27 mar 17:35yigma

Yiğma üzvlərinin qiymətləndirməsi

Yiğma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Kamran Ağayev – 4,0
Uzun müddətdi oyun təcrübəsindən məhrum olan qolkiper 90 dəqiqə boyunca kobud səhvə yol verməsə də, komandasının xilaskarı da ola bilmədi. Qapımızda gördüyümüz ikinci qolda sanki qərar verməkdə çətinlik çəkdi. Ağayev əvvəlcə irəli çıxsa da, yarıyolda biranlıq duruxub geri qayıtmağı lazım bildi ki, həmin an qızıldan qiymətli saniyələri itirdi. Həmin an Rəşad Sadıqovun alman futbolçuya yaxın olduğunu nəzərə alsaq, Kamranın, ümumiyyətlə, “çərçivə”ni boş qoyub irəli atılmasına ehtiyac yox idi.
Pavel Paşayev – 4,5
“Stal”ın müafiəçisi əks cinahda yer alan komanda yoldaşından fərqli daha inamlı təsir bağışladı. Baxmayaraq ki, bu, Pavelin yığmanın heyətində ilk seçmə oyunu idi. Sona qədər mübarizə aparmasından hiss olunurdu ki, fiziki cəhətdən hazırlıqlı futbolçudu. Paşayevin çatışmayan cəhəti hücumlara dəstək verməməsidi. Demək olar ki, 90 dəqiqə ərzində hücumlara bir dəfə də ciddi şəkildə qoşulmadı.
Rəşad Sadıqov – 4,5
Kapitan bu dəfə o qədər də inamlı təsir bağışlamadı. Düzdü, təcrübəsi hesabına bəzən rəqibin təhlükəli həmlələrinin qarşısını almağı bacarırdı. Ancaq zaman-zaman yol verdiyi mövqe və ötürmə səhvləri qapımız önündə təhlükəli vəziyyətlərin yaranmasına səbəb olurdu. Son dəqiqələrdə Azərbaycansayağı künc zərbəsindən sonra adını tabloya yazıdrmağa yaxın olsa da, qapıya gedən top yarıyolda rəqib müdafiəçiyə dəyərək istiqamətini dəyişdi.
Bədavi Hüseynov – 5,0
Müdafiə xəttində səhvsiz oyunla yadda qaldı. “İkinci mərtəbə”də də inamlı təsir bağışlayırdı. Rəşadla birgə müdafiənin mərkəzini keçilməz etməyi bacarsa da, almanların sağ cinahı “su yoluna döndərməsi” onun bütün əziyyətini puç etdi. Əvvəlki matçlarda Bədavi bəzən ikili mübarizələrdə həyəcanlı təsir bağışlayır, xətalara yol verirdisə, görünür, zaman ötdükcə təcrübəsi artır. Dünya çempionları ilə qarşılaşmada müdafiəçi inamlı oyunu ilə yadda qaldı.
Məhəmməd Mirzəbəyov – 4,0
Əsas heyətdə yer alan futbolçular arasında iki ən zəifdən biri idi desək, yanılmarıq. Qapımızda gördüyümüz ilk qolda “milliləşdirilmiş” müdafiəçinin zonasını boş qoyub mərkəzə yönəlməsinin səbəbi çoxlarına qaranlıq aldı. 3-cü qolda isə Qomes heç havaya qalxmağa ehtiyac duymadan onun yanından çox asanlıqla “mərmi”ni qapının uzaq küncünə göndərməyi bacardı. Hər iki hissədə Məhəmməd dəfələrlə kobud mövqe səhvlərinə yol versə də, rəqib, sadəcə, bu imkanlardan lazımınca yararlanmdı. Əks halda yekun nəticəsi millimiz üçün daha biabırçı ola bilərdi.
Qara Qarayev – 5,0
Müdafiə ilə hücum arasında körpü rolunu oynamalı olan “Qarabağ”ın oyunçusu daha çox texnikalı oyunu ilə yadda qaldı. Qarayev bir neçə epizodda alman futbolçuları bir hərəkətlə topsuz qoyduğuna görə azarkeşlərin alqışını qazansa da, meydandakı əsas missiyasını həyata keçirməkdə çətinlik çəkirdi. Dayaq yarımmüdafiəçisi bəzən topu özündə çox saxlamaqla və ya qeyri-dəqiq ötürmələrlə komandanın sürətli əks-hücum qurmasına mane olurdu.
Cavid Hüseynov – 4,5
Oyun qurucusu funksiyasını daşımalı olan Hüseynov da meydanda heç nə ilə yadda qalmadı. Yersiz top itkiləri, ünvansız ötürmələr və ikili mübarizələrdən məğlub ayrılması Cavidin təxminən iki il əvvəlki formasından çox uzaq düşdüyünün göstəricisidi. Kənardan baxanda adama elə gəlirdi ki, sanki Hüseynov top onda olanda nə etməli olduğunu özü də bilmir. Bir-iki məqamda “Qəbələ”nin yarımmüdafiəçisi məsuliyyəti üzərinə götürüb irəli şığısa da, cəhdləri uğursuz alındı.
Dmitri Nazarov – 5,5
Dmitri artıq neçənci dəfə, yığmanın formasını geyməyə layiq olduğunu ortaya qoydu. Almaniyada top qovan “milliləşdirilmiş” legioner ilk yarıda xüsusilə fəal idi. Sürətli reydləri, texnikalı oyunu ilə rəqib müdafiəçilərə başağrı olan yarımmüdafiəçi fərqləndiyi epizoda da soyuqanlı davranaraq təxminən 9 ay qapısında qol görməyən almanları meydanın mərkəzinə dəvət etdi. Ancaq Nazarovun müdafiəyə kömək üçün geriyə qayıtmamasını da qeyd etmək lazımdı.
Rahid Əmirquliyev – 4,0
Oyuna tam hazır olmadığı açıq-aşkar görünürdü. Meydanın rəqibə aid hissəsində daim pressinq etməyə, dağıdıcı qabiliyyətini göstərməyə çalışsa da, bu heç də həmişə alınmırdı. Ümumiyyətlə, azarkeşlər Rahiddən daha artığını gözləyirdi.
Əfran İsmayılov - 4,5
Nazarova qol ötürməsi verməkdən başqa heç nə ilə yadda qalmayan Əfran yığmanın heyətində ən zəif oyunlarından birini keçirdi. Artıq hərəkətlərə yol verən, ötürmə vermək əvəzinə mənasız yerə topu özündə saxlayan İsmayılovun almanlara “hədiyyəsi” sonda qapımıza ikinci qolun vurulması ilə nəticələndi. İkinci yarının 60-cı dəqiqəsindən sonra isə Əfran meydanda ancaq gəzirdi. Yarımmüdafiəçi nə hücuma dəstək verir, nə də müdafiəyə yardım edirdi. Top ayağında olanda qərar verməkdə çətinlik çəkən futbolçu komanda yoldaşlarının da zəhmətini yerə vururdu.
Ramil Şeydayev – 5,0
Hücumun sivri ucunda tək qərarlaşan gənc forvard meydanda olduğu müddətdə heç də pis təsir bağışlamadı. Adlı-sanlı rəqibin müdafiəsinə təkbaşına pressinq edən ucaboy hücumçu almanların yerinə yetirdiyi standart vəziyyətlər zamanı müdafiəyə çəkilməklə “ikinci mərtəbə”də müdafiəçilərə kömək edirdi.
Dəniz Yılmaz - 4,5
Şeydayevin əvəzinə meydana çıxan“Bursaspor”un forvardı gənc komanda yoldaşından heç də yaxşı təsir bağışlamadı. Bir epizodda rəqibi ona qarşı kobud oynamağa vadar edən qürbətçi-futbolçu təkbaşına irəlidə saga-sola qaçsa da, topla təmin olunmadığından nəyə qadir olduğunu göstərə bilmədi.
Ruslan Qurbanov – qiymətsiz
Eddi İsrafilov – qiymətsiz
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar