20 mar 13:23yigma

Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş

Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş
“Yəqin mənim oyunçu keyfiyyətlərim Yurçeviçi qane etməyib”
Mövsümün startında adından söz etdirən, lakin sonradan qeyri-sabit nəticələrlə yadda qalan “Sabah” qış fasiləsində etdiyi transferlərlə diqqətləri üzərinə çəkməyi bacardı. Ehtimal olunurdu ki, Təmkin Xəlilzadə, Coşqun Diniyev və Rəşad Eyubov kimi futbolçuların gəlişi ilə komanda daha da güclənəcək, nəticələr xeyli yaxşılaşacaq.
Lakin əksi müşahidə olundu. “Tələbələr” fevralın əvvəlindən bəri premyer-liqada keçirdiyi 7 oyunda hesabına vur-tut 5 xal yazmağı bacardı ki, bu göstəricidə yalnız “Sumqayıt”ı qabaqlayırlar. Bəzi aparıcı futbolçuların çıxışında eniş müşahidə olunmasına baxmayaraq, Rəşad Eyubov parlaq oyunla yadda qaldı. Hətta adının yığmaya dəvət alanların siyahısında olacağına ümid edirdik. “Sabah” və özü ilə bağlı suallara cavab tapmaq üçün Rəşadı aradıq.
- 3-cü dövrə başa çatdı. Komandada vəziyyət necədi, özünüzü necə hiss edirsiz?
- Özümü yaxşı hiss edirəm. Təəssüf ki, eyni sözləri komandanın durumu haqda deyə bilməyəcəm. Qış fasiləsindən sonra müəyyən eniş yaşadıq. Bu da istər-istəməz ümumi ab-havaya təsir edir. Amma “Sumqayıt”la oyundan sonra gələcəyə xoş ümidlə baxmaq olar. Bir saat azlıqda qalmağımıza baxmayaraq, 1 xal qazanmağı bacardıq. Fikrimcə, fasilədən maksimum yararlanmağı bacaracağıq.
- Enişin səbəblərini araşdırmaq yönündə cəhd etmisən?
- Bilirəm, nəticələr heç də yaxşı deyil. Fasilədən sonra ilk oyunda qələbə qazansaq da, davamını gətirə bilmədik. Halbuki daha yaxşısını göləyirdik. Səbəblərə gəlincə, hər şey göz qabağındadı. Sırf fərdi səhvlərimiz üzündən cəzalanmışıq. Taktiki-texniki planda elə bir çətinlik görmürəm. Sadəcə, kobud səhvlərə yol verməməliyik.
- Qarşıdakı 7 oyunda yaxşı mənada nəyə ümid edirsən?
- Yenə deyirəm, “Sumqayıt”la oyundan sonra gələcəyə ümidlə baxa bilərik. Həmin görüş bir daha “Sabah”ın hansı bacarığa sahib olduğunu göstərdi. Yəni deyildiyi qədər də pis durumda deyilik. Bir nəfər azlıqda rəqibdən daha yaxşı təsir bağışladıq. Üstəlik, təxminən iki həftəyə yaxın fasilə yaranıb. Fasilədən maksimum istifadə etməklə 4-cü dövrədə uğurlu çıxış edəcəyimizə inanıram.
- Təsəvvür et ki, mövsüm başa çatıb və turnir cədvəlinə baxırsan. “Sabah”ı neçənci pillədə görürsən?
- Realist olmalıyıq. İlk “3-lüy”ün adını çəkmək doğru olmaz. Amma 4-cü yer uğrunda mübarizə aparmaq olar. Hazırda “Qəbələ” ilə 7 xal fərqimiz var. Məncə, bu ciddi fərq deyil. Potensial 21 xalın olduğunu nəzərə alsaq, istəyimizə çatmaq mümkündü. Bu baş verməsə belə, ən pis halda 5-ci sıradakı mövqeyimizi qorumalıyıq. Razılaşarsız ki, bu, debüt ili üçün normal nəticə sayılacaq. Onsuz da avrokuboklarda iştirak imkanımız yoxdu. Ancaq istənilən halda ən yaxşı yerlər üçün mübarizə aparacağıq.
- Qış fasiləsində “Sabah” səninlə yanaşı, Təmkin və Coşqunu heyətinə qatmaqla adından söz etdirdi. Lakin səndən fərqli, adını çəkdiklərim komandaya lazımi faydanı verə bilmirlər. Bunu nə ilə əlaqələndirmək olar? Yeni komandaya uyğunlaşmaq niyə bu qədər rahat oldu?
- Əvvəla onu qeyd edim ki, Coşqunla Təmkin bacarıqlı futbolçulardı. Bunu daha öncə oynadıqları komandalarda da sübut ediblər. Belə olmasaydı, milliyə dəvət almazdılar. Təmkin “Sumqayıt”la qarşılaşmada nəyə qadir olduğunu bir daha göstərdi. Coşqunun mövqeyi elədi ki, əsasən dağıdıcılıqla məşğuldu. Bəlkə də bu səbəbdən çox diqqəti çəkmir. Hər ikisi sözünü deyəcək. Özümə gəlincə, burda Cavid İmamverdiyev amili də az rol oynamır. Cavidlə ötən mövsüm “Sumqayıt”da oynamışdıq. Bir-birimizi yaxşı başa düşürük. Bu fakt rahat oynamağıma şərait yaradır. Bu yerdə Elşad Əhmədovu da unutmaq olmaz. Savadlı məşqçidi, oyun intizamına xüsusi önəm verir. Bu da çox xoşuma gəlir. Nə bacarıramsa, ortaya qoymağa çalışıram. Zamanla daha yaxşı olmasını istəyirəm. Çünki nəyə qadir olduğumu bilirəm.
- Həqiqətənmi “Neftçi”də sənə yer olmadı?
- Bu suala cavab vermək çətindi. Çünki izah vermək olmur. “Neftçi”də olduğum müddətdə əlimdən gələni edirdim. İstər məşqlərdə, istərsə də şans qazandığım oyunlarda etimadı doğrultmağa çalışırdım. Məncə, daha çox oynaya bilərdim. Digər tərəfdən kimisə ittiham etmək də olmur. Çünki baş məşqçinin şans verdiyi futbolçular bu gün komandanın 1-ci pillədə yer almasının səbəbkarlarıdı. Uğur olan yerdə baş məşqçi amili də önə çıxır. Ona görə də kiməsə hörmətsiz davranmaq, yaxud işini mühakimə etmək doğru olmaz. Əsas odu, heç bir problem yoxdu. “Sabah”dayam və özümü rahat hiss edirəm.
- “Neftçi”yə 0:3 hesabı ilə uduzsaz da, səndə hədsiz istək hiss olunurdu. Sanki Roberto Bordinə “mən həmin Rəşadam” demək istəyirdin.
- Xeyr, belə bir niyyətim yox idi. Həmişəki oyunumu sərgiləyirdim. Sadəcə, bir qədər istəkli olduğumu deyərdim. Bu da rəqibin çempionluğa oynayan komanda olmasıydı. Razılaşarsız ki, liderə qarşı oynamaq həm daha məsuliyyətli, həm də daha çətin olur. Eyni sözləri “Qarabağ”la görüş haqda da deyə bilərəm. “Neftçi”də çoxlu dostum var və ən əsası, Bordinlə isti münasibətdəyik.
- Nikola Yurçeviçin etimad göstərdiyi 23 futbolçunun arasında öz adını görməyəndə təəccübləndin? Və ya hansısa mənada təsir etdi sənə?
- Məncə, hər bir futbolçu yığmada oynamağı arzulayır və buna can atır. Bizdə idmançı hissiyyatı var. Belə deyim ki, nələrisə hiss edə bilirik. Açığı, milliyə çağırılmayacağımı hardasa təxmin etmişdim.
- Niyə?
- Səbəbini bilmirəm. Amma belə bir hiss var idi içimdə.
- Normal yanaşdın?
- Əlbəttə, adımı orda görməmək xoş deyildi. Millidən dəvət almağı çox istərdim. Ancaq nə etməli, baş məşqçi 50-100 futbolçunun arasından yalnız 23-nü seçə bilir. Həm də oyun fəlsəfəsinə uyğun gələnləri. Yəqin mənim oyunçu keyfiyyətlərim Yurçeviçi qane etməyib. Təəssüflənmirəm, qarşıda vaxt çoxdu.
- Bir şey də var ki, yer aldığın mövqedə hədsiz rəqabət var. Emin Mahmudov, Riçard Almeyda, Qara Qarayev, Dmitri Nazarov, Eddi İsrafilov...
- Əli Babayev və Aleksey İsayev.
- Bu iki nəfərin adını çəkməklə yəqin ki, nəyəsə işarə vurmuş oldun.
- (gülümsəyir) Yox. Sadəcə, başqa adları da xatırlatdım. Mənim üçün əsas olan son vaxtlar sərgilədiyim oyundu ki, bundan zövq alıram. Yalnız “Sabah”ın nəticələrinə görə üzülürəm. İnşallah, o da düzələcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar