03 mar 19:31Yazar

Mirabdulla ilə Mahiri xilas edək

“İmarət”in Mahir Mədətovla bağlı paylaşımını, səslənən tələbləri böyük ürəkağrısı ilə oxudum. Bəli, fanatların tələbini haqlı saymaq olar. Onlar komandanın uğur qazanmasını, gözəl qələbələr və vacib qollar istəyirlər. Fanatlar tələbkar olmalı, çətin anlarda sevimli komandalarını dəstəkləməli, eyni zamanda da futbolçulardan hesabat tələb etməyi bacarmalıdılar. İndiki halda “İmarət”i qınamaq üçün əsas tapmaq çox çətindi. Azarkeş üçün səbəbdən daha çox nəticə maraqlıdı. Nəticə olmayanda onların da səsi yüksəkdən gəlir, etirazlar güclənir. Etirazların hədəfində isə Mahir Mədətovdu. Həmin Mahir ki, Bakıda “Kopenhagen”in qapısına vurduğu qoldan sonra qəhrəmana çevrilmiş, adı dillər əzbəri olmuşdu. 25-ci dəqiqədə gələn o möhtəşəm qolla Çempionlar Liqasının qapısını yarıya qədər aralamış, illərdi həsrətində olduğumuz məqsədə doğru böyük və inamlı bir addım atmışdıq.
Mədətovun karyerasına görə çox narahatam. Bir halda ki, fanatlar onunla bağlı etirazlarını bu şəkildə dilə gətirməyə başlayıblar, deməli, məsələ xeyli ciddiləşib, “Qarabağ”a könül verən sadiq insanların “səbr kasası daşıb”. Narahat olduğum təkcə Mahir deyil. Onunla birlikdə Mirabdulla Abbasova görə də həyəcan keçirirəm. Bu iki gənc futbolçuya xüsusi diqqətlə yanaşmalıyıq. Çünki həm yaşları azdı, həm də istedadlarına görə başqalarından az-çox fərqlənirlər. Qorxuram ki, çox qısa müddət sonra Mirabdulla ilə bağlı da azarkeşlərin etiraz səsləri ucalmağa başlasın, gənc hücumçu böyük təzyiq dalğası ilə üzləşsin. Hələlik “Neftçi” azarkeşləri “İmarət”ə nisbətən daha təmkinli davranır, Mirabdullaya qarşı xüsusi etirazlar eşidilmir. Həm də ki, “Neftçi”nin heyətində çıxış edən bərbad legionerlərin sayı o qədər çoxdu ki, Abbasov onların “kölgəsində” itib-batır. Amma “Forza Neftçi”nin, yaxud da ağ-qara rənglərə könül verən digər azarkeşlərin susqunluğu Mirabdullanın işlərinin qaydasında olması demək deyil. Seyid də geriləyib, özü də bir xeyli.
“Keşlə” ilə oyundan sonrakı mətbuat konfransında bu barədə Roberto Bordinə də sual ünvanladım, italyan mütəxəssisin fikrini öyrənməyə çalışdım. Biz azərbaycanlı futbolçuların psixologiyasına yaxşı bələdik. Bilirik ki, bir az başqalarından fərqlənməyə başlayanda, ünvanlarına təriflər eşidəndə, mütləq eyforiya simptomlarına mübtəla olurlar. Elə bu səbəbdən də qış fasiləsi ərəfəsində Mirabdulla Abbasovun “ilin futbolçusu” seçilməsi çoxlarında narahatlıq yaratmışdı. Zaman sübut etdi ki, bu narahatlıq heç də əbəs deyilmiş. Payızda hamının birağızdan milli komandaya çağırılmasını tələb etdiyi, əcnəbi Karikarini ehtiyatda oturdan Mirabdulla yavaş-yavaş kölgəyə çəkilir. Hərgah ki, bunu həmin sualımdan sonra Bordin etiraf etmədi və gənc hücumçu ilə bağlı heç bir problemin olmadığını dedi. Bəs əslində vəziyyət necədi? Hər şey qaydasındadısa, niyə Mirabdulla qış fasiləsindən sonrakı 4 oyunun heç birində meydanda 90 dəqiqə keçirməyib? Bunu mən demirəm, statistikadan görünür. “Qarabağ” və “Keşlə” ilə görüşlərdə start heyətində meydana çıxan Abbasov ilk matçda 74, ikincidə isə 65-ci dəqiqədə əvəzlənib. Mən də sualı məhz “Keşlə” ilə oyundan sonra vermişdim. Həm ardıcıl iki dəfə Mirabdullanın oyununu izləyərkən gəldiyim qənaət, həm də Bordinin ona az şans verməyə başlaması bu sualın yaranmasına səbəb olmuşdu.
İtalyan mütəxəssis sözdə mənimlə razılaşmasa da, əməldə müşahidələrimi təsdiqlədi. Belə ki, həmin konfransdan sonrakı iki oyunda Abbasov start heyətindəki yerini itirib. Bordinin yanından oyuna tamaşa etməyə başlayan forvard “Zirə”ylə görüşdə 61-ci dəqiqədə meydana çıxıb. Xatırladım ki, həmin oyun qolsuz bərabərliklə başa çatmışdı. Deməli, Bordin Mirabdullanın hücumu gücləndirə biləcəyinə o qədər də inanmayıb. Oxşar ssenarini “Səbail”lə görüşdə də izlədik. Özü də bu dəfə Abbasovun meydanda olmaq, rəqibi məyus etmək şansı daha da az oldu, cəmi 15 dəqiqə. Əlbəttə, istənilən komandada belədi. Futbolçunun nəyə qadir olduğunu onun məşqçisindən yaxşı bilən olmaz. Ya qış fasiləsinə qədər olan söz-söhbətlər, qazandığı mükafat və uğurlar Mirabdullanın psixologiyasına mənfi təsir edib, ya da Roberto Bordin həmyerlisi Sansoneni komandasına gətirməsindən sonra Abbasova olan inamı azaldıb. Başqa ehtimallar da ola bilər. Amma əsas olan bu ikisidi. Bunlardan ikisindən biri baş verir ki, Abbasov da qeyri-sabit oynamağa, əsas heyətdəki yerini itirməyə başlayıb.
Mədətovla da bağlı statistika təxminən eynidi. Nə Mahir, nə də Mirabdulla qış fasiləsindən sonra fərqləniblər. Elə buna uyğun olaraq da əsas heyətdəki yerlərini itirməyə, ikinci plana keçməyə başlayıblar. Mədətovun Mirabdulladan fərqi odu ki, “Neftçi” və “Sabah”la oyunlada meydanda 90 dəqiqə olub. “Qəbələ” ilə matçda isə Qurbanov onu fasilədən sonra meydana buraxıb. Əvəzində Mahirin adı “Sumqayıt”la qarşılaşmanın iştirakçıları sırasına yazılmayıb. Yəqin ki, bu fərq də Qurbanovun Bordindən fərqli yerli futbolçuya daha həssas yanaşmasından, onu itirməyə tələsməməsindən irəli gəlib. Hətta bu cüzi fərq belə vəziyyəti Mahirin xeyrinə dəyişən amil sayıla bilməz. Fakt faktlığında qalır. Hər iki gənc futbolçu hazırda eniş yaşayır və yavaş-yavaş formalarını, onlara bəslənən etimadı itirirlər. Bu isə Azərbaycan futbolu üçün çox təhlükəlidi. “Vuran ayaq”dan yoxsun, istedadlı gəncə həsrət futbolumuz üçün Mədətov da, Abbasov da vacib fiqurdu. Qarşıdan isə təkcə klublarımızın yox, millimizin də çətin sınaqları gəlir. Onları itirib kimi tapacağıq, kimə güvənəcəyik?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! Bütün xəbərlər
Ən çox oxunanlar