17 fev 15:33Yazar

Absurdla dolu futbol

90-cı illərin sonunda “Bakılı oğlanlar”ın bir-birindən maraqlı tamaşaları, səhnəcikləri, atmacaları həyatımızın trendinə çevrilmişdi. Tələbə vaxtı biz də şən və hazırcavab olmağa çalışırdıq, tez-tez Cabirlə Tahirin, yaxud da Bəhramın məşhur sözlərindən sitatlar gətirirdik. Harasa tələsəndə, yaxud da bir yerə getməkdən boyun qaçıranda “Nazarbayevin qarşılanma mərasimi”ni xatırlayardıq. Əminəm ki, sizin aranızda da o səhnəni xatırlayanlar yetərincədi. Söhbət “Məhəllə”nin Natiqindən, Bəhram Bağırzadənin canlandırdığı obrazdan gedir:
- Natiq, ay Natiq, adın batsın! Evə çörək aldın?
- Ay mama, vaxt var? Gedirik Nazarbayevi qarşılamağa...
Bəli, indi bizim futbolumuzda da eyni vəziyyətdi. Kimi dindirirsən, özünü Natiq kimi aparır. Guya ki, bərk məşğuldular, ciddi işlər görürlər, heç başlarını qaşımağa da vaxt tapmırlar. Amma faktiki ortada heç bir əməli fəaliyyət yoxdu. İllərdi ortaya bir futbolçu çıxmır. Futbolçu bir tərəfə, heç düz-əməlli məşqçilər də tapılmır. Baxmayaraq ki, AFFA-nın məşqçi kursları bir ucdan sabiq futbolçulara lisenziyalar paylayır. Lap sürücülük vəsiqəsi kimidi: A, B, C kateqoriyaları. Bir az hörmətli olanlara, artıq xərc çəkənlərə də PRO verirlər. Bu PRO-nu harda istifadə edəcəklər, hansı klubu çalışdıracaqlar, onu deyən yoxdu. Artıq Foqtsa, Prosineçkiyə qucaq açmırıq. İndi taxtımızın başına Milanla Miloşeviçi otuzdurmuşuq, millimizin “sükan”ını da Nikola Yurçeviçə tapşırmışıq.
Qayıdım özünü bərk məşğul göstərən “natiqlər”ə. Həmkarım Rəşad AFFA-da üç-dörd vəzifəni birdən tutan, əlindəki qarpızların sayı-hesabı bilinməyən Zaur Hacı-Məhərrəmovdan Klublar Komitəsinin iclasının vaxtını soruşub. Çoxdan intizarındayıq. Klubların problemi başdan aşır, yığışıb onları müzakirə etmək lazımdı. Zaur bəyi də bu yaxınlarda Klublar Komitəsinə xilasedici kimi göndərdilər. “Neftçi”nin prezidenti Kamran Quliyev komitəyə yenidən sədr olmaq istəməyincə, quruma nəzarəti əldən vermək istəmədilər, ona görə də özbaşına struktur dəyişikliyinə gətdilər. AFFA İcraiyyə Komitəsinin qərarı olmadan Klublar Komitəsinin sədri postunu ləğv edib, katiblik yaratdılar. Həmin katibliyə də rəhbərliyi Hacı-Məhərrəmova tapşırdılar. Aldı görək Zaur bəy də Rəşadın sorğusuna cavabında nə deyib: “Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı UEFA-dan xeyli sayda nümayəndə Azərbaycana gəlib. Bu gün başımız o işlərə qarışdığından Klublar Komitəsinin növbəti iclası ilə bağlı məsələ gündəmdə deyil”. Yəni ki, “mama, çörək almağa vaxt yoxdu, gedirik Nazarbayevi qarşılamağa”.
Gülərsənmi, ağlarsanmı, dostum? Zaur Hacı-Məhərrəmov vacib persona kimi UEFA-dan gələn qonaqları qarşılayır. Çox güman, onlara bələdçilik edir, otellərin sifarişi, şam yeməyində içilən şərabların tündlüyü, yeməklərin az duzlu, çox yağlı, bol ətli olması da onun nəzarətindədi. Yetər ki, qonaqlarımız Bakıdan razı getsinlər. Deməsinlər ki, biz AFFA-nın baş katibi Elxan Məmmədovun şirin vədlərinə inandıq, Avropa Liqasının final oyununu Bakıya təyin etdik. Amma onlar nə etdilər? Bakıya gedəndə bizi yaxşı qarşılamadılar, şərablarımız səhərlər başağrı verdi, yeməklərə çox duz, az yağ vurmuşdular. Ətlərini isə çeynəyib udmaq üçün bizə o qədər zaman lazım olurdu ki, lap iştahımız küsürdü. Ay səni, cənab Məmmədov, axı qonağa süfrə açarlar. Harda qaldı azərbaycanlıların qonaqpərvərliyi?!
Bəli, bizim üçün qonaqpərvərlik, Avropadan gələnlərin bizdən razı getməsi çox vacibdi. Azərbaycan futbolunun dərdi onsuz da bitən deyil. Birini düzəldəcəksən, o birisi başlayacaq. Klubların da problemləri o cümlədən. Guya indiyə kimi Klublar Komitəsi aylarla bir araya gəlmirdi, dünya dağılırdı? Zaur bəyin üstünə düşmək, ondan klubları bir araya gətirməyi tələb etmək insafsızlıq, ədalətsizlikdi. Odu ki, Zaur Hacı-Məhərrəmova bu çətin və məsuliyyətli işində uğurlar arzulayaq. Lazım gəlsə, hamımız ona köməyimizi təklif etməli, dəstək olmalıyıq. Qonaqların beşini o qarşılayıb-yerləşdirəndə, birini də biz öhdəmizə götürməliyik, özümüzlə gəzməyə aparmalıyıq. Elə bu gündən başlayaq. Lap zamanıdı. Şənbə günü qonaqların istirahətini şən və mənalı keçirmək, onları Bakının gecə klubları ilə tanış etmək, dənizkənarı bulvarda çay içməyə aparmaq, Dağüstü parkdan şəhərin mənzərəsini seyr etdirmək lazımdı. Hamısını tək Zaur bəy çatdıra bilməz axı. Harda qaldı bizim vətənpərvərliyimiz, vətəndaş mövqeyimiz? Qoy cənab Hacı-Məhərrəmov tərini silsin, nəfəsini dərsin, bir az dincini alsın.
Bilirəm, indi aranızdan bir neçə nəfər təxribat xarakterli sualları ürəyindən keçirir. Soruşmağa hazırlaşırsız ki, nə məcburdu bu adamları beş-altı vəzifəyə birdən təyin etmək, onları belə ağır yüklərlə yükləmək?! Nə üçün Elxan Məmmədov öz yaxın adamlarını həm futzaldan, həm futboldan, həm Klublar Komitəsindən, həm də əncəbi qonaqların qarşılanmasından məsul edir? Sonra da həmin binəvalar vaxt azlığından, yorğunluqdan, işlərin çoxluğundan şikayətlənirlər. Olmazmı AFFA-ya kənardan da bacarıqlı gənclər, futbol mütəxəssisləri, peşəkar insanlar cəlb edilsin, hərə də öz işi ilə məşğul olsun? Olmaz, dostlar, olmaz! Absurdlarla dolu futbol məhz belə idarə olunmalıdı, vəssalam!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar