19 mar 15:07yigma

“Maksimir”də yığmaya 20 fanat dəstək verəcək

“Maksimir”də yığmaya 20 fanat dəstək verəcək
Şamil Mustafayev: “Xorvatiyada azərbaycanlı tapa bilmədik”
Nikola Yurçeviçin rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq millinin məşhur “Maksimir”də necə təsir bağışlayacağını hamımız səbirsizliklə gözləyirik. Uzun illərdən sonra ilk dəfədi ki, yeni çalışdırcı heç bir toplantı, bir dənə də olsun, yoxlama görüşü keçirmədən, yetirmələrinin nəyə qadir olduğunu əyani görmədən millini birbaşa Avropa çempionatının seçmə mərhələ oyununa çıxaracaq. Özü də rəqib Xorvatiya – dünya ikincisidi. Yığma əksər azarkeşləri dünya ikincisi olan rəqiblə görüşü mavi ekran qarşısında izləyəcəyi halda, “Milli dəstə”nin üzvləri bu dəfə də yığmanı səfərdə tək buraxmayacaq. Şamil Mustafayev və komandası martın 21-də Zaqrebdə keçiriləcək görüşü tribunadan izləmək və yığmaya dəstək vermək üçün “Maksimir”də olacaqlar. Bu haqda bilgini Hollandiyada yaşayan həmyerlimizdən aldıq. Şamil bəy Kosovo ilə qarşılaşmadan sonra ölkənin əsas komandasından incik düşdüklərini bildirsə də, ürəkləri ilə bacarmadığını da etriaf etdi: “Həftənin 3-cü günü, yəni martın 20-də artıq Xorvatiyanın paytaxtı Zaqrebdə olacağıq. Avropada olan fanklub üzvlərimizdən mən də daxil olmaqla 10 nəfərik. Bildiyiniz kimi, mən Hollandıyadayam və oyuna da ordan yollanacaq. Qalan 9 nəfər isə Macarıstanda oxuyan azərbaycanlı tələbələrdi. Bizdən başqa 10 azarkeş Azərbaycandan gələcək. Onlar “Cillet”in keçirdiyi müsabiqənin qalibləridi. Ümumilikdə 20 nəfər olacağımızı bildirmək istəyirəm. Xeyli vaxtdı oyunla bağlı Xorvatiyada azərbaycanlı tapmağa şalışdıq. Açığı, heç kimi tapa bilmədik. Ola bilsin, kimlərsə ayrılıqda Xorvatiyadakı səfrliyimizə oyunla bağlı müraciət edib. Ola bilməz ki, Zaqrebdə və ya Xorvatiyanın başqa bölgələrində az da olsa, azərbaycanlılar olmasın. Hələ ki bu haqda heç bir məlumatımız yoxdu. Planlarımıza gəlincə, bəzi fikirlərimizin olduğunu bildirmək istəyirəm. Ancaq indidən bu barədə danışmaq istəmirəm. Bildiyiniz kimi, bizim komandamızı hava limanında qarşılamaq kimi ənənəmiz var idi. Milli hansı ölkəyə yollanırdısa və biz də orda olurduqsa, futbolçularımızı hava limanında maksimum dərəcədə coşqu ilə qarşlayırdıq. Bu dəfə belə olmayacaq. Kosovo ilə görüşdən sonra bu haqda məlumat vermişdik. O məğlubiyyətdən sonra özümüzə gələ bilmirdik. Dəstək verdiyimiz kimi, etiraz etməyi də bacarırıq. Futbolçular da bunu hiss etməlidi. Yığmaya yeni dəvət alan gənc oyunçularla görüşüb, onlara dəstək olacağıq. Yeganə istədiyimiz hər zaman olduğu kimi yığmanın ifasında baxımlı futbol izləməkdi. Biz onlardan qələbə tələb etmirik. Bilirik ki, Xorvatiya bu gün nəinki Avropanın, ümumiyyətlə, dünyanın ən güclü 5 komandasından biridi. Buna baxmayaraq, əzmkar, meydanda can qoyan, baxımlı oyun nümayiş etdirən Azərbaycan yığması görmək istəyirik”.
Azərbaycanlı fanatların “köhnə qitə”dəki səfiri biletlə bağlı problemlə üzləşmədiklərini də vurğulamağı unutmadı: “Xorvatiyaya yollanmaq üçün təyyarə biletlərini özümüz alacağıq. Macarıstandakı dostlarımız Xorvatiyaya ucuz bilet tapa biliblər. Təəssüf ki, məndə alınmadı və Hollandiyadan Xorvatiyaya gediş-gəliş üçün 120 avroya bilet aldım. “Maksimir”də baş tutacaq oyuna bilet əldə etmək üçün AFFA ilə əlaqə saxlamışam. Onlar da öz növbələrində Xorvatiya Futbol Federasiyası ilə danışıblar. Ümumilikdə bizə 200 bilet ayrılıb ki, onlardan 100-ü futbolçuların yaxınları üçün nəzərdə tutulub. Hazırda oyunu izləyəcək fanatların sayının 20 olacağı bilinir. Buna baxmayaraq, azarkeşlər üçün də 100 bilet veriləcək. Ola bilsin, əlavə bizə qoşulanlar da oldu. Ən yaxşısı odu ki, bizim üçün stadionun mərkəzi sektorunda, birinci mərtəbədə yer ayrılacaq. Belə də futbolçular səsimizi daha yaxşı eşidə biləcəklər. Adətən Xorvatiyada kənardan gələn fanatlar üçün qapıarxası tribunanı təklif edirlər. “Maksimir”in qapıarxası tribunaları isə meydandan uzaq olduğundan dəstək o qədər də effektli alınmır. Mərkəzi sektor daha münasibdi. Həmin sektorun ikinci mərtəbəsində Azərbaycandan gələcək qonaqlar və futbolçuların yaxınları əyləşəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar