13 fev 13:31Yazar

Xoş gəlmisiz, cənab Yurçeviç!

Mən bu sətirləri yazanda AFFA İcraiyyə Komitəsinin iclasının başlamasına bir neçə saat qalırdı. Siz bu sətirləri oxuyanda isə artıq həmin iclas çoxdan bitmiş olacaq. Bu həm də o deməkdi ki, həmin vaxta qədər Nikola Yurçeviçin Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı rəsmiləşmiş olacaq. AFFA-nın iki aydan bir qədər artıq davam edən axtarışları, nəhayət, yekunlaşacaq, bizim də məşqçi intizarımız sona çatacaq. Sonrakı proseslərin necə davam edəcəyini proqnozlaşdırmaq üçün münəccim olmağa, ulduzları seyr etməyə, fala baxmağa, rəml atmağa gərək yoxdu. Axı biz belə filmləri çox görmüşük. Bu da olacaq AFFA-nın futbolumuzun, ona könül verən azarkeşlərin başına açdığı növbəti oyun.
Yurçeviçin təyinatının ətrafında bir çox maraqlı proseslər baş verdi. Sırasıyla ona toxunaq, sonrasını davam edərik. Proses o qədər gülməli, primitiv şəkildə aparıldı ki, tam AFFA-nın fiaskosunun, Elxan Məmmədovun bir kadr kimi tükənməsinin sübutuna çevrildi. AFFA İcraiyyə Komitəsinin dekabrda keçirilən iclasında Qurban Qurbanov istefaya göndərilərkən qeyd olunurdu ki, yeni baş məşqçinin axtarışında Məşqçilər Komitəsi də iştirak edəcək, sıx şəkildə veteran məşqçilərlə məsləhətləşmələr aparılacaq. Amma ötən iki ay ərzində mətbuat nümayəndələri nə vaxt komitəçilərdən yeni məşqçinin kim olacağı, hansı namizədlərin müzakirə olunduğunu soruşdularsa, cavab eyni oldu: “bizim heç nədən xəbərimiz yoxdu, məgər biz milliyə baş məşqçi təyin edirik?” Bütün bu açıqlamalar ondan xəbər verirdi ki, Məşqçilər Komitəsi, yəni bizim üzdə olan peşəkar futbol mütəxəssislərinin toplaşdığı bu məşvərət məclisi faktiki oyundankənar vəziyyətdədi. AFFA üçün onların yeni məşqçi barədə fikirlərinin heç bir əhəmiyyəti yoxdu. Millinin yeni baş məşqçisini seçən Elxan Məmmədov, onun menecer kadrı Riad Rəfiyev idi. Təsadüfi deyil ki, Nikola Yurçeviç həftəsonu stadionları gəzdiriləndə, premyer-liqanın qarşılaşmalarına tamaşa edəndə, onun yanında Məşqçilər Komitəsindən heç kim görünmürdü. Yəqin ki, Elxan Məmmədov məsləhət bilməyib, ağsaqqallardan kiminsə onun yanında dayanmasına ehtiyac duyulmayıb.
Zarafat bir kənara, doğru olan Yurçeviçin stadionlara Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov, Yaşar Vahabzadə, Şakir Qəribov ilə getməsi idi. Söhbət heç də Məşqçilər Komitəsinin oyuncaq qurum olub-olmamasından getmir. Axı bu adamlar ömürlərini-günlərini Azərbaycan futbolunun içində keçiriblər. Onlardan yaxşı bizim futbolumuzu bilən, futbolçularımızı tanıyan yoxdu. Yaxşı olardı ki, milliyə namizədlər məhz Məşqçilər Komitəsinin üzvlərinin iştirakı ilə Yurçeviçə göstəriləydi, qarşılıqlı fikir mübadiləsi artıq həmin dəqiqələrdən başlayaydı. Bizim vaxtımız yoxdu, təxminən bir aydan sonra Xorvatiya ilə oyunda iştirak edəcək futbolçuların siyahısı açıqlanmalıdı. AFFA-nın niyəti təmizdisə, futbolçuları milliyə Yurçeviç seçəcəksə, məhz bu cür də olmalıydı. Ən azı bir tur, dörd oyun irəli düşərdik. Görünən odu ki, xorvatiyalı, sadəcə, fiqur rolunu oynayacaq, onun adından siyahı hazırlayacaq, heyət quracaqlar. Neçə ki, Məşqçilər Komitəsi üzvlərinin sözünün bir qara qəpiklik qiyməti yoxdu, elə millinin yenə çalışdırıcısına münasibət də elə olacaq.
Nəyu qoyub, nəyi axtarıram? Məgər urvatsız edilən təkcə Məşqçilər Komitəsi, yaxud da millinin xorvatiyalı çalışdırıcısıdı? AFFA-nın İcraiyyə Komitəsinin nüfuzu da yerlə bir edilib. Təsəvvür edin, dünən günortaya qədər İcraiyyə Komitəsinin üzvləri Yurçeviçin təyinatı ilə bağlı iclasın nə vaxt keçiriləcəyindən xəbərsiz olublar. İclas “yuxarılar”ın kefinə, asudə vaxtına uyğun təyin olunub. Özü də AFFA-nın binasından kənara, qeyri-iş saatına. Bunun özü Azərbaycanda futbola olan münasibətin, futbolumuzun necə idarə olunmasının əyani sübutudu. Ən çox güldüyüm məqamlardan biri də AFFA-nın rəsmi saytında İcraiyyə Komitəsinin iclası ilə bağlı verilən xəbərdə toplantının əsas sponsorun binasında keçirilməsinin vurğulanması oldu. Guya ki, iclas əsas sponsorun binasında reklam məqsədiylə keçirilir. Canlı yayın maşınları, jurnalist ordusu binanın qapısını kəsdirəcək və AFFA-nın əsas sponsoru da bundan reklam vasitəsi kimi yararlanacaq. Adama deyərlər ki, belədisə, növbəti iclasları da sırasıyla digər sponsorların ofisində keçirin. Necə olsa, AFFA sponsordan boldu. Qoy xalqımız futbolumuza can yandıran zəhmətkeşlərin hamısını tanısın.
İndi dünyanın xoşbəxti Nikola Yurçeviçdi. Yatsaydı, yuxusuna da girməzdi ki, nə vaxtsa onu Azərbaycana dəvət edəcək, yağ içində böyrək kimi üzdürəcək, başından neft milyonlarını tökəcəklər. Şahlıq quşu özü öz qanadları ilə uçdu və gəlib Yurçeviçin çiyinlərinə qondu. Qoy çəksin səfasını. Rəhmətlik şair demişkən: ah, necə də kef çəkməli əyyamdı, çünki övladi-vətən xamdı!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar