19 apr 12:49yigma

Alesio toplanışı dəyərləndirdi

Alesio toplanışı dəyərləndirdi
“İlk yarını faciəvi hesab etmək olar”
Serbiya ilə oyundan sonra millinin baş məşqçisi Joze Alesio da Silva Futzal Federasiyasının saytına müsahibə verib. Braziliyalı mütəxəssis həm son oyunu, həm də ümumilikdə toplanışı dəyərləndirib.
- Oyunla bağlı fikrinizi bilmək istərdik.
- Fərqli iki hissə oynadıq. İlk yarını faciəvi hesab etmək olar. Çünki oyuna köklənə bilmədik, çoxlu səhvlər etdik. Rəqib də bundan düzgün istifadə etdi və qollar vurdu. Təbii ki, 3 oyunçumuzun zədə üzündən bizə kömək edə bilməməsi də təsirini göstərdi. Uşaqlarda sanki yorğunluq vardı. İstəkliydik, amma köklənə bilmirdik. Yalnız istəklə heç nə əldə etmək mümkün deyil. Sakit olmaq, düşünərək oynamaq vacibdi. Fasilədə oyunçularımı toparlamağa çalışdım, səhvlərini dedim. İkinci hissədə yaxşı oynadıq. Bu hissəni bir başqa oyun adlandırardım. Səhvlərimiz azaldı, oyuna nəzarəti ələ aldıq, düzgün ötürmələr etdik. Məğlubiyyətdən qaça bilməsək də, fasilədən sonra biz daha çox qol vurduq. Rəqib isə ilk matçdakı məğlubiyyətdən sonra bu oyuna 200 faiz motivasiya olmuşdu.
- İkinci hissəni, demək olar, qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirdiz. Bu riskli deyildimi?
- Bu taktikanı meydanda tətbiq etmək vacib idi. Çünki məşqlərdə bunun üzərində çox çalışırıq. Həm də qapıçını oyunçu ilə əvəzləmək ənənəvi taktikamdı. Bütün oyunçuları yoxladıq. Müdafiədə, hücumda necə oynamalı olduğumuzu göstərdik. Məncə, alındı.
- Təxminən 10 günlük toplanış ərzində milli 4 beynəlxalq oyun keçirdi. Razı qaldız?
- Bu toplanış faydalı oldu. Xeyli vaxt idi komanda bir araya gəlmirdi, oyunlar keçirmirdik. Heyət üzvləri fərqli çempionatlarda çıxış etdiyindən, bu cür qarşılaşmalar vacibdi. Ancaq bununla kifayətlənmək də düzgün deyil. Rəsmi görüşlərə qədər yenə toplanış keçməli, oyunlarda gücümüzü sınamalıyıq.
- Yetirmələriniz hansı oyunda istədiklərinizi həyata keçirə bildi?
- Əlbəttə, Serbiya ilə ilk qarşılaşmadan razı qaldım. Düzgün oynadıq, oyun intizamından qopmadıq. Serbiya güclü rəqibdi. Çox intizamlı oynayırlar, fiziki-taktiki baxımdan da güclüdülər, təcrübəlidilər, əla kollektivləri var. İlk oyuna biz daha yaxşı motivasiya olunmuşduq. Qələbə qazandığımıza görə demirəm. Oyun elementləri məni qane etdi, ona görə həmin qarşılaşmanı qeyd edirəm.
- Latviya ilə matçlarda komanda heç də yaxşı təsir bağışlamadı. Soyuq başla həmin görüşləri təhlil etmisiz?
- Oyuna köklənməkdən çox şey asılıdı. Elə qarşılaşmalar var ki, bu, rəqibin adından asılıdı. Oyunçu artıq Serbiyanın Latviya olmadığını bilir. Və ya sabah İspaniya ilə qarşılaşmalı olsaq, artıq rəqibin adı komandanı oyuna kökləyəcək. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Kiminlə oynamağından asılı olmayaraq, 3 xal əldə etmək üçün qələbə qazanmalısan. Bunu etməsən, büdrəyəcəksən. Həm də Latviya ilə matçlara yorğun çıxmışdıq. Kardoso oyun günü komandaya qoşulmuşdu, bir neçə futzalçı Bakıdakı ikigünlük hazırlıq prosesində iştirak etməmişdi.
- Yığma üzvlərinin bir neçəsi fərqli çempionatlarda oynayır. Onların hazırlıq durumu sizi qane etdi?
- Fineo təxminən iki həftə idi məşq etmirdi. Çünki İndoneziya çempionatı başa çatıb və o, Braziliyaya dönüb. Tyaqo isə yaxşı formadadı, amma onun problemi başqadı. O, klubunda meydanda 2-3 dəqiqə oynayır, sonra istirahət edir, yenidən oyuna qoşulur. Tyaqonu 5-6 dəqiqə dəyişmədən meydanda saxlayanda fəsadını hiss edirsən. Conatandan razı qaldım. Hərçənd Qazaxıstanda da çempionat başa çatıb, amma özünü yaxşı tərəfdən göstərdi. Kardosonun yüngül zədəsi var. O da klubunda son bir həftədə oyun keçirmirdi. Təbii ki, bunları düzəltmək mümkündü. Toplanışlar, yoldaşlıq oyunları bunun üçün lazımdı.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar