11 in 17:44yigma

Rəzil yığma və 3 qapaz

Rəzil yığma və 3 qapaz
AÇ-2020-nin seçmə oyunu
Azərbaycan – Macarıstan 1:3 (0:1)

1. Səlahət Ağayev
18. Anton Krivotsyuk
4. Rahil Məmmədov
6. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
20. Riçard Almeyda
11. Ramil Şeydayev
13. Dmitri Nazarov
(16. Rüfət Dadaşov, 86)
10. Mahir Əmrəli
(7. Araz Abdullayev, 74)
17. Renat Dadaşov
(9. Ağabala Ramazanov, 59)
Ehtiyat oyunçular
12. Emil Balayev
23. Şahruddin Məhəmmədəliyev
3. Şəhriyar Rəhimov
8. Emin Mahmudov
14. Rəşad Eyubov
15. Ömər Buludov
19. Əli Babayev
21. Pavel Paşayev
22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç

1. Peter Qulaçi
2. Botond Barat
3. Mixay Korxut
6. Villi Orban
7. Balaj Cucak (k)
(11. Kristian Nemet, 86)
8. Adam Nad
9. Adam Salai
10. Dominik Soboslai
(19. David Holman, 58)
14. Gerqo Lovrençiç
15. Laslo Klyaynhaysler
(16. Mate Patkai, 72)
18. Dominik Nad
Ehtiyat oyunçular
12. Deneş Dibus
22. Adam Kovaçik
4. Yanoş Ferenczi
5. Paulo Vinisius
13. Jolt Kalmar
17. Roland Varqa
20. İştvan Kovaç
21. Tamaş Kadar
23. Filip Holender
Baş məşqçi: Marko Rossi
Qollar: V.Orban, 18 (0:1). V.Orban, 53 (0:2). M.Əmrəli, 69 (1:2). D.Holman, 71 (1:3).
Vərəqələr: D.Soboslai, 28. B.Hüseynov, 39. D.Nazarov, 50. M.Medvedev, 59. L.Klyaynhaysler, 67. K.Nemet, 87 – sarı.
Hakimlər: KEVİN BLOM, Bas van Donqen, Yohan Balder, Sərdar Gözüböyük (hamısı Hollandiya).
Hakim-inspektor: Oleq Çikun (Belarus).
UEFA nümayəndəsi: Paolo Rondelli (San Marino).
8 iyun. Bakı. Bakcell Arena. 10450 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
9 (2) qapıya (“çərçivə”yə) zərbə 14 (7)
1 korner 6
2 ofsayd 0
12 qayda pozuntusu 18
3 vərəqə (qırmızı) 3

Avroliqanın finalından sonra bu oyundan danışılırdı. Rövnəq Abdullayevin futbolçularla görüşdə fantastik mükafat vəd etməsi, “doğma divarlar”, azarkeş amili, düşərli “Bakcell Arena”, futbolçuların üç həftə Nikola Yurçeviçin sərəncamında olması – bütün bunlar yığmanın üstünlüyü sayılırdı ki, Macarıstan və Slovakiya ilə ev oyunlarında azı 4 xala ümid edirdik. Digər tərəfdən də martdakı görüşlər futbol ictimaiyyətində inamı xeyli artırmışdı. Xorvatiya kimi dünya ikincisinə səfərdə yalnız son dəqiqə qolu ilə uduzmaq, Litvayla heç-heçə oynamaq yığmanın macarlardan da xal qoparmaq ehtimalını yüksəltmişdi. Alınmadı. Arzumuz ürəyimizdə qaldı.
Yurçeviç Xorvatiya ilə oyunla müqayisədə iki dəyişikliyə əl atmışdı. Zədəli Eddi İsrafilovun əvəzinə “11-lik”də heç kimin gözləmədiyi halda Renat Dadaşov yer almışdısa, Şəhriyar Rəhimovu Anton Krivotsyuk əvəzləmişdi. Bəribaşdan qeyd edək ki, iki gəncin heç biri ümidləri doğrultmadı. Birincinin meydanda varlığı ilə yoxluğu, ümumiyyətlə, hiss olunmurdusa, “Neftçi”nin müdafiəçisi ilk hissədə heç cür özünə bənzəmirdi. Fasilədən sonra “ayılsa” belə, yenə ən zəiflərdən idi.
Milli növbəti dəfə standart vəziyyətlərin “qurbanı” oldu. Daha doğrusu, qonaqlar bu baxımdan xeyirlərinə olan məqamdan maksimum yararlanmağı bacardılar. İlk dəfə 18-ci dəqiqədə - Cucak topu cərimə zərbəsindən qapı qarşısına havalandıranda heç kimin mane olmadığı Orban gəzə-gəzə başla fərqlənməyə imkan tapdı. Fasilədən sonra yaxşı mənada dəyişiklik görəcəyimizə ümid etsək də, növbəti qol da əfsanəvi Puşkaşın həmyerlilərindən gəldi. Yenə “duran top”, yenə Cucak və yenə Orban. Balajın kornerdən qapı qarşısına göndərdiyi topu bizimkilər izləməklə kifayətlənərkən, Salai onu “çərçivə”yə tərəf çevirdi, Villi olduqca rahat şəkildə bu oyunda 2-ci, yığma karyerasında 3-cü qolunu vurdu.
Hesabda 2 top fərqi ilə geri düşməyimizə baxmayaraq, yığma üzvləri heç də əllərini yanlarına salmamışdılar. Qol vurmaq üçün irəli atılır, rəqib müdafiəsində boşluq axtarırdılar. Və bu istək, nəhayət, nəticə verdi. Oyuna olduqca fəal qoşulan Ağabalanın 67-ci dəqiqədəki zərbəsi cüzi fərqlə hədəfdən yan keçsə də, 2 dəqiqə sonrakı vuruşu Qulaçiyə çətinlik yaşatdı. Belədə qapıçının güclə qaytardığı topu boş qapıya göndərmək üçün Mahirə toxunmaq qaldı. İnsaf naminə, bu dəqiqələrdə macarların nisbətən rahatlaşdıqları və oyunun tempini aşağı salmaq niyyətində olduqları açıq-aşkar görünürdü. Hesab arasındakı fərqin azalması onları “ayıltdı”. Və cəmi 2 dəqiqə sonra tablodakı rəqəmlər dəyişdi. Müdafiəçilərin kobud, hətta deyərdim ki, uşaq səhvlərindən sonra meydana cəmi 13 dəqiqə əvvəl çıxan Holman yığmadaki debüt matçındaca Səlahətə göz açmağa imkan vermədən qol hesabını açmağa nail oldu. Görüşün qalan dəqiqələrində hər iki komanda üzvlərinin arzusu Blomun final fitini eşitmək idi. Macarlar qarşıdakı oyunu düşündüyü halda, bizimkilər qapısında növbəti qol və ya qolları görməmək üçün dua edirdi.
Yığma üzvlərinin üçhəftəlik hazırlıq dönəmində Xəzər dənizinin sahillərində nə işlə məşğul olduğunu Yurçeviçdən yaxşı bilən olmaz. Lakin fakt faktlığında qalır: rəqib təhlil olunmamışdı, baxımlı futbol nümayiş etdirmək sarıdan heç bir iş görülməmişdi. Futbolçuların 90 dəqiqə ərzində etdikləri illərdi görməyə alışdıqlarımızdı. Topla yerli-yersiz driblinqlər etmək, geriyə ötürmələr, hücum zamanı çaşıb qalmaq, standart vəziyyətlər zamanı özünü itirmək. Yəni bütün bunlar 10 ildi var, bu gün də mövcuddu. Xoşagələn bir şey var idi ki, o da futbolçuların hədsiz istəkli olması, mübarizələrdən çəkinməməsi. Bunu da mənə kimsə yığma forması amili adı ilə soxuşdura bilməz. Adım kimi əminəm ki, Rövnəq Abdullayevin mükafatla bağlı verdiyi vəd futbolçuları xeyli həvəsləndirmişdi.
Artıq bütün dünya futbol oynayır, nəticə qazanır. Bizimkilər isə topun dalınca qaçmaqdan başqa heç nə bacarmır. Ev sahibi olasan, 90 dəqiqə ərzində “çərçivə”yə cəmi 2 zərbə vurasan, 1 dəfə künc zərbəsi yerinə yetirəsən. Rəqibin də Portuqaliya, Hollandiya, yaxud Fransa yox, Macarıstan ola. Baş məşqçi də oyundan əvvəl hücum futbolundan danışa, matçdan sonra AÇ-2020-nin final mərhələsi ilə bağlı şanslarının bitmədiyini deyə, Slovakiya ilə oyundakı mümkün qələbədən sonra şansların qalacağını dilə gətirə. Kapitan Maksim isə layiq olmadıqları pulları qazanmağı demək əvəzinə, hər cür bəhanə gətirə.
6 aydı millinin başında olan və bu müddətdə komandanı 3 oyuna çıxaran Yurçeviçin hansısa yenilik gətirdiyini demək absurddu. Həmişə gördüklərimizdi, dəyişən heç nə yoxdu. Şahin Diniyev də olsaydı, belə olacaqdı, Samir Abasov da, lap Ayxan Abbasov da. Çünki bu ölkədə futbolçu yetişmir, uşaq məşqçisi yoxdu. Belə olan halda yığmaların əcnəbilərə tapşırılması kimlərinsə şəxsi büdcələrini zənginləşdirməsinə hesablanmış plandı. Onların nəyinə lazımdi futbol, nəticə, onminlərlə azarkeşin məyusluğu. Açığı, Slovakiya ilə oyunda bundan artığını gözləməyə dəyməz...
HƏBİB

Reaksiyalar
Qara Qarayev: "Hansı komandaya qarşı oynadığımızı bilirdik. Macarıstan elə də sadə rəqib deyil. Ümidimiz var idi ki, bu oyunda yaxşı nəticə qazanacağıq, amma ilk dəqiqələrdən standart vəziyyətdən məğlub ayrıldıq. Bu da nəticədə rəqibin daha yaxşı oynamasına gətirib çıxardı. İkinci hissədə bir qol vurduq, fərqi azaltdıq, amma ondan artığına gücümüz çatmadı. Ruhsuz oynayırdıq deməzdim, çünki ilk hissədə hər şey istədiyimiz kimi idi, sadəcə, qapımızda qol gördük. Bu oyunun nəticəsinə təsir etdi. Qol vurduqdan sonra ümid yaranmışdı ki, Macarıstandan xal ala bilərik, amma rəqib futbolçuların ustalığı özünü göstərdi. Biz də meydana uduzmağa çıxmırıq, əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq, amma alınmır. Üç gün sonra Slovakiya ilə oyun var. Başqa yolumuz yoxdu. Hazırlaşıb, növbəti matçda var gücümüzlə oynamalıyıq. Əlbəttə, bu gün bu qədər azarkeş önündə meydandan məğlub ayrılmaq bizim üçün çətindi. Bir vətəndaş kimi mənim üçün, bütün komanda üçün ağırdı və bizə pis təsir edir. Çox çətin qrupa düşmüşük. Tək biz yox, hər kəs deyir, bu, bəhanə deyil. Qrupun favoriti biz deyilik. Biz ən axırıncı yer üçün vuruşuruq. Real danışmaq lazımdı, hər iki oyunda rəqib futbolçuların ustalıq səviyyəsi bizi xal qazanmaqdan məhrum edib. Ona görə danışılası heç nə yoxdu. Bu gün göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarıq. Uzun müddət idi milli komandanın oyunlarında belə ab-hava olmurdu. Hər birinə təşəkkür edirəm. Düzdü, biz onların dəstəyinə qarşılıq verə bilmədik, amma bu bayraq altında meydana çıxan hər kəs, bütün komanda onlarındı. Azarkeşlərə bir daha təşəkkürümü bildirirəm".
Mahir Əmrəli: "Ümidimiz çox idi, qalib gəlmək istəyirdik. Yaxşı nəticə olmayanda inanın ki, biz də üzülürük. Çünki 10-15 gün öncədən bir araya gəlib, təlim-məşq toplanışı keçir, həvəslə oyunlara hazırlaşırsan. Sonra belə nəticə olduqda insan özünü zəhməti hədər getmiş kimi hiss edir. Amma düşünürəm ki, ümid hələ də var. Slovakiya ilə matçda vəziyyəti düzəldə bilərik. Həmin görüşdə əlimizdən gələndən də artığını etməliyik. Qolları birinci hissədə də, ikincidə də sanki bir az tez buraxdıq. Fərqi azaltdıqdan sonra həvəsə gəldik. İstədik ikincini də vuraq. İrəli atılarkən yenidən qapımızda qol gördük. Yəni fərqləndikdən sonra da tez qol buraxdıq. Düşünürəm ki, bu amil də bir az rol oynadı. Evdə oynayırdıq, qalib gəlmək istəyirdik. Ola bilsin, hardasa boşluqlar verdik. Amma səhvlərimizə baxıb, nəticə çıxarmalıyıq və növbəti oyunlarda bunu təkrarlamamalıyıq. Macarıstandan xal almaq olardı. Biz hər iclasda bunu deyirdik. Yəni baş məşqçi şansımızın olduğunu söyləyirdi. Biz də buna inanırdıq. Sadəcə, bəxtimiz gətirmədi. Qarşıda Slovakiya ilə oyun var. Slovakiyanın bir oyununa baxmışıq. Hələ tam təhlil etməmişik. Yəqin ki, buna sabah başlayacağıq. Amma həvəsdən düşmək lazım deyil. Əsl komanda ruhu burda bilinir. Nə olur-olsun, çıxıb öz oyunumuzu oynamalı, yaxşı futbol göstərməliyik. Qrupumuzdakı rəqiblərin hamısı bir-biriylə təxminən eyni gücdədi. Eyni zamanda, bizə yuxarıdan aşağı baxırlar, millimizdən üstündülər. Bu bizi qorxutmamalıdı. Bütün oyunlarda uduzacağıq? Qorxsaq, elə də olacaq. Məncə, qorxmaq lazım deyil. Ən azı oyuna gələn insanlara da, baxanlara da futbol həyəcanı yaşatmaq lazımdı. Çünki artıq futbol dəyişib. Nəticə olmayanda artıq azarkeşlər də baxır ki, komanda oynadı, amma lazımi hesab olmadı. Düşünürəm ki, sadəcə, öz futbolumuzu oynamalıyıq".
Ağabala Ramazanov: "Bizim üçün ən vacibi standart vəziyyətlər idi, buna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin ən üstün cəhəti budu. Amma standart vəziyyətdən 2 qol buraxdıq, buna görə üzülürük. Düşünürəm ki, öz oyunum barədə danışmaq düz olmaz. Buna siz, kənardan baxanlar qiymət verməlidi. Mən komandam üçün əlimdən gələn hər şeyi etməyə çalışdım. Məşqçimiz bu oyunda mənə 30 dəqiqə şans verdi, bu, onun qərarıdı. Düşünürəm ki, 45 dəqiqə şans versəydi, daha yaxşı ola bilərdi. Amma qərarları məşqçi verir, bu haqda bir şey deyə bilmərəm. Biz azarkeşlərdən də çox üzülürük. Onlar olmasa, bizim üçün çox çətin olar. Stadiona gəlsinlər, bizi dəstəkləsinlər, tək qoymasınlar. Azarkeşləri başa düşürük, bizdən həmişə qələbə, yaxşı nəticə gözləyirlər, biz də əlimizdən gələni edirik. Bizi dəstəkləsinlər, onları stadionda görmək istəyirik. Slovakiya ilə oyunda nəticəyə koklənməliyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
Villi Orban: "Top bizimlə müqayisədə meydan sahiblərində daha çox idi, ancaq qapı qarşısında biz effektli idik. Bilirəm ki, qrupa başçılıq edirik, ancaq nəticə çıxarmaq həddən artıq tezdi. Ona görə ki, seriyanın əvvəlindəyik və 3 gündən sonra bizi daha bir matç gözləyir. Buna da ən yaxşı şəkildə hazırlaşmalıyıq. Ümid edirəm ki, Uelsə də qalib gələrək liderlər qrupunda mövqeyimizi gücləndirəcəyik. Şadam ki, 2 qolla komandamıza kömək etdim. İkinci qolda bəxtim gətirdi, top qapı xəttində dizimə dəydi. Son vaxtlar belə standart vəziyyətlərdə çox qol vurmuşuq. Bu da daha çox onunla bağlıdı ki, Balaj Cucak topu yaxşı ötürür. Əminliklə deyə bilərik ki, bu ən yaxşı silahlarımızdan biridi. Bir az pəncəmdə ağır hiss edirəm. Bu da ilk hissədə mənə qarşı olan qayda pozuntusuna görə oldu. Ancaq Uelsə qarşı oynamaq fikrindəyəm".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar