20 fev 16:35Yazar

Pulun üzü qara olsun

Pul zəhrimar elə şeydi ki, cibində çox olanda üzün gülür. Dərd-səri unudur, gələcəklə bağlı xoş xəyallar qurur, evdə oturmaq istəmirsən. Xərcləməyə yer axtarırsan, özünü dünyanın ən xoşbəxti sayırsan. Elə ki əlin aşağı düşdü, vəssalam. Adam heç kimlə danışmaq istəmir, yazı yazmağa həvəsin olmur, gözlərini bir nöqtəyə zilləyib düşünürsən. Adicə evdə uşaqla oynamaq istəyi də ölür. O ki qalmışdı başqa nələrsə. Yəni əl çirki adlanan, əslində min bir yaraya məlhəm olan kağız parçası gündəlik yaşayışımızda xüsusi yer tutur.
Bütün sahələrdə, insan amili olan hər yerdə belədi. Ortada yaxşı qazanc varsa, adam daha həvəslə işləyir. Yaxşı maaşı itirmək qorxusuna görə səhvlərdən, problemlərdən uzaq durmağa çalışır. Necə ki futbolda da belədi. İllər öncə futbola milyonlar yatırılanda, səxavətli sponsorların pulları “göydə qanad çalanda” rəsmilər gecəsini gündüzünə qatıb səylə işləyirdi. İş yerini itirmək qorxusu, biabır olmaq təhlükəsi məsuliyyəti artırırdı. Ona görə də cəza və cərimələr indiki qədər çoxluq təşkil etmirdi. Gülməli vəziyyətə düşməmək üçün can qoyurdular.
İndi zaman tərsinə dövr edir. Futbolumuz “peraşki” dövrünə qayıtmasa da, yağ-bal zamanı da deyil. Hafiz Məmmədov, Mübariz Mənsimov, Cahangir Hacıyev kimi pula pul deməyənlər futboldan uzaqlaşıblar. Klubların 70-80 faizi neftdən qazanılan pulların hesabına AFFA tərəfindən maliyyələşir. Maaşlar azaldılıb, futbolun xoş gələcəyinə inam qalmayıb. Ona görə də rəsmilərin işini itirmək qorxusu yoxa çıxıb. Onsuz da böyük əksəriyyət futbolumuzun yenidən əvvəlki günlərinə qayıdacağına ümid etmir. Əksinə, vəziyyətin daha da pisləşəcəyinə inananlar var ki, onların da bir gözü başqa iş yerlərindədi.
Ona görə də son dövrlər biabırçı hadisələrə, dəqiq desək, nöqsanlara rast gəlməkdəyik. Emin Mehdiyev olayı uzun müddət xatırlanacaq. “Keşlə”nin maraq dairəsinə düşən, heyətində məşq edən, yoldaşlıq görüşlərində forma geyən sabiq “Neftçi”li bu gün premyer-liqa oyunlarında iştirak imkanına malik deyil. Klub rəhbərliyi Mehdiyevi çempionat üçün sifariş etməyə hazırlaşanda məlum oldu ki, alınmayacaq.
Bu olayın Bakıdakı tüstüsü yox olmamış əsl bomba Sumqayıtda partladı. “Sumqayıt”ın qış fasiləsində heyətinə qatdığı və böyük ümidlər bəslədiyi iki iranlı Peymandan biri – Keşavarzın transferi “bəh-bəh”lə ictimaiyyətə təqdim olunmuşdu, başla oynamaq bacarığı haqda ağızdolusu danışılırdı. Çox keçmədən məlum oldu ki, Eminlə müqayisədə az-çox sanballı karyeraya malik olan Peyman “Sumqayıt”da oynaya bilməz. Niyə? Çünki o da cari mövsümdə artıq iki komandanın formasını geyməyə imkan tapıb. Klubdan məsələ ilə bağlı açıqlama isə gülüş üstünə gülüş gətirdi. Vaxtında Keşavarz haqda məlumat əldə etmək istəsələr də, internet qaynaqlarından bilgi almaq mümkün olmayıb. Təsəvvür edə bilirsiz. İnsanlar Marsa uçuş üçün 1 milyard dollarlıq saziş imzaladığı vaxtda Peymanın cari mövsümdə hansı komandalarda çıxış etdiyini öyrənmək müşkülə çevrilibmiş.
Hələ bunlar yaxşıdı. Əsl komediya birinci diviziondadı. Əsasnamənin tələblərinə əməl edən yoxdu, kimin ağlına nə gəlir, onu da edir. Qayda-qanunla hakimlərin otağına laysmanlar üçün müəyyən olunmuş sayda əsas və ehtiyat bayraqlar qoyulmalıdı. “Qəbələ”, daha sonra “Turan Tovuz” rəsmiləri belə qərara gəldilər ki, gündən-günə maraqsızlaşan futbolumuzda yan xətt hakiminin bayraq gəzdirməsinə ehtiyac yoxdu. Mövqeyini baş hakimə çatdırmaq üçün lasymanın əlini göyə qaldırmaq da bəs edir. “Ağsu”nun bir qrup futbolçusu getrləri kəsib coraba tikir, “Turan Tovuz”un operatoru oyunun videoyazısını AFFA nümayəndəsinə vaxtında təqdim etmir, “Kəpəz”in ikinci məşqçisi Ziyabil Məmmədovun meydana çıxa biləcəyini protokolda qeyd etmir və s. və i.a.
Protokol demişkən, cari mövsümdə İntizam Komitəsinin texniki məğlubiyyətlə bağlı qərarı açıqlamadığı həftə ölkədə bayram kimi qəbul olunur. Avqustdan bu yana 3-ü premyer-liqada olmaqla 10-a yaxın protokol səhvi aşkara çıxarılıb ki, səbəbini heç kim bilmir. Sanki klublar “protokolda səhv etməyən namərddi” mövzusunda bir-biri ilə bəhsə girib. Sabah adı protokolda olmayan biri asanlıqla futbolçu adı ilə ehtiyat oyunçular skamyasında əyləşdirilər, həmin şəxs də rahatlıqla hakimlərdən birini təpik altına salar. Ya da rəqib futbolçudan birini şil-küt edər.
Deməyim odu ki, pulsuzluq insanları bu dərəcədə həvəsdən salıb. Gələcəyə ümidsizlik rəsmiləri işsiz qalmaqdan zərrə qədər də qorxutmur. Və beləcə çempionatımız da yığmalarımız kimi işıq sürəti ilə inkişaf edir. Allah betərindən saxlasın...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar