11 dek 15:33Yazar

Bir qarış boy atmaq naminə!

Bir qarış boy atmaq naminə!

"Dinamo” – "Beşiktaş” oyununda İstanbul təmsilçisinin qəzaya uğraya biləcəyini təxmin edirdim. Elə oyuna dəqiqələr qalmış erkən qol və mümkün "qırmızı” proqnozunu səsləndirmiş, ətrafımdakılar tərəfindən yerindəcə tənqid atəşinə tutulmuşdum. Türkiyə təmsilçisinin psixoloji basqının altında qalması faktdı. Hakim idarəçiliyi, soyuq hava əsas səbəb kimi dəyərləndirilə bilməz. Şenol Günəşin komandası lazım olanı etməyi bacarmadığı üçün uduzdu. Bir Türkiyə klubunun qrupdan çıxmasını istəyərdim. Amma darmadağını özümə dərd etdiyimi də deyə bilmərəm. Üzüldüyüm başqa məqamdı.
Oyundan bir gün əvvəl  sosial şəbəkələrdə  çoxluq bu matçdan danışırdısa, "Fənərbaxça”lılar, "Qalatasaray”lılar, "Beşiktaş”lılar bir-birinə qarışmışdısa, fiaskonun ardından da azərbaycanlı istifadəçilərin 80 faizi eyni ab-havada idi. Yəni dünən – "Qarabağ” – "Fiorentina” qarşılaşmasına bir gün qalmış... 
Qardaş ölkənin komandalarına fanatlıq edənləri qınamağa hazırlaşmıram, öz işləridi. Azərbaycan futbolunun ən yeni tarixini yazmaq şansını son turadək qoruyan Ağdam təmsilçisinin öz ölkəsində ikinci plana keçməsi ümumi faciəmizdi. Mənzərənin özündə ciddi yox, çox ciddi anormallıq var. 5-6 il öncə Türkiyə klublarını dəstəkləyənlərin ruhunu bürüyən alovlu məhəbbəti daha yaxşı anlayırdım. Elə həmən "qartal” mənim də favoritim idi. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, ilk Azərbaycan klubu Avroliqanın qrupuna düşəndən təfkkürüm yenilənib və özgələrə sığınmaq dönəminin sona yetdiyini şüurlu şəkildə anlamışam.
Bizim turnir, bizim mübarizə, bizim həycan bu gündü! Ardıcıl ikinci dəfə AL-in qrupunda top qovan, çətin qrupda xala həsrət qalan "Qəbələ”nin Almaniya səfərində yaxşı oynaması belə, mənim üçün "Beşiktaş”ın gələcək taleyindən 5 dəfə önəmlidi. Daha aydın izah verməyə də hazıram: "Dinamo” istanbullulara 10 cavabsız top vuracağı halda, "qırmızı-qaralar”ın "Maynts-05” ilə 2:2 hesablı brabərliyə razılaşacağına təminat verən tapılsaydı, ikiəlli razılaşardım. 
"Köhlən atlar”ın Bakıya arxayın gəlməyən Florensiya klubuyla matçda tarixinin ən yaxşı mübarizəsini aparmalı olduğuna əminəm. Miçellə Maksim Medvedevin yoxluğu ağdamlıların çətin işini müşkülə salır. Uğur zəfər və digər oyunun nəticəsindən asılı olaraq bərabərliklə gələ bilər. Real yanaşsaq, "bənövşəyilər” daha varlı, daha təcrübəli, daha güclüdü. Özündən güclünü bəlli itkilər fonunda üstələmək tapşırığının ağırlığı göz qabağındadı. Ancaq futbolda "güclü qalib gəlməlidi” anlayışı dəfələrlə alt-üst olubsa, final fitinədək ümidimizi itirməməliyik. Möhtəşəm azarkeş dəstəyi, meydanın hər qarışı uğrunda mübarizə və müəyyən idman xoşbəxtliyi sayəsində ağdamlılar futbolsevərləri arzusuna çatdırsa, bəstəboy Azərbaycan futbolu dünyanın gözündə bir qarış da boy atacaq. Ruhumuzdakı ən kiçik ümidin əlindən tutub stadiona yollanmaqdan, Bakı küləyində iliklərimizə qədər üşüyüb həyəcanla gözləməkdən gözəl nə var ki... Uğurlar,  "Qarabağ”! Bu gecə duaları səninlə olmayan bizlərdən deyil! Qardaş Türkiyənin böyüyü də, kiçiyi də sənə QURBAN! Haydı, "Qarabağ” – yaralı aslan, haydı, zədədən dönmüş onbaşı - kapitan, haydı, sərkərdə - Qurban!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar