyus etdi. 10 dəqiqə sonra isə meydan sahiblərinin müdafiəçisinin top itkisindən yararlanan Rüfət gözəl zərbə ilə tarazlığı bərpa etdi. “Proyssen”in şərəfini qoruyan forvard ilk yarının son saniyələrində bir daha fərqlənə bilərdi. Ancaq ucaboy hücumçu sağ ayağı ilə ötürməni tamamlamaq əvəzinə dabanla qol vurmaq istəyinə düşdü. Bu fəndi isə texniki cəhətdən düzgün yerinə yetirmədiyindən real qol şansını boşa verdi.
Fasilədən sonra oyunda temp bir qədər yüksəldi. Yığmamız daha inamlı təsir bağışlayır, rəqib qapısı önündə daha çox təhlükə yaradırdı. 51-ci dəqiqədə Ağabala əlverişli zərbə mövqeyinə çıxsa da, imkandan yararlana bilmədi. Onun bacarmadığını isə 61-ci dəqiqədə oyuna sonradan qoşulan Təmkin Xəlilzadə etdi. Xorvatiya ilə qarşılaşmada adını tabloya yazdıran futbolçu, demək olar ki, eyni nöqtədən, ancaq bu dəfə “6-lığ”ı dəqiq nişan aldı. Lakin Yurçeviçin yetirmələrinin də qol sevinci çox çəkmədi. Əvəzetmədən oyuna qoşulan Saad 7 dəqiqə sonra“status-kvo”nu bərpa etdi. Bu qolda da müdafiəçilərimizin kobud mövqe səhvinə yol verdiyini qeyd etmək lazımdı. Bu zaman kəsiyində komandalar sanki qol yarışına girmişdi. 70-ci dəqiqədə müdafiəçi ilə qapıçının anlaşmazlığından istifadə edən Şeydayev bizimkiləri növbəti dəfə hesabda önə çıxarmağı bacardı. Moskva “Dinamo”sunun forvardının fərqləndiyi epizodda sona qədər mübarizə aparmasını xüsusi vurğulamaq lazımdı. Qalan dəqiqələrdə hər iki komanda çox çalışsa da, hesab dəyişmədi və milli 90 dəqiqəni qalib kimi başa vurmağı bacardı. Macarıstanla oyun ərəfəsində Yurçeviçin komandası yoldaşlıq oyunundan qalib ayrılsa da, oyun planında sabaha ümid vermədi. Belə oyunla Budapeştdən Bakıya xalla dönmək çox çətin olacaq.
RƏŞAD

Reaksiya
Nikola Yurçeviç: "Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidi. Bəhreyn millisi son bir neçə oyununda birdən artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkündən fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidi, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".

Yeri gəlmişkən...
Oyundan əvvəl stadionda Bəhreyn Futbol Assosiasiyasının və AFFA-nın nümayəndələri arasında görüş keçirilib. Görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib. Hər iki milli assosiasiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar