11 in 17:41yigma

Maksim Medvedev acı reallıqları etiraf etdi

Maksim Medvedev acı reallıqları etiraf etdi
"Bir Mahirimiz var, o da Azərbaycanda qalsa, parlaq gələcəyi olmayacaq"
Millinin kapitanı Maksim Medvedev Macarıstanla oyundan sonra media nümayəndələrinin suallarını cavabladı. “Qarabağ”lı maraqlı fikirləri ilə diqqəti çəkdi.
- Oyun haqda fikirlərini bilmək istərdik.
- Yaxşı hazırlaşmışdıq. Rəqibin oyun üslubunu bilirdik. Əsas üstünlükləri fiziki cəhətdən güclü, ucaboy olmalarıdı. Amma bu cür rəqiblərə qarşı nə qədər yaxşı hazırlaşsan da, yenə problem yaşayırsan. Çalışırdıq ki, bizə verilən tapşırıqlara əməl edək, amma bəzi şeylər alınırdı, bəzisi isə yox. Məğlubiyyətə görə çox məyusuq. Sabah oyunu təhlil edəcəyik, qarşıda Slovakiya ilə matç var. İnanıram ki, həmin qarşılaşmada yaxşı çıxış edəcəyik.
- Bugünkü oyun gələcək üçün nə vəd edir?
- Hər oyun bizim üçün bir imtahandı. Hər qarşılaşmadan sonra çalışırıq ki, səhvlərimizdən dərs çıxaraq. Bəzi xətalar var ki, onları etməməliydik. Çünki komandada təcrübəli oyunçular var. Amma məğlub olanda əsəbi futbol oynayırıq və məşqçinin tapşırıqları yaddan çıxır. Ona görə də oyun “sınır” və yenidən bərpa olmaq çətin olur. Çalışmalıyıq ki, 90 dəqiqə ərzində eyni səviyyədə mübarizə apara bilək.
- Azarkeşlərə sözün varmı?
- Gəldikləri və dəstəklədikləri üçün təşəkkür edirəm. Ekran qarşısında olanlara da minnətdarıq. İstəməzdik ki, belə olsun. Amma futboldan başı çıxan azarkeşlər bilir ki, nə qədər çalışsan da, səviyyə fərqi hiss olunur. Bizim əksər futbolçularımız yerli çempionatda çıxış edir, amma macarlar daha yaxşı və səviyyəli birinciliklərdə oynayırlar. Aramızda səviyyə söhbəti var. Amma yenə də sona qədər bizə dəstək olurlar.
- Millimiz Xorvatiyaya qarşı sanki daha yaxşı oynamışdı...
- Xorvatiya ilə oyuna biz “2-ci nömrə” kimi çıxmışdıq. Bilirdik ki, onlara qarşı səfərdə açıq futbol oynamaq mümkün deyil. Təcrübə fərqi var. Amma bu gün çalışdıq ki, başabaş oynayaq. Standart vəziyyətlərdən elə qollar buraxdıq ki, özümüz özümüzdən inciyirik.
- Bu məğlubiyyət seçmə mərhələdə qarşınıza qoyulan hədəflərə çatmaq baxımından nə dərəcədə rol oynayacaq?
- AÇ-2020 şansımız çox azdı. Onsuz da qrupun autsayderi hesab olunuruq. Bu gün iddia etsək ki, əsas məqsədimiz qitə birinciliyində iştirak eləməkdi, bu, bir az ucadan danışmaq olar. Bizim əsas məqsədimiz qrupumuzdakı komandalara problem yaratmaqdı. Hələ ki birinci yer uğrunda vuruşmaq gücündə deyilik.
- Nə vaxta qədər məqsəd elə kiməsə problem yaratmaq olacaq? Biz nə vaxt iddialı olacağıq?
- Mənim 30 yaşım var, digər yoldaşların 28-32 yaşı var. Bizdən keçib artıq, ümidimiz odu ki, gənclər çıxıb xaricdə oynasınlar. Bir Mahirimiz var, o da Azərbaycanda qalırsa, parlaq gələcəyi olmayacaq. Çalışmalıyıq ki, gənclərin hamısı xaricdə oynasınlar. Bu gün çempionatımızda 8 komanda var, “Qarabağ”ın, “Qəbələ”nin, “Neftçi”nin heyətinin yarısı əcnəbidi. Bəs bizim gənclərimiz nə vaxt oynayacaqlar? Ancaq toplanışdan-toplanışa oynayırlar, uduzanda da hamı düşür üstlərinə. Onlar nə vaxt oynayırlar ki? Ya son 15-20 dəqiqədə çıxırlar meydana, ya da limitə görə bir gənc oyunçu şans qazanır. Onların da 3-4-ü millidədi. Gənclər xaricdə oynamalıdı ki, yeni qan gəlsin. Qonşularımıza baxaq. Məsələn, Gürcüstan vaxtında düzgün siyasət seçdi, indi də nəticə əldə edə bilir. Bizdə isə 8 komanda var, hamısı təzyiq altında oynayır, gənclərə isə meydanda yer olmur.
- Slovakiya ilə oyundan nə gözləyək?
- Həmin oyun haqda düşünmək istəmirəm. Çox yorğun və əsəbiyəm. Amma istəyirik ki, bundan yaxşı oynayaq, nə dərəcədə alınacaq, onu gələcək göstərəcək. Heyət, anlaşma baxımından problemlərimiz var. Son 10 oyunun heç ikisində eyni heyət meydanda olmayıb. Tez-tez dəyişikliklər olur ki, bu da bizə mənfi təsir edir
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar