26 fev 23:50Yazar

Non essere aggressivo, signor Bordin!

Mən “Neftçi”nin baş məşqçisi Roberto Bordinin tündxasiyyət olduğunu hələ çoxdan hiss etmişdim. “Uypeşt”lə Bakıdakı oyundan sonrakı mətbuat konfransında bu əlamətin ilkin simptomlarını görmək mümkün idi. Belə işlərdə adam sərrafıyıq. Bordindən əvvəl kimləri yola salmamışıq?! Mətbuat konfransında hamısının davranışlarına, danışığına, səsinin tonuna, hətta jurnalistlərin suallarına necə qulaq asmasına fikir veririk. Bununla da əcnəbi mütəxəssisin xasiyyətini, əsəblərinin vəziyyətini, fövqəladə hallarda necə davranacağını müəyyənləşdirməyi bacarırıq. “Dalğa Arena”nın konfrans salonunda da bu hissiyyatın və təcrübənin sayəsində italyan mütəxəssisi “rentgendən keçirmişdim” və əmin olmuşdum ki, Bordin dava-dalaşa meyilli adamdı. Baxmayaraq ki, “Neftçi” macarları məğlub etmişdi, Bordin həmkarlarımın sualllarını aqressiv qarşılayır, əsəbi tonda cavablar verirdi. Halbuki onlarla dostlaşmağa çalışmalı, mətbuat nümayəndələri ilə münasibətlərin sağlam təməllərini həmin gün qoymalı idi. Onun fikri-zikri isə qarşısındakı acılamağın, göz qorxutmağın yanında qalmışdı.
Düzdü, özüm uzun müddət Bordinlə mətbuat konfranslarında qarşılaşa bilmədim. Amma xəbər-ətərini izləyirdim. Azı iki dəfə jurnalistlərlə atışmağa macal tapmışdı. Karikarinin “Neftçi”yə fayda verməməsi, meydanda görünməməsi ilə bağlı sual və “ağ-qaralar”ın “Keşlə”ylə oyunda zəif çıxışıyla bağlı sual Robertonu özündən çıxarmışdı. Hər iki halda da məsələ görünən dağın bələdçi istəməməsi qədər sadə idi. Karikarinin yararsız və yanlış transfer olduğunu qış fasiləsində “Neftçi” rəhbərliyi özü də etiraf etdi. “Vəhşi” ləqəbli hücumçu mayasından xeyli ucuz qiymətə Dubaya icarəyə göndərildi. “Keşlə” ilə ilk dövrənin oyununda isə “Neftçi”nin zəif çıxışını hamı, hətta komandanın sadiq azarkeşləri də görmüşdü. Təkcə Bordin bunu görmək istəmirdi ki, sonralar da bu təkəbbürün cəzasını çəkməkdən qaça bilmədi.
“Neftçi”nin baş məşqçisi özünə sərf etməyəndə təkcə həqiqəti yox, öz sözlərini danır. Necə ki iki həftə əvvəl, “Keşlə”ni 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra bu cür davrandı. Hamımızın yadındadı ki, Bordin yayda transferlərin məsuliyyətindən yaxasını kənara çəkmiş, bu işə qarışmadığını demişdi. Qışdakı “transfer pəncərəsi” zamanı vəziyyətin necə olduğunu, transferlərə qarışıb-qarışmadığını özündən öyrənmək istədim. Mətbuat konfransında yaydakı sözlərini ona xatırladım, məsələ ilə bağlı sualımı ünvanladım. Cavabı qısa oldu: “Mən yayda transferlərə qarışmıram deməmişəm”. Necə deyərlər, sitatın da sonu. Gülməkdən özümü saxlaya bilmədim. Amma yaşıma-başıma yaraşdırmadım ki, konfrans salonunu tərk etməyə çalışan Bordini ayaq saxlamağa çağırım, yaydakı sözləri barədə internetə axtarış verim. Əsas olan onun özünün həqiqəti bilməsi, bizim də avam adam olmadığımızı, dünyanın işlərindən bir şeylər anladığımızı başa düşməsi idi. Məqsədimə də çatmışdım.
Bordin növbəti cığallığını “Səbail”ə uduzduqları oyundan sonra etdi. Özü də canlı yayınla efirdə olan “CBC Sport”un kameralarının qarşısında. Həmkarım Elnur Məmmədli ona acı statistikanı xatırlatdı ki, “Neftçi” italyan mütəxəssisin rəhbərliyi altında məğlub duruma düşdüyü oyunların heç birində vəziyyəti öz xeyrinə dəyişə bilməyib. Bəli, bir məşqçinin bacarığını göstərən ən vacib keyfiyyətlərindən biri, bəlkə də birincisi onun oyunu “oxuya” bilməsi, hadisələrin axarına müdaxilə etmək bacarığıdı. Bunu isə Bordinin yaxşı bacarmaması, yaxud da heç bacarmaması acı gerçəklikdi. Elnurun sualına cavab vermək əvəzinə italyan mütəxəssis özü ona “bunu kim deyir” sualını ünvanlayır. Cavabında “jurnalistlər deyir” eşidincə, üz-gözünü turşudur. Halbuki həmin acı gerçəklik kiminsə dediyi, yaxud da ortaya atdığı fikir deyil. Acı statitsikadı, çox acı. Onu desək də, deməsək də, ortadadı. Silmək, pozmaq, əvəzinə başqa nəsə yasmaq mümkün olan iş deyil.
Bu davranışlarını Bordinə hardasa bağışlamaq, onu başa düşməyə çalışmaq mümkün idi. Amma italyan mütəxəssisin Aftandil Hacıyevə qarşı etdikləri, ona qarşı əl-qol hərəkətləri, gənc həmkarını davakar uşaqlar sayağı “razborka”ya çağırmasını nə anlamaq mümkündü, nə də bağışlamaq. Məşqçi məşqçinin cavabını meydanda, 90 dəqiqə ərzində verməli, onu məğlub etməklə güclü olduğunu isbatlamalıdı. “Neftçi” bir ordu legionerlə, italyan çalışdırıcı və onun iki nəfər tərcüməçisi ilə birlikdə “Səbail”ə uduzub. Bu günün həqiqəti budu. Gündəmi dəyişməyə dava-dalaşla cəhd göstərmək, özünü davakar uşaqlar kimi aparmaq, məğlubiyyəti həzm etməmək isə 82 yaşlı “xalq komandası”na, onun kos-koca İtaliyadan gəlmiş baş məşqçisinə yaraşan hərəkət deyil.
“Neftçi” zəif oyunla rəqibinə açıq-aşkar uduzub, “Zirə”dən sonra “Səbail”in də qarşısında aciz qalıb, “Qarabağ”la aradakı xal fərqi “əriyib”. Reallığı görmək, itkilərin səbəblərini araşdırmaq, səhvləri etiraf etmək lazımdı, cənab Bordin. Aqressiv olmaq yox!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi Bütün xəbərlər
Ən çox oxunanlar