17 fev 12:20Yazar

“CBC Sport”: dünən, bu gün və...

Dünən günorta saatlarıdı, adi günlərdən biri. Həmişə olduğu kimi, cari işlərimlə məşğulam. Birdən gözümə “feysbuk”da paylaşılan link sataşır. Əsasən də gəncəli azarkeşlər, “Kəpəz”ə könül verənlər birinci divizionun 15-ci turu çərçivəsində keçirilən “Neftçi-2” – “Kəpəz” qarşılaşmasının canlı yayın linkini paylaşmışdılar. Azarkeşlərin sevicini hiss etmək çətin deyildi. Özlərinə mənəvi borc bilmişdilər ki, başqalarını da xəbərdar etsinlər, sevimli komandalarının oyununa daha çox azarkeş baxa bilsin. Şübhə etmirəm ki, “Neftçi”nin azarkeşləri də eyni hissləri keçirib. Əvvəla ona görə ki, Azərbaycanda ağ-qara rənglərə könül verənlərin sayı heç də “Kəpəz”in azarkeşlərindən az deyil. Özü də “xalq komandası”nı sevənlər də yetərincə fəaldılar və “Neftçi” ilə bağlı olan bütün xəbərlərə, hadisələrə həssas reaksiya göstərirlər. Bu baxımdan “Neftçi-2” – “Kəpəz” qarşılaşmasının canlı yayın linkini görüncə xeyrli sevincək oldum və dərhal da oyunu izləməyə qərar verdim. Televizorun pultunu götürüb kanalı dərhal çevirdim. Məlum məsələdi ki, kompüterdə işimə də davam edəcəkdim, ona görə də futbola televizorda baxmaq daha doğru qərar idi. Digər yandan, siz də razılaşarsız ki, televiziya ekranının görüntüləri ilə internetdə göstərilən oyunun keyfiyyəti arasında böyük fərq var. Elə bu düşüncə ilə də kanalı “CBC Sport”a çevirdim. Başqa hara çevirəsiydim ki?! Axı bu ölkədə Azərbaycan futbolunun yayınına, çempionatın təbliğinə məsul olan təkcə bir kanal var, o da “CBC Sport”du. O “CBC Sport” ki, 2015-ci ilin payızında elə Azərbaycan futbolunun tanıdılması, azarkeşlərə daha çox oyun göstərilməsi məqsədi ilə yaradılıb. Mən də elə bütün bunları bildiyimdən canlı yayın linki qarşıma çıxan kimi detallara varmadan televizorun kanalını “CBC Sport”a çevirdim...
Və çevirməyimlə təəccüb hissinin məni bürüməsi eyni oldu. Çünki həmin anda “CBC Sport”un efirində boyat xəbərlər buraxılışı göstərilirdi. Canlı futboldan isə əsər-əlamət yox idi. Dərhal sosial şəbəkədə qarşıma çıxan linkə qayıtdım, mənzərə aydın idi. Sən demə, “ASK Arena”dan canlı yayınlanan futbolu “CBC Sport” göstərmirmiş. Antalyadakı yoxlama oyunları zamanı olduğu kimi, Peşəkar Futbol Liqasının əməkdaşları sinəsini irəli verib, ortaya keyfiyyətli iş qoyublar. “Neftçi-2” ilə “Kəpəz”in görüşünü də PFL-in rəsmi “yutub” kanalı yayınlayırmış, özü də HD formatında. Əhsən sizə, fədakar insanlar. Başqa nə deyə bilərik? Onsuz da bu ölkədə hərənin öz üzərinə düşən işin öhdəsindən gəlməsinin nadir hallarda şahid oluruq. Kimiləri əli cibində gəzər, yağ içində böyrək kimi bəslənər, bir başqası da təkcə öz əvəzinə yox, həmin müftəxorların da əvəzinə işləyər. İndiki şəraitdə “CBC Sport”un davranışını başqa cür qiymətləndirmək, fərqli müqayisələr aparmaq mümkünsüzdü.
Yanvarda PFL-in “yutub” kanalı klublarımızın yoxlama görüşlərini Antalyadan canlı göstərəndə “CBC Sport”un türkiyəli baş direktoru Volkan Üst Bakıda “qış yuxusundan ayılmamışdı”. Üst sonradan üzrü günahından betərə bənzər bir etiraf etdi. Guya ki, “CBC Sport”un Antalyaya öz əməkdaşlarını gec ezam etməsi, yoxlama oyunlarından yalnız üçünü ekrana gətirməsi Çempionlar Liqasının və Avropa Liqasının oyunlarını yayınlamaq üçün görülən hazırlıqla (?!) bağlı imiş. Həzərat, aranızda belə bir səbəbə, daha doğrusu, bəhanəyə inanan varmı? Əminəm ki, yox. Bir telekanal “fevralda Çempionlar Liqası göstərəcəm” deyib, yanvarda Antalyadan canlı yayın edə bilmirsə, ona rəhbərlik etmək üçün Türkiyədən baş direktoru niyə gətirir, ona bir ətək yaşıl əskinasla maaş verirlər? Heç şübhə etmirəm ki, elə “CBC Sport”un daxilində kanala Volkan bəydən daha yaxşı baş direktorluq edəcək, Azərbaycan futboluna ondan çox can yandıracaq adamlar var. Üstü isə vətəninə yola salmağın vaxtıdı. Qoy orda şou verlişlərinin hazırlığı ilə məşğul olsun. Volkan bəyin adı gələndə hər dəfə yadıma onun qəzetimizə verdiyi ilk müsahibə düşür: “Elə layihələrimiz olacaq ki, Acun İlicalı özü bizə əməkdaşlıq təklif edəcək”. Görəsən, həmin layihələrdən nə xəbər var?!
“CBC Sport”un dünəninə boylananda yada düşən təkcə Üstün iddialı açıqlamaları deyil. AFFA-nın baş katibi Elxan Məmmədov da yeni idman kanalı ilə bağlı xeyli pafoslu açıqlamalara müəlliflik etmişdi. Deyirdi ki, “CBC Sport” nəinki Azərbaycan premyer-liqasının oyunlarının hamısını canlı efirə verəcək, hətta uşaq futbolunun təbliğinə, divizion oyunlarının ekrana gətirilməsinə də diqqət ayıracaq. Yanlış xatırlamıramsa, ilk günlər cənab Məmmədov “CBC Sport”un həftədə azı bir dəfə birinci diviziondan, aşağı yaş qrupları üzrə çempionatlardan canlı reportajlar verəcəyi barədə bizi müjdələmişdi. Amma bu sözlər hamısı unuduldu. Necə ki, premyer-liqanın yayın hüququnun hərracda 700 min manata satıldığı və hər il belə hərracın keçiriləcəyi haqda deyilənlər çoxdan yaddan çıxıb.
“CBC Sport”un dünəni böyük vədlər, gurultulu açıqlamalar, gözə xoş gələn anonslarla dolu idi. Bu gün isə həmin vədlərin əskəriyyəti həyata keçməyib, üstünə də, altına da yekə bir daş qoyulub. Sabahın necə olacağını demək də çox çətindi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar