13 fev 13:36Yazar

Ya onun yolu ilə addımlayın, ya da...

Artıq vətəndaşlar meşədən yığılan cır meyvələrin (alma, armud, zoğal, alça və s.) kiloqramına görə 1 manat, çaytikanının kiloqramına görə 3 manat, tökülmüş yarpaqların kiloqramına görə isə 50 qəpik ödəməli olacaq. Bu barədə məlumat Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavədə yer almışdı. Qərara əsasən meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalı idi. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanmalı idi.
Fevralın 5-də açıqlanan bu yenilik cəmiyyətdə heç də birmənalı qarşılanmadı, ciddi narazılığa səbəb oldu. Elə həmin gün gecə saatlarında isə Azərbaycanda, Böyük Qafqazın ətəklərində, ərazisində böyük meşə massivi olan rayonlarda dağıdıcı zəlzələ oldu. Yeraltı təkanlar meşə meyvələri ilə bağlı yeni qərarın imzalandığı Bakıda, Nazirlər Kabinetinin binasında da da hiss olundu. Uca yaradan sanki Nazirlər Kabinetində çalışanlara, qərarın üzərində işləyənlərə mesaj göndərdi: “yetişməsində heç bir əziyyətiniz olmadığı meyvə və bitkilərə görə insanlardan cərimə adı ilə pul yığmağa imkan vermərəm”. Təbiətlə bağlı qərarın imzalanması ilə zəlzələnin eyni gündə olması ağıllı adamların dedyinə görə, heç də təsadüfi deyil. Bu Allahın insanlara bəxş etdiyi sərvətdən öz məqsədləri üçün yararlanmağı düşünən məmurlara xəbərdarlıq idi. Yaxşı ki, ölkə başçısı ertəsi həmin məmurların səhvini aradan qaldırdı, qərarı ləgv etdi. Yoxsa bizi daha böyük təhlükələr gözləyə bilərdi.
Ümumiyyələ, son vaxtlar müxtəlif kürsüləri tutan bəzi məmurlar sanki ölkədə narazılıq yaratmaq, Prezidentin yürütdüyü siyasətə zidd getmək yönündə yarışa girişiblər. Avropada, Amerikada, Asiyada, Afrikada belə Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Bu da ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidi. İdman İlham Əliyev üçün prioritet sahələrdən biridi. Hər il Azərbaycanda yeni idman qurğularının, Olimpiya Komplekslərinin açılışı olur. İnşasına yüz milyonlarla dollar xərc qoyulan Bakı Olimpiya Stadionu bu gün dünyada ən gözəl arenalardan biri kimi tanınır. İdman sahəsi Prezidentə maraqlı olmasaydı, bu qədər işlər görülməzdi, müxtəlif idman növləri üzrə beynəlxalq federasiyaların rəhbərləri Azərbaycanın rəhbəri ilə görüşmək üçün növbə gözləməzdi. Bütün bu görüşlər, ölkədə yaşanan Olimpiya hərəkatı, idmanda qazanılan uğurlar isə 22 ildi “Futbol+”in səhifələrində işıqlandırlır.
Ancaq görünür, bu gün ölkədə İlham Əliyevin yürütdüyü idman siyasətinin ictimaiyyətə vaxtında çatdırılmasını istəməyən qüvvələr, qurumlar var. Onlardan biri də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudu (KİVDF). Adını qeyd etdiyim qurumun missiyası ölkə başçısının mətbuata ayırdığı vəsaiti düzgün və lazımi istiqamətdə bölüşdürməkdi. Bir daha təkrar edirəm, ölkə başçısının ayırdığı pulu... KİVDF rəhbərliyi nə edir? Bugünlərdə keçirdiyi toplantıda apreldən etibarən həmin vəsaiti yalnız ictimai-siyasi qəzetlər arasında bölüşdürəcəyini açıqlayır. Bu isə 22 yaşını qeyd edəcək “Futbol+”in kənarda qalması deməkdi. Niyə, hansı səbəbdən kənarda qalmalıyıq, bu hələ mənə çatmır. Məgər Azərbaycan adlı ölkəyə idman, idman mediası lazım deyil? Bəlkə də KİVDF-də oturanlara lazım deyil. Ancaq sadə xalq, idman ictimaiyyəti idman mediasının olmasında maraqlıdı. Son günlər istər sosial şəbəkələrdə, istərsə də ümumi görüşlərdə insanların “Futbol+”ə münasibətini görüb bu cümlələri qeyd edirəm. Yaxşı olardı ki, KİVDF rəhbərliyində təmsil olunanlar ölkə başçısının mətbuat üçün ayırdığı maliyyəni bölüşdürərkən “Futbol+”i də unutmasınlar. Vaxtında düzgün qərar versinlər ki, sonradan Nazirlər Kabinetində əyləşən bəzi dostları kimi “yanmasınlar”, imzaladıqları sənəd 24 saatdan sonra qüvvədən düşüb kağız parçasına çevrilməsin. Necə deyərlər, sonrakı peşmanlıq fayda verməz. Fikrimcə, ölkə başçısının, Milli Olimpiya Komitəsinin prezidentinin, Ali Baş Komandanın məmurların yanlış qərarlarını düzəltməkdən də vacib işləri var. Ya onun yolu ilə addımlayın, ya da...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar