11 sen 15:16yigma

Yığma ilk xalını və …Balayevi qazandı


AÇ-2020-nin seçmə oyunu
E qrupu
252. Azərbaycan - Xorvatiya 1:1 (0:1)

12. Emil Balayev
3. Şəhriyar Rəhimov
18. Anton Krivotsyuk
5. Maksim Medvedev (k)
6. Bəhlul Mustafazadə
21. Pavel Paşayev
(19. Təmkin Xəlilzadə, 46)
2. Qara Qarayev
13. Dmitri Nazarov
(14. Rəşad Eyubov, 90)
22. Cavid Hüseynov
(8. Emin Mahmudov, 60)
10. Mahir Əmrəli
11. Ramil Şeydayev
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
23. Şahruddin Məhəmmədəliyev
7. Araz Abdullayev
9. Ağabala Ramazanov
15. Ömər Buludov
16. Rüfət Dadaşov
17. Renat Dadaşov
20. Riçard Almeyda
Baş məşqçi: Nikola Yurçeviç

1. Dominik Livakoviç
3. Borna Barişiç
4. İvan Perişiç
6. Deyan Lovren
10. Luka Modriç (k)
11. Marselo Brozoviç
13. Nikola Vlaşiç
18. Ante Rebiç
(9. Mislav Orşiç, 86)
20. Bruno Petkoviç
21. Domaqoy Vida
22. Karlo Bartoleç
(7. Yosip Brekalo, 76)
Ehtiyat oyunçular
12. Lovre Kaliniç
23. Simon Sluqa
2. Miyo Çaktaş
5. Matey Mitroviç
8. Marko Roq
14. Mile Şkoriç
15. Mario Paşaliç
16. Tin Yedvay
17. Dario Melnyak
18. Milan Badel
Baş məşqçi: Zlatko Daliç
Qollar: L.Modriç, 11-p. (0:1). T.Xəlilzadə, 72 (1:1).
Vərəqələr: M.Brozoviç, 21. A.Krivotsyuk, 62. D.Nazarov, 67. T.Xəlilzadə, 69. B.Barişiç, 70. M.Medvedev, 90+3 - sarı.
Hakimlər: SANDRO ŞERER, Stefan de Almeyda, Sladan Yosipoviç, Fedayi San (hamısı İsveçrə).
Hakim-inspektor: Aleksandru Dyakonu (Rumıniya).
UEFA nümayəndəsi: Sergey İliç (Belarus).
9 sentyabr. Bakı. Bakcell Arena. 9150 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
7 (3) qapıya ("çərçivə"yə) zərbə 15 (7)
1 korner 1
4 ofsayd 2
11 qayda pozuntusu 9
4 vərəqə (qırmızı) 2
Uelsdə məğlub olmasına rəğmən, mübarizliyi ilə diqqəti çəkən yığmadan Xorvatiya ilə qarşılaşmada də ən azı bunu gözləmək olardı. Baxmayaraq ki, Nikola Yurçeviç bu və başqa səbəbdən heyətdə bəzi dəyişikliklər etmişdi. Yurçeviçə, nəhayət, Emil Balayevə inandığına görə “sağ ol” demək olar. Səlahətin Uelslə oyunda kobud səhvlərlə yadda qalması xorvat mütəxəssis üçün başqa seçim imkanı qoymamışdı. Hadisələri qabaqlayaraq qeyd edək ki, məhz Emilin sayəsində "çərçivə"nin etibarlığı artmışdı. Qazaxıstanda legioner həyatı yaşayan qapıçı ilk yarıda azı 4-5 real qola əngəl oldu. O, əvvəlcə 5-ci dəqiqədə Modriçin fərqlənməsinə imkan vermədi. Rəqib kapitanın 22-23 metrdən qüvvətli zərbəsi yolüstü Bəhlula dəyib istiqamətini dəyişsə də, Balayev iki möhtəşəm reaksiya ilə topu zərərsizləşdirməyi bacardı. Hərçənd 11-ci dəqiqədə artıq hesab açıldı. Krivotsyuk cərimə meydançasında topun qarşısını qolu ilə kəsdiyi üçün hakim tərəddüd etmədən penalti təyin etdi. Emil Modriçin zərbəsinin istiqamətini müəyyənləşdirsə də, qola əngəl ola bilmədi. Beləliklə, Modriç doğum günündə özü özünə hədiyyə etdi.
13-cü dəqiqədə fərq arta bilərdi. Rebiç Balayevlə üzbəüz qalsa da, qapıçımız rəqibin yüzfaizlik imkanı dəyərlədirməsinə mane oldu. Oyuna başıpozuq, zəif başlayan yığmamız ilk təhlükəni 18-ci dəqiqədə yaratdı. Mahirin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Nazarov topu saxlamadan “çərçivə”yə ünvanlasa da, hakim ofsayd qeydə aldı. Hərçənd Xorvatiyanın qapıçısı Livakoviç topu yaxın küncdən kornerə çıxarmışdı. 24-cü dəqiqədə Balayev Vlaşiçin qapı çatının altına ünvanladığı topu ram etməklə daha bir qol vəziyyətini əngəllədi. 32-ci dəqiqədə Nazarov baxımlı ötürmə ilə Şeydayevi irəli göndərdi. Sürəti hesabına rəqibin cərimə meydançasına qədər irəliləyən Ramil Vidadan yayınıb zərbə endirsə də, Livakoviç ayağı ilə topun qarşısını kəsdi. 42-ci dəqiqədə komandamızın ən yaxşısı olan Balayev Vlaşiçin qüvvətli zərbəsini dəf etməklə növbəti dəfə alqış qazandı.
İkinci hissədə isə meydanda tam fərqli Azərbaycan var idi. Ədalət naminə qeyd edək ki, oyunun axarının dəyişməsində Təmkinin mübarizəyə qoşulmasının, başqa sözlə, Yurçeviçin əvəzetməsinin rolu böyük oldu. 54-cü dəqiqədə əla kombinasiya ilə baxımlı hücum qurduq. Məhz Təmkinin cərimə meydançasına girər-girməz zərbəsinin qapıya getməsinə son anda Vida mane oldu. 67-ci dəqiqə iki ardıcıl həmlə ilə xorvatlara çətin anlar yaşatdıq. Əvvəlcə Maksimin cinah dəyişdirməsindən sonra Təmkin saxlamadan endirdiyi qüvvət zərbə ilə Livakoviçi sınağa çəkmək istəsə də, top müdafiəçidən döndü. Epizodun davamında rəqib qapısına yol tapdıq. Ancaq Emin Mahmudovun zərbəsinə toxunmaqla topu tora salan Mahir ofsaydda olduğuna görə qol hesaba alınmadı. Bununla belə, 72-ci dəqiqədə millimiz fantastik qolla hesabı bərabərləşdirdi. Yurçeviçin ikinci hissənin startında döyüşə atdığı Təmkin Xorvatiyanın üç futbolçusunun - Lovren, Brozoviç və Bartoleçin arasından sıyrılıb qapıçı ilə üzbəüz qaldı və topu tora qovuşdurdu. Ümumiyyətlə, bu dəqiqələrdə yığmamız rəqibi qapısına sıxmışdı və qolu haqq edirdi. 82-ci dəqiqədə hətta qələbə topunu da vurmaq olardı. Təmkin inanılmaz epizodu dəyərləndirə bilmədi. O, 5-6 metrdən işlək sol ayağına gələn topu göyə vurdu. Bununla belə, 1:1 hesabını qoruyan yığmamız seçmə mərhələdə ilk xalını və …Emil Balayevi qazandı. Yeri gəlmişkən, Maksim Medvedev, Dmitri Nazarov və Anton Krivotsyuk sarı vərəqə ucbatından cəzalı duruma düşdülər. Adıçəkilənlər oktyabrın 13-də Macarıstanla səfərdə keçiriləcək növbəti seçmə oyunu buraxmaq məcburiyyətində qalacaqlar.
MİRAĞA

Oyunçuların qiymətləndirməsi (10 ballıq şkala ilə)
Emil Balayev - 6,0
İstisnasız oyunun ən yaxşısı Emil idi. Düzdü, ikinci hissədə işi çox olmadı. Ancaq fasiləyə qədərki həlledici müdaxilələri, seyvləri ilə fərqin artmasına imkan vermədi. Hiss olunurdu ki, uzun müddət Səlahət Ağayevin kölgəsində qalan Emil əlinə düşən fürsətdən maksimum yararlanmağa çalışır.
Anton Krivotsyuk - 4,5
Anton oyunu zəif keçirdi. Bir neçə dəfə kobud səhvə yol verdi. Qapımıza qol məhz onun səbəb olduğu penaltidən sonra vuruldu. Ümumiyyətlə, son bir neçə ay Krivotsyuk üçün bərbad keçib.
Maksim Medvedev - 5,0
Uelsdə olduğu kimi, bu dəfə də oyuna stopper kimi başlayan Maksim ikinci hissədə özünə doğma olan mövqeyə - sağa çəkildi. Hər iki mövqedə inamlı görünən kapitan ciddi səhvə yol vermədi. Ancaq aldığı sarı vərəqə ilə növbəti oyun üçün cəzalı duruma düşdü.
Bəhlul Mustafazadə - 5,5
Gənc müdafiəçi millidə keçirdiyi debüt oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacardı. İstər 5-li, istərsə də 4-lü müdafiədə normal çıxış edən Bəhlul təkbətək mübarizələrdə də çox inamlı idi.
Pavel Paşayev - 4,5
Kardiffdəki oyunun antiqəhrəmanı bu dəfə cəmi 45 dəqiqə meydanda qala bildi. Yenə mövqe səhvlərinə yol verən müdafiəçinin oyundan alınması ilə yığma "relsə düşdü”. Düzdü, bu həm də taktiki dəyişiklik idi.
Şəhriyar Rəhimov - 5,5
Birinci hissədə cinahdan hücumlara daha çox dəstək verən Şəhriyar ikinci hissədə sırf müdafiənin qayğısına qaldı. Rəhimov yığmada ən yaxşı oyunlarından birini keçirdi.
Qara Qarayev - 5,5
Riçardın yoxluğunda mərkəzdə Qaranın üzərinə böyük yük düşdü. "Qara işləri" təkbaşına o gördü. Bununla belə, hücumların təşkilində də yaxından iştirak edirdi. İki-üç dəfə ideal ara ötürməsi ilə diqqət mərkəzinə düşdü.
Dmitri Nazarov - 5,5
Nazarov ən yaxşı oyunlarından birini keçirdi. Texniki imkanlarını ortaya sərən yarımmüdafiəçi qol vursa da, ofsayddan fərqləndiyi üçün sayılmadı. Xorvatlar onun qarşısını kəsmək üçün çox vaxt kobudluğa əl atmalı olurdu.
Mahir Əmrəli - 5,5
Fiziki imkanları, sürəti, tətbiq etdiyi pressinq hesabına rəqibə xeyli başağrı oldu. Belədə xorvatlar müdafiədən hücuma rahat çıxmaqda çətinlik çəkirdi. Oyunun sonlarında vurduğu qol qeydə alınmasa da, faydalı iş əmsalı böyük oldu.
Ramil Şeydayev - 5,5
Qaçdı, vuruşdu, müdafiəyə kömək etdi, rəqibi təzyiq altında saxladı - bir sözlə, hər şey etdi, bircə qoldan savayı. Qolda da müəyyən qədər əməyi oldu. Hər halda, Təmkin Xəlilzadə topu ondan alıb cərimə meydançasına daxil oldu və qol vurdu.
Cavid Hüseynov - 4,5
Cavidin meydanda varlığı ilə yoxluğu bilinmədi. Hiss olunurdu ki, uzun müddət yığmadan ayrı düşməsi ziyanına işləyib. Ləngliyi ilə ümumi ansambla uyğun gəlmirdi.
Təmkin Xəlilzadə - 5,5
İkinci hissədə oyuna qoşulan Xəlilzadə bir qədər də soyuqqanlı olsaydı, xorvatlara daha böyük kabus yaşada bilərdi. Hər halda, daha iki imkanı boşa verdi. Ancaq bərabərlik qolundakı cəsarətinə, rəqib müdafiəçiləri pərən-pərən salmasına görə tərifi haqq edir.
Emin Mahmudov - 5,0
Oyuna sonradan qoşulsa da, fəal idi. Bir epizodda hətta qol da vura bilərdi. Ancaq qarşısındakı müdafiəçidən yayınıb vurduğu zərbə "çərçivə"yə getmədi. Baxmayaraq ki, Əmrəli topun istiqamətini dəyişib tora saldı.
Rəşad Eyubov - qiymətsiz
MİRAĞA

Reaksiyalar
Cavid Hüseynov: "Komandada nəticəylə bağlı inam var idi. Bunu hiss edirdik. Sadəcə, rəqibimiz Xorvatiya idi ki, şansları hər zaman dəyərləndirə bilir. Hücumlarının ardı-arası kəsilmirdi ki, buna bir az dözmək lazım idi. Amma onlar da səfər oyunundan gəliblər. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə şanslarımız oldu. Hətta qalib gələ bilərdik. Xorvatiyadan daha öncə də xal qazana bilərdik. Bizdə inam hissi var idi. İnam hissi ola-ola, böyük hesabla məğlub olmaq da var. Növbəti oyunlarda xal qazanmaq? Bu barədə indidən nəsə demək çətindi. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar. Mükafat olacaq. Hər nədisə, min bərəkət” (gülür).
Maksim Medvedev: “Düzdü, xorvatlar da yol gəliblər, amma biz daha uzun məsafədən qayıdırdıq. Oyuna yaxşı başlamadıq. İkinci hissədə yaxşı futbol oynadıq. Hətta bəzən Xorvatiyanı qapısına sıxdıq. İnam yarandı ki, ikinci topu da vuracağıq. Buna vaxt çatmadı. Bilirdik ki, ağır oyun olacaq. Baş məşqçimiz Nikola Yurçeviç son vaxtlar fərqli taktika seçir. Çalışırıq ki, hər yerdə çoxluq yaradaq. Uelslə oyunda gördük ki, bunu bacarırıq. Baxmayaraq ki, onlarda Qaret Beyl, Deniel Ceyms kimi futbolçular var. Xorvatların da ulduz oyunçuları var. Bu gün də eyni oynadıq və bizdə uğurlu alındı… Rəhbərlik həmişə istəyib ki, bizə yaxşı baxsın. Mükafat olacaq. Futbolçular da bunu gözləyir. Nə vaxt veriləcəyi bəlli deyil. Xorvatiyadan bir xal almaq bizim üçün stimuldu. Uels də Bakıya gələcək. Onlarla da bu səviyyədə futbol nümayiş etdirmək istəyirik. Macarıstanla səfər matçımız da olacaq. Yaxşı və kompakt oynamağa çalışacağıq. Belə rəqiblərlə açıq futbol mümkün deyil. Elə oynasaq, özünüz də görürsüz ki, hesab 1:3, 1:5 olur. Bu gün fərqli taktika seçirik ki, daha da kompakt oynayaq. Bu gün millidə oynamağa ən layiq onlar - Antonla Bəhlul idi. Baxmayaraq ki, hamı səhv edir. Görünürdü ki, komanda vuruşur. Nəticə üçün hər şey etdilər. Onlara da təşəkkür edirəm. Hər ikisi gənc futbolçudu. Bəhlul çalışdı, vuruşdu və ona söz ola bilməz. Onlara dəstək olmalıyıq ki, gələcəkdə daha çox fayda versinlər".
Təmkin Xəlilzadə: “Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Səfərdəki məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən 85-ci dəqiqədə qapımızda gördüyümüz top səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdü, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin təhlilə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi: dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev xeyli inamlı çıxış etdi. Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm. Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu futboldu, 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndi. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza salmırıq. Sevinirik ki, xal qazandıq. Qol imkanları onlarda da var idi, bizdə də. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı. Növbəti oyunumuz səfərdə Macarıstanladı. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək. Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram”.
Emin Mahmudov: "Çox sevindik. Heç kim gözləmirdi ki, Xorvatiyadan xal alaq. Çünki rəqibimiz dünya ikincisidi. Doğrusu, ilk hissəni yaxşı keçirmədik. Emil Balayev dəfələrlə qurtarış etdi, qollara imkan vermədi. Biz yenə də vuruşurduq və axırda şanslarımızdan birini qola çevirdik. Rəqib futbolçular Avropanın böyük klublarında çıxış edir. Bütün oyunlarda vuruşurduq, amma alınmırdı. Amma bu gün xal qazandıq".
Domaqoy Vida: “Əla oyun keçirdik, penaltidən hesabı da açdıq. Bir neçə yüzfaizlik qol imkanımız da oldu. Sonra oyunumuzda eniş yarandı və yaxşı heç nə edə bilmədik. Layiqli heç-heçə qeydə alındı. Bundan faciə düzəltməyək. Biz həmişə ağır yolla getmişik, yenə belə edərik. Azarkeşlərə bura qədər gəlib dəstəklədikləri üçün təşəkkür edir, onlardan üzr istəyirəm. Macarıstanla oyunda bəraət qazanmağa çalışacağıq. Bu gün ikinci qolu vursaydıq, Slovakiyadakı nəticə təkrarlanardı. Futbol bir anda hər şeyin dəyişməsi ilə maraqlıdı. Bilirdik ki, asan olmayacaq. Digər görüşlərin nəticələri bizi maraqlandırmır. Özümüz formada, zədəsiz olmaılı və qələbələri sıralamalıyıq. Macarıstanla görüşdə bizi qələbədən başqa heç nə maraqlandırmır”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar