24 may 15:25yigma

Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq

Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq
“Öncə Macarıstanla oyunu yaxşı nəticə ilə bitirək, daha sonra Slovakiya haqda düşünmək olar”
Srağagün yığmanın baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirildi. Sual-cavab “Bakcell Arena”da, saat 18.15-də başladı. Xorvat mütəxəssis əvvəlki konfranslarda olduğu kimi, salona daxil olarkən Azərbaycan dilində “salam” verdi, daha sonra kürsüdə öz yerini tutdu. Yenə də Yurçeviçin önündə dəftər, əlində isə qələm vardı. Çalışdırıcı ara-sıra qeydlər aparırdı. O, öncə Macarıstan və Slovakiya ilə qarşılaşmalar üçün açıqladığı siyahı, həmçinin mayın 19-da start götürən təlim-məşq toplanışı ilə bağlı ümumi fikirlərini dilə gətirdi:
- Xeyli müddət idi sizləri görmürdüm. Burdakı jurnalistlərin sayı oyunun əhəmiyyətindən xəbər verir. Əvvəlcə hazırlıq planının detalları haqda sizləri məlumatlandırım. Əvvəlki toplanışla indiki arasındakı fərq böyükdü. Martda 5-6 günlük yığışmışdıqsa, bu dəfə birgə daha çox vaxt keçirəcəyik. Ancaq bu dəfə bir qədər qəliz toplanış olacaq. Elə futbolçularımız var ki, mayın 11-də mövsümü bitiriblər, elələri var kubokda oynayıblar. Bəziləri isə ölkə xaricində çıxış edir və son anda bizə qoşula biləcəklər. Bu isə məsələni qəlizləşdirir. Toplanışa 16 futbolçuyla başlamışıq. Hansı ki, onlar sonuncu dəfə mayın 11-də meydana çıxmışdılar. Daha sonra Aleksey İsayev komandaya qoşuldu. Bu sayda futbolçu ilə ayın 24-dək davam edəcəyik. Daha sonra Nazarov, Dadaşov qardaşları, Babayev, Mustafazadə düşərgədə olacaq. Son bir həftədə isə Balayev, Paşayev, Şeydayev və İsrafilov sıralarımıza qoşulacaq. Oyunların ciddiliyini hamımız başa düşürük. Hər kəs can-başla hazırlaşır. Qarşılaşmalara motivasiyamız yüksək səviyyədədi. İstər məndə, istərsə də futbolçularda. Yeganə təəssüfləndiyimiz məqam odu ki, komandanın 3-4 vacib futbolçusu bizimlə deyil və yalnız son bir həftədə kollektivə qoşulacaq. Nikbin əhval-ruhiyyədəyəm. İnanıram ki, stadion da dolacaq və arzuladığımız nəticəni birlikdə əldə edəcəyik. Bildiyiniz kimi, 27 futbolçuya dəvət göndərmişik. Sonda iki-üç futbolçu kənarda qalacaq. Onlar evə gedəcək, yoxsa komanda ilə qalacaq – bunu hələ dəqiq deyə bilmərəm. Ümid edirəm ki, sona qədər hansısa oyunçu zədə kimi arzuolunmaz halla üzləşməyəcək. Hər halda, məhz tam heyətin üzvləri arasından seçim etmək istəyirəm. Hər şey vəziyyətdən, hazırlıq prosesinin gedişindən asılıdı. Onu da əlavə edim ki, iyunun 1-də U-21 ilə yoldaşlıq oyununda münasibətləri aydınlaşdıracağıq. Hamı üçün açıq qarşılaşma olacaq və hər birinizi orda görəcəyimə inanıram.
- Açıqladığınız siyahıda 27 futbolçunun adı var. Bu yekun heyətdi, yoxsa qarşıdakı günlərdə hansısa futbolçu da dəvət ala bilər?
- Bəli, 27 nəfərlik heyət son siyahıdı.
- Çağırılan futbolçulardan biri də Şahruddin Məhəmmədəliyevdi. Ancaq o, xeyli səhvlərlə yadda qalır. Şahruddinə dəvət göndərməyiniz nə ilə bağlıdı?
- Martda gerçəkləşən toplanışımızda da Şahruddin komanda ilə birgə olub. Qapıçıların işinə qiymət vermək bizim bu sahə üzrə məşqçimiz Dmitri Kramarenkonun üzərinə düşən vəzifədi. Onun seçiminə çox da qarışmıram və güvənirəm. Ola bilər, kimsə başqa bir qapıçını üstün saysın. Belə fikirlərə də normal yanaşıram. Kramarenkonun tövsiyələri əsasında onu çağırmışam. Bundan başqa, Şahruddinin qapıçı keyfiyyətlərinə ən azı Dima qədər inanıram.
- Yoxlama görüşü üçün sınaqçı-rəqib tapılmadı və qeyd etdiyiniz kimi, U-21 ilə qarşılaşmalı olacaqsız. Bu, məcburiyyətdən atılan addım idi. Çünki hansısa başqa bir yığma tapılmadı. Həmin amil hazırlıq planlarınıza mənfi təsir göstərəcək?
- Düşünmürəm ki, bu məqam komandamıza ciddi problem yaradacaq. Çünki bu təkcə bizim üzləşdiyimiz durum deyil. Analoji vəziyyət başqa yığmalarda da yaranıb. FİFA-nın “pəncərə”si iyunun 6-12-si aralığını əhatə edir. Bizimlə yanaşı, digər komandalar da yoxlama oyunu keçirə bilmir. Lap deyək ki, xaricdən sınaqçı-rəqib tapdıq. Onsuz da göstərilən tarixdə tam heyətlə meydana çıxa bilməyəcəkdik. Çünki bir neçə vacib oyunçumuz düşərgəyə daha gec qoşulacaqlar. Bütün yığmalar eyni halla üzləşibsə, deməli, bunu bizim üçün böyük problem saymaq olmaz. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Hansısa “pəncərə”lər planlarımızla uyğun gəlmirsə, bununla barışmalıyıq. Məsələn, Xorvatiya yığması 4-cü (əslində ölkənin sayca 3-cü liqasında çıxış edən “Omis”i nəzərdə tutur) divizion komandasına qarşı oynayacaq. Bir çox yığmalar üçün eyni vəziyyətdi. Əksər ölkələr məhz bu problemə görə iyunda keçiriləcək oyunlarla bağlı tarixləri sevinclə qarşılamır. Ancaq bütün hallarda elə hazırlaşmalıyıq ki, vacib qarşılaşmalar zamanı fiziki baxımdan ən yüksək səviyyədə olaq.
- Qarşıdakı iki seçmə mərhələ oyununda minimum hədəf neçə xaldı?
- Bu cür suallarla bir neçə dəfə qarşılaşmışam. Ancaq “filan qədər xal məni razı salar” deməyim doğru olmaz. İndidən hansısa proqnoz vermək istəmirəm. Hər şeydən öncə birinci oyuna hazırlaşırıq. Yalnız ilk matçdan sonra ikinci qarşılaşma haqda düşüncəyik. Odu ki, konkret neçə xal toplayacağımızı deyə bilmərəm. Əlbəttə, maksimum səylə oynayacağıq. Bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq ki, uğurlu olaq. Özümüzdən razı olmaq üçün əsasımız yoxdu. Maksimum gücümüzlə işləməliyik. Ondan sonra necə olacağını zaman göstərəcək.
- Millimizin ağrılı yerlərindən birincisi funksional hazırlığın aşağı olmasıdı. Bu üzdən də cütlü oyunlardan ikincisində daim büdrəyirlər. Bunu nəzərə alaraq ilk qarşılaşma ilə müqayisədə ikinci görüşdə radikal dəyişikliklər gözlənilir?
- Dediyim kimi, bütün diqqətimizi ilk oyuna yönəltməliyik. İki matçı paket olaraq görmürəm. İkinci qarşılaşmanı fikirləşmək hadisələri qabaqlamaq deməkdi. Odu ki, öncə Macarıstanla oyuna köklənməliyik, həmin görüşün nəticəsinə baxmalıyıq. Uğurlu olsaq, həm fiziki, həm də mənəvi cəhətdən böyük üstünlük olar. Ola bilər, buna uyğun hansısa bir-iki dəyişiklik edək. Ancaq futbol tarixində elə hal yaşanmayıb ki, ilk oyunda güvəndiyin “11-liy”i növbəti qarşılaşmada tam şəkildə dəyişəsən. Öncə Macarıstanla oyunu yaxşı nəticə ilə bitirək, daha sonra Slovakiya haqda düşünmək olar.
- Radikal dəyişiklik deyəndə söhbət bütün heyəti dəyişməkdən yox, 5-6 fərqli seçimdən gedir…
- Sizi anlayıram. Bütün hallarda ciddi dəyişikliyə zərurət duymuram. Gəlin, tələsməyək. İlk görüşü keçirdikdən sonra qəti qərar verə biləcəm. Ümid edək ki, zədəli futbolçumuz olmayacaq və bu da seçim imkanımızı artıracaq.
- Qapını kimin qoruyacağına dair qərarınızı qətiləşdirmisiz?
- İndiki duruma görə desəm, yəqin ki, Xorvatiya və Litva ilə oyunlardan fərqli olmayacaq. Martda gerçəkləşən toplanışdan bu vaxta qədər olan vəziyyəti təhlil edərkən, dəyişikliyə əsas görmürəm. Fikrimcə, Səlahət Ağayev həmin oyunlarda müəyyən kredit qazanıb. Bu üzdən qarşıdakı matçlar üçün onun şansı daha çoxdu.
- Rusiyada top qovan Ayaz Quliyev haqda məlumatınız var? Onu yığmada görmək istəyirsiz?
- Sözsüz, Ayaz haqda eşitmişəm, yaxşı oyunçu olduğunu bilirəm. Onun komandamızda olmasanı biz də istəyərik. Lakin onun millidə oynaması ilə bağlı son qərarı vermək mənim səlahiyyətimdə deyil.
- Özü ilə şəxsən danışmaq variantına necə baxırsız?
- Şəxsən onunla söhbət etməmişəm. Ancaq Ayazı komandamda görmək istəyərəm. AFFA-dakı məsul şəxslər onunla danışıblar. Məsələnin hansı yerdə olduğundan dəqiq məlumatım yoxdu. Bilsəm ki, ümumi duruma müsbət təsir edər, məmnuniyyətlə danışaram.
- Vaxtilə “milliləşdirilmiş” və hazırda Türkiyə top qovan futbolçular var. Onlarla maraqlanmısız, milliyə dəvət etmək planlarınıza daxildi? Dəniz Yılmaz və başqalarını nəzərdə tuturam.
- Millidə oynaya biləcək bütün futbolçuları izləyirəm, maraqlanıram. Hansı çempionatda belə oyunçular varsa, diqqətdə saxlamağa çalışıram. Məsələn, Yılmazın sabit oynamadığını bilirəm. Lazmi qədər iş başında olmadığına görə hələ ki başqa oyunçulara üstünlük verdik. Ümid edək ki, həm o, həm də milliyə potensial digər namizədlər daha çox oyun təcrübəsi qazanarlar. Özünü yaxşı tərəfdən göstərən bütün futbolçulara yığmanın qapısı açıqdı.
- “Trabzonspor”un futbolçusu Murat Cem Akpınar hələ də hansı millidə oynayacağına dair qərar vermədiyini bildirib. Vaxtilə U-17 yığmamızın şərəfini qoruyub. Onu əsas millimizi seçməyə razı salmaq haqda düşünmüsüz?
- Düzü, həmin futbolçu haqda ətraflı məlumatım yoxdu. Daha çox adı gündəmdə olan oyunçularla maraqlanıram. Ola bilər, kiminsə tanıdığı futbolçunu mən tanımayım. Hər halda, belə bir gənc futbolçu bizim üçün faydalı olarsa, əlbəttə, onu cəlb etməyə çalışarıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar