11 in 17:53yigma

Yığmamız Rossini təəccübləndirməyib

Yığmamız Rossini təəccübləndirməyib
Yurçeviç: “Slovakiya önündə yaxşı nəticə əldə edə bilsək, mübarizənin içində olacağımızı düşünürəm”
Oyundan sonra hər iki yığmanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə mikrofonlar arxasına qaydalara uyğun olaraq, macarların çalışdırıcısı Marko Rossi keçdi. İtalyan mütəxəssis öncə Budapeştdən gələn jurnalistlərin suallarını cavabladı, ardınca isə növbə bizimkilərə çatdı.
- Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə belə anlar oldu. Amma ikinci yarını daha yaxşı keçirdik. İkinci 45 dəqiqədə qol imkanları yaratdıq və dəyərləndirdik. Bundan sonra da çoxlu qol şansımız oldu. İki top fərqi ilə önə keçəndən sonra daha ehtiyatlı oynamağa və növbəti matçı düşünməyə başladıq.
- Oyunun sonunda nə baş vermişdi?
- Texniki zona cəmi 2-3 kvadrat metrdi. Oyun ərzində də texniki zonanı iki dəfə istəmədən keçmişəm. Həmin an aut bizim lehimizə verilməli idi. Futbol elə oyundu ki, hər dəqiqə vəziyyət dəyişə bilər. Hakimlər də başa düşməlidilər ki, biz teatrda və ya tennis oyununda deyilik. Futbol çox emosional oyundu.
- Azərbaycan millisi gözlədiyinizdən yaxşı, yoxsa pis oynadı?
- Komandanız məni təəccübləndirmədi. Rəqibin oyuna köklənməsi yaxşı idi. Azərbaycanlı futbolçular hər top uğrunda döyüşürdülər. İlk hissədə təkbətək mübarizədə üstün idilər. İsrafilovsuz 4-2-3-1 ilə, Nazarovla oynayacaqlarını düşünürdüm. Cinahlarda isə Abdullayevlə Mədətovun (Əmrəli) çıxış edəcəyini gözləyirdim. İlk yarıda əksər həmlələr bizim sol, rəqibin sağ cinahından quruldu. Yaxşı ki, həmin mövqedə oynayan müdafiəçimiz inamlı çıxış etdi, səhvə yol vermədi. Əsas məqsədimiz 3 xal idi ki, onu da əldə etdik.
- Oyunu izləyənlər arasında Macarıstanın baş naziri də var idi. Matçdan sonra o, sizinlə görüşdü?
- Xeyr, görüşməmişəm. Federasiya rəhbərinin burda olduğunu bilirdim. Amma baş nazirin oyunu izlədiyini bilmirdim.
Rossidən sonra jurnalistlər qarşısına Nikola Yurçeviç çıxdı. İlk baxışdan da hiss olunurdu ki, xorvat mütəxəssis çox məyusdu. Ən maraqlısı isə Yurçeviçin media nümayəndələrinin iradlarını çox sakit şəkildə qəbul edib, onların fikirləri ilə razılaşdığını bildirməsi oldu. Sanki yığmanın çalışdırcısı jurnalistlərlə polemikaya girməkdən çəkinirdi.
- Macarıstanı qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərimizə də bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlıydıq. Macarlar standart vəziyyətlərdən təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Tədricən oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv, topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra qol buraxdıq. Bu oyunda daha artığına layiq idik.
- Topa nəzarətin komandanızda olduğunu bildirdiz. Geriyə ötürmələr nə vaxtdan topa nəzarət kimi qəbul olunub?
- Bayaq da dediyim kimi, çox yaxşı mübarizə apardıq, yeganə fərq standart vəziyyətlər idi. Bəli, çox geri ötürmələr var idi. Rəqib yaxşı pressinq etdiyindən, irəliyə oynamaq çətin olurdu.
- Rahil Məmmədovu alternativi olmadığı üçün meydana buraxmışdız, yoxsa onda nəsə qeyri-adi istedad görmüsüz?
- Bəli, bu gün bir az həyəcanlı idi. Əlindən gələni etdi, onu tənqid etmək istəmirəm. Bizim mərkəz müdafiəçisi mövqeyində elə də geniş seçimimiz yoxdu.
- Düşünmürsüz ki, heyət seçimi zamanı hücum xətti ilə bağlı səhvə yol vermişdiz?
- Hücum xətti ilə bağlı səhv etdiyimi düşünmürəm. Fikirlər fərqli ola bilər. Komanda olaraq yaxşı mübarizə apardıq. Standart vəziyyət oyunun tərkib hissəsindən biridi. Bu gün də bu amil sözünü dedi.
- Hər kəs qrupda bizə ən münasib rəqib kimi Macarıstanı görürdü, ancaq uduzduq. Buna baxmayaraq, çox pozitivsiz...
- İndi çox şey danışmaq olar. Nəticəyə görə çox üzülürəm.
- Renat Dadaşov ilk hissədə meydanda görünmürdü. Onu gec əvəzləməyinizin səbəbi nə idi? Həmçinin Dmitri Nazarovu da qeyd etmək olar...
- Həm Dadaşov, həm də Nazarov fasilədən sonra yaxşı çıxış etdi. Düzdü, ilk hissədə gözə çox dəymədilər. Daha çox Nazarov nəsə etməyə çalışırdı. Sonradan meydana daxil olan futbolçular da oyunu bir qədər canlandırdılar. Ümumi götürəndə isə 90 dəqiqədə müsbət məqam, demək olar ki, yox idi. Bu görüşü unudacağıq. Növbəti gündən Slovakiya ilə oyunun heyəti barədə düşünəcəyik. Ola bilər ki, heyətdə müəyyən dəyişiklik olsun. Kiminsə mikrozədəsi ola bilər. Ola bilər ki, hansısa oyunçu çox yurulub və növbəti görüşə istənilən səviyyədə hazır olmaz. Qarşılaşmadan sonra komandanın ümumi durumu ilə tanış deyiləm.
- Ramil Şeydayevi cinahda oynatmaqla onun əl-qolunu bağladığınızı düşünmürsüz?
- Şeydayevlə bu barədə danışmışdım. Ramil Rusiya çempionatında da bu mövqedə çıxış edir. Bu səbəbdən qeyri-adi seçim deyildi. Onu cinahda oynatmağımızda məqsəd daha təhlükəli olmaq idi. Məğlub olmuşuqsa, belə sualları normal qarşılayıram.
- Qrupda hansısa komandanı niyə qabaqlamalıyıq? Futbolçularımız, yoxsa məşqçimiz rəqiblərdən güclüdü? Məntiqli səbəb varmı?
- Sualı tam anlaya bilmədim. Futbolda reytinq deyilən məqam var. Bu da komandaların real səviyyəsini göstərir. Buna əsasən, demək olar ki, hansısa komanda digəri ilə qarşılaşmada favoritdi. Amma bu o demək deyil ki, əlimizi yanımıza salmalıyıq. Sona qədər mübarizə aparmaq lazımdı.
- AFFA prezidenti Rövnəq Abdullayev matçdan 2-3 gün əvvəl futbolçularla söhbətində qələbənin önəmindən və final mərhələsinə vəsiqənin nə dərəcədə əhəmiyyətli olmasından danışmışdı. Necə düşünürsüz, hələ də buna şansımız var?
- Hər oyunda ən yaxşısını etməyə çalışırıq. Xorvatiya ilə görüşdə yaxşı çıxış etmişdik, xal qazana bilərdik. Bu gün, ümumiyyətlə, alınmadı, məyusuq. Slovakiya önündə yaxşı nəticə əldə edə bilsək, mübarizənin içində olacağımızı düşünürəm.
- Üç-dörd aydı Azərbaycandasız. Ölkədə potensialı olan elə futbolçular var ki, reytinqimizi yaxşılaşdırmağa kömək etsin, gələcəyə ümidlə baxaq?
- Bəli, bizdə belə oyunçular var. Rahil, Renat, Mahir kimi futbolçularımız var. Amma onlar da inkişaf etməlidilər. Həmçinin Aleksey İsayev və Ömər Buludovu da qeyd edərdim. 20-23 yaş aralığında oyunçulara nəzər yetirmək lazımdı. Onlar inkişaf etdikdən sonra nəticələrimiz yaxşılaşacaq və reytinqimiz artacaq.
- Həmin gənc oyunçular bu gün niyə meydanda deyildilər? Risk etmək istəmədiz?
- Start heyətində 4 belə oyunçu var idi: Renat, Mahir, Rahil, Anton. Digərləri də ehtiyatda. Başqa komandalarla müqayisədə daha yaxşı göstəricidi. Gələcəkdə bu say daha da arta bilər. Bugünkü matçda 4 futbolçunun start heyətində yer alması, düşünürəm ki, yaxşı başlanğıcdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar