07 mar 20:06Yazar

Gözqamaşdıran şəffaflıq

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun sonuncu Hesabat Konfransında klubları şəffaf olmağa çağırmışdı. Özü də AFFA-nı nümunə göstərmişdi. Onun bu sözlərini eşidəndən sonra əsl dejavü yaşadım. Çünki eyni sözləri çox hörmətli Məmmədov 2017-ci ilin payızında da dilə gətirmişdi. Sizin də yadınızda olar. Həmin günlər Azərbaycan futbolunda “Kəpəz” zəlzələsi yaşanırdı. Yox, məşhur zirvə qorxulu zəlzələ nəticəsində dağılmamış, axan çayların yolunu kəsməmişdi. Özü zirvənin adını daşıyan, amma gözdağına çevrilən “Kəpəz”dəki maliyyə pozuntularının üstü açılmışdı. Məlum olmuşdu ki, AFFA-nın etibarlı kadrlarından biri sayılan, “Kəpəz”in Müşahidə Şurasında səlahiyyətli şəxsə çevrilən Mikayıl Nərimanoğlu kluba ayrılan büdcəni bildiyi kimi sərf edirmiş. Dəhşətli faktların üstü bir-bir açıldı. Baş məşqçi Şahin Diniyevin maaşından götürülən “otkat”dan tutmuş Nərimanoğlunun Gəncədə özünə imarət tikdirməsinə, Vaqif Sadıqovun paytaxtdakı mənzilinin real dəyərindən artıq qiymətə icarəyə götürülməsinə qədər çoxlu sirr faş olundu. Klubun mühasibi Mənsurə Məmmədova qəzetimizə verdiyi müsahibədə açıq dillə bildirmişdi ki, Mikayıl Nərimanoğlu bütün bu əməlləri həyata keçirərkən bilavasitə yuxarıların, konkret baş katibin məsələdən xəbərdar olduğunu deyirmiş.
Sonra nə oldu? Elxan Məmmədov heç nə olmamış kimi davranmağa, AFFA-nın şəffaf qurum olduğunu deməyə başladı. Başqası olsaydı, təmiz adının, müsbət imicinin qayğısına qalar, Mikayıl Nərimanoğlu ilə Mənsurə Məmmədovanı mikrofonlar qarşısına çıxarar və özünə iftira atıldığını sübut edərdi. Bununla da məsələyə aydınlıq gələrdi, bilərdik ki, “Kəpəz”ə AFFA-nın büdcəsindən ayrılan pulları kim yeyirmiş, nə üçün heç bir günahı olmayan Elxan Məmmədovun adı belə çirkin işlərdə hallanırmış. Amma cənab Məmmədov bunu etmədi. Nə üçün? Səbəbi aydındı. Mənsurə Məmmədova bu gün də işinin başındadı. Elə Şahin Diniyev də uzaqda deyil. Yaxşı yadımdadı, həmin günlər Elxan Məmmədov Diniyevə 10500 manat yazılması, məşqçiyə 7000 manat çatması ilə bağlı suala belə cavab vermişdi: “Belə bir şey varsa, getsin polisə müraciət etsin. Müqaviləsi varsa, pul köçürülürsə, biz nə deyə bilərik?” Sözsüz ki, Şahin bəy polisə müraciət etmədi. Çünki özü də ilk gündən hər şeyi bilirdi, polisə müraciət edib, nə deyəcəkdi? Həm də Diniyev polisə müraciət etsəydi, onu yenidən Məşqçilər Komitəsinin üzvlüyünə qaytarardılarmı? Çətindi, Şahin bəy, mən də bilirəm.
“Gəncə hadisələri” zamanı Elxan Məmmədov Nərimanoğlunu qorumaq üçün çox çalışdı. Onun gah AFFA-nın daxilində hansısa komitəyə rəhbər təyin olunduğu, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yetərincə əmək sərf etdiyini dedi, gah da Mikayıl bəyin öz kadrı olmadığını, sərəncama götürüldüyünü iddia etdi. Məsələnin hədsiz şişməsi, bütün kartların açılması baş katibi tez-tez sözünü və davranışlarını dəyişməyə, başgicəlləndirici manevrlərə əl atmağa vadar edirdi. İş o yerə gəlib çatdı ki, əsəblərini cilovlaya bilmədi, “kimlərsə bu məsələni məqsədli şəkildə gündəmdə saxlayırlar” deməklə siyasi səhvə yol verdi. Bununla da etiraf etmiş oldu ki, ortada cinayət və yeyinti faktı var, onu ört-basdır etməyə isə həmin o məsələni gündəmdə saxlayanlar imkan vermir. Nəticədə də Nərimanoğlunu qurban verməyə, AFFA-dan uzaqlaşdırmağa, Gəncədəki evi isə satdırmağa məcbur oldular. Məsələyə AFFA prezidenti Rövnəq Abdullayevin “narahat olmayan, “Kəpəz”in büdcəsindən çatışmayan məbləğ geri qaytarılıb” deməsiylə nöqtə qoyuldu.
Biz bütün bunları unutmamışıq. Amma deyəsən, Elxan Məmmədov unudub. Unutmasaydı, şəffaflıq sözünü dilinə gətirməzdi. Uşaq futboluna UEFA-dan ayrılan pulların təyinatı üzrə xərclənməməsindən danışır. Klubları şəffaflığa çağırır. Kimdi o klublar, cənab baş katib? Premyer-liqada çıxış edən səkkiz klubdan beşi, aşağı divizionda çıxış edən “Kəpəz” bilavasitə AFFA-nın, yəni elə sizin nəzarətiniz altındadı. Səhv etmirəmsə, ötən il UEFA-nın uşaq futboluna görə pul göndərdiyi klubların sırasında “Kəpəz” də var idi. “Kəpəz”in büdcəsinə nəzarətçiləri kim təyin edir? “Neftçi”ylə “Sumqayıt”a prezident kimin xeyir-duasıyla göndərilib, onlar kimin kadrıdı? “Keşlə”nin söz sahibi Zaur Axundov da gecə-gündüz sizinlə dostluğundan fəxrlə danışan adamdı. Uşaq pulunu böyüklərə xərcləyən onlar deyil ki, təsadüfən?! İnsafınız olsun, bu dəfə məsələyə “Qarabağ”la “Qəbələ”ni qatmayın. Ən sadəlövh adam belə sözlərinizə inanmaz. “Qarabağ” Reynaldonu “uşaq pulu” ilə tranfer edən, Almeydanı icarəyə götürən deyil. “Qəbələ”nin uşaq akademiyası göz oxşayır, klubun uşaq futboluna ayırdığı diqqət, xərclədiyi pullar da hər hamıya məlumdu.
Taleyin istehzasıdı ki, Elxan Məmmədov yenidən şəffaflıq sözünü dilinə gətirən kimi AFFA-nın divarları arasında yeni həyəcanlı xəbərlər eşitməyə başladıq. “Kəpəz”ə Mikayıl Nərimanoğlunun əvəzinə göndərilən İslam Abbasovun Gəncə klubundan da, millidəki işindən də müəmmalı şəkildə uzaqlaşdırılması heç də səbəbsiz deyil. Torbada pişik var, özü də qara rəngdə. İllərdi AFFA-nın sadiq kadrı sayılan Abbasov ilin-günün bu vaxtında niyə istefa verib, ya göndərilib? Ya özləri etiraf edəcəklər, ya da Elxan Məmmədovun bəhs etdiyi şəffaflığın parıltısı bu qaranlığı da aydınladacaq. Başqa yol yoxdu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi Bütün xəbərlər
Ən çox oxunanlar