03 may 13:00yigma

Yurçeviçli yığmanı gözləyən təhlükə

Yurçeviçli yığmanı gözləyən təhlükə
Mövsümün başa çatmasına sayılı günlər qalıb. Artıq kubokda finalçılar bəllidi və həlledici matç mayın 19-da Naxşıvanda gerçəkləşəcək. Premyer-liqaya isə iki turdan sonra yekun vurulacaq. Sonuncu – 28-ci turun oyunları mayın 11-nə nəzərdə tutulub. Əslində hələ də mövsümlə bağlı suallara aydınlıq gəlməyib. Bəlli olan yalnız “Neftçi” və “Qarabağ”ın avrokuboklara vəsiqəni təmin etməsidi. Ancaq bu komandalardan da hansının Çempionlar Liqasında, hansının Avroliqada mübarizə aparacağı dəqiqləşməyib.
Ümumi mənzərə
Nəzəri cəhətdən olmasa belə, məsələyə real yanaşsaq, turnir cədvəli ilə bağlı iki önəmli sualın cavabı böyük ölçüdə bəllidi. “Neftçi”ni 5 xal qabaqlayan və qarşıdakı turda “Səbail”lə üz-üzə gələcək “köhlən atlar”ın ardıcıl 6-cı dəfə çempion olacağına əksəriyyət şübhə etmir. Bunun baş verməməsi üçün “dənizçilər” Ağdam təmsilçisinə uduzmamalı, “Neftçi” səfərdə “Qəbələ”ni məğlub etməli, son turda isə “ağ-qaralar” “doğma divarlar” arasında “Qarabağ”ı yenməlidi. Hər nə qədər futbol sürprizlər oyunu sayılsa da, prosesin məhz dediyimiz axarda getməsi inandırıcı görünmür. Demək olar, cavabı bəlli olan digər sual isə üçüncü yerin sahibinin kimliyidi. “Bürünc”ü qazanmağa yaxın olan “Səbail” ən yaxın izləyicisi “Qəbələ”ni 5 xal qabaqlayır. “Neftçi”nin “qızıl” şansı ilə “qırmızı-qaralar”ın da üçüncülük perspektivi təxminən bərabərdi. “Dənizçilər” iki oyundan maksimum 1 xal qazansa və şimallılar qalan hər iki turda qalib gəlsə, Sənan Qurbanovun komandası üçüncü olacaq. Turnir cədvəli ilə bağlı daha bir sual sonuncu yerlə bağlıdı. Hazırda “Keşlə” premyer-liqanı tərk etməyə yaxın olsa da, 3 xal öndə olan “Sumqayıt” da rahat deyil. Bu iki komanda ilə yanaşı, “Zirə” də hələ ki güclülər dəstədə qalmaq tapşırığının öhdəsindən gəlməyib. Bununla belə, son iki pillənin sahibinin qalan turlarda uğurlu nəticələri qazanması fonunda “qartallar”ın 8-ci yerə yuvarlanacağı o qədər də inandırcı deyil. Sadaladıqlarımız mayın 11-də bitəcək premyer-liqanın indiki durumu ilə bağlıdı. Ancaq toxunmaq istədiyimiz məqam başqadı.
Yığmanı hansı təhlükə gözləyir?
Yuxarıda da qeyd etdiyimiz kimi, mayın 11-də çempionatın son turunun oyunları reallaşacaq. Yığma isə iyunun 8-də Macarıstan, 11-də Slovakiya ilə qarşılaşacaq. Bu da o deməkdi ki, təxminən 1 aylıq fasilədən sonra yığma üzvləri rəsmi oyunda qüvvəsini sınayacaq. Yalnız kubokun finalında iştirak edən komandaların, eləcə də legioner həyatı yaşayan millinin üzvləri istisnadı. Təbii, bu qədər fasilə yığma üçün ciddi təhlükədi. Üstəlik, AFFA yığma üçün sınaqçı-rəqib tapa bilmədi. Qərara alındı ki, elə həmin ərəfədə toplanışda olacaq U-21-lə yoxlama matçı keçirilsin. Millinin hazırlıq prosesi çərçivəsində keçirəcəyi məşqlərlə və 21 yaşlılarla yoldaşlıq oyunu futbolçuları tonusda saxlamaq, onların çempionatdakı fomralarında olmalarını tələb etmək absurddu. Deməli, yığmanın bu baxımdan “axsayacağı” birmənalıdı. Doğrudu, çempionatın belə erkən bitməsinin səbəbi mayın 29-da Avroliqanın finalının Bakıda keçiriləcəyi ilə bağlıdı. Ancaq bir məqama nəzər salaq. Deməli, finaldan 18 gün öncə ölkə çempionatı, 10 gün əvvəl isə ölkə kuboku başa çatır. Bu il Çempionlar Liqasının son oyunu isə Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü iyunun 1-də baş tutacaq. Maraqlıdı ki, İspaniya çempionatı bu oyundan 13, kuboku isə 7 gün öncə reallaşacaq. Aradakı fərq göz qabağındadı və ÇL ilə AL-in finalını da müqayisə etmək artıq olar. Sadəcə, bizimkilərin İspaniyadan təcrübə baxımından geri qalması ölkədaxili yarışları daha erkən bitirməyi şərtləndirib. Nəticədə bunun fəsadı yığmada özünü göstərəcək.
Yalnız 5 ölkə, üçü “cırtdan”
Maraqlıdı, Avropada çempionatlar nə vaxt bitir? Görəsən, bizim çempionatla müqayisədə daha tez yekunlaşan yarış var? Bunun üçün qitənin 54 ölkəsinin birinciliyinə nəzər saldıq. Öncə onu qeyd edək ki, 13 çempionatı siyahıya əlavə etmək doğru olmaz. Çünki bu ölkələrdəki yarış “yaz-payız” sistemi ilə keçirilir. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, Gürcüstan, İslandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç, İsveç və İrlandiyadı. Başlayaq “böyük beşlik”dən. Mayın 12-də İngiltərə, 18-də Almaniya, 19-da İspaniya, 25-də Fransa, 26-da isə İtaliya çempionatı başa çatır. Göründüyü kimi, yalnız britaniyalılar bizdən bir gün sonra birinciliyə nöqtə qoyacaqlar. Digər 4 ölkədə isə marafon daha gec bitir. Qonşu ölkələrdən Gürcüstan çempionatının “yaz-payız” sistemi ilə keçirildiyini vurğuladıq. Mayın 26-da Rusiya və Türkiyə, 30-da Ermənistan birinciliyi başa çatır. Qalan ölkələrə gəlincə, Albaniya, Avstriya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, İsrail, Kosovo, Monteneqro, Şimali Makedoniya, Şimali İrlandiya, Sloveniya, İsveçrə, Ukraynada çempionat mayın 25-də və daha gec başa çatacaq. Bir sıra birinciliklər isə mayın 19-da bitəcək. Bunlar Andorra, Belçika, Macarıstan, Lüksemburq, Cəbəllütariq, Polşa, Portuqaliya, Şotlandiya, Serbiya və Uelsdi. Bizdən daha erkən başa çatan çempionatlar da var. Belə ki, mayın 4-də Cənubi Kipr və Malta, 5-də Yunanıstan birincilikləri finişə çatacaq. Lixtenşteyn və San Marinoda isə mübarizə artıq yekunlaşıb. Hollandiya (15-i), Rumıniya (18-i) və Slovakiya (14-ü) çempionatları isə mayın 20-nə qədər finişə çatacaq. Bir sözlə, 54 ölkədən yalnız 5-nin çempionatı bizdən erkən bitir. Hansı ki, bunlardan 3-ü “cırtdan”dı. Bu isə o deməkdi ki, yığma üçün narahat olmağa ciddi əsas var. İnanaq ki, hər hansı mümkün uğursuzluq fonunda Nikola Yurçeviç bu məqamdan özünümüdafiə üçün silah kimi istifadə etməyəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar