11 in 17:26yigma

Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır

Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır
Kamran İbrahimov: “Əsas səbəbkar mənəm, amma yenilgidə hamının günahı var”
Ötən həftəmiz qara gəldi. Cümə axşamı U-21 səfərdə Lixtenşteynə boyun əydisə, iki gün sonra ölkənin əsas komandası Macarıstan qarşısında aciz qaldı. Ümumi götürəndə macarlara məğlubiyyət sensasiya kimi qəbul olunmadı. 2016-cı ildə AÇ-2016-nın final mərhələsində çıxış edən, üç ay əvvəl dünya çempionatının finalçısı Xorvatiyanı udan Macarıstan millisinə yenilgini çətin də olsa, həzm etmək olur. Amma Lixtenşteynə uduzmaq...
Dəhşətlisi, bilirsiz, nədi? Bu ölkənin U-21 yığmasının 4 illik tarixində ilk qələbəsini bizimkilər üzərində qazanması. Ona görə də yığma üzvləri daha çox tənqid olunur, məlum yenilgi faciə kimi qəbul olunur.
Artıq vətəndə olan səbəbkarların bir neçəsi ilə əlaqə saxlayıb, Lixtenşteyn biabırçılığı ilə bağlı fikirlərini öyrənmək istədik. Hamısı da eyni məqamı – qol vura bilməməyi əsas gətirdi.
Musa Qurbanlı: “Belə olacağını nəinki gözləmirdik, heç ağlımıza da gəlməzdi. Olduqca ağır yenilgi oldu. Hələ də başa düşmək, qəbul etmək olmur. Meydana birmənalı şəkildə qələbə qazanmaq üçün çıxmışdıq. Arxayınlıqdan qətiyyən söhbət gedə bilməz. Bu baxımdan hazırlıqlı idik. Sadəcə, matçın əvvəlində gözlənilməz qol buraxmağımız yerinə düşmədi. Müdafiədə bir dəfə boşluğa yol verdik, onda da penalti oldu. Lixtenşteyn onsuz da müdafiə olunurdu, hesab açılandan sonra hamılıqla geri çəkildilər. 90 dəqiqə ərzində oynayan, hücum edən, qol vəziyyəti yaradan tərəf biz idik. Əlverişli imkanlarımız da oldu, amma fərqlənə bilmədik. Məncə, başlıca səbəb qol vəziyyətlərini boşa verməyimiz idi. Niyə vura bilmirik? Görünür, ustalıq səviyyəsi aşağıdı. Üzərimizdə çox işləməliyik. Başqa hansısa səbəb görmürəm. Lixtenşteynə məğlubiyyət faciə adlandırıla bilərmi? Bunu deməklə rəqibə yuxarıdan aşağı baxmış kimi görünə bilərik. Bəlkə də kimlərinsə gözündə faciədi. Bunun səbəbi də ilk qələbələrini bizimlə oyunda qazanmaları idi. Bizdən əvvəl qalib gəldikləri oyunlar olsaydı, bəlkə də bu dərəcədə ajiotaj olmazdı. Şəxsi fikrimi bilmək istəyirsizsə, yenilgini faciə yox, imtahan adlandırardım. Bizim üçün yaxşı dərs oldu. Çətin olsa da, bu nəticəni unutmalıyıq ki, növbəti matçlara hazırlaşa bilək. Lixtenşteyn ilk qələbəsini bizimlə qarşılaşmada əldə etdisə, deməli, futbolda hər şey mümkündü. Yəni sabah biz də iddialı komandaları məğlub edə bilərik. Ona görə də futbol ictimaiyyətini inamlı olmağa, gələcəyə nikbin baxmağa səsləyirəm. Mənim üzr istəməyimlə nəsə düzələcəksə, problem yoxdu. Məncə, əsas üzr istəmək yox, qarşıdakı oyunlarda uğurlu nəticə qazanmağı düşünməkdi”.
Rövlan Muradov: “İnanırsız, deməyə söz tapmıram. Özüm hələ də məğlubiyyətin şokundayam, inana və qəbul edə bilmirəm. Çünki belə olacağını heç kim gözləmirdi. Arxayınlıqdan qətiyyən söhbət gedə bilməzdi. Hətta oyundan əvvəl baş məşqçi arxayınlaşmamağı, rəqibi ciddiyə almağı dönə-dönə tapşırmışdı. Oyunun əvvəlində penaltidən qol buraxdıq. Yerdə qalan 80 dəqiqəni hücum etdik, qol vəziyyətləri yaratdıq. Sadəcə, son zərbəni vura bilmədik. Məğlubiyyətin hər kəsin bildiyi bir səbəbi var, o da topun qapıya girməməsidi. Mənim də, Musanın da yaxşı imkanlarımız oldu. Son zərbəni vurmaqda ustalıq çatmırdı. Qapıçıları mənim zərbəmə əla reaksiya göstərdi. Əsas milli ilə keçirdiyimiz yoldaşlıq görüşündə uduzsaq da, əla oynamışdıq. İnandırım sizi, həmin oyunun yarısını orda oynaya bilsəydik, rahat qələbə qazanardıq. Seçmə mərhələ yeni başlayıb, qarşıda çox oyun var. Bilirəm, rəqiblər güclüdü. Amma yenə də acı yenilgini unutdurmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Ardıcıl iki oyunu evdə keçirəcəyik. Bu dəqiqə hər cür tənqidi qəbul edirik. Sadəcə, təhqirlərə yol verilməsini istəmirik. Heç bir futbolçu məğlub olmaq istəməz. Bəzən hər şey edirsən, alınmır, rəqib qalib gəlir. İnşallah, növbəti oyunlarda qol vəziyyətlərini dəyərləndirməklə azarkeşləri sevindirərik”.
Kamran İbrahimov: “Oyuna baxmısız? Neçə hücumları oldu? Siz mənə sual verirsiz, mən də sizə cavab vermək üçün soruşuram. Türkiyə - Fransa oyununa, yəqin ki, baxdız. Eyni səviyyədə oyun oldu, hücum edən tərəf fransızlar idi, amma qələbəni qazanan türklər oldu. Bəzən belə də olur. Nə qədər hücum edirsən-et, qalib gələn rəqib olur. Penalti epizoduna gəlincə, oyuna çıxanda adam istəkli olur. Mən də komandamı qoldan xilas etmək üçün mövqeyimi tərk etmişdim. Topa oynamaq istəyirdim, rəqib özünü yerə atdı. Belə baxanda orda qayda pozuntusu da yox idi. Bir də ki, penalti hamının başına gələcək işdi. Mən olmazdım, başqası olardı. Əsas səbəbkar mənəm, amma yenilgidə hamının günahı var. Yaxşı, deyək ki, 10-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən top buraxdıq. Axı qalan dəqiqələrdə qol vura bilərdik. Neçə-neçə qol şansımız oldu. Məğlub olmuşuqsa, hamının günahı var. Bəzən belə oyunlar olur. Sən qol bura bilmirsən, rəqib vurur və qalib gəlir. Məsələn, sabah Fransanı məğlub etsək, fransız azarkeşlər komandanı qınayacaq. Yəni belə olması normaldı. Ümid edirəm ki, növbəti matçlarda bu yenilgini unutduracağıq. Lixtenşteynə uduzmağımız başqa oyunların hamısında uduzacağımız anlamına gəlməməlidi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar