14 apr 22:24yigma

Yurçeviçin planı dəyişdi

Yurçeviçin planı dəyişdi
Yığma iyunun əvvəlində yoldaşlıq oyunu keçirəcək
Ötən sayımızda yığmanın baş məşqçisi Nikola Yurçeviçin hazırda Xorvatiyada olduğunu xəbər vermişdik. Təbii, çempionatın qızğın çağında çalışdırıcının oyunlara baxmaq əvəzinə vətənində istirahət etməsi heç bir məntiqə sığmır. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla onun Bakıya aprelin 20-də dönəcəyini demişdi. Premyer-liqanın 23-cü turunun oyunlarında da mütəxəssis gözümüzə dəyməmişdi. Burdan belə nəticəyə gəlmək olardı ki, Yurçeviç üç turun oyunlarını izləməyəcək. Daha sonra Firuz bəy bizimlə əlaqə saxlayıb, xorvatın ötən turun 2 oyununu canlı izlədiyini, yalnız bundan sonra vətəninə üz tutduğunu bildirdi. Həmçinin qurum rəsmisi baş məşqçinin aprelin 20-ni gözləmədən Bakıya dönəcəyini söylədi. Görünür, xorvat premyer-liqanın təqviminə yaxşı nəzər salmayıbmış və aprelin 20-si şənbəyə təsadüf etdiyindən 25-ci turun məhz həmin gün start götürəcəyini düşünüb. Ancaq məlum olduğu kimi, 25-ci turun oyunları ayın 18-i və 19-da gerçəkləşəcək.
Yeri gəlmişkən, Yurçeviç report.az saytına açıqlamasında bütün bunlarla bağlı danışıb: “Azərbaycan premyer-liqasında ötən 2 turun 5 oyununu stadiondan canlı izləmişəm. Söhbət 22-ci turun “Sumqayıt” – “Qarabağ”, “Keşlə” – “Neftçi” və “Zirə” – “Səbail”, eləcə də sonuncu həftənin “Sabah” – “Səbail” və “Neftçi” – “Zirə” matçlarından gedir. Planlı şəkildə oyunları izləyirik. Yığma üzvlərini və başqalarını gözdən keçiririk. Yeni oyunçularla da maraqlanırıq. Həmçinin ölkə xaricində çıxış edənləri diqqət mərkəzində saxlayırıq. Bütün futbolçularla bağlı davamlı şəkildə köməkçilərimlə birgə müzakirələr aparırıq. Ötən turun oyunlarından sonra Zaqrebə qayıtmışam. Bakıya aprelin 20-də dönməyi düşünürdüm. Lakin 25-ci turun qarşılaşmaları aprelin 18-19-da keçiriləcəyindən, ayın 17-də gələcəm”.
Bundan başqa, baş məşqçi bildirib ki, yığma üzvləri ilə yanaşı, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində millinin qarşıdakı rəqiblərini - Slovakiya və Macarıstanı da diqqətdə saxlayır. Yurçeviç yığmanın növbəti təlim-məşq toplanışının yeri və tarixinin iki həftədən sonra dəqiqləşəcəyini deyib. Onun fikrincə, millinin iyunun əvvəlinə planlaşdırılan yoldaşlıq görüşündəki rəqibinin adı elə həmin vaxt bəlli olacaq. Qeyd edək ki, milli Macarıstanı iyunun 8-də, Slovakiyanı isə bundan 3 gün sonra qəbul edəcək. Hər iki görüş "Bakcell Arena"da reallaşacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar