21 fev 19:13Yazar

“Bir gəncin manifesti”

Daimi oxucularımız məndən inciməsin. Deyəcəklər ki, mən də nə vaxt bekar qalıram, Riad Rəfiyevdən yazıram. Əsla belə deyil. Rəfiyev Elxan Məmmədovun komandasının ən sadiq və ən öndə gedən üzvlərindəndi. Deyilənə görə gələcəyi daha da perspektivlidi. Onun adı gələcəkdə “Neftçi”yə prezidentlik, yaxud da AFFA-ya baş katiblik edə biləcək namizədlərin sırasında çəkilir. Zaman-zaman mətbuatda Riad bəyin müsbət keyfiyyətləri, futbol biliyi, idarəetmə bacarığı ilə bağlı təbliğat işləri də aparılır. Elə bu səbəbdəndi ki, “Sumqayıt”ın prezidenti mənim də diqqətimi çəkir, onun həyat və fəaliyyətini hərdən izləməyə başlayırıq. Və görürük ki, heç də deyilən kimi deyil, səhvləri boğaza qədərdi. Doğru-düzgün idarəçilik, hesabat tələb edən rəhbərlik, qayda-qanun və audit təşkilatları olsaydı, bu cavan oğlan çoxdan səhvərinin girdabında boğulardı. İndilik isə işləri yağ kimi gedir. Amma heç də həmişə belə olmaya bilər axı. Hazırda yaşadığımız mühit, günün tələbləri belədi.
Mənim bildiyimə görə, Riad Rəfiyevin menecerlik fəaliyyəti “Bakı”da başlayıb. Hafiz Məmmədovun pula pul demədiyi, ciddi güc hesab olunduğu vaxtlarda daha gənc olan Riad onun komandasındaydı. Həmin ərəfələrdə “Bakı”ya gətirilən boliviyalı Edemir Rodriges Merkado Riad bəyin ən uğurlu transferi olub. Uğurlu transfer klubun yox, Rəfiyevin və onun dostlarının nöqteyi-nəzərindəndi. Diqqət yetirin, 2009-cu ildə Meksika ilə yoldaşlıq görüşündə Boliviya millisində debüt edən Rodriges bu formanı cəmi 13 dəfə geymək şərəfinə layiq görülüb. Bu qarşılaşmaların da əksəri qeyri-rəsmi oyunlara və turnirlərə təsadüf edib. Əvəzində onu 2012-ci ildə “Bakı”ya 500 min dollar qarşılığında transfer ediblər. Özü də bu transfer həmin vaxt Hafiz Məmmədova elə AFFA tərəfindən məsləhət görülən Rəfiyevin vasitəsiylə gerçəkləşdirilib. Boliviyalı futbolçu “Bakı”da 2012/13 mövsümündə cəmi 17 oyuna çıxıb və 2 qola imza atıb. Onun “Bakı”dan ayrılması elə Rəfiyevin klubdakı işindən azad olunmasıyla üst-üstə düşüb. Əvəzində Rodriges və menecerləri Hafiz bəydən yarım milyon dollar qopara biliblər. Riad bəyin bu transferdən azı 10 faiz qazandığı isə şübhə doğurmur.
Görünür, gənc Rəfiyev ilk sınağından uğurla çıxdığına görə Elxan Məmmədov onu daha da bəyənib, öz komandasının perspektivli üzvlərindən birinə çevirib. Elə o vaxtdan bəri də sürətlə irəliləməyə, futbol ailəsində tanınmış və zəngin birinə çevrilməyə başlayıb. Milliyə gəlib-gedən əcnəbi mütəxəssislərdən tutmuş idman direktorlarına qədər hamısında Riad bəyin həm məsuliyyət, həm də qazanc payı olub. Bu proses “milliləşdirilmiş” futbolçularla bağlı da eynilə həyata keçirilib. AFFA-nın Azərbaycan pasportu ərməğan edib, milli komandaya qatmağı hədəflədiyi əcnəbilərin hamısıyla ilkin danışıqları şəxsən Rəfiyevin özü aparır. Bunun üçün onun yaratdığı şirkət də var, adı da gözəgəlimli – “3R”. Ölkə xaricində uğursuz legioner həyatı yaşayan Emin Mahmudovun, Elnur Cəfərovun, Kamran Ağayevin meneceri də məhz bugünkü yazımızın qəhrəmanıdı. Bu siyahını uzaltmaq da mümkündü, amma ümumi mənzərə üçün yetərlidi. Ramil Şeydayev üçün karyerasının həlledici məqamı sayılan məlum qərarın verilməsində Rəfiyevin böyük rolu olub. Eləcə də Eddi İsrafilovun, Renat Dadaşovun böyük paralar qarşılığında Azərbaycan millisinin oyunçusuna çevrilməsində də böyük “zəhmət” və sözsüz ki, maddi qazanc sahibi Rəfiyevdi.
Bütün bunlar öz yerində. Amma deyəsən, bu cavan oğlanın indi kefi heç yerində deyil. Nazim Süleymanovun gedişindən sonra “Sumqayıt” sürətlə üzüaşağı yuvarlanır. 16-cı turda “Keşlə”yə də uduzan “Sumqayıt” artıq elitadakı rəqiblərinin altısına aşağıdan yuxarı boylanır. Özü də bu komanda düz bir il əvvəl avrokuboklara düşmək uğrunda mübarizə aparırdı, elə bu mövsümə də Riad bəyin başçılığı altında oxşar iddialarla başlamışdı. Sözsüz ki, nəticələrə görə baş məşqçi və futbolçularla birlikdə klubun prezidenti də cavabdehlik daşıyır. Həm də bu prezident sıradan biri deyil, futbolu bilməsiylə öyünən, təkcə klubuna yox, milliyə də xaricdə transfer axtaran birisidi. Deməli, “Sumqayıt”ın “tapıntıları”nın hamısı bilavasitə Rəfiyevin futbol biliyinin göstəricisi sayılmalıdı. “Sumqayıt”da legioner çıxış etmir” tipli yalan isə bu həftə bir daha ifşa olundu. İsraildən gələn Əmir Ağayev damarlarında azərbaycanlı qanı axmadığını, özünü bizdən biri hiss etmədiyini açıq dillə deyib. Hələ üstünə onu da əlavə edib ki, şəxsən Riad Rəfiyev onun Azərbaycan millisində oynamasına çalışır. Normal ölkələrdə bu cür açıqlamadan sonra klub prezidenti çıxıb üzr istəyər, postundan ayrılar, futbol səhnəsini tərk edərdi. AFFA da ən azı utanar, məsuliyyəti Rəfiyevin üzərinə atardı. Bunların isə vecinə deyil.
Taleyin istehzası Ozobiçin zərbəsindən sonra topun qapı torunu o tərəf-bu tərəfə keçməsidi, dostlar. Futbol tanrısı bizə deyir ki, gözünüzü yaxşı-yaxşı açın və baxın. Riad Rəfiyev bir qapı çərçivəsinə normal tor ala bilməyən birisidi, ona futbolunuzun taleyini necə etibar etmisiz?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar