14 apr 20:22yigma

Futzalçılarımızın gücü bir qələbəyə çatdı

Futzalçılarımızın gücü bir qələbəyə çatdı
Latviya – Azərbaycan 1:3 (1:1)
Latviya: 1. Ayqar Bondar, 4. Maksim Sen (k), 14. German Matyuşenko, 13. Artur Kuleşov, 7. Roman Rozkovski; 12. Kaspar Neret, 2. Artur Yerofeyev, 3. Yanis Pastar, 5. Matis Babris, 6. Aleksandr Kuleşov, 8. Riçard Raşçevski, 9. Dmitri Borisov, 10. Artur Strazdin, 11. Yuri Halimon.
Baş məşqçi: Artur Şketov.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Teles, 5. Fineo de Araujo, 14 Vitali Borisov, 16. Conatan Luis; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: D.Borisov, 13 (1:0). V.Borisov, 19 (1:1). Tyaqo, 21 (1:2). Tyaqo, 40 (1:3).
Vərəqə: M.Sen, 20 – sarı.
Hakimlər: İnqus Purins, Eduard Ratkujin, Armand Bucis.
11 aprel. Liepaya. Nikas İdman zalı.
Sonuncu dəfə ötən ilin sentyabrında bir araya gələn və Bakıda Qazaxıstanla yoldaşlıq oyunu keçirən futzal millimiz təxminən 6 aylıq fasilədən sonra aprelin 11-də oyuna çıxdı. Latviyanın qonağı olan komandamız bununla həm də 2019-cu ildə “siftə etdi”. Xəbər verdiyimiz kimi, bu ilin oktyabrında Bakıda keçiriləcək dünya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyan toplanışa karyerasını ölkə xaricində davam etdirən legionerlər də dəvət olunub. Düzdü, Eduardo müəyyən səbəblərdən yığmanın düşərgəsinə qoşula bilmədi. Amma Everton Kardosa, Tyaqo Teles, Fineo de Araujo və Conatan Luis baş məşqçi Alesionun sərəncamındadı. Latışlara gəlincə, güclü rəqiblərdən sayılmasalar da, son illərdə inkişaf göz önündədi. DÇ-2020-də mübarizəyə ilkin mərhələdən başlayan Baltikyanı ölkə təmsilçisi Cəbəllütariq və İngiltərəni yenib, Cənubi Kiprlə heç-heçə edib və qrup lideri kimi əsas mərhələyə vəsiqə qazanıb. Üstəlik, UEFA bu ölkədə futzalın populyarlığının artdığını nəzərə alaraq, 19 yaşadək futzalçılar arasında ilk dəfə keçiriləcək Avropa çempionatının finalına evsahibliyini Latviyaya verib.
Paytaxt Riqadan təxminən 220 km aralıda yerləşən Liepaya şəhərində baş tutan və sportacentrs.tv vasitəsilə canlı yayınlanan ilk oyunda Alesio qapını Rövşən Hüseynliyə tapşırmışdı. Vitali, Tyaqo, Fineo və Conatan da braziliyalının ilk dəqiqələrdən güvəndiyi oyunçulardı. Oyunun gedişi komanda üzvlərinin uzun müddət bir yerdə oynamadığını göstərdi. İlk dəqiqələrdən, gözlənildiyi kimi, üstünlük yığmamızın tərfində olsa da, hesabı rəqib açdı. Conatan müdafiədə ötürmə verərkən topu “oğurlayan” rəqib hesabı açdı. Hissənin başa çatmasına dəqiqəyarım qalmış Vitali Tyaqonun ötürməsini küncə “sancmaqla” “status-kvo”nu bərpa etdi. Halbuki buna qədər Xətai, Ramiz və Tyaqo özü rəqib qapıçının sayıqlığını yoxlamağa imkan tapmışdı.
İkinci hissəyə də Alesio ilk dəqiqədəki “5-lik”lə başladı və cəmi 30 saniyə sonra Tyaqo çarpazdan aşırma vuruşla qapıçını məyus etməyi bacardı. Ancaq bundan sonra üstünlük, demək olar, rəqibə keçdi. Ardıcıl hücumlar quran latviyalılar müəyyən məqamlarda təhlükə yaratmağı bacarırdı. Rövşənin sayıqlığı, eləcə də qeyri-dəqiq zərbələr nəticəsində rəqib hədəfdən yayındı. 35-ci dəqiqədə Vitali qapıçı ilə üzbəüz qaldığı epizodda hədəfə düşə bilmədi. Ardınca qapıya təyin olunmuş sərbəst zərbə də tora qovuşmadı. Rəqib matçın sonlarını artıq qapıçısız keçirdi ki millimiz sonuncu dəqiqədə bundan yararlandı. Tyaqo əks-hücumda fərqlənməklə fərqi iki topa çatdıraraq, yekun nəticəni müəyyənləşdirdi.
Latviya – Azərbaycan 2:2 (0:0)
Latviya: 12. Kaspar Neret, 2. Artur Yerofeyev, 3. Yanis Pastar, 5. Matis Babris, 9. Dmitri Borisov; 1. Ayqar Bondar, 4. Maksim Sen (k), 14. German Matyuşenko, 13. Artur Kuleşov, 7. Roman Rozkovski; 6. Aleksandr Kuleşov, 8. Riçard Raşçevski, 10. Artur Strazdin, 11. Yuri Halimon.
Baş məşqçi: Artur Şketov.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Teles, 5. Fineo de Araujo, 14 Vitali Borisov (k), 16. Conatan Luis; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: C.Luis, 30 (0:1). R.Rozkovski, 31 (1:1). C.Luis, 39 (1:2). M.Sen, 40 (2:2).
Vərəqə: yoxdu.
Hakimlər: Eduard Ratkujins, İnqus Purins, Qunar Roqa.
12 aprel. Liepaya. Olimpiya Mərkəzi.
Tərəflər dünən yenidən üz-üzə gəldi. Budəfəki görüş Liepaya Olimpiya Mərkəzində baş tutdu. Alesio start heyətində yenə ilk oyundakı "5-liy"ə güclənmişdi. Fərq ondadı ki, Vitali komandanı meydana kapitan sarğısı ilə çıxarmışdı. Rizvan Fərzəliyev bir gün əvvəl zədələndiyindən adı matçın protokoluna daxil edilməmişdi. İlk yarısı qolsuz bitən görüşdə bütün hadisələr son 10 dəqiqəyə təsadüf etdi. Maraqlıdı ki, hər dəfə millimiz hesabda önə keçdi, meydan sahibləri 1 dəqiqə sonra tarazlığı bərpa etdi. Belə ki, 30-cu dəqiqədə Conatan hesabı açdı. Alesionun yetirmələrinin sevincini Rozkovski yarımçıq qoydu. Qazaxıstanda top qovan braziliyalı legionerimiz 39-cu dəqiqədə dubla imza atsa da, bizimkiləri qələbədən cəmi 11 saniyə ayırdı. Latviyanın kapitanı Maksim Sen yekun nəticəni müəyyənləşdirdi - 2:2.
Onu da qeyd edək ki, oyundan dərhal sonra yığmamız Serbiyaya yollanıb.

Reaksiyalar
Joze Alesio da Silva: “İki fərqli hissə keçirdik. Fasiləyə qədər daha yaxşı oynadıq. Həm fiziki, həm də düşüncə baxımından rəqibi üstələdik. Meydanda müxtəlif tapşırıqları icra etməklə oyuna nəzarəti özümüzdə saxladıq. Düzdü, hesabı Latviya açdı. Həmin epizodda müdafiədə sadə səhvə yol verdik və onlar qol vurdu. Ancaq rəqibin xeyrinə hansısa təhlükəli hücumdan, düşünülmüş kombinasiyadan danışmaq mümkün deyil. Əksinə, bizim qol vurmaq üçün epizodlarımız oldu. Ən əsası, fasiləyə qədər intizamlı çıxış etdik. İkinci hissədə müəyyən qədər qopmalar oldu. Üstünlüyü rəqibə verdik. Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar. Komandamda isə yorğunluq oldu. Bunu yol qət etməyimizlə, heyətə cəlb edilən bir neçə oyunçunun xeyli vaxt nəzarətim altında oynamaması və daha çox futzalçıya şans verməyimlə bağlayıram. Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollar vurmaqla qələbə qazanmağı bacardıq. Ümumi götürdükdə, oyundan razı qaldım. Səhv etməymizə və ikinci hissədə nisbətən zəif çıxışımıza millinin xeyli vaxtdı bir yerə toplaşmaması, oyun keçirməməsi təsirsiz ötüşmədi”.
Tyaqo Teles: “Yaxşı oynadıq. Özümüzə inanırdıq. Çalışdıq tapşırıqları çətin olsa da, yerinə yetirək. Çoxdan bir yerdə oynamasaq da, bunu etməyə səy göstərdik. Əlbəttə, səhvlərimiz oldu. Elə səhvlərdən birində də rəqib qol vurdu. Doğma meydanda oynayan Latviya fasiləyə heç-heçə yollanmaqla özünəinamı artırdı. Onlar meydan, azarkeş amilindən yararlanmağa çalışdı. Alesionun bir gün əvvəl məşqdə dediklərini tam yerinə yetirə bilmədik, alınmadı. Yoldaşlıq oyunu hazırlığa xidmət edir. Biz də dünya çempionatına yaxşı hazırlaşmaq üçün bu gün nələri düzəltməli olduğumuzu gördük. Bundan daha yaxşı olmalı, oynamalıyıq.
Növbəti iki oyunu Braziliyanı məğlub etmiş Serbiyaya qarşı keçirəcəyik. Komandadan heç kimlə danışmamışam, oyunu da izləməmişəm. Serbiya üçün əla nəticədi. Ancaq hər bir oyun fərqli macərada keçir. Braziliya mətbuatını oxudum və aydın oldu ki, serblər oyunu daha çox müdafiədə keçiriblər. Əks-hücumlardan və Braziliyanın səhvlərindən yararlanıblar. Bizimlə oyunda da favorit onlardı. Çünki Serbiyada oynayacağıq. Ancaq oyunun fərqli keçəcəyinə əminəm. Bu oyunlar oktyabrda keçiriləcək rəsmi matçlara hazırlıq xarakteri daşıyır. Qrupumuzda yer alan komandalar Slovakiya, Monteneqro və Moldovadı. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə üstünlük olacaq. Mərhələ adlamaq üçün yaxşı şansımız var. Asan olmayacaq, ona görə də arxayınlaşmaq olmaz. Çoxlu məşq etməli, turnirlərdə iştirak etməliyik.
“Norskiy Nikel”də indiki durumumdan məmnunam. Güclü çempionatda oynayırıq, hər qarşılaşma gərgin, maraqlı keçir. Rəqabət böyükdü və hər oyun finala bərabərdi. Klub rəhbərliyi ilə ötən il danışmışdıq və birillik müqavilə imzalamışdıq. İndi isə millidəyəm. Kluba döndükdən sonra işimi görməyə davam edəcəm. Hər şey ola bilər. Klubda qala da bilərəm, başqa variantları da dəyərləndirməyim mümkündü. Ancaq ilk növbədə hazırkı klubumla danışacam. Çünki burda olmaqdan məmnunam və daha bir il oynamaq istəyirəm”.
Ramiz Çovdarov: “Oyuna yaxşı başlamışdıq. Öz səhvimiz üzündən qapımızda qol gördük. Rəqib bizi hansısa təzyiq altında saxlamaqla, ardıcıl hücumlar qurmaqla fərqlənmədi. Sadəcə, biz müdafiədə ötürmə zamanı səhv etdik, onlar da bunu qola çevirdilər. Tez toparlandıq və fasiləyə qədər hesabı bərabərləşdirdik. İkinci hissədə isə qələbə toplarını vurduq. Fasilədən sonra əks-hücumda oynamağınızın bir neçə səbəbi var idi. Meydana uyğunlaşmamışdıq, xeyli vaxt idi bir yerdə çıxış etmirdik, heyətə yeni oyunçu qoşulmuşdu - bunlar hamısı təsir edən amillərdi və xüsusilə ikinci hissədə təsirini göstərdi. İstənilən halda, yoldaşlıq oyunu məhz belə çatışmazlıqları görməyə və aradan qaldırmağa xidmət edir. Aprelin 15-i və 16-da Serbiya ilə üz-üzə gələcəyik. Onlar Latviyadan iki-üç dəfə güclüdülər. Belqrada gedəndə Serbiyanı təhlik edəcəyik.
Rəsmi oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Dediyim kimi, xeyli vaxtdı bir yerdə oynamırdıq. Bura gələndə də toplanış keçmədik. Ancaq rəsmi oyuna qədər toplanışlarımız olacaq, həmçinin Rusiyada təşkil ediləcək turnirə qatılacağıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar