28 fev 20:46Yazar

Hədəf baş katib deyil

Elxan Məmmədov yenə də hazırcavablıq nümayiş etdirməyə çalışdı. Sosial şəbəkələrdə tüğyan edən “istefa” tələbləri artıq onun qulağına qədər çatdı. Özü də düz üzünə söylənildi. “Kim mənim niyə istefa vermədiyimi soruşursa, həmin adam yəqin ki, AFFA-nın baş katibi olmaq istəyir” dedi. Bu cür davranışlarını çox görmüşük. İllərdi həmin keyfiyyətini inkişaf etdirir, bulanıq sulardan quru çıxmağa çalışır, söhbəti çaydan Aya, ordan da Marsa qədər aparır. Ta o vaxta kimi ki, mövzudan yayınsın, ona ünvanlanan sualın konkret cavabını dilə gətirməsin. Yaxşı yadımdadı, bir dəfə Antalyada üz-üzə gəlmişdik. Millimizin Moldova ilə oyunundan öncə ayaqüstü brifinq keçirirdi. Sual vermək növbəsi mənə çatdı, iki sualımı səbrlə dinlədi, cavabını verdi. Getmək istəyəndə “hələ bir sualım da var, sizdən Bakıda müsahibə ala bilmirəm, ona görə gərək üzürlü sayasız” dedim. Orda da hazırcavab olduğunu nümayiş etdirmişdi. Cavabı da belə idi: “bilirdim ki, burda qarşılaşacağıq, ona görə də sual-cavabı bura saxladım”.
Oxşar vəziyyət “CBC Sport”un canlı efirində də yaşandı. Həmkarlarım Rüstəm Əfsərli ilə Şəmsəddin Abbasov qısa müddətdə iki sualımı baş katibə ünvanladılar. Üçüncü suala sıra çatanda Əfsərli “yəqin ki, Amal sizdən özü müsahibə ala bilmir, ona görə bütün suallarını bizə göndərib” əlavəsini etdi. Baş katibin narahat olduğu isə efirdən çox aydın şəkildə görünürdü. İş o yerə gəlib çatdı ki, “buranı da monopoliyaya alıblar” dedi. Guya ki, zarafat edirdi. Olsun, cənab Məmmədovun bu sözlərini elə zarafat kimi də qəbul edək. Onsuz da əsl monopolistlərin kim olduğunu biz də, azarkeşlər də yaxşı bilir. Milli komandalara məşqçi təyinatı, premyer-liqada mübarizə aparan klublardan beşi, Məşqçilər Komitəsi, Hakimlər və Hakim-İnspektorlar Komitəsi, “milliləşdirmə” prosesi, AFFA-da işə qəbul kimin nəzarətindədisə, elə monopolist də odu. Bizim işimiz monopoliyaya almaq yox, yazmaq, problemləri və onlardan çıxış yollarını göstərmək, futbol funksionerlərinə onların fəaliyyəti ilə bağlı suallar ünvanlamaqdı. İllərdi bu işlə məşğuluq. “Təkbətək”in əsas sətirbaşlıqlarına, ən maraqlı məqamlarına çevrilən sualları göndərməyim də məhz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyimin göstəricisi idi. Bu baxımdan vicdanım çox rahatdı.
Təxminən iki saatlıq proqram ərzində baş katibin verdiyi cavabların əksəriyyəti qeyri-səmimi, gerçəklikdən uzaq idi. Məsələn, mənim ünvanladığımı suala cavab olaraq cənab Məmmədov bildirdi ki, Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda bir oyun keçirmək AFFA-ya 50 min manata başa gəlir. Onlar da qənaət məqsədi ilə millinin oyunlarını “Bakcell Arena”ya təyin edirlər. Adi bir riyazi hesablama aparmaqla Elxan bəyin yalanını ortaya çıxarmaq olar. 10200 azarkeş tutumu olan stadionda bilet satışından daha çox qazanmaq olar, yoxsa 31200-lük?! Mən hələ məsələnin riyazi tərəfini, millinin azarkeş dəstəyinə möhtac qoyulmasının mənəvi məsuliyyətini bir tərəfə qoyuram. “Təkbəkək” efirə çıxan günün ertəsi Respublika stadionunun direktoru Şamil Quliyev baş katibə 50 min manat qiymət “oxumadıqlarını” bildirdi: “Bəlkə də mənə qədər belə bir qiymət qoyulub, amma mən milli komandanın oyunu üçün belə bir məbləğ tələb etməmişəm. Ümumiyyətlə, AFFA-dan bizə millinin oyunu ilə bağlı müraciət olunmayıb”. Belə çıxır ki, AFFA-nın baş katibi münəccimdi, ya da özü hesab-kitab çıxarıb və görüb ki, Respublika stadionunda oynamaq onlar üçün maddi baxımdan sərfəli deyil. Məgər AFFA kommersiya qurumudu ki, azarkeş marağını və tribunaların dəstəyini maliyyə məsələlərinin arxasında saxlayır? Axı qurumun ötən il keçirilən konfransında da vurğulanmışdı ki, AFFA ili gəlirlə başa vurub. Belədə simiclik etməyə nə gərək var? Azarkeş dəstəyi, millinin qələbəsi üçün xərclənməyən pullar hansı gün üçün nəzərdə tutulub?
Məlum məsələdi ki, cənab baş katib stadion məsələsiylə bağlı cavabında qeyri-səmimi sözlər səsləndirdi. Necə ki, Yurçeviçin yarım aylıq vətəninə getməsində və “Sabah”la oyundan öncə Qurban Qurbanovla aralarında olan söhbətlə bağlı danışarkən də. Ucundan tutub ucuzluğa getmək fikrim yoxdu. Onsuz da hər kəsə hər şey bəllidi. Sonda qayıdıram yazının əvvəlinə. Yəni baş katibin istefasıyla bağlı azarkeşlərin tələbinə. Cənab Məmmədov anlamalıdı ki, söhbət heç də onun şəxsindən getmir. Futbola yanaşma indiki kimi davam edəcəksə, baş katibin kreslosunda kimin oturmasının heç bir əhəmiyyəti yoxdu. Sabah Elxan Məmmədov getsin, onun yerinə Riad Rəfiyev, yaxud da Mikayıl Nərimanoğlu otursun. Belədə dəyişən heç nə olmayacaq. Yenə də uşaq futbolu və bölgələr can verəcək, yerimizdə sayacağıq, futbol bir qrupun şəxsi qazanc yeri olacaq, “milliləşdirilmişlər” başımızda at oynadacaqlar. Bizim davamız Elxan Məmmədovla deyil, onun da içində yer aldığı və əhəmiyyətli fiqurlarından biri olduğu sistemlə bağlıdı. Bu sistem bütövlükdə dəyişməlidi, təkcə baş katibin adı yox!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! Bütün xəbərlər
Ən çox oxunanlar