04 in 14:53yigma

Serb də razı qaldı, xorvat da

Serb də razı qaldı, xorvat da
Obradoviç: “Bu, irəli gedə biləcəyimiz yeganə yoldu”
Yurçeviç: “Eddi İsrafilovun durumunu eşidəndə mənim üçün şok oldu”

Oyundan sonra hər iki məşqçi media nümayəndələri üçün brifinq keçirdi. Əvvəlcə U-21-in çalışdırıcısı Milan Obradoviç mikrofonlar qarşısına keçərək sualları cavablandırdı.
- Oyun sizi nə dərəcədə razı saldı?
- Hər iki milli üçün qarşıdakı rəsmi görüş ərəfəsində vacib hazırlıq matçı idi. Çoxlu futbolçunu iş başında gördük. Bizi indi seçmə mərhələdə ilk qarşılaşma düşündürür, sonra növbəti oyunlara baxacağıq. Bəli, məni təlim-məşq toplanışının axarı sevindirir. Demək olar, iki həftədi bir yerdəyik. Futbolçular verilən bütün tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar. Bu, kənardan da aydın görünür. Azərbaycanın əsas yığmasına yaxşı oyun və qələbələr arzulayıram. Yetirmələrimə arzu edərdim ki, onlar hər iki hissədə belə güclərini ortaya qoysunlar. Bəzən bu alınmır. Bilirsiz, yaxşı komandalara qarşı da oynayırsan və özünü həmişə yaxşı tərəfdən göstərə bilmirsən. Buna baxmayaraq, bu hazırlıq matçı bizim üçün önəmli idi. Buna görə futbolçuların da bu oyundan böyük zövq aldığını deyə bilərəm.
- Komandada sizi narahat edən əsas çatışmazlıq nədi?
- Bunu açıqlaya bilmərəm. Çünki rəqiblər bunu eşidə və istifadə edə bilərlər (gülür). Onlar bu müsahibəni oxusalar və çatışmazlığı desəm, onda bizimlə qarşılaşmada ondan yararlana bilərlər.
- Yaxşı, sualı belə qoyaq: komandanızın hansı üstün keyfiyyətlərini qeyd edə bilərsiz ki, bu, sizdə nikbinlik yaradır?
- Futbolçular üzərinə düşən vəzifəni yaxşı bilirlər. Bu, taktiki nizam-intizam idi ki, yenə də yüksək səviyyədə idi. Bu, irəli gedə biləcəyimiz yeganə yoldu. Bəli, çətinliklər var. Başa düşürəm ki, iki həftədi toplanışda durmadan çalışırıq. Çox ağır məşqlər gedir. Bizdə son ötürmə çatmırdı. Bu da zamanla, işin gedişi nəticəsində gələcək. Futbolçuların meydandakı işindən razıyam və bu, nəticə verir.
- Yəqin ki, rəqibi təhlil etmisiz. Yığmamızda rəsmi debüt edəcəyiniz Lixtenşteynlə səfər matçında qələbə şansı nə dərəcədə yüksəkdi?
- İlk növbətə texnika, taktika üzərində işləyirik və bir az mentallığı dəyişirik. İstəyirik ki, yaxşı oynayaq, hər qarşılaşmada irəli gedək. Hər oyunda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik ki, bu zaman rəqibin buna nə qədər imkan verməsini də nəzərə alırıq. Lixtenşteynə 3 xalımızı götürməyə gedirik. Fikrimcə, rəqibdən daha yaxşıyıq. Ancaq bunu hələ sübut etməliyik.
- Əsas yığmadan hansısa futbolçu rəsmi oyunda sərəncamınıza gələ bilər? Məsələn, Renat Dadaşov...
- Yox, Renat bu dəfə əsas yığmanın sıralarında olacaq.
Obradoviçin ardından Yurçeviç jurnalistlərə yaxınlaşdı. Bu zaman o, yaxşı oyuna görə serbiyalı həmkarına təşəkkür etməyi də unutmadı, mütəxəssislər əl verib görüşdülər. Nikola Yurçeviç əvvəlcə oyunu dəyərləndirdi.
- Ümumi götürsək, yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığmamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdilər, onların oyunlarını bəyəndim, həm də əsas millinin oyunu pis deyildi. Bu görüş bizim üçün prinsipcə məşqi əvəz edən oyun idi. Bu matça baxıb gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.
- Renat Dadaşovu iş başına gördüz. Həm məşqlərdə gördüyünüz, həm də bu gün əsas heyətdə yer verdiyiniz gənc hücumçu haqda fikirləriniz necədi?
- Renat təxminən bir həftədi bizimlə birgə hazırlıq keçir, məçqlərdə özünü yaxşı tərəfdən göstərir. Deyə bilmərəm, bu onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək. Bununla belə, qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudu. Ondan gələcəkdə nəsə gözləyirik.
- Rüfət isə ikinci hissədə meydana çıxdı, amma sonradan yenə əvəzləndi. Bu, nə ilə bağlı idi?
- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər, kimsə bir qədər çox, kimsə az oynadı. Söhbət sırf Rüfətdən gedirsə, bizdə mərkəz hücumçusu mövqeyində oynamalı olan üç futbolçu var. Həmin 3 futbolçu ilə söhbətimiz olmuşdu. Razılaşdırmışdıq ki, onların hamısı oynamaq imkanı əldə etsinlər. Biri bütöv hissə meydanda olmalı, qalanları ikinci yarıda bir-birini əvəzləməliydi. Bunu əvvəldən planlaşdırmışdıq. Bir mövqedə 3 futbolçu oynayırsa, onları öz aralarında bölüşdürüb oyuna buraxdım. Burda narazılıqdan söhbət gedə bilməz.
- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiənin mərkəzində hansı futbolçuların oynayacağını dəqiqləşdirmisiz? Bədavi - Rahil, yoxsa Bədavi - Anton tandeminə üstünlük verəcəksiz?
- Deyə bilərəm ki, bu futbolçular arasında ciddi fərq yoxdu. Hər birinin üstün cəhətləri var. Hələ ki kimin oynayacağını müəyyənləşdirməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.
- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulması və Edi İsrafilovun yoxluğu planlarınıza necə təsir edəcək?
- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və bizlə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşidəndə mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o yoxdursa, bu, başqa oyunçular üçün şansdı. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istəyərdik, amma bu alınmırsa, vəziyyətlə barışmalıyıq.
MİRAĞA
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar