19 may 15:03yigma

Yığma üç həftədən artıq toplanış keçəcək

Yığma üç həftədən artıq toplanış keçəcək
Yurçeviç siyahını genişləndirdi
Yığmanı qarşıda iki önəmli qarşılaşma gözləyir. Milli AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstanı, 11-də isə Slovakiyanı qəbul edəcək. Bu qarşılaşmalar böyük ölçüdə Nikola Yurçeviçin komandasının turnir hədəflərini müəyyənləşdirəcək. Belə ki, bu oyunlardan ən azı birində qələbə qazanmasaq, qitə birinciliyinin final mərhələsi ilə bağlı xəyallarla erkən vidalaşmaq olar. Xatırladaq ki, yığma tsikldəki ilk oyunu martın 21-də Xorvatiyaya qarşı səfərdə keçirdi. Həmin oyunda hesabı bizimkilərin açsa da, hər hissənin sonunda 1 qol buraxaraq sonda meydanı məğlub tərk etdilər. Halbuki Zaqrebdəki görüşdə sensasiya yaşansaydı, bu gün Slovakiya və Macarıstanla oyunlara daha artıq ümid və həvəslə yanaşırdıq. Necə ki, ikinci turda macarlar xorvatları məğlub etməklə (2:1) iddiasını ortaya qoya bilib. Bundan başqa, Slovakiyanın Macarıstanı (2:0), Uelsin isə Slovakiyanı (1:0) udması fonunda E qrupunda 4 komandanın 3 xalı var. Hələ ki hesabına xal yazdıra bilməyən yeganə komanda Yurçeviçin yetirmələridi ki, onlar da qarşıdakı iki ev oyununda bunu gerçəkləşdirmək niyyətindədi.
23 günlük toplanış
Ötən saylarımızdan birində yığmanın hazırlıq planını diqqətinizə çatdırmışdıq. Qeyd edək ki, yığma sabah bir araya gələcək. Bakıdakı 4 günlük hazırlıq prosesinin ardından Yurçeviç futbolçulara bir gün istirahət verəcək. Daha sonra isə komanda təlim-məşq toplanışının ikinci mərhələsinə start verəcək. İyunun 1-də millinin U-21-lə yoldaşlıq oyunu keçirməsi də planlaşdırılır. Aradakı birgünlük istirahəti nəzərə almasaq, belə çıxır, yığma üzvləri 23 gün Yurçeviçin sərəncamında olacaq. Düzdü, bizdə çempionat tez bitib və hazırlıq prosesinin müddəti bir qədər artıq olmalıydı. Ancaq bu qədər də yox! Əvvəlkilər Yurçeviçdən şükürlü imiş. Kor tutduğunu buraxmadığı kimi, AFFA-nın güvəndiyi və hər sözünə “oldu” cavabını verdiyi məşqçilər də uzunmüddətli toplanışlardan əl çəkmir. Yeri gəlmişkən, xorvatiyalı mütəxəssis toplanışın 3-cü günündə jurnalistlər önünə çıxacaq. Mətbuat konfransı mayın 21-i, saat 18.15-də “Bakcell Arena”da başlayacaq. Onu da bildirək ki, bu stadion həm də Slovakiya və Macarıstanla ev oyunlarına “qucaq açacaq”. Hər iki qarşılaşmanın saat 20.00-da başlayacağını da vurğulayaq.
Yurçeviç sayı artırdı
Yığmanın baş məşqçisi martda komandanı iki oyuna çıxardı. Biri rəsmi, o biri yoldaşlıq. Yurçeviçin həmyerliləri ilə debüt matçında hansı nəticəyə imza atdığını diqqətinizə çatdırdıq. Martın 25-də Litva ilə Bakıdakı sınaq matçında isə qol səsi çıxmadı. Həmin oyunlar üçün xorvat mütəxəssis 23 futbolçuya dəvət göndərmişdi. Toplanışın əvvəlində Aleksey İsayevin zədəli olduğu aşkarlanmış, bu üzdən heyətdən kənarlaşdırılmışdı. Çalışdırıcı “Sumqayıt”lının əvəzində başqa futbolçuya ehtiyac duymadı. Bu dəfə isə Yurçeviçin siyahısı daha genişdi. Baş məşqçi sərəncamında 27 futbolçu görmək istəyib. Təbii, mütəxəssisin siyahısını saf-çürük edəcəyik. Ancaq öncə kimlərin dəvət aldığına nəzər yetirək: qapıçılar - Səlahət Ağayev (Neftçi), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ); müdafiəçilər - Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov (Səbail), Bəhlul Mustafazadə (Qəbələ); yarımmüdafiəçilər - Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev, Mahir Əmrəli (hamısı "Qarabağ"), Namiq Ələsgərov, Emin Mahmudov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Rəşad Eyubov (Sabah), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Dmitri Nazarov ("Ertsgebirge", Almaniya); hücumçular - Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Mirabdulla Abbasov (Neftçi), Renat Dadaşov ("Eştoril", Portuqaliya), Ağabala Ramazanov (Səbail).
Həm finalçılar, həm də legionerlər düşərgəyə bir qədər gec gələcəklər. Bəhlul, Əli, Dmitri, Rüfət və Renat komandaya mayın 24-də, Emil, Pavel, Ramil və Eddi isə iyunun 3-də qoşulacaq.
Yalnız Təmkin
Əvvəlcə onu qeyd edək ki, Yurçeviçin seçimi yetərincə ədalətlidi. Çempionatda özünü yaxşı tərəfdən göstərən futbolçuları diqqətdən kənarda qoymayıb. Ötən toplanışla müqayisə aparsaq, həmin siyahıdan yalnız bir futbolçu kənarda qalıb. Bu, Təmkin Xəlilzadədi. Əslində cinah oyunçusunun bu taleyi yaşayacağı gözlənilən idi. Çünki "Sabah" dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün hələ apreldə Xəlilzadəni cəzalandırmış, mövsümün sonuna qədər komandadan uzaqlaşdırmışdı. Hətta klubu futbolçunun milli üzvü olduğunu nəzərə alıb, verilən cəza haqda AFFA-nı da məlumatlandırmışdı. Bu üzdən Yurçeviçin budəfəki siyahısında Xəlilzadənin adı yoxdu. Onun Xorvatiya ilə matçda ehtiyatda qaldığını, Latviya ilə görüşdə isə start heyətində meydana çıxıb, 88-ci dəqiqədə əvəzləndiyini də xatırladaq.
5 yeni futbolçu
Yurçeviçin ötən toplanışla müqayisədə dəvət etdiyi yeni futbolçular Bəhlul, Pavel, Rəşad, Ağabala və Renatdı. Lakin adı çəkilənlərin hamısı daha öncə yığmanın düşərgəsində yer alıb. Özü də onların 4-ü millinin formasında meydana çıxıb. Yalnız Mustafazadə istisnadı. İlk dəfə Qurban Qurbanovun vaxtında yığmadan dəvət alan Bəhlul Moldova ilə Antalyadakı görüşü ehtiyat oyunçular skamyasından izləmişdi. “Qəbələ”nin əsas heyət üzvü olması, üstəlik, mövsümün sonuna doğru adının xarici klublarla hallanması onun milliyə dəvət alacağından xəbər verirdi. Bununla da ötən dəfə yığmaya futbolçu verməyən “qırmızı-qaralar” bu dəfə əsas komandada təmsil olunacaq. Ancaq kubokun finalçısının siyahıda başqa oyunçusu yoxdu. Pavelin martdakı oyunlara çağırılmaması həmin vaxt zədəli olması ilə bağlı idi. “Aleksandriya”nın əsas üzvü klubunda daim forma geyir. Eyubovun millidə debütü Robert Prosineçkinin vaxtına – Moldova ilə 4 il öncə BOS-da gerçəkləşən matça (2:1) təsadüf edib. Qış fasiləsində üz tutduğu “Sabah”da pis təsir bağışlamaması Yurçeviçin də gözündən yayınmayıb. Xorvat mütəxəssis müəyyən tərəddüdlərinin olduğu bir futbolçunu da sərəncamında görmək istəyib. Bu, qış fasiləsindən sonra inamlı təsir bağışlayan, "Səbail"in bürünc medal qazanmasında az rolu olmayan, klubunda qolları sıralayan Ağabala Ramazanovdu. Berti Foqtsun vaxtında debüt edən, şərəfli formada qol hesabını da açmağa macal tapan Ağabala müəyyən fasilədən sonra yenə də yığmanın düşərgəsində olacaq. Bir neçə gün öncə U-21-dən imtina etdiyi deyilən Renat əsas millidə “peyda oldu”. Hərçənd futbolçunun AFFA-ya rədd cavabı verdikdən sonra Yurçeviçdən dəvət alması bir qədər inandırıcı görünmür. Ola bilər, Dadaşov U-21-dən imtinanı daha anlayışlı şəkildə izah edib. Əslində Renat hələ Rəşad Sadıqovun dövründə də U-21-ə gəlməmişdi. Yeri gəlmişkən, hücumçunun Prosineçkinin vaxtında əsas yığmada debüt etdiyini də bildirək. Onun debütü San Marino ilə "Bakcell Arena"da baş tutan görüşə təsadüf etmişdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar