11 in 17:39yigma

Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır

Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır
Qurumun əməkdaşları tarixi saxtalaşdırmaqda davam edirlər
Yığma AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk ev oyununa çıxırdı. Azarkeşlər Macarıstanla qarşılaşmaya böyük maraq göstərdiyindən, kiçik ölçülü bayraqlarımızla təmin olunan tribunaların dolacağı şübhə doğurmurdu. “Bakcell Arena”nın tutumunu nəzərə alanda, stadionda anşlaqın yaşanması qeyri-adi sayılmamalı idi. Hələ bir gün öncə AFFA-dan 7500 biletin satıldığı deyilmişdi. Bizdə oyun günü də xeyli bilet satılır və bu o demək idi ki, yığma dolu tribunalar önündə oynayacaq. Bir sözlə, “Bakcell Arena”da əla ab-hava olacağını proqnozlaşdırmaq olardı. Hər nə qədər yığmaya inam azalsa da, futbolsevərlər yaxşı nəticəyə ümid edirdi. Macarıstanla oyunda qazanılacaq mümkün qələbə çox şeyi dəyişə bilərdi. Təəssüf ki, bu baş vermədi. Təkcə meydanda gedən mübarizə yox, oyunətrafı qeyd olunası o qədər məqam var ki…
“Qara bazar” AFFA-dan “qidalanır”?
Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır
İllərdi davam edən “xəstəlik” bu dəfə də özünü göstərdi. Oyuna bir-iki saat qalmış kassalara üz tutanlar bilet tapa bilmədi. Ancaq stadionun ətrafında vəziyyət fərqliymiş. Həmişə olduğu kimi, yenə də “qara bazar” öz işində imiş. Ən qəribəsi budu ki, alverçilerdən biri pulla alınan biletləri yox… dəvətnamələri hərraca çıxarıbmış. Özü də biri 10 manata. Hətta şöbə redaktorumuz Kənan Həsənov onlardan birinə yaxınlaşaraq, sorğu-suala tutub, jurnalist vəsiqəsindən çəkinən fürsətcil çox çək-çevirdən sonra ona 5 manata iki dəvətnamə satmağa razılaşıb. Özü də əlində yetərincə dəvətnamə var imiş. Maraqlıdı, “qara bazar” hardan “qidalanır”? Bilet olsaydı, dərd yarıydı. Deyərdik ki, əvvəldən qohum-əqrəbasının adına alıb, indi baha qiymətə satır. Ancaq söhbət dəvətnamədən gedirsə, deməli, AFFA-dan kimlərsə bunu alverçilərə ötürüb. Çünki bunlar bilet kimi kassalarda satılmır. Bu isə o deməkdi ki, AFFA-da outran kimlərsə onu “qara bazar”a ötürür, müəyyən məbləğ qazanır.
Ciddi yoxlama
Stadiona daxil olanda ciddi yoxlamadan keçdik. Hətta qapıda duranlar jurnalist olduğumuzun fərqinə varmadan bizdən şəxsiyyət vəsiqəsi də tələb etdilər. Yalnız AFFA rəsmilərinin müdaxiləsindən sonra pasportlarımıza ehtiyac duyulmadı. Məlum oldu ki, gələnləri “süzgəcdən keçirənlərə” siyahı verilib və media nümayəndələrinin orda adı var. Sadəcə, adı yoxlamaq və jurnalisti içəri buraxmaq tələb olunur, vəssalam. Hə, ciddi yoxlamanın səbəblərindən biri Macarıstanın baş naziri Viktor Orbanın (maraq üçün xatırladaq ki, o, qatı futbol azarkeşidi, siyasi fəaliyyətlə məşğul olduğu illərdə belə ölkəsinin üçüncü divizionunda yarışan “Felçut”un formasını geyib) oyunu canlı izləməsi idi. Həmçinin bu ölkədən başqa yüksək vəzifəli şəxslərin, eləcə də federasiya rəhbərliyinin də “Bakcell Arena”ya təşrif buyurduğu haqda məlumat aldıq.
Səhvə gəl, səhvə…
Azərbaycan – Macarıstan oyunu üçün hazırlanan proqrama nəzər salanda bir kobud səhv dərhal diqqətimizi çəkdi. Belə ki, yığmanın tarixindəki ilk matçda Gürcüstanı 6:3 hesabı ilə məğlub etdiyi yazılıb. Halbuki həmin qarşılaşmada biz eyni hesabla uduzmuşuq. AFFA-nın bu boyda “quş”a yol verməsi isə gülməlidi. Məgər qurumda bir nəfər tapılmır ki, 4 vərəqdən ibarət proqramı redaktə eləsin? Əslində bir müddət öncə millinin ilk baş məşqçisi kimi Ələkbər Məmmədovu göstərən, bununla da Əhməd Ələsgərovun ruhunu narahat edən AFFA üçün növbəti dəfə tarixə belə münasibət qeyri-adi sayılmamalıdı. Dünən baş məşqçini səhv yazırdılar, bu gün isə nəticəni saxtalaşdırırlar. Bu yanaşmanın kökündə nəyin dayandığını anlamaq çətindi.
“Skillzy” azarkeşləri salamladı
Matçdan öncə gələn il keçiriləcək və 4 oyunu Bakıda baş tutacaq Avropa çempionatının maskotu nümayiş olundu. "Skillzy" adlı maskot "Bakcell Arena"da azarkeşləri salamladı. Qeyd edək ki, adı “vərdişlər” mənasını verən talisman sərbəst futbol oyunçularını (freestyler) özündə birləşdirir.
Birdəqiqəlik sükut
Bugünlərdə UEFA-nın bayrağı altında keçiriləcək bütün oyunlarda olduğu kimi, Azərbaycan – Macarıstan görüşünün start fitindən öncə də birdəqiqəlik sükut elan edildi. Səbəb UEFA-nın keçmiş prezidenti Lennart Yuhanssonun vəfat etməsidi. 1990-2007-ci illər aralığında qitə futbol qurumunun prezidenti olan Yuhansson iyunun 4-də, 89 yaşında dünyasını dəyişib. “Bakcell Arena”da da onun xatirəsi yad olundu.
“Biz tarixə sığınmadıq...”
Əvvəlcədən də məlum idi ki, bu oyunda 17 azarkeş qrupu birləşərək milliyə dəstək olacaq. Belə də oldu. A4 və A5 sektorunda qərarlaşan 700-dən çox fanat 90 dəqiqə yığmanı irəli səslədi. Onların qərarlaşdığı tirbunanın önündə iri hərflərlə “Azərbaycan” sözü yazılmış plakat quraşdırılmışdı. Plakatın hər iki tərəfində dövlət bayrağımız var idi. Tribunanın üst tərəfindən asılan plakatda isə belə yazılmışdı: “Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq”. Razılaşaq ki, uzun müddət idi yığma bu sayda fanatdan dəstək almırdı. Onlar həm oyundan öncə, həm də final fitindən sonra komandanı çağırıb alqışladılar. İkinci yarının sonlarına yaxın isə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun”, eləcə də əsgərlərimizin şəninə ünvanlanan şüarlar səsləndirdilər.
500-ə yaxın macar
Macarıstan da “Bakcell Arena”da dəstəksiz qalmamışdı. Qonaq fanatlar onlar üçün nəzərdə tutulan sektoru tam doldurmuşdular. Həmin tribunanın önündəki məhəccəri isə dövlət bayraqları örtmüşdü. Təxminən 500-ə yaxın (deyilənə görə, 495) idilər. Maraqlıdı ki, oyundan öncə macar futbolsevərlərlə həmin sektora yaxın olan yerli fanatlar arasında söz atışması oldu. Lakin bu elə də uzun sürmədi.
Nazarovun butsu
Oyunun 36-cı dəqiqəsində maraqlı epizod yaşandı. Dmitri Nazarov rəqibdən sıyrılarkən, macar oyunçu onun ayağını tapdaladı. Hakim isə davam işarəsi verdi və belədə Nazarov ayağından çıxan butsu referiyə göstərdi. Lakin ədalət təsmilçisinin buna əhəmiyyət vermdəyini görən yarımmüdafiəçi bir müddət buts əlində mübarizə apardı. Yalnız oyun dayanandan sonra Nazarov butsunu geydi.
Rossi qovuldu
Macarlar "Bakcell Arena"dakı matçı baş məşqçisiz başa vurmalı oldu. Belə ki, Marko Rossi 88-ci dəqiqədə texniki zonadan qovuldu. Buna səbəb italiyalı mütəxəssisin baş hakim Kevin Blomun qərarından narazılıq etməsi idi. Nəticdə Rossi növbəti matçı da kənardan izləməli olacaq.
Maksimdən Rahilə irad
Bir epizodda Maksim Medvedev Rahil Məmmədova ciddi narazılıq etdi. “Qarabağ”da komanda yoldaşı olan müdafiəçilər arasında mübahisə yarandı. Hər halda, Maksimin yaşını, təcrübəsini, kapitan statusunu nəzərə alsaq, onun Rahilə irad bildirməsi təbii idi. Xüsusən də Məmmədov zəif oyunu ilə yadda qaldığı anda. Hətta oyundan sonra da Maksimlə Rahilin nəyisə müzakirə etdiyinin şahidi olduq.
Nazarovla Şeydayevi gözləyən fanatlar
Texniki zonanın arxasındakı tribunada iki azyaşlı fanat futbolçulardan forma istəyirdi. Onlardan birinin əlindəki pankartda Dmitri Nazarovun, o birində isə Ramil Şeydayevin adı və nömrəsi yazılmışdı. Final fitindən sonra arzusuna çata bilməyən futbolsevərlər inadlarından da dönmədilər. Belə ki, həmin iki fanatı əllərindəki pankartla bərabər miks-zonanın yaxınlığında gördük. Lakin onların məqsədlərinə çatıb-çatmadığını bilmədik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar