27 mar 13:04yigma

Sensasiyanın 11 dəqiqəliyində…

Sensasiyanın 11 dəqiqəliyində…
AÇ-2020-nin seçmə oyunu
E qrupu, 1-ci tur

247. Xorvatiya – Azərbaycan 2:1 (1:1)
12. Lovre Kaliniç
3. Borna Barişiç
21. Domaqoy Vida
5. Duye Çaleta-Tsar
2. Yosip Brekalo
8. Mateo Kovaçiç
(13. Nikola Vlaşiç, 73)
10. Luka Modriç (k)
(19. Milan Badel, 90+1)
4. İvan Perişiç
7. İvan Rakitiç
9. Andrey Kramariç
20. Bruno Petkoviç
(18. Ante Rebiç, 69)
Ehtiyat oyunçular
1. Dominik Livakoviç
23. Simon Sluqa
6. Karlo Bartolets
11. Marselo Brozoviç
14. Filip Bradariç
15. Mario Paşaliç
16. Antonio Miliç
17. Marko Roq
22. Marin Leovats
Baş məşqçi: Zlatko Daliç

1. Səlahət Ağayev
3. Şəhriyar Rəhimov
4. Rahil Məmmədov
6. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
(16. Rüfət Dadaşov, 88)
14. Eddi İsrafilov
13. Dmitri Nazarov
(7. Araz Abdullayev, 58)
20. Riçard Almeyda
(8. Emin Mahmudov, 72)
10. Mahir Mədətov
11. Ramil Şeydayev
Ehtiyat oyunçular
12. Emil Balayev
23. Şahruddin Məhəmmədəliyev
9. Namiq Ələsgərov
15. Ömər Buludov
18. Anton Krivotsyuk
19. Əli Babayev
21. Təmkin Xəlilzadə
22. Mirabdulla Abbasov
Baş məşqçi: Nikola Yurçeviç
Qollar: R.Şeydayev, 19 (0:1). B.Barişiç, 44 (1:1). A.Kramariç, 79 (2:1).
Vərəqə: M.Medvedev, 68 - sarı.
Hakimlər: GEORGİ KABAKOV, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Nikolay İvanov (Rusiya).
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya).
21 mart. Zaqreb. “Maksimir” stadionu. 23146 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

22 (5) qapıya ("çərçivə"yə) zərbə 6 (2)
13 korner 2
0 ofsayd 2
8 qayda pozuntusu 11
0 vərəqə (qırmızı) 1

Yığmanın Zaqreb səfərindən əlidolu dönəcəyinə, demək olar, heç kim inanmırdı. Hər nə qədər futbol sürprizlərlə zəngin olsa da, reallıqları da qəbul etmək lazımdı. Yurçeviçin qısa müddətdə komandaya öz fəlsəfəsini aşılaması və millinin ilk oyundaca son dünya çempionatının gümüş medalçısından xal alacağı inandırıcı görünmürdü. Ancaq hadisələrin axarı, oyunun xarakteri göstərdi ki, Zaqrebdən müsbət nəticə ilə dönmək də mümkündü. Təəssüf ki, yığma bunu bacarmadı. Bəlkə də lazımi qədər əzmkar olmadıq, bəlkə də özümüzə inanmadıq, bəlkə də rəqibin gücünü həddən artıq şişirtdik. Hər halda, macarlar göstərdi ki, “damalılar” düşündüyümüz qədər qorxulu deyilmiş. Özü də hesabı sən açmısansa, deməli, möcüzəni gerçəkləşdirmək yönündə işin yarısını görmüsən. Artıq bunun davamını gətirmək qalır. Ancaq milli üzvləri qəhrəmana çevrilə bilmədilər.
Oyundan öncə Yurçeviçin hansı heyətə güvənəcəyi ilə bağlı təxminləri diqqətinizə çatdırmışdıq. Proqnozlaşdırdığımız “11-lik”lə müqayisədə fərq yalnız sol cinahla bağlı idi. Belə ki, müdafiənin bu cinahında Təmkinin olacağını düşünsək də, xorvat mütəxəssis Şəhriyara güvənmişdi. Bu isə o demək idi ki, Yurçeviçi hücuma dəstəkdən daha çox müdafiə düşündürür. Yarımmüdafiənin solunda isə Araz yox, Dmitri qərarlaşmışdı. Nazarov da komandanın ən zəiflərindən biri kimi yadda qaldı. Qalan bütün mövqelər isə təxminlərimizlə eyni idi.
Ayrı-ayrı epizodlar üzərində dayanmaq fikrimiz yoxdu. Sadəcə, həlledici məqamlara toxunmaq kifayətdi. 19-cu dəqiqədə Ramilin qolu ilə hesabda önə keçdikdən sonra azərbaycanlı azarkeşlərin ümidlənməsi təbiidi. Yeri gəlmişkən, Şeydayevin buna qədər də fərqlənmək imkanı olmuş, ilk zərbəsini qapıçı qaytarmışdısa, təkrar vuruşuna Mahir mane olmuşdu. Əslində meydanda gözlənilən ssenari cərəyan edirdi. Rəqib hücum edir, biz müdafiə olunurduq. Həmçinin əks-hücumlara bel bağlamışdıq. Yığma ilk yarını bu hesabla qapaya bilsəydi, çox güman, Zaqrebdən xalla dönəcəkdik. Çünki belədə Yurçeviçin komandası ikinci yarıya daha əmin şəkildə başlayacaqdı, rəqib isə tələskənliyin qurbanına çevriləcəkdi. Ancaq Barişiçlə fasilə ərəfəsində “status-kvo”nu bərpa edən xorvatlar ikinci yarıda daha arxayın oynadılar ki, bu da maksimum az səhv etmələrinə şərait yaratdı.
Halbuki ikinci hissənin əvvəlində İsrafilov Nazarova da fərqlənmək imkanı yaratdı. Dmitri fürsəti dəyərləndirsəydi, “damalılar” 1 xala sevinəcəkdi. Belə rəqiblərlə oyunda 2-3 imkanın varsa, dəyərləndirməlisən. Əks halda bunun acısını çəkəcəksən. Almaniyanın 2-ci bundesliqasında top qovan legionerimizin həmin epizodu qola çevirə bilməməsi ümumilikdə seçmə mərhələ hədəfimizə təsir etdi. Yığma isə yalnız 79-cu dəqiqəyə qədər dözdü. Doğrudu, Yurçeviç özündən əvvəlki milli məşqçilərindən fərqli daha bir addımı ilə son dəqiqələri daha fərqli izləməyimizə şərait yaratdı. Belə ki, Qaranı meydandan alıb ikinci hücumçunu – Rüfəti döyüşə atdı. Məğlubiyyətdən qaça bilməsək belə, basqını artırdıq, xorvatlar da həmin anda həyəcanlı dəqiqələr yaşadı. Ən azı azərbaycanlı azarkeşlər baş məşqçinin lazım gələndə risk etməkdən çəkinmədiyini gördü.
Düzdü, Xorvatiyaya 1:2 hesablı məğlubiyyət faciə deyil. Özü də Yurçeviç komandanı heç bir yoxlama oyununa çıxarmadan, birbaşa çətin səfər matçına aparmışdı. Bununla belə, yığmanın hesabda önə çıxması, 79 dəqiqə dözməsi və sonda meydanı məğlub tərk etməsi acınacaqlıdı. Meydan sahiblərinə müəyyən hakim simpatiyasının olduğunu da qeyd edək. O başqa məsələ ki, millinin oyununda da problemlər var idi. Yanlış ötürmələr, bəzi anlarda verilən səhv qərarlar nəticədə müəyyən rol oynadı. Tutaq ki, hər künc zərbəsi təhlükəlidisə, mümkün qədər bundan qaçmaq lazım idi. Yaxud da rəqibin kornerdən hücumları bir-birinə bənzəyirdi və onun qarşısı alınmalıydı. Xorvatlar ilk qolu məhz belə vəziyyətdə vurdular. Yuxarıda da vurğuladığımız kimi, macarlar “damalılar”ın məğlubedilməz olmadığını göstərdi. Ola bilər, Macarıstan hazırda bizdən irəlidədi. Ancaq söhbət xorvatların indiki durumundan gedir. Bu, mundaldakı komandadan çox fərqlənir - istər oyun, istərsə də motivasiya baxımından. Həmin amillərdən yararlanmaq lazım idi. Təəssüf ki, sensasiya edə bilmədik.

Milli üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Səlahət Ağayev – 5,0
Artıq yığmanın “1 nömrə”si missiyasını öhdəsinə götürən qapıçı ümumilikdə pis təsir bağışlamadı. Üstəlik, vurulan qollara görə də birmənalı şəkildə onu günahlandırmaq olmaz. Sadəcə, oyunun əvvəllərində bir epizodda topu əlindən buraxması, lazımi qədər inamlı görünməməsi qolkoperin qiymətini azaldır. Bununla belə, cinah asmaları və “standartlar” zamanı bir neçə dəfə çıxışda yaxşı oyunu ilə diqqəti çəkdi.
Şəhriyar Rəhimov – 5,0
Təbii, ikinci qolda onun da səhvi var idi. Topu necə gəldi uzaqlaşdırmaq istəyərkən rəqibin hücum qurmasına şərait yaratdı və xorvatların həmin həmləsinin sonunda qapımızda qol gördük. Hücuma dəstək verməsə də, müdafiə planında o qədər də pis görünmürdü.
Rahil Məmmədov – 5,0
O da “ikinci mərtəbə”də yaxşı təsir bağışladı. Lakin bir qədər həyəcanlı idi, bəzən mövqe səhvinə yol verirdi. Əksər hallarda “Qarabağ”dan olan komanda yoldaşları onun səhvini düzəldirdi. Bəlkə də bütün bunlar yığma təcrübəsinin azlığından qaynaqlanırdı. Əlbəttə, rəqibin ilk qolundan öncə məhz onun “bağlamalı” olduğu futbolçunun başla qapıya zərbə endirdiyini də unutmamalıyıq. Məhz həmin həmlənin davamında meydan sahibləri hesabı bərabərləşdirdi.
Bədavi Hüseynov – 5,5
Meydanda ən yaxşılardan biri idi. Hansısa ciddi səhvə yol vermədi. Bir neçə dəfə həlledici müdaxiləsinin şahidi olduq. Xüsusən 50-ci dəqiqədə özünü topun qarşısına atmasaydı, bəlkə də hesab indikindən daha acınacaqlı olacaqdı. Hava topları uğrunda mübarizədən də çox vaxt qalib ayrılırdı.
Maksim Medvedev – 5,0
İkinci qolda kapitanın da “payı” var idi. Məhz onun cinahından başlayan həmlənin sonunda rəqib Səlahəti məyus etdi. Özü də Kramariç son zərbədən öncə məhz onu aldadıb, topu tora qovuşdurdu. Ancaq bir neçə həlledici müdaxiləsinin də şahidi olduq. Hücuma dəstək vermək baxımından isə passiv idi. Bunun əsas səbəbi rəqibin basqısı idi.
Qara Qarayev – 5,0
Xüsusən fasilədən sonra yanlış ötürmələrinin sayı xeyli artmışdı. Potensialından aşağı çıxış etdi. Beynəlxalq oyun təcrübəsi yetərincə olsa da, bu futbolçuda hələ də həyəcan hiss olunur.
Eddi İsrafilov – 6,0
Uzun müddətdən sonra yığmaya dəvət alsa da, komandanın ən yaxşısı idi. Oyunboyu dayanmadı, istər dağıdıcı kimi əlindən gələni etdi, istərsə də irəli xətt oyunçularını topla təmin etməyə çalışdı. Bir neçə dəfə uzun ötürmələrlə komanda yoldaşlarının fərqlənməsinə şərait yaratdı. Təəssüf ki, nə Ramil, nə də Dmitri onun zəhmətini dəyərləndirməyi bacardı.
Dmitri Nazarov – 4,0
Komandanın ən zəiflərindən biri idi. Bunun da məntiqi nəticəsi kimi baş məşqçi birinci məhz onu əvəzlədi. Xorvatların bərabərlik qolu zamanı müdafiəyə köməyə gəlsə də, topu uzaqlaşdıra bilmədi. İkinci yarıda isə fərqlənmək üçün əla imkanı olsa da, bərbad zərbəylə fürsəti qaçırdı.
Riçard Almeyda – 5,0
“Milliləşdirilmiş” braziliyalı da potensialından aşağı çıxış etdi. Doğrudu, qolun ötürməsini məhz o verdi. Ancaq həmin epizodda Şeydayevin fərdi bacarığı ön plana çıxdı. Hər halda, Eddi qədər faydalı ola bilmədi.
Mahir Mədətov – 4,5
Meydanda sərgilədiyi oyunla haqlı tənqdilərin hədəfinə çevrildi. Bir epiozdda Ramilə mane olmaqla qol vəziyyətinin qaçırılmasında “əməyi” oldu. Hücumlar zamanı da əsasən top itirməklə məşğul idi. Yeganə müsbət cəhəti müdafiəyə dəstək verməsi idi.
Ramil Şeydayev – 5,5
Klubunda qolları sıralayan forvard mundialın gümüş medalçısına da gücünü göstərdi. Əks-hücumlarda təhlükəli olduğunu bir daha sübut etdi. Hərçənd 19-cu dəqiqəyə qədər bir dəfə də fərqlənmək imkanı var idi. Belə ki, Eddidən topu qəbul edib bir rəqibdən sıyrıldı, irəlilədi, ani hərəkətlə digər xorvat oyunçunu da aldatdı, ancaq zərbəsini qapıçı dəf etdi. Qol epizodunda isə reydini qüvvətli zərbə ilə tamamlayaraq, ona güvənməyənlərə mesaj göndərmiş oldu. Düzdü, ikinci hissədə də hər an rəqib üçün təhlükə mənbəyi olaraq qalırdı. Ancaq fasilədən sonra ilk yarıdakı qədər fəal deyildi və o qədər də gözə dəymədi.
Araz Abdullayev – 4,0
Zəif təsir bağışlayan Nazarovu əvəzləsə də, ondan fərqli heç nə ortaya qoya bilmədi. Halbuki texnikası və yaradıcılığının komandaya faydasının dəyəcəyini düşünmək olardı. İki epizodda adi vəziyyətdə topu itirməkdən başqa, demək olar, heç nə ilə yadda qalmadı.
Emin Mahmudov – 4,5
Ümumiyyətlə, sonradan meydana çıxanlar komandanın gücünə güc qatmadı. Müəyyən mənada Emin fəal görünürdü, iki epizodda qapı önünə asma etməyə macal tapdı. Ancaq ortada lazımi effekti vermədi.
Rüfət Dadaşov – qiymətsiz
FARİZ

Reaksiyalar
Nikola Yurçeviç: “Xorvatiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qələbəyə layiq idilər. Ancaq deməliyəm ki, xoşbəxtəm. Çünki bu cür fantastik ab-hava olan stadionda bir xal qazanmağa yaxın idik. Dünyanın ən yaxşı komandalarının birinə qarşı oynayırdıq. Oyunçularım bacardıqlarını etdilər, 90 dəqiqə mübarizə apardılar. Xorvatiya qrupun ən güclü komandasıdı. Bu oyun növbəti görüşlər üçün nikbin əhval-ruhiyyə yaradır. İyunda bizi iki vacib qarşılaşma gözləyir. Həmi oyunlarda çoxlu xal qazanmaq istəyirik. Bəlkə də haqsızam, ancaq hakimin bir sıra qərarları ədalətsiz idi. Referi rəqibin lehinə çox tez-tez fit səsləndirirdi. Bu, mənim subyektiv fikrimdi. Ancaq bir daha təkrar edirəm ki, Xorvatiya qələbəyə layiq idi. Xorvatiyanı başdan-ayağa təhlil etmişdik. Deyə bilmərəm, bu cür oyun gözləyirdim, ya yox. Bir qədər bəxt bizim tərəfimizdə olsaydı, 1 xal da qazana bilərdik. Əminəm ki, meydan sahibləri daha rahat qələbə qazanacağını gözləyirdi. Bəlkə də ilk yarıda qələbə hesabını qoruya bilsəydik, burdan xalla ayrılardıq. Hansısa futbolçu barədə konkret danışmaq istəmirəm. Ümumilikdə yekun nəticədən bir qədər narazıyam. Onlar bacardıqlarını ortaya qoydular. Futbolçularımla fəxr edirəm. Macarıstan və Slovakiyaya qarşı iyunda baş tutacaq oyunlar bizim üçün həlledici rol oynayacaq. Həmin görüşlərə hazırlaşmaq üçün daha çox vaxtımız olacaq”.
Zlatko Daliç: “Yetirmələrimi seçmə mərhələyə qələbəylə başlamaları münasibəti ilə təbrik edirəm. Fanatlarımıza da belə dəstəyə görə təşəkkür edirəm. İndi bizi Macarıstanla oyun gözləyir. Rəqib çox motivasiyalı idi. Oyunun əvvəlində çoxlu qol vəziyyəti yarada bilmədik. Ancaq bu, seçmə mərhələnin əvvəlidi. Qarşıdakı oyunlarda daha güclü olacağıq. Bir qədər səbirli olmalıyıq. Əsas odu ki, 3 xal qazandıq”.
Səlahət Ağayev: “Güclü komandaya qarşı oynadıq. Rəqib dünya çempionatında ikinci olub. Oyun 1:1 hesabıyla bitsəydi, bizim üçün daha yaxşı nəticə olardı. Yaxşı oynadıq. Nəyi bacarırdıqsa, meydanda qoyduq. Topu çıxarmağı bacarmadım. Komandada özünəinam yarandı ki, biz futbol oynaya bilirik. Bu gün Xorvatiyaya qarşı belə oynadıqsa, gələcəkdə şanslarımız da olacaq. Luka Modriçin oyununu şərh etməyə ehtiyac yoxdu. O dünya səviyyəli oyunçudu. Boş yerə onu ən yaxçı oyunçu seçməyiblər".
Ramil Şeydayev: “Uduzduq. Fərqi yoxdu, rəqib dünya çempionatının gümüş medalçısıdı və ya başqası. Sadəcə, yenildik və hesabımızda xal yoxdu. Üzücüdü. İlk epizodda rəqib qapısına yol tapmalıydım. Ancaq bunu etsəydim, ola bilər ki, ikinci epizod, hansı ki qolla nəticələndi, olmaya bilərdi. Vurduğum qol gözəl alındı, ancaq nəticə gətirmədi. Şadam ki, yenə qol vurdum. Ancaq bu qol əvvəlki 3 qolumdan fərqli nəticə gətirmədi. "İkinci "nömrə" ilə oynasaq da, oyuna görə xal qopara bilərdik. Faisləyə cəmi 1 dəqiqə qalmış qol buraxdıq”.
Elxan Məmmədov: “Yekun nəticədən yox, amma millimizin oyunundan razı qaldıq. Açığı, bizim üçün də dünya çempionatının gümüş mükafatçısı ilə matçda ilk qolu yığmamızın vurması sürpriz oldu. Görünən budu ki, baş məşqçi oyunu əks-hücumlar üzərində qurmaq tapşırığı vermişdi. 90 dəqiqədə komandamızın intizamlı oynaması bizi də təəccübləndirdi. Fasilədən sonra da qol epizodlarımız oldu. Xüsusilə Dmitri Nazarovun epizodunu qeyd edərdim. Düşünürdük ki, komanda oyunun sonunda yorulacaq. Lakin millimiz son 10 dəqiqəni hücumda keçirdi. Diqqətinizi bir maraqlı detala da yönəltmək istəyərdim. Oyunun sonlarıdı və favoritlə matçda hesabda 1:2 geridə olduğumuz vaxtda Yurçevic Qaranı meydandan çıxarır və ikinci forvard - Rüfət Dadaşovu döyüşə ataraq, dünya ikincisi ilə qarşılaşmanı xilas etməyə can atır. Bu da yəqin ki, futbolçularla məşqçinin bir-birini hiss etməsindən xəbər verir. Görünür, həm komanda, həm də məşqçi bu oyunu xilas etməyin mümkünlüyünü hiss etmişdilər. Unutmayaq ki, Yurçeviç milliyə vur-tut 1 aydı təyin olunub və bu müddət kəsiyində nə toplanış keçirmişdi, nə də yoxlama oyunu. Bir tərəfdən qrupun favoriti ilə ilk oyunda qarşılaşmaq arzuolunmaz olsa da, digər yandan yaxşıdı. Çünki belədə əsl gücünü görə bilirsən. Mayda toplanış keçirəcəyik. Toplanışı ölkə xaricində təşkil etməyi planlaşdırmışıq. Mayın sonuna təsadüf edəcək hazırlıq zamanı millimiz yoxlama görüşü də keçirəcək. Mükafat iki yerə bölünür. Qalib gəldikdə mükafat fondunun 50 faizi ödənilir. Qrupda ilk 2 pillədən birini tuta bilsək, qalan vəsait də komandaya veriləcək”.
Kolinda Qrabar-Kitaroviç (Xorvatiyanın prezidenti): “Çətin qələbə alındı, ancaq o, bununla da qiymətlidi. İlk hissədə oyunumuz alınmadı, lakin yaxşı ki, fasiləyədək qol vura bildik. İkinci hissədə daha aqressiv, təşkilatlanmış oynamağa başladıq. Bir neçə qol imkanından yararlana bilmədik. Ancaq sonda qalib gəldik. Matçın 90 faizi Azərbaycan yığmasının meydanında keçdi”.
Luka Modriç: "Azərbaycan yığması münasib rəqib olmadığını göstərdi. Əsas odu ki, bizə lazım olan 3 xalı qazana bildik. Əks-hücumlar zamanı daha tez müdafiə olunmağı bacarmalıyıq. Azərbaycanla qarşılaşmada bunu yaxşı bacarmadıq. Zəif cəhətimiz budu".
İvan Perişiç: “Azərbaycan birinci hissədə yaxşı mübarizə apardı. Ancaq onların güclərinin bir müddət sonra tükənəcəyini bilirdik. Buna görə də səbirli olmalıydıq. Yekunda onların müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar