Azərbaycanda rəsmən milyarder yoxdu. Məşhur "Forbs" jurnalında bizim vətəndaşlar yer almır. Çünki "Forbs"da dövlətinə vergi ödəyən, qazancı cəmiyyətə açıq olan şəxs-lərin adı olur. ABŞ milyarderlərindən tutmuş rus oliqarxlarına qədər - bu siyahını davam etdirmək olar. Nə isə, bu sivil dünyaya aid olan məsələlərdi, bu haqda çox başı-mızı sındırmayaq, keçək öz məsələmizə.
Lobbiçilik anlamı leksikonumuza əsasən müstəqillik dönəmindən sonra daxil olsa da, biz bu sö-zün mənasının fərqinə hələ də varmamışıq. Qəlbimizə daha yaxın olan isə "yerlibazlıq" sözü-dü. İmkan düşən kimi buna dərhal əməl edirik. Klan, ailə və mafiya çətin həyatımızın ayrıl-maz hissəsinə çevrilib. Lobbiçilik isə daha böyük dəyərləri özündə birləşdirir və geniş miqyasa - özü də bölgə yox, milli miqyasa malikdi! Biz isə hələ də dar çərçivədən çıxa bilmi-rik. Guya biz də ölkə hüdudlarından kənarda lobbi yaratmışıq. Əslində isə bu lobbiçilikdən başqa hər şeydi və onlar da heç nəyə qadir deyillər. Adəm övladında ən zəhləm gedən cəhətlər yaltaqlıq və yerlibazlıqdı. Kaş bizdə yerlibazlıq əvəzinə millətçilik olardı. Ancaq nə etmək olar?! Milli demokratiyanın yerini yaptokratiya zəbt etdi.
Növbəti futbol mövsümü sona çatmaqdadı. Həmişə olduğu kimi, bütün diqqətlər Çempi-onlar Liqasındadı. Artıq turnirin 1/4 final mərhələsidi. Peşəkarların dediyinə gö-rə, pley-offun ən çətin mərhələsi 1/4 finaldı. Bu dəfə mövsümün sonunu daha səbirsiz-liklə gözləyirlər. Çünki yayda istirahət yoxdu, dünya çempionatı var! Məncə, bunun futbol dünyası üçün nə demək olduğunu yaxşı bilirsiz.
Vəziyyət sabit ağır olaraq qalır. Öyrəşdiyimiz bir haldı. Biz tuneldə qalıb işıq axtaran şax-taçılara bənzəyirik. Bir balaca işıq görən kimi şığıyırıq həmin tərəfə. Sözün əsl mənasında şığıyırıq. Bizi o işığa həsrət qoyanlara ar olsun!
Bizdə vəzifə pulla assosiasiya olunur. Onlarda isə məsuliyyətlə. Biz nə qədər istəsək də, onlara oxşaya bilmirik. Sadəcə, alınmır. Əslində alınar. Atalar yaxşı deyib: "Çobanın könlü istəsə, təkədən pendir tutar".
ÇL-də həmişə "böyük beşlik" klublarına paxıllığım tutur. Əsasən də İspaniya, İngiltərə və İtaliya təmsilçilərinə. Çünki qrup mərhələsinə favorit statusunda başlayırlar və lider kimi də bitirirlər. Yəni onu demək istəyirəm ki, rəqiblərindən birbaş üstün olurlar.
Nə sevgi, nə nifrət, bu cür münasibət. Yazıya nəsə şeirvari başladım. İstəmədən belə alındı. Münasibət sözündən "na" hecasını götürsək, "müsibət" sözü alınır və qafiyəm tam başqa məna daşımağa başlayır. Əslində eyni vaxtda həm sevgisiz, həm də nifrətsiz həyat müsibətə çevrilə bilər.
Sən ulduzsan, aydın məsələdi. Amma hər şeyin bir ölçüsü olmalıdı. Lap göydəki ulduzlardakı kimi. Böyük, kiçik, daha parıltılı... Amma göydən fərqli, yerdə ulduz yaranmırsan, olursan. Təbii ki, bu da mərhələlərdən ibarətdi.
Sovet cizgi filmi sənayesinin məşhur əsərlərindən olan "Doktor Aybolit"də səslənən "uşaqlar, Afrikaya getməyin" mahnısı yadıma düşür. Afrika nə qədər ekzotik olsa da, bir o qədər də təhlükəli qitədi. Zəhərli ilanlar, kərtənkələrdən tutmuş, adam yeyənlərə, vətəndaş müharibələrinə, epidemiyalarına qədər.
Axtarış düyməsini bas, hökmən istədiyini tapacaqsan. Bu əsasən internetdə baş verir. Həyat internet deyil. Bir var real həyat, bir də var virtual fəaliyyət. Seçim etmək isə sənlikdi: indi və ya heç vaxt. Bəs geciksən necə?
ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı
2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq
keçidin qoyulması mutləqdir.