09 in 15:54yigma

Limitinizə quzu kəsim

Oyundan əvvəl hər iki komandanın üzvlərinin yarısı oturaq vəziyyətdə, yarısı da ayaqüstə dayanıb fotokameralar önünə keçirlər ha, U-21-in Lixtenşteynlə matçdan əvvəl çəkilən həmin şəklini görəsiz. Kainatı yaradana and olsun, hamısı futbolçuya oxşayır. Saç düzümləri, bədən quruluşları, oturuş və dayanış formaları, obyektivə baxmaqları – nə desən, nə istəsən, var da. Tanıyıb-bilməyən olsa, elə zənn edər ki, Hollandiya, yaxud İngiltərənin futbolçularıdı.
Çünki qanı qanımızdan, canı canımızdan olan uşaqlar futbol oynamaqdan başqa hər şey bacarırlar. Məsələn, birinə de ki, reklam rolikinə çəkilmək üçün filan cür dayanmalısan, filan pozu verməlisən, hoqqa çıxartsın. Bir başqasına əsl futbolçu yerişini göstərməsini tapşır, Ronaldo qələt eləsin onun yanında. Sənin üçün “söhbət xırdalasın”, “instaqram”da qız “tutsun”, maşınların mühərrik həcmindən saatlarla danışsın, amma futbol oynamağı demə ona. Bacarmır, alındıra bilmir. Oynamaq istəyir e, amma oynaya bilmir.
Bu uşaqların xəmiri belə yoğrulub. Düz-əməlli futbol məktəbi görməyiblər, futbolun əsl sirrlərini öyrənməyiblər. Daha doğrusu, öyrədən olmayıb. Məşqçi “sintetika”da topu atıb qabaqlarına, özü də qıraqda çənəsini kiminləsə qızışdırıb. Uşağın səhvi olanda yaxşı yerindən söyüb. Bir də ki, futbol savadı 20 il əvvəlki məşqçilərdən öyrəndikləri ilə məhdudlaşan məşqçi nə öyrədəcək ki? Bu ölkədə nə futbol var, nə də futbolçu. İllərdi yazırıq, danışırıq, çifayda.
Hə, Lixtenşteynlə görüşdən danışırdım axı. Avropa çempionatının seçmə mərhələsinə səfərdə başlayan Milan Obradoviçin güvəndiyi futbolçuların gününü lixtenşteynli cor-cocuqlar qara etdilər. Yanvardan bu yana millini hər ay bir araya gətirən, bununla da seçmə mərhələyə hazırlaşan serb mütəxəssisin “əziyyətinin” nəticəsini ayağı top tutmayan uşaqlar göstərdi. Bu, Lixtenşteynin U-21-nin tarixində ilk qələbəsi idi. 2015-ci ildən bu yana bir dəfə də olsun, 3 xalın sevincini yaşamamışdılar. Sağ olsun bizim qaqaşlar, 21 il əvvəl böyük qardaşlarının yazdıqları tarixi təkrarladılar. İndi ovuc içi boyda olan ölkədə Azərbaycanı tanımayan yoxdu. 5 yaşlı uşaqdan da soruşsan, ölkəmiz və futbolumuz haqda sənə ağızdolusu danışacaq.
Həmin oyunun videogörüntüsündən bir epizod rastıma çıxdı. Deməli, Lixtenşteynin futbolçusu topla qaçır, bir futbolçumuzu keçir, yenə qaçır, ikincini də keçmək istəyəndə az öncəki sürətinə görə sevinir və başı üstə yerə yıxılır. Dəhşət görüntüdü. Məhəllə səviyyəsində oynayan uşaqların 90 dəqiqənin tamamında bizim “mənəm-mənəm” deyənləri meydanı başıaşağı tərk etməyə məcbur etməsi təkcə Obradoviçin yox, onu bura gətirənlərin, dəstək verənlərin üzünə çaxılan tərs silləydi. Deyirəm, nə qədər arsız adam olasan ki, oyundan sonra xalqdan üzr istəmək, ağzını yummaq əvəzinə rəqibin müdafiə futbolu oynadığını qabardasan, statistikanı ön plana çəkəsən. Elxan Məmmədovla söhbətdə etdikləridi, insanların başını da bu yolla aldada biləcəyini düşünür.
Adam məğlubiyyətə görə məsuliyyəti üzərinə götürdüyünü deyib. Lap yaxşı. Mənə bir şey maraqlıdı, 99 dildə sərbəst danışan və buna görə də assosiasiyanın əsas adamına çevrilən Elxan Məmmədov Obradoviçə serb dilində Lixtenşteynə uduzduğuna görə 2 aylıq maaşdan məhrum olduğunu başa sala bilər? Ya da bağlanılan müqavilədə faciəvi nəticələrin qarşılığında hansısa cərimə metodu nəzərdə tutulubmu, görəsən?
Həmin baş katibin özü, ya da onunla həmfikir olan rusdilli qaqaşlardan biri çıxıb mənə Milan Obradoviçin məşqçi kimi Rəşad Sadıqovdan üstün keyfiyyətlərini göstərsin. Desin ki, filan şeylərə görə Rəşadda alınmırdı, Milan bu şeylərə görə ondan üstündü və bacaracaq. Yoxdu elə bir cəhət, olmayacaq da. Obradoviç Almaniyada, yaxud İngiltərədə nəsə edə bilər. Amma azərbaycanlı futbolçu ilə çalışmalı adam elə azərbaycanlı məşqçidi. Onsuz da uduza-uduza gedirik, qoy elə özümüzki ilə uduzaq da. Öyrənməyə də qalsa, vallah-billah, 3-5 günlük milliyə qoşulan futbolçuların heç biri məşqçidən heç nə öyrənmir. Gəlib, vaxtlarını keçirib gedirlər.
Berti Foqts, Robert Prosineçki, Bernard Lippert, Milan Obradoviç, Nikola Yurçeviç – kimlər üçün isə qazanc mənbəyinə çevrilən bu mütəxəssislər Azərbaycan futbolunu uğura daşıya bilməyib. Bunu AFFA-nın divarları arasında əyləşən kostyumlu kişilər də yaxşı bilir. Sadəcə, əllərinə əla fürsət düşüb, nəzarətsizlikdi, ona görə də istədiklərini edirlər. Milyonları gəlmələrə yedirdib, yerdə qalan qəpik-quruşla özlərinə xoş gələcək qururlar.
Bir də ki, U-21-in inkişafı üçün premyer-liqada limit müəyyənləşdirən cənablar, Eşen Maurendəki oyunun “11-liy”ində Amin Seydiyevdən başqa elitada daim oyun təcrübəsi olan neçə futbolçuya rast gəldiz. Limitinizə quzu kəsim.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar