11 in 17:51yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Səlahət Ağayev – 4,5
Qapısında 3 qol görən qolkiper məntiqlə oyunun ən zəifləri arasında olmalıdı. Lakin Səlahət sragagünkü matçda sərgilədiyi performansla belə münasibətə layiq deyil. Onun 50-ci dəqiqədə Cucakın, 1 dəqiqə sonra isə Klyaynhayslerin zərbələrini gözəl seyvlə zərərsizləşdirməsi hamı tərəfindən alqışla qarşılandı. Buraxılan qollara gəlincə, macarların fərqləndiyi hər üç epizodda “çərçivə qoruyucusu”nun kobud səhvi olmadı. Ağayevin ən böyük çatışmazlığı 90 dəqiqə boyunca Rahil Məmmədovla anlaşa bilməməsi idi.
Anton Krivotsyuk – 3,0
İlk hissədə həyacanlı görünən, tez-tez top itkilərinə yol verən, mövqeyini boş buraxan gənc müdafiəçi fasilədən sonra inamlı təsir bağışlasa da, ümumilikdə etibarsız oyunu ilə yadda qaldı.
Bədavi Hüseynov – 3,0
Çiyinlərində onlarla avrokubok oyunu olan “Qarabağ”ın üzvü bu gün yığmanın liderlərindən biri olmalıydı. Ancaq təəssüf ki, Bədavi hələ də “böyüməyib”. Şənbə günü keçirilən görüşdə də bunun bir daha şahidi olduq. Hüseynov sanki meydana “hər şey məndən uzaq olsun” prinsipi ilə çıxmışdı. Top onda olanda təcrübəsinə güvənib hücumu başlamaq əvəzinə, tezbazar “mərmi”dən xilas olmağa çalışırdı. Onun tez-tez irəliyə yox, müdafiənin cinahlarına və qapıçıya ötürmə etməsi rəqib komandanın da işinə yarayırdı. Belədə macar oyunçular öz zonalarını bağlayır, millinin hücumlarına hazır olurdular. Mərkəz müdafiəçisi kimi qapımızda gördüyümüz hər üç qolda onun da günahı var idi.
Rahil Məmmədov – 2,5
Macarıstanla matçın ən “zəif bənd”i məhz Məmmədov idi. Ümumiyyətlə, meydanda nə etmək istədiyini bəlkə heç özü də bilmirdi. 90 dəqiqə ərzində “Qarabağ”ın ucaboy müdafiəçisi ancaq səhvlərlə yadda qaldı. Marko Rossinin yetirmələri də müdafiəçinin start həyəcanını üzərindən ata bilmədiyini görüb, əksər hücumları onun zonasından qururdular. Təsadüfi deyil ki, istər birinci, istərsə də ikinci hissədə komanda yoldaşları dəfələrlə Rahilə narazılıqlarını bildirdilər.
Maksim Medvedev – 3,0
Yığmanın kapitanı da etimadı doğrultmadı. Rəqib dəfələrlə onun cavabdehlik daşıdığı sağ cinahdan müdafiəni yararaq Səlahətin qapısı önündə təhlükəli qol vəziyyərləri yaratdı. Millinin əvvəlki oyunlarında Medvedevin hücuma dəstək verdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə kapitandan bunu da görmədik. Bir-iki dəfə kor-koranə hücuma qoşulan Maksim heç nə ilə yadda qalmadı.
Qara Qarayev – 3,5
Dayaq yarımmüdafiəçinin əsas işi adı kimi qara iş görüb, qarşı tərəfin hücumlarının qarşısını ikinci zonada kəsməkdi. Ancaq bu o demək deyil ki, Qara ancaq bununla işini bitmiş saysın. Müasir futbolda dayaq yarımmüdafiəçiləri komandanın simasıdı. Onlar həm müdafiəyə kömək etməli, həm də hücuma dəstək verməlidilər. Deyəsən, bu günə kimi Qaraya bunu deyən olmayıb. Macarıstanla görüşdə o yenə köhnə “xəstəliy”inə tutulub, ancaq geriyə ötürmələr edirdi.
Riçard Almeyda – 3,5
Müdafiə ilə hücum arasında “körpü” rolunu oynamalı olan “milliləşdirilmiş” yarımmüdafiəçi həm də yığmanın “düşünən beyni” kimi qəbul olunur. “Bakcell Arena”da baş tutan qarşılaşmada braziliyalının beyninin, deyəsən, bir yarımkürəsi işlək vəziyyətdə idi. Məhz buna görə də ondan hücumu kəskinləşdirəcək “ağllı ötürmələr” görmədik.Topu özündə saxlamağı xoşlayan yarımmüdafiəçi meydanda ən çox qaçanlardan biri olsa da, faydalı iş əmsalı o qədər də yüksək olmadı. Riçardın Nikola Yurçeviçin oyun fəlsəfəsinə hələ də uyğunlaşmadığı hiss olunur. Baş məşqçi daha dinamik futbolun tərəfdarı olsa da, Almeyda “Qarabağ”da olduğu kimi, çoxötürməli futbola üstünlük verir.
Ramil Şeydayev – 3,0
Rusiya premyer-liqasında çıxış edən Ramildən gözləntilər böyük idi. Ancaq Xorvatiya ilə matçdakı futbolçunun kölgəsini belə xatırlatmadı. Düzdü, “11 nömrə” yenə çox qaçdı, rəqib müdafiəçilərlə mübarizədən çəkinmədi. Lakin hücumda heç nə ilə yadda qalmadı. Ramil ilk yarıda kornerdən qapı önünə asma zamanı bir toxunuşla topu qapıya göndərmək əvəzinə ötürmə etmək qərarına gəldi ki, belədə macar müdafiəçilər təhlükəni sovuşdura bildilər. Forvardın oyununda təravət çatmırdı. 60-cı dəqiqədən sonra hücumun sivri ucuna keçən Ramilin sanki ayaqlarından daş sallanmış, özünəinamı itmişdi.
Dmitri Nazarov – 2,5
Almaniyanın ikinci bundesliqasında çıxış edən Nazarov son oyunlarda heç özünə bənzəmir. Halbuki ondan çox şey gözlənilir. Dmitri bu dəfə də ümidləri doğrultmadı. Yığmaya yeni cəlb olunanda uzaqdan təhlükəli zərbələri ilə yadda qalan yarımmüdafiəçi artıq neçə vaxtdı bunu da etmir. Macarıstanla oyunda “Ertsgebirge”nin üzvü oyun qurucusu funskiyasını yerinə yetirməli olsa da, daha çox top itkiləri və qeyri-dəqiq zərbələr ilə yadda qaldı. Nazarov onsuz da heç vaxt döyüşkən oyunçu kimi tanınmayıb. Şənbə günü isə bu göstərici ondan sıfrın altında idi. Özünü qoruyan, ikili mübarizələrdən çəkinən Dmitri komandanın ən zəiflərindən biri kimi yadda qaldı.
Mahir Əmrəli – 4,0
Yığmanın yeganə qolunun müəllifi çıxış etdiyi cinahda çox çalışdı. Məsuliyyəti üzərinə götürməkdən çəkinməyən vinger dəfələrlə təkbətək mübarizələrdə rəqib müdafiəçiləri aldadıb ya cərimə meydançasına asma edirdi, ya da “çərçivə”ni nişan almağa çalışırrdı. Bunun alınıb-alınmaması isə başqa söhbətin mövzusudu. Əsas odu ki, ilk dəfə yeni soyadla meydana çıxan Mahir rəqibdən çəkinmirdi. Qol vurduğu an lazımi mövqedə olması da onun taktiki cəhətdən düz oynamasının göstəricisidi.
Rinat Dadaşov – 2,5
Böyük bəh-bəhlə millinin düşərgəsinə cəlb olunan, U-21-i bəyənməyib əsas yığmada oynamaq istəyən qürbətçi-futbolçunun start heyətində yer alması bir çoxlarını təəccübləndirdi. Elə Rinat özü də oyunu ilə hamını təəccübləndirməyi bacardı. Dadaşov meydanda olduğu 1 saat ərzində özünü göstərə bilmədi. Onun ümumu ansamldan ayrı düşdüyü açıq-aşkar hiss olunurdu. Bəzən mövqeyini də unudub meydanın özlərinə aid hissəsinə çəkilirdi ki, belədə macarlar meydanın mərkəzində bir müdafiəçi saxlayıb böyük qüvvə ilə irəli çıxırdılar. Dadaşovun əsas yığma səviyyəsində futbolçu olmadığı bir daha göründü.
Ağabala Ramazanov – 3,5
Qışdan sonra oyununda inkişaf sezilən Ağabala meydana çıxar-çıxmaz komandanın oyununda canlanma hiss olundu. Bəstəboy, buna rəğmən, sürəti ilə seçilən Ramazanov sol cinahda macarların müdafiə xəttini çox yordu. Təsadüfi deyil ki, yığmanın vurduğu yeganə qolu da o təşkil etdi.
Araz Abdullayev – 2,5
Bir neçə il öncə Araz ölkənin əsas komandasının əsas heyət üzvlərindən biri idi. Lakin indi həmin Arazdan əsər-əlamət qalmayıb. Meydanda olduğu zaman kəsiyində yalnız bir dəfə - yüksək ustalıqla macarların iki futbolçusundan sıyrılarkən gözə çapdı. Onun qapı önünə asma və ötürmələri də istənilən səviyyədə olmadı.
Rüfət Dadaşov – qiymətsiz
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar