20 mar 13:10yigma

Bayram axşamı qanımız qaralmasın!

Bayram axşamı qanımız qaralmasın!
“Maksimir”də ədaləti bolqar hakim qoruyacaq
AÇ-2020-nin seçmə oyunu
E qrupu, 1-ci tur
247. Xorvatiya – Azərbaycan
Hakimlər: GEORGİ KABAKOV, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Nikolay İvanov (Rusiya).
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya).
21 mart. Zaqreb. “Maksimir” stadionu. Saat 23.45
Yığma martın 21-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk sınağına çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Əlbəttə, rəqib aşkar favoritdi. Belə ki, “damalılar”ın son dünya çempionatında gümüş medal qazandıqlarını xatırlamaq kifayətdi. Rəqibin heyətində “Real”, “Barselona”, “İnter”, “Liverpul” və “Çelsi” kimi komandaların oyunçuları top qovursa, artıq şərhə ehtiyac yoxdu. Təkcə Luka Modriçin 2018-ci ildə dünyanın ən yaxşı oyunçusu seçildiyini qeyd etmək yetərlidi. Hərçənd mundialdan sonra xorvatlarda bir qədər geriləmə olduğunu, heyətdə itkilərin mövcudluğunu da vurğulamalıyıq. Lakin bütün bunlar rəqibin gücünə kölgə salmaq üçün əsas sayılmamalıdı. Biz isə yalnız bəxtin üzümüzə güləcəyinə və futbolçuların əzmkarlığına ümid etməliyik. Onsuz da xorvatlara məğlubiyyətə görə heç kim millini asıb-kəsməyəcək. Əlbəttə, söhbət biabırçı yenilgidən getmir. Bu üzdən yığma üzərində təzyiq olmadan oynamalı, Millətlər Liqasındakı uğursuzluğu ən azı yaxşı oyunla unutdurmağa çalışmalıdı. Çünki turnir hədəfləri haqda xəyal qurmaq üçün ilk oyunun əhəmiyyəti həmişə böyük olur. Ümid edək ki, Novruz bayramı günlərində qanımız qaralmayacaq, komandamız Zaqrebdən 1 xallıq bayram sovqatı ilə dönəcək. Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi Zaqreb sınağını “CBC Sport” yayınlayacaq.
Xorvatlarla indiyədək iki dəfə üz-üzə gəlmişik. Hər iki qarşılaşma AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutub. Bu komandalar arasındakı ilk oyunun nəticəsi yığmanın tarixinə növbəti biabırçılıq kimi yazıldı. 2014-cü il oktyabrın 13-də Osiyekdə baş tutan qarşılaşmada “damalılar” bizimkilərin qapısından 6 cavabsız qol keçirdi. Həmin matçda İvan Perişiç dubl etmiş, Luka Modriç, Marselo Brozoviç və Mateo Kovaçiç hərəyə bir dəfə fərqlənmiş, Rəşad Sadıqov isə avtoqolla yadda qalmışdı. Maraqlıdı ki, həmin oyunda qol vuran xorvat oyunçuların hamısı hazırda da millidədi. Sadıqov isə yığma karyerasını bitirib. O vaxt millini Berti Foqts çalışdırırdı və rüsvayçı nəticə alman məşqçinin postu ilə vidalaşmasını şərtləndirdi. Belə deyək, Robert Prosineçkinin yığmaya yolunun açılmasında həmyerlilərinin “əməyi” az olmadı. Ancaq bu rəqiblə Bakıda baş tutan qarşılaşmada nəticə hər kəsi təəccübləndirdi. 2015-ci il sentyabrın 3-də gerçəkləşən oyunda qol səsi çıxmadı. Göründüyü kimi, Prosineçki həmyerlilərindən xal almağı bacarmışdı. Görəsən, Yurçeviç də eyni uğuru təkrarlaya biləcəkmi?
“Damalılar”la budəfəki dueli bolqar Georgi Kabakov idarə edəcək. O, futbolumuz üçün yad biri deyil. FİFA referisinin yolu bir dəfə bizimkilərlə kəsişib. Kabakov 2015-ci ildə "Qarabağ"ın oyununda ədaləti qoruyub. Bolqar hakim ağdamlıların ÇL-in 2-ci təsnifat mərhələsində "Rudar"la səfər görüşünü idarə edib. Xatırladaq ki, həmin matçda Reynaldonun 57-ci dəqiqədə vurduğu yeganə qol “köhlən atlar”a 1:0 hesablı qələbə qazandırmışdı. Qarşılaşmada 3 dəfə əlini cibinə atan referi hər üç halda monteneqrolulara sarı vərəqə göstərmişdi. Hazırda yığmanın düşərgəsində olan Maksim, Qara, Riçard və Bədavi həmin oyunun iştirakçısı olub. 2013-cü ildən FİFA referisi adını daşıyan Kabakov indiyədək beynəlxalq arenada 44 matçda fit çalıb. Bu qarşılaşmalarda 216 sarı, 13 qırmızı vərəqədən istifadə edən bolqarıstanlı 8 dəfə də penalti nöqtəsini göstərib. O, bu mövsüm ÇL-in qrup mərhələsində "Valensiya" - "Mançester Yunayted" (2:1) oyununu, həmçinin AL-də 6 matç idarə edib. Ümid edək ki, “Qarabağ”ın oyununda olduğu kimi, bu dəfə də Bolqarıstandan olan referinin ayağı bizimkilərə düşərli olacaq.
1 2 3 4 5 6
Xorvatiya
Lovre Kaliniç q 03.04.1990 Aston Villa, İngiltərə 16 -
Dominik Livakoviç q 09.01.1995 Dinamo Z 3 -
Simon Sluqa q 17.03.1993 Riyeka - -
Domaqoy Vida m 29.04.1989 Beşiktaş, Türkiyə 71 4
Deyan Lovren m 05.07.1989 Liverpul, İngiltərə 50 2
Tin Yedvay m 28.11.1995 Bayer-04, Almaniya 18 2
Borna Barişiç m 10.11.1992 Reyncers, Şotlandiya 4 -
Marin Leovats m 07.08.1988 Dinamo Z 4 -
Antonio Miliç m 10.03.1994 Anderlext, Belçika 3 -
Duye Çaleta-Tsar m 17.09.1996 Marsel, Fransa 2 -
Luka Modriç y 09.09.1985 Real, İspaniya 118 14
İvan Rakitiç y 10.03.1988 Barselona, İspaniya 102 15
Mateo Kovaçiç y 06.05.1994 Çelsi, İngiltərə 49 1
Milan Badel y 25.02.1989 Latsio, İtaliya 44 2
Marselo Brozoviç y 16.11.1992 İnter, İtaliya 44 6
Marko Roq y 19.07.1995 Sevilya, İspaniya 16 -
Mario Paşaliç y 09.02.1995 Atalanta, İtaliya 8 -
Filip Bradariç y 11.01.1992 Kalyari, İtaliya 6 -
İvan Perişiç h 02.02.1989 İnter, İtaliya 78 22
Andrey Kramariç h 19.06.1991 Hoffenhaym, Almaniya 42 12
Ante Rebiç h 21.09.1993 Ayntraxt, Almaniya 26 2
Nikola Vlaşiç h 04.10.1997 ÇSKA, Rusiya 4 -
Yosip Berkalo h 23.07.1998 Volfsburq, Almaniya 2 –
Bruno Petkoviç h 16.09.1994 Dinamo Z - -

Azərbaycan
Səlahət Ağayev q 04.01.1991 Neftçi 14 -
Emil Balayev q 17.04.1994 Tobol, Qazaxıstan - -
Şahruddin Məhəmmədəliyev q 09.02.1986 Qarabağ - -
Maksim Medvedev m 29.09.1989 Qarabağ 54 3
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 41 -
Təmkin Xəlilzadə m 06.08.1993 Sabah 10 1
Rahil Məmmədov m 24.11.1995 Qarabağ 7 -
Şəhriyar Rəhimov m 06.04.1989 Səbail 1 -
Anton Krivotsyuk m 20.08.1998 Neftçi - -
Ömər Buludov m 15.12.1998 Neftçi - -
Qara Qarayev y 12.10.1992 Qarabağ 48 -
Dmitri Nazarov y 04.04.1990 Ertsgebirge, Almaniya 37 8
Araz Abdullayev y 18.04.1992 Qarabağ 31 3
Namiq Ələsgərov y 03.02.1995 Neftçi 15 -
Riçard Almeyda y 20.03.1989 Qarabağ 14 3
Emin Mahmudov y 27.04.1992 Neftçi 9 1
Eddi İsrafilov y 02.08.1992 Alkorkon, İspaniya 8 -
Əli Babayev y 01.11.1990 Sumqayıt - -
Rüfət Dadaşov h 29.09.1991 Proyssen, Almaniya 20 4
Ramil Şeydayev h 15.03.1996 Krılya Sovetov, Rusiya 16 1
Mahir Mədətov h 01.07.1997 Qarabağ 13 2
Mirabdulla Abbasov h 24.07.1995 Neftçi 2 -
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu qol sayı.
FARİZ

Yeri gəlmişkən…
Martın 21-də yığmamızı qəbul edəcək Xorvatiya dünəndən toplanışa start verib. Bu ölkənin futbol federasiyası ilk məşqə azarkeşləri də dəvət edib. Oyunun keçiriləcəyi "Maksimir" stadionundakı hazırlıqdan sonra futbolçular azarkeşlərlə görüşüb, onlarla şəkil çəkdirib, avtoqraf veriblər. Məşqə yalnız yığmamızla oyuna bilet alanlar buraxılıblar.

Reaksiyalar
Zlatko Daliç (Xorvatiyanın baş məşqçisi): "Rusiyadakı dünya çempionatında hamımız sevindik. Mundialda ikinci yeri tutduq, ancaq bundan aşağı nəticə ilə artıq razlaşa bilmərik. Tələblərimizə uyğun nəsil yetişməsini istəyirik. Təbii ki, bu yol asan olmayacaq. Yeni heyətin formalaşması üçün zaman lazımdı. Amma AÇ-2020-nin seçmə mərhələsi cəmi 7 ay çəkəcək və çox vaxtımız olmayacaq. Gənc futbolçularımız artıq klublarında müntəzəm oynamağa başlayıblar. Çaleta-Tsar və Yedvayı nümunə göstərə bilərəm. Müdafiədəki bəzi problemlərin fonunda Barişiç və Leovatsın formada olması da məni sevindirir. Dünya çempionatından sonra ölkəmizdə futbol bayramı davam etdi. Millətlər Liqasında uğurlu çıxış etməsək də, Zaqreb "Dinamo"su avrokuboklarda azarkeşləri sevindirdi. Eyni atmosferi Azərbaycanla oyunda "Maksimir" stadionunda görmək istəyirəm. Bu səbəbdən fanatlarımızı matça, bizi dəstəkləməyə çağırıram… Nikola Yurçeviç bir neçə yeni oyunçuya dəvət göndərib. Onlardan 5-i legioner həyatı yaşayır, digərləri isə ölkə daxilində 2-3 klubun formasını geyirlər. Birlikdə müntəzəm oynadıqları üçün bir-birini yaxşı başa düşürlər. Braziliyalı Almeyda komandanın yaradıcı lideridi. Onun qarşısında iki sürətli hücumçu var. Ancaq bu qarşılaşmada hər şey bizdən asılı olacaq… Uels, Macarıstan və Slovakiya son Avropa çempionatının iştirakçılarıdı. Uels hətta yarımfinala qədər irəliləmişdi. Belə rəqiblərlə qarşılaşmalarda azarkeşlərin dəstəyi futbolçularımız üçün çox önəmli olacaq. Turnirin formatı heyətdə rotasiyalara yer olmadığını göstərir. Biz seçmə mərhələyə qrupun favoriti kimi başlayırıq. Bundan qaçmaq olmaz. Oyunlar zamanı kəskin və təhlükəli çıxışımızı davam etdirməliyik".
Lovre Kaliniç (Xorvatiya yığmasının qapıçısı): "Zədəmi sağaltdıqdan sonra yavaş-yavaş toparlanıram. İndi özümü gümrah hiss edirəm. İki həftədi normal şəkildə məşq edirəm. Özümə güvənirəm, narahatlığa əsas yoxdu. Bu gün futbolda hər kəs qələbə qazanmağın yollarını axtarır, meydana qalibiyyət əzmi ilə çıxır. Nikola Yurçeviç bizimlə bağlı Azərbaycan yığmasına çox şey deyə bilər. Şəxsən onu tanıyıram, gördükdə salamlaşırıq. Yurçeviçin bizimlə oyun üçün plan düşündüyünə şübhə etmirəm. Bu plana görə də rəqibimiz heç-heçə üçün maksimum gücünü ortaya qoyacaq. Hətta Azərbaycan qalib gəlmək istəyir. Ancaq biz heç kimdən qorxmuruq".

Maraqlıdı
Azərbaycan yığması martın 21-də tarixində 13-cü dəfə seçmə mərhələdə mübarizəyə başlayacaq. Təbii ki, startın uğurlu olub-olmaması önəmli məqamdı. Bəs ölkənin əsas komandası əvvəlki tsikllərə necə başlayıb?
AÇ-1996. 07.09.1994. Rumıniya – Azərbaycan 3:0
DÇ-1998. 02.06.1996. Norveç – Azərbaycan 5:0
AÇ-2000. 05.09.1998. Slovakiya – Azərbaycan 3:0
DÇ-2002. 02.09.2000. Azərbaycan – İsveç 0:1
AÇ-2004. 07.09.2002. Azərbaycan – İtaliya 0:2
DÇ-2006. 04.09.2004. Azərbaycan – Uels 1:1
AÇ-2008. 02.06.2006. Serbiya – Azərbaycan 1:0
DÇ-2010. 06.09.2008. Uels – Azərbaycan 1:0
AÇ-2012. 07.09.2010. Almaniya – Azərbaycan 6:1
DÇ-2014. 07.09.2012. Azərbaycan – İsrail 1:1
AÇ-2016. 09.09.2014. Azərbaycan – Bolqarıstan 1:2
DÇ-2018. 04.09.2016. San Marino – Azərbaycan 0:1
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar