27 mar 15:17yigma, reportaj

Nəyə ümid edirdik, nə oldu…

Nəyə ümid edirdik, nə oldu…
DÇ-2018-in seçmə oyunu
229. Azərbaycan – Almaniya 1:4 (1:3)

1. Kamran Ağayev
3. Məhəmməd Mirzəbəyov
6. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
4. Pavel Paşayev
2. Qara Qarayev
19. Rahid Əmirquliyev
(8. Eddi İsrafilov, 87)
13. Dmitri Nazarov
16. Cavid Hüseynov
22. Əfran İsmayılov
(10. Ruslan Qurbanov, 81)
20. Ramil Şeydayev
(11. Dəniz Yılmaz, 67)
Ehtiyat oyunçular
12. Anar Nəzirov
23. Aqil Məmmədov
5. Maksim Medvedev
7. Araz Abdullayev
9. Elvin Məmmədov
15. Emin Mahmudov
17. Ürfan Abbasov
18. Ağabala Ramazanov
21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki

12. Bernd Leno
3. Yonas Hektor
4. Benedikt Hövedes
5. Mats Hummels
18. Coşua Kimmix
6. Sami Xedira (k)
8. Toni Kroos
(21. Sebastyan Rudi, 89)
7. Yulian Draksler
(19. Leroy Sane, 84)
13. Tomas Müller
9. Andre Şürrle
23. Mario Qomes
(10. Məsut Özil, 61)
Ehtiyat oyunçular
1. Kevin Trapp
22. Mark-Andre ter Ştegen
2. Şkodran Mustafi
14. Əmrə Can
16. Antonio Rudiger
17. Niklas Zyule
20. Yulian Brandt
Baş məşqçi: Yoahim Löv
Qollar: A.Şürrle, 19 (0:1). D.Nazarov, 31 (1:1). T.Müller, 36 (1:2). M.Qomes, 45 (1:3). A.Şürrle, 81 (1:4).
Vərəqələr: S.Xedira, 12. B.Hövedes, 84 – sarı.
Hakimlər: DANİELE ORSATO, Mauro Tonolini, Rikardo Di Fyore, Marko Quida (hamısı İtaliya).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
UEFA nümayəndəsi: Adrian İksari (Moldova)
26 mart. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 30000 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

5 (1) qapıya (“çərçivə”yə) zərbə 18 (6)
2 korner 10
2 ofsayd 2
9 qayda pozuntusu 1
0 vərəqə (qırmızı) 2
Yığma C qrupunda ən çətin oyunlarından birinə çıxırdı. Rəqib son dünya çempionu, qatıldığı bütün turnirlərin favoriti, heyəti ulduzlardan formalaşan Almaniya idi. Bundestim bu oyunadək seçmə mərhələdə maksimum nəticə göstərmişdi. Belə ki, Lövün komandası 4 qarşılaşmanın hamısını qələbə ilə başa vurmuş, rəqib qapılarından 16 top keçirməsinə baxmayaraq, öz qapısını toxunulmaz saxlamışdı. Almanları Bakıda yalnız qələbənin qane edəcəyini söyləmək artıqdı. Prosineçkinin yetirmələrinin 1 xal qazanması belə sensasiya sayılacaqdı. Bu oyunu səbirsizliklə gözləyən azərbaycanlı azarkeşlər isə belə bir sürprizə ümid edirdi. Ancaq o da həqiqətdi ki, yığmanın qrupda 7 xal toplaması bundestimin də diqqətindən yayınmamışdı və qonaqların matçdan öncə bir qədər ehtiyatlı açıqlamalar verməsi bundan irəli gəlirdi. Hər halda, milli bu oyuna üzərində heç bir təzyiq olmadan çıxmışdı. Çünki dünya çempionuna mümkün yenilgi belə, ciddi tənqidlərə səbəb olmayacaqdı. Arxanda 30 min azarkeş, qarşında Almaniya, uğurlu nəticə səni qəhrəman edəcək – bundan artıq hansı motivasiyadan söhbət gedə bilər?! Bir sözlə, yığma meydanda maksimum əzmkarlıq nümayiş etdirsə, bir qədər də bəxt amili üzümüzə gülsə, sərfəli nəticə qeydə alına bilərdi.
Prosineçki bu dəfə də ənənəsinə sadiq qalaraq start heyətini bir gün öncə açıqlamışdı. Təbii, onun bəzi seçimləri gözlənilməz idi. Belə ki, müdafiənin solu Mirzəbəyova, sağı isə Paşayevə həvalə olunmuşdu. Bu da Maksimin zədədən yeni dönməsi ilə bağlı idi. Həmçinin Cavid Hüseynovun ilk “11-lik”də olacağını proqnozlaşdıranların sayı çox deyildi. Yarımmüdafiənin sağını Əfrana, solunu isə Dmitriyə etibarən edən xorvat çalışdırıcı hücumun sivri ucunda Ramilə şans vermişdi. Digər futbolçuların isə start heyətində meydana çıxacağı gözlənilən idi. Çox maraqlıdı ki, Renat Dadaşovun adı iştirak ərizəsinə salınmamışdı.
Əslində yığma oyuna yaxşı başladı. Bunun təsdiqi kimi almanların ilk dəqiqələrdən tam Ağayevin qoruduğu qapıya “yüklənə” bilməməsini göstərmək olar. Bundestim ilk iki həmləsini Pavelin qərarlaşdığı cinahdan təşkil etsə də, ciddi təhlükə yarada bilmədilər. Bizimkilərdən isə Nazarovun fəallığını qeyd etməliyik. Görünür, alman futboluna bələd olması onun daha rahat oynamasına imkan verirdi. Elə Xediraya göstərilən sarı vərəqə də əks-hücum zamanı Dmitriyə kobudluqdan sonra qeydə alındı. Nəhayət, 15-ci dəqiqədə qonaqlar yaddaqalan vəziyyətlə diqqəti çəkdilər. Hektorun zərbəsi təhlükəli, ancaq qeyri-dəqiq alındı. Bundan sonra müəyyən qədər fəallaşan Prosineçkinin yetirmələri rəqib qapısına doğru basqı yaratdılar. Xüsusən Əfranın iştirakı ilə sağ cinahdan qurulan həmlə qeyd olunmalıdı. Almanlar isə bunun cavabını qolla verdi. Drkasler Məhəmmədin boş qoyduğu cinahda Hektoru topla təmin etdi, onun qapıya paralel ötürməsindən sonra mərkəz müdafiəçilərini qabaqlayan Şürrle hesabı açdı. Az sonra bundestim yenidən yığmanı məyus etməyə yaxın idi. Bu dəfə Kimmixin fərqlənməsinə Kamran imkan vermədi. Qoldan sonra bundestim topa nəzarəti tam ələ keçirsə də, matçda növəti qolu milli vurdu. Əfranın cinahdan əla ötürməsindən sonra Dmitri topu saxlayıb, uzaq küncü dəqiq nişan aldı. Bununla da bundestimin 7 oyunluq “quru” seriyası qırıldı. Lakin yerli azarkeşlərin sevinci uzun çəkmədi. 36-cı dəqiqədə Əfran adi vəziyyətdə topu Şürrleyə "bağışladı". İlk qolun müəllifi ara ötürməsi ilə Mülleri zərbə mövqeyinə çıxardı, Bədavi ona mane ola bilmədisə, Kamran qapısını vaxtında tərk edib topu götürə bilmədi və Tomas Ağayevi də keçib, boş qapını dəqiq nişan aldı. Təbii, Mirzəbəyovun cinahında hədsiz boşluğa yol verməsi Prosineçkinin də gözündən yayınmamışdı və Pavellə Məhəmmədin yerini dəyişməsi, çox güman, baş məşqçinin tapşırığı idi. 42-ci dəqiqədə Nazarovdan ötürmə alan Əfran toru yandan silkələdi. Cəmi 3 dəqiqə sonra isə almanlar millini yenidən meydanın mərkəzinə dəvət etdi. Kimmixin asmasından sonra hava mübarizəsində Mirzəbəyova heç bir şans verməyən Qomes, demək olar, havaya qalxmadan effektli baş zərbəsi ilə komandasının üstünlüyünü bir qədər də möhkəmləndirdi. Həmin epizodda Kamranın topa heç bir reaksiya göstərməməsi də vurğulanmalıdı.
Yığma ikinci hissəyə fəal başladı. Ancaq rəqibin qapısı qarşısında ciddi təhlükə yaratmaq mümkün olmurdu. 49-cu dəqiqədə isə Müllerin qüvvətli vuruşundan sonra top düz Kamranın üstünə getdi. Bundan 4 dəqiqə sonra komandasının ən yaxşısı olan Nazarov topla almanların cərimə meydançasına daxil olsa da, son ötürməsinin qarşısını müdafiəçi aldı. Az sonra Şürrlenin zərbəsindən sonra top Bədaviyə dəyib cüzi fərqlə dirəyin yanından keçdi. Eləcə də Hummelsin ötürməyəbənzər vuruşunun yetərincə təhlükəli alındığını qeyd edək. Əslində Prosineçkinin yetirmələri təkcə müdafiə haqda düşünmür, əks-hücumlar da təşkil edirdi. Lakin son qərarların düzgün verilməməsi, Əfranın yanlış ötürmələri bundestimin işinə yarayırdı. Təxminən 15 dəqiqə qapılar qarşısında ciddi təhlükə görmədik. 76-cı dəqiqədə Şürrlenin yaxın küncə ünvanladığı topu Ağayev tutdu. Az sonra yığma azərbaycansayağı künc zərbəsi ilə bəxtini sınasa da, Rəşadın vuruşundan sonra top müdafiəçiyə tuş gəldi. Həmin epizodda əl ilə oyunla bağlı şübhələr də var idi. Qonaqların buna cavabı qolla gəldi. 81-ci dəqiqədə bu dəfə də Mirzəbəyovun cinahından hücum quruldu, Hektor qapı önünə ötürmə etdi, Şürrle dəqiq və qüvvətli zərbəylə dublunu rəsmiləşdirdi. Qeyd edək ki, ilk qolda da bu ikili eyni rolda idi. Beləcə, “quru” seriyası “Tofiq Bəhramov”da qırılan almanlar seçmə mərhələdə ardıcıl 5-ci qələbsini qazandı. Yığma isə sensasiya etməyi bacarmadı. Böyükhesablı məğlubiyyətdə, sözsüz, fərdi səhvlər önəmli rol oynadı. Həmin səhvləri nəzərə almasaq, ümumi oyun baxımından milli tsikldəki ən baxımlı oyunlarından birini keçirdi. Onsuz da bu rəqibdən xal alacağımız çox az ehtimal olunurdu. Artıq yığma bu matçı unudub Şimali İrlandiya ilə qarşılaşma haqda düşünməlidi. Qrup ikinciliyi haqda xəyallar qururqsa, məhz iyunda Bakıda keçiriləcək matçda qələbə qazanmalıyıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar