14 mar 22:36yigma

Ağatahir Əzimov hamıdan narazıdı

Ağatahir Əzimov hamıdan narazıdı
“Təcrübəsiz hakimləri gətirib töküblər bura, heç birinin qaydalardan başı çıxmır”
Fevralın 19-u və 21-də Türkiyə ilə keçirilən yoldaşlıq görüşləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın ayıblarını üzə çıxardı. Xüsusilə ikinci oyunda darmadağına məruz qalması ilə haqlı tənqid hədəfinə çevrilən yığmanın baş məşqçisi Ağatahir Əzimov zəif çıxışı heyət yetərsizliyi və fiziki cəhətdən hazırlıqsızlıqla izah etməyə çalışmışdı. Futzal Federasiyası isə onun bu iradına qarşılıq olaraq, ongünlük təlim-məşq toplanışı təşkil etmiş, məşqlərə fiziki hazırlıq üzrə mütəxəssis cəlb olunmuşdu. Dünən Əzimovla danışıb həm başa çatan, həm də martın 16-dan start götürəcək növbəti toplanışla bağlı fikirlərini, həmçinin “Zəngilan”la matçda hakimi təhqir etdiyinə görə İntizam Komitəsi tərəfindən 5 oyunluq uzaqlaşdırılmasına münasibətini öyrəndik.
- U-19-un fiziki hazırlığı qaydasına düşüb?
- On günlə problem həll olunur?! Danışacam, yenə deyəcəksiz ki, Ağatahir bəhanə axtarır. Məsələ burasındadı ki, bu uşaqlar trenajor görməyiblər. Uşaq deyirəm, halbuki hər birinin 18-19 yaşı var. Mən başa düşmürəm, böyük futbolda fiziki hazırlıq üzrə məşq keçmirlər? Trenajora aparmışam, görürəm, ayaqla işləməli olduqları alətə başlarını qoyurlar. Kim düşünürsə ki, on gün içində bütün problem həll olundu, yanılır. Sadəcə, durumlarını “sıfır”dan tərpətdik. Əvvəl o da yox idi.
- Vəziyyəti həddən artıq dramatikləşdirmirsiz?
- Qətiyyən! Hələ Gürcüstanla oyunlarda vəziyyəti görmüşdüm. Hər iki matçda ikinci hissədə çatdırmamışdıq. Sadəcə, onda yeni komanda idik, oyun planında da problemlərimiz var idi. Ona görə fiziki cəhətdən axsadığımızı qabartmamışdım. İndi oyun planında nisbətən irəliləyiş var, amma artığını etməyə güc yoxdu.
- Bəs fiziki hazırlıq üzrə mütəxəssis nə iş gördü?
- Elvira Cabbarova işini bilən mütəxəssisdi. İstəsəm belə, onun kimi məşq keçə bilməzdim. Onlar peşəkarlardı. Həm gücün, həm də start sürətinin artırılmasına çalışdıq. Hər ikisi bərbad vəziyyətdədi. A kişinin oğlu, 18 yaşlı gəncə çiyin vururam, 5 metr o yana uçur. Halbuki bunların çiyinləri çoxdan bərkiməlidi. Sürətləri də zəifdi. Çempionatda 40 yaşlı kişilər topu bunların yanından atıb necə sürətdə irəli keçə bilər, anlamıram. Müəyyən qədər bunların üzərində işləsək də, problemin tam həllini tapması üçün hələ çox çalışmalıyıq.
- Toplanışdan dərhal sonra turnir cədvəlində sizdən bir neçə pillə geridə olan “Zəngilan”a məğlubiyyətin səbəbini nədə görürsüz?
- Uduza biləcəyimizi təxmin etmişdim. Çünki toplanışdan sonra dincəlməyə vaxt olmamışdı. Bu uşaqlar on gün manejdə və trenajorda ağır məşq etmişdilər, ayaqları dolmuşdu. Adətən, toplanışdan sonra iki-üç gün hamam, bərpa prosesi olur. Ancaq bizdə vaxt yox idi. Oyunumuzu təxirə salmazdılar. Onsuz da 20-ci turda ADBTİA ilə oyunumuz baş tutmamışdı, bu gün qarşılaşacağıq. Bu gün ADBTİA-nın yerinə “Zəngilan”la qarşılaşmış olsaydıq, qələbə qazanacağımıza proqnoz verə bilərdim. İdman Akademiyasının komandasından çəkinmirəm, belə güclü rəqiblə də oynamalıyıq ki, səviyyəmizi artıraq. Onsuz da çempionata qatılmaqda məqsəd oyun təcrübəsini artırmaq idi. Çempion olmağı və ya mükafat qazanmağı qarşımıza hədəf qoymamışıq.
- “Zəngilan”la qarşılaşmada texniki zonadan kənarlaşdırılmısız və hakimi təhqir etdiyinizə görə İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya olunmusuz.
- Komitənin qərarına etirazım yoxdu. Mən hakimlərdən narazıyam. Təcrübəsiz hakimləri gətirib töküblər bura, heç birinin qaydalardan başı çıxmır. Sınaq poliqonuna çeviriblər birinci liqanı. Vecimə də deyil, uduruq, ya uduzuruq. Sadəcə, haqsızlıq adama yer edir. Həm də planlarım pozulur. Mən çalışıram ki, bu uşaqlar oynayıb artırsınlar, hər tur bir futzalçımı meydandan qovurlar. Nəticədə oyun praktikasından məhrum olurlar. Keçən dəfə əsas qapıçıma “qırmızı” verdilər, bu dəfə ilk “5-liy”in üzvü Tofiq Hüseynovu qovdular. “Zəngilan”la matçda ayağı top tutan 5 oyunçumdan üçü yox idi. İntizamsızlıq olsa, məsuliyyəti boynuma götürüb danışmaram. Ancaq Tofiq “sürüşmə” fəndi edib topa oynayır, sonra rəqibə toxunur, hakim çıxarıb “sarı” verir. Xəbəri yox idi ki, bu onun ikinci vərəqəsidi. Artıq “sarı” verəndən sonra baxıb gördü, özü də tərəddüd etdi. Cəzalanmağım heç nəyi dəyişmir, texniki zonada olmayacam, tribunadan göstərişlərimi verəcəm. “Olimpik Star”da torun o üzündə dayanmaqla texniki zonada olmağın ciddi fərqi yoxdu. Mənə 5 oyun vermək əvəzinə, gedib hakimlərin halına yansınlar, qayda öyrətsinlər. Mən demirəm ki, Ağatahirə kömək edin. Baxmayaraq ki, hər yerdə hakimlərin yerli komandaya rəğbət bəslədiyinə şahid olmuşam. Bizimkilər isə qonağa hörmət edirlər. Türkiyə ilə oyunda bir neçə dəfə mübahisəli epizodda əleyhimizə qərar verdilər. Rəqib hərəkətdə olan topu yan xətdən oyuna daxil edəndə göz yumurdular, bizim standart vəziyyətlərdə isə güzəşt etmirdilər.
- Rəqiblərlə bağlı son bilgiləriniz var?
- Məlumat toplamağa çalışırıq. Sloveniya millisi yoldaşlıq oyunları keçirəcək. Martın 16-sı və 17-də Serbiya ilə güclərini sınayacaqlar. Çalışacam ki, canlı göstərsələr baxım, videoyazı şəklində olsa, internetdən tapım. Görək açıq yayın olacaqmı? Biz deyillər ki, canlı yayınla dünyaya təqdim etsinlər (gülür). Türkiyə ilə oyunlardan əvvəl dedim ki, imkan varsa, ölkədən kənara çıxışı bağlasınlar. Yoxsa dörd dənə standart taktikamız vardı, onu da gördülər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar