09 in 15:50yigma

U-21-in qara cümə axşamı

U-21-in qara cümə axşamı
Obradoviç: “Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədi”
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 2-ci qrup

Lixtenşteyn – Azərbaycan 1:0 (1:0)
1. Armando Mayer
2. Lukas Qraber
3. Hoa Qraber
(19. Aron Salanoviç, 81)
4. Rafael Grünenfelder
5. Fabian Unterrayner
6. Simon Luxinqer
(15. Yonas Hilti, 68)
7. Benjamin Foqt
8. Noah Frommelt (k)
9. Tim Şrayber
(17. Niklas Bek, 62)
10. Hoax Frik
(20. Menderes Çağlar, 68)
11. Paskal Koller
Ehtiyat oyunçular
12. Rafael Loosli
13. Martin Markser
14. Roman Şpiriq
16. Lukas Byüxel
18. Marko Markser
Baş məşqçi: Martin Ştoklaza

12. Kamran İbrahimov
2. Amin Seydiyev
3. Turan Manafov
5. Nihad Tamazov
6. Hacıağa Hacıyev (k)
(7. Nicat Süleymanov, 79)
9. Rövlan Muradov
(16. Süleyman Əhmədov, 66)
10. İsmayıl İbrahimli
11. Şakir Seyidov
13. Murad Qayalı
(15. Hüseyn Seyliqli, 46)
17. Barış Əkinçiər
(18. Emil Qasımov, 88)
23. Musa Qurbanlı
(19. Tural Bayramlı, 79)
Ehtiyat oyunçular
1. Şahin Zəkiyev
14. Ziya Əzizov
20. Elçin Mustafayev
21. Arziman Rizvanov
Baş məşqçi: Milan Obrodoviç
Qol: H.Frik, 10-p.
Vərəqələr: N.Frommelt, 5. A.Seydiyev, 24. F.Unterrayner, 73 - sarı.
Hakimlər: TİM MARŞAL, Pol Robinson, Stefen Donaldson, Şeyn Endryus (hamısı Şimali İrlandiya).
6 iyun. Eşen-Mauren. "Sportpark Eşen-Mauren" stadionu.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
3 (3) qapıya (“çərçivə”yə zərbə) 9 (3)
1 künc zərbəsi 7
3 ofsayd 11
14 qayda pozuntusu 13
2 vərəqə (qırmızı) 1
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət yığmamız iyunun 7-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxdı. Lixtenşteyn, Gürcüstan, Slovakiya, İsveçrə və Fransanın da yer aldığı 2-ci qrupun açılış oyunu “cırtdan yurdu”nda – Eşen-Mauren şəhərindəki "Sportpark" stadionunda baş tutdu. Bəribaşdan qeyd edək ki, əhalisi 40 minə çatmayan Lixtenşteynin 2100 nəfərlik stadionundakı oyun Milan Obrodoviç və yetirmələri üçün qara gəldi. U-21 serb mütəxəssisin debüt matçında rüsvayçı şəkildə məğlubiyyətlə üzləşdi. Söhbət o rəqibdən gedir ki, tarixi ərzində nəinki qələbə, heç xal qazanmamışdı. Avropa çempionatlarının seçmə mərhələlərində 56 oyun keçirən komanda bütün görüşlərdə uduzmuşdu. Lixtenşteyn AÇ-1992, AÇ-2007-də 2, AÇ-2009, AÇ-2011, AÇ-2013, AÇ-2015-də 8, AÇ-2017 və AÇ-2019-da 10 dəfə meydana çıxsa da, xala həsrət idi...
Millimiz səfərdə oynasa da, matçın aşkar favoriti sayılırdı. Serbiyalı mütəxəssis özünün ilk rəsmi matçına aşağıdakı “11-lik”lə başladı: Kamran İbrahimov, Amin Seydiyev, Turan Manafov, Nihad Tamazov, Hacıağa Hacılı, Rövlan Muradov, İsmayıl İbrahimli, Şakir Seyidov, Murad Qayalı, Barış Əkinçiər, Musa Qurbanlı.
Lixtenşteyn Futbol Federasiyasının rəsmi saytı vasitəsilə canlı yayınlanan oyuna tərəflər aqressiv başladı. Startda hər iki komandanın bir təhlükəli həmləsi baş tutsa da, şimali irlandiyalı hakimlər həm meydan sahiblərinin, həm də bizimkilərin hücumunu ofsayd işarəsi ilə yarımçıq saxladı. Ancaq 10-cu dəqiqədə rəqib yığmamızı şoka saldı. Benjamin Foqtun müdafiənin arxasına göndərdiyi ötürmə ilə Paskal Koller qapıçı ilə üzbəüz qaldı. Ancaq lixtenşteynli hücumçu topu ram etməyə macal tapmamış qapıçı Kamran İbrahimov mövqeyini tərk edib onun üstünə şığıdı. Rəqib artıq cərimə meydançasını tərk etməyə hazırlaşırdı ki, Kamran onu yıxdı və belədə hakim penalti nöqtəsini göstərdi. Standart vəziyyəti yerinə yetirən Hoax Frik isə bu şansı boşa vermədi. Beləliklə, iyunun 1-də əsas yığma ilə Bakıdakı yoxlama görüşündə 0:3 uduzan və qollardan ikisini penaltidən buraxan U-21-in vaxtında aldığı mesajın əbəs olmadığı ortaya çıxdı...
Bununla belə, “soyuq duş” effekti yaradan qol hələ heç nə demək deyildi. Bərabərliyi təmin etmək, daha sonra 3 xalı təmin edəcək qolları vurmaq üçün kifayət qədər vaxt var idi. 22-ci dəqiqədə İsmayıl İbrahimlinin, az sonra Musa Qurbanlının təhlükəli zərbələri yaddaqalan oldu. Ümumiyyətlə, rəqib qapıçı Mayer fasiləyə qədər 3 dəfə komandasını qoldan xilas etdi.
Lixtenşteyn Futbol Federasiyasının rəsmi saytında yer alan reportajda etiraf olunduğu kimi, matçın ikinci yarısı “təkqapı getdi”. Ancaq əsasən cinahlardan aramsız həmlələrə baxmayaraq, rəqib müdafiəsini yara bilməyən U-21-in baş məşqçisi hissənin ortalarında əvəzetmələr reallaşdırdı. Bununla belə, buraxılan erkən qoldan sonra millinin məğlubiyyətdən qaçmaq üçün 80 dəqiqə vaxtı olsa da, nə nəticəsiz hücumlar, nə də Obradoviçin əvəzetmələri fayda verdi. Sözsüz ki, tarixdə nəticə qalır, fərsiz futbolçularımızın hansısa komponentdə rəqibindən üstün olması sadəcə təfərrüatdı, heç nəyi dəyişmir və bəraəti yoxdu. Dəyişməyən acı reallıqdı ki, U-21 "cırtdan ölkə"nin tarixinə düşdü. İlk xal arzusunda olan Lixtenşteyn nəinki uduzmadı, hətta qələbə qazandı. Nəticədə yığma Lixtenşteyndə növbəti fiaskosunu yaşadı. Belə ki, 1998-ci ildə əsas yığmamız da Vadutsda 1:2 hesabı ilə uduzaraq, rəqibin seçmə mərhələlərdəki ilk qələbəsinə səbəb olmuşdu. U-21 seçmə mərhələnin oyununlarını sentyabrın 6-da Slovakiyaya, 10-da isə Gürcüstana qarşı Bakıda keçirəcək.

Reaksiya
Milan Obradoviç: “Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi, 10 nəfərlər müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardı. Təbii ki, bu cür nəticə gözləmirdim. Futbolçulara deyəcək sözüm yoxdu. Onlar bütün bacarıqlarını maksimum yerinə yetirdilər. Futbol elə bir oyundu ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdı. Bilirəm ki, düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçura görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq. Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədi. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidi. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha yaxşı hazırlaşmalıyıq, daha çox çalışmalıyıq”.
MİRAĞA
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете
Используйте tor браузер для windows на русском он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность.


тор браузер для виндовс

https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar