07 in 22:12yigma

Yığma üzvləri düşərgəyə hansı formada gəliblər?

Yığma üzvləri düşərgəyə hansı formada gəliblər?
Yurçeviçin hansı meyarları əsas götürəcəyi maraq doğurur
Yığmanı qarşıda iki önəmli oyun gözləyir. Nikola Yurçeviçin komandası iyunun 8-də Macarıstan, ayın 11-də isə Slovakiya ilə qarşılaşacaq. Hər iki qaraşılaşma eyni saatda (20.00) başlayacaq və eyni məkanda (Bakcell Arena) gerçəkləşəcək. Hər nə qədər final mərhələsinə yüksəlməyimiz möcüzə sayılsa da, futbolun sürprizlər oyunu olması azarkeşlərdə ümid yaradır. Bu ümid qığılcımlarının sönməməsi üçün sözügedən iki qarşılaşmanın əhəmiyyəti böyükdü. Uğurlu nəticə yığmanın AÇ-2020-nin seçmə mərhələsindəki iddiasını artıracaq, 4 oyunu Bkıda keçiriləcək qitə birinciliyi ilə bağlı azərbaycanlı futbolsevərlərin şirin xəyallar qurmasına səbəb olacaq. Əks halda, final mərhələsi ilə bağlı iddia erkən dəfn oluna bilər. Odu ki, tiskl baxımından Macarıstan və Slovakiya ilə oyunlar, demək olar, həlledicidi. Bu üzdən həm xorvat mütəxəssisi, həm də onun yetirmələrini böyük məsuliyyət gözləyir. Bəs görəsən, futbolçuların hazırkı durumu necədi? Onlar son oyunlarda özlərini necə göstəriblər? Yığmaya hansı formada gəliblər? Qeyd edək ki, Yurçeviç 27 nəfərlik siyahı hazırlamışdı. Bu isə martdakı toplanışdan 4 nəfər artıq deməkdi. Həmin vaxt Aleksey İsayev zədə üzündən hazırlıq prosesində iştirak edə bilməmişdisə, bu dəfə Eddi İsrafilov eyni səbəbdən qarşıdakı matçları buraxacaq. Beləcə, baş məşqçi Eddinin əvəzinə futbolçu dəvət etmədi və hazırda 26 nəfər onun sərəncamındadı. Ölkə xaricində top qovanlardan son üç nəfər də dünən düşərgəyə təşrif buyurub. Onu da bildirək ki, ölkə çempionatı mayın 11-də başa çatıb və bu amil komandaya öz mənfi təsirini göstərəcək. Kubokun finalında oynayan və legioner həyatı yaşayan futbolçular bu baxımdan istisnadı. İndi isə keçək, yuxarıda vurğuladığımız məsələyə.

qapıçılar
Yurçeviçin 27 nəfərlik siyahısında üç qapıçı yer alıb. Açığı, “çərçivə” ilə bağlı məsələnin üzərində çox dayanmaq yersizdi. Çünki xorvat mütəxəssis mayın 21-də keçirdiyi mətbuat konfransında Səlahətə güvənəcəyini gizlətmədi. Xaricə yollanacağı deyilən, ancaq sonda “Neftçi” ilə yeni müqavilə imzalayan Ağayev başa çatan mövsümdə “ağ-qaralar”ın bütün oyunlarında meydanda olub. Hərçənd Səlahət son matçlarda elə də yaxşı təsir bağışlamadı. Təkcə çempionluğun böyük ölçüdə əldən çıxdığı “Sumqayıt”la qarşılaşmanı yada salmaq kifayətdi. Sadəcə, daim oynaması, əksər matçlarda pis təsir bağışlamaması, üstəlik, Yurçeviçin rəhbərliyi altında ilk iki oyunda etimadı doğrultması onun şansını artırır. Düzdü, Emil də hazırda "Tobol"da yüksək performans sərgiləyir. Lakin Yurçeviç nədənsə ona güvənmək istəmir. Baxmayaraq ki, Balayev az qala hər turda ən yaxşılardan ibarət “üçlük”də olur. Son oyunda isə penaltini qaytarmaqla diqqət mərkəzinə düşüb. Şahruddin Məhəmmədəliyevin oynamaq şansının minimuma bərabər olduğunu çoxları bilir. O, 2019-da “Qarabağ”ın heyətində cəmi 3 oyuna çıxıb.

müdafiəçilər
Ən qəribəsi budu ki, müdafiə ilə bağlı Yurçeviçin hansı qərar verəcəyi bilinmir. Halbuki arxa xətt rotasiyalara açıq olmamalıdı. Uzağı hansısa arzuolunmaz situasiya yaranacağı halda dəyişiklik etmək olar. Yoxsa hər oyundan öncə “görəsən, müdafiə kimlərə tapşırılacaq” sualı futbolsevərlərin beynini yormamalıdı. “Qarabağ”ın rəqiblərinə rəhm etmədiyi mövsümün ikinci yarısında Maksim Medvedevlə Bədavi Hüseynov, demək olar, bütün oyunlarda 90 dəqiqə meydanda olublar. Odu ki, bu iki futbolçunun seçmə mərhələ görüşlərində də “11-lik”də olacağı birmənalıdı. Rahil isə martdakı toplanışdan sonra 3 çempionat, 2 kubok matçında şans qazanıb. Bu baxımdan Yurçeviçin Məmmədova “bank oyunçu” gözü ilə baxmadağı şübhə doğurmur. "Neftçi"lilər - Ömər Buludovla Anton Krivotsyuk yığmada təzə-təzə addımlar atır. Bununla belə, hər iksi klubunda əsas heyət üzvü sayılır. Düzdü, Krivotsyuk bir ərəfədə sonradan mübarizəyə qoşulurdu. Lakin aprel-may aylarındakı görüşlərdə yenidən start heyətində qayıtmışdı. Ömərin Maksimin kölgəsində qalacağı realdısa, Antonla Bədavi müdafiənin mərkəzində heç də pis tandem təşkil etməz. Əslində digər üç müdafaiəçi də klubunda daim forma geyir. Martdakı toplanışı zədə üzündən buraxan Pavel Paşayev "Aleksandriya"da müntəzəm oynayır və Ukrayna çempionatının bürünc medalını qazandı. Azərbaycanda eyni uğura imza atan “Səbail”in sol cinah müdafəçisi Şəhriyar Rəhimov əsas heyət üzvüdü. O hətta martdakı toplanışdan sonra qol da vurub. Böyük ehtimalla solda bu iki futbolçudan biri olacaq. Ölkə kubokunu başı üzərinə qaldıran, bir müddət öncə adı Şotlandiya klubları ilə yanaşı hallanan Bəhlul Mustafazadə də son aylarda yüksək performans sərgiləyib. Maraqlıdı, Yurçeviç ona müdafiənin mərkəzində yer verəcək? Bu bir qədər çətin sualdı. Bəlkə də yığma təcrübəsi olsaydı, daha qəti fikir səsləndirmək mümkün idi.

yarımmüdafiəçilər
Eddinin sıradan çıxması Yurçeviçi narahat etməyə bilməz. Elə mütəxəssis bu xəbərdən şoka düşdüyünü də açıqlayıb. Çünki martdakı oyunlarda İsrafilov özünü yaxşı tərəfdən göstərə bilmişdi. Artıq uzun illərdi ki, yığmada yerini heç kimə güzəştə getməyən Qara Qarayev “Qarabağ”da müntəzəm oynamır. Martdakı toplanışdan sonra cəmi 1 oyunda 90 dəqiqə meydanda olub. Riçard isə əksər oyunları əvəzlənmədən keçirib. Hətta yığmanın son oyunlarından bu yana 3 dəfə rəqib qapılarına yol tapıb. Araz Abdullayev haqda da ürəkaçan sözlər demək çətindi. Mart toplanışından sonra cəmi 1 çempionat və 1 kubok matçında 90 dəqiqə oynayıb. Həmin müddətdə 1 qolu var. Namiq Ələsgərovla Emin Mahmudov isə "Neftçi"nin əvəzolunmazları idi. Hər iki futbolçu komandasının aparıcı üzvləri olub, qollar vurublar. Kubokun finalında məğlub olan “Sumqayıt”ın futbolçuları Əli Babayevlə Aleksey İsayev əsas heyət üzvləridi. Lakin heç birinin hesabında qol yoxdu. Xüsusən Alekseyin əvvəlki qədər parlaq oyun sərgiləmədiyini hər kəs deyir. Rəşad Eyubov “Sabah”da pis təsir bağışlamırsa, Dmitri Nazarov əvvəlki kimi "Ertsgebirge"də daim oynamır. O, son aylarda cəmi 1 görüşdə 90 dəqiqə meydanda olub. Hər halda, bu müddətdə 2 dəfə fərqlənə bilib. Yurçeviçin yarımmüdafiə ilə bağlı qərarının futbolçuların klubundakı durumuna, yoxsa yığma təcrübəsinə əsaslanacağı maraq doğurur.

hücumçular
Mahir Əmrəlinin yarımmüdafiəçi, yoxsa forvard kimi daha faydalı olması haqda fərqli fikirlər var. Lakin onun “Qarabağ”da hücumda oynadığını nəzərə alsaq, bu mövqedə çıxış edənlərlə müqayisə etməyimiz daha doğru olar. Sözsüz, “köhlən atlar”ın çempionluğunda onun da əməyi az olmadı. Mahir təkcə müntəzəm oynaması ilə yox, ardıcıl qolları və nəhayət, çempionatın bombardiri olması ilə də öyünə bilər. Uzun müddətdən sonra yığmaya dəvət alan Ağabala Ramazanov da "Səbail"də əla təsir bağışladı. Qışdan sonra yüksələn traektoriya cızan hücumçu qollarını da sıralamağı bacarıb. Yığmanın martdakı toplanışından sonra Mahir 8, Ağabala isə 4 dəfə rəqib qapılarına yol tapıb. Ramil Şeydayev "Krılya Sovetov"da artıq əsas heyət üzvü sayılır. Son 5 oyunda 90 dəqiqə meydanda olub. Təəssüf ki, Şeydayevin xeyli müddətdi “ayağı bağlanıb”. Əksər oyunlarda start heyətində yer alan Rüfət Dadaşov "Proyssen"i apreldə cəmi 1 qolla sevindirib. Ümumiyyətlə, onun qışdan sonra hesabında 1 qol var ki, bu da hücumçu haqda Yurçeviçin yüksək fikirdə olmasını əngəlləyir. Mirabdulla Abbasov da “Neftçi”də qeyri-sabit çıxışla yadda qalıb. Qış fasiləsindən sonra əsas heyətdə yerini itirən Abbasov da yalnız 1 dəfə fərqlənib. Renat Dadaşova gəlincə, Yurçeviç, deyəsən, ona əsas yığma üzvü gözü ilə baxmağa başlayıb. Hərçənd Renat da "Eştoril"də sabit oynamır, qışdan sonra qol vurmayıb. Hücumçu üçün bu, yaxşı hal deyil. Düzdü, futbolçuların təkcə klubundakı çıxışı yox, məşqlərdəki performansı da baş məşqçinin seçiminə təsir edir. Ümid edək ki, bütün məqamları nəzərə alan Yurçeviç qarşıdakı matçlarda ən doğru qərarı verəcək və onun seçimi uğurlu alınacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar