13 sen 12:53yigma

“Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı”


Xorvat həmkarımız yığma üzvlərini göydən yerə vurdu
Zlatko Daliçin yetirmələrinin Bakıda xal itirməsi Xorvatiyada birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə azarkeşlər narazılıq edir, həmkarlarımız isə bacarıqlarını çalışdıqları sayt və qəzetlərdə ortaya qoyur.
Həmkarlarımızın toxunduğu xüsusi məqamlardan ən əsası Azərbaycanda ruhsuz komandanın oynamasıdı. Bir neçə belə yazıya rast gəlsək də, onların arasında ən maraqlısı İvitsa Medonun dnevnik.hr saytı üçün qələmə aldıqlarıdı:
“Xorvatiya millisi alovdu, oddu, atəşdi. Onların nə vaxt nə edəcəyini heç kim təxmin edə bilməz. Həm mənfi, həm də müsbət mənada deyirəm. Slovakiya ilə oyundan əvvəlki vəziyyətdən xəbəriniz var idi. Problemlər çox idi, xüsusən də aparıcı futbolçuların yoxluğu ab-havanın qaydasında olmadığını göstərirdi. Başqa cür desəm, psixoloji durum insanlarda kifayət qədər narahatlıq yaratmışdı. Ona görə də Trnavadakı matçdan əvvəl 90 dəqiqə ciddi şübhələrə yol açmışdı. Çox az adam Xorvatiyanın Slovakiyanı məğlub edəcəyinə inanırdı.
Müşahidələrim əsasında belə bir qənaətə gəlmişəm. Millinin futbolçularını daha çox tənqid və müzakirə edəndə onlar meydanda aslana dönür. Onlar qazonda əllərindən gələni edirlər, nəticədə Slovakiyanın qapısından 4 cavabsız top keçirirlər, 3 gün sonra isə səfərdə Azərbaycan millisi ilə qarşılaşırlar.
Buna qədər keçirdiyi 4 oyunun hamısında məğlub olan, qapısında 12 top görən həmin Azərbaycan yığması. “Bakcell Arena”da Slovakiyanın 5, Macarıstanın 3 qol vurduğu rəqibin qapısına xorvat futbolçular cəmi 1 dəfə yol tapa bilir. Sonradan öz qapılarında qol görürlər və oyun bu hesabla yekunlaşır. Çünki Trnavada top dalınca vitse-çempion qvardiya halında qaçırdı, hamı mübarizə aparırdı. Bakıda isə meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı. Xüsusən ikinci yarıdakı zəif oyunlarına ad tapmaq olmur. Nəticədə kapitanın (Luka Modriç) ad gününə qara lent bağladılar. 3-5 nəfər birləşib Lukaya doğum günü hədiyyəsi edə bilmədi. Bu futbolçular Bakıdakı heç-heçə ilə Trnavadakı darmadağını unutdurdular, o qələbəni lazımsız etdilər. Və yenə “edam edən” xorvatiyalı məşqçi oldu – Nikola Yurçeviç. Çünki xorvatı xorvatdan yaxşı tanıyan yoxdu, ola bilməz.
Oyun başa çatan kimi kameralar Modriçi göstərdi. Dodağını dişlədi, gözlərini bir nöqtəyə zilləyib nəsə düşünürdü. Sanki öz-özünə bu sözləri deyirdi: “həqiqətənmi biz buyuq...”.
Xorvat insanının, lap elə futbolçusunun da psixologiyası belədi: dünən qalib olmuşamsa, dünya məndən danışırsa, belə də davam edəcək, mən hamıdan güclüyəm. Lakin ağıllarına gəlmir ki, sən nə vaxtsa səni saya almayanları üstələmişdin, sabah sənin hesaba almadıqların səni üstələyə bilər. Bu düşüncə onlara yaddı.
Daliçlə işim yoxdu. Heyət seçimində müəyyən səhvləri vardı, əvəzetmələri gecikdirdi, matçın gedişində oyuna psixoloji təsir edə bilmədi – bütün bunlar onun səhviydi. Amma itirilən 2 xala görə onu günahlandırmağın tərəfdarı deyiləm. Çünki hətta bundan artıq səhvlər etməklə bu heyət qrupda xala həsrət qalan rəqibi məğlub etməliydi. 3 ay əvvəl macarlarla slovakların etdiyi kimi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:39 “Qarabağ”la sona qədər mübarizə aparacağıq” Bu gün, 13:37 "Forza Neftçi" büdrəmir Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı Bütün xəbərlər
Ən çox oxunanlar