13 fev 13:25Yazar

Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?

"Hakimiyyət xalqın rifahının yaxşı olmasına çalışmalıdı" - bu sitat 1469-1527-ci illərdə yaşayan italyan siyasətçi Nikkolo Makiavellinin 1513-cü ildə yazdığı "Hökmdar" əsərindəndi. Makiavelli bildirirdi ki, bu (xalqın rifahının yaxşı olması) yuxarıdakıların özlərinə də faydalıdı, çünki aşağılar bezib onları devirə bilərlər. Başqa bir məşhur Yuli Sezar (e.ə. 100-44) isə "Çörək və tamaşa!" ideyasını irəli sürüb. Yəni görkəmli imperator demək istəmişdi ki, maddi qidadan əlavə mənəvi qida da lazımdı ki, xalqı itaətdə (nəzarətdə) saxlayasan. Günümüzdə qladiator döyüşlərini izləmək real deyil. İnsanlar mənəvi tələbatlarını ödəmək üçün konsertlərə, teatrlara, idman yarışlarına gedirlər. Bütün bu əyləncə yerlərinə maraq oyatmaq üçün isə qəzetlər mövcud olmalıdı. "Yol əhvalatı" filmindəki Qurban kişinin fikirlərini bir qədər dəyişsəm ("sənin meyidini aparmaq üçün transport lazımdı, ya yox?"), belə alınar: teatrlara, konsertlərə, idman yarışlarına maraq oyatmaq üçün qəzetlər lazımdı, ya yox? Neyləmək olar ki, məmurların səriştəsizliyi ucbatından xalqın alıcılıq qabiliyyəti aşağıdı, mətbuat satışdan heç maya dəyərini də çıxara bilmir. Satış az olanda reklam da olmur. Belə vəziyyətdə qəzetlər bağlanmaq məcburiyyətində qalır. Çayxanaya dünən qəzet oxuyan inteligenlər də axın edir. Belədə hakimiyyətdən narazı olan xalqa ideoloqlar da qoşulur. İnqilabı hərəkatlar, üsyanlar belə başlayır. Bu ssenarini mən özümdən uydurmuram, tarixi hadisələrdən nəticə çıxararaq söyləyirəm.
Yuxarıdakı fikirləri niyə söylədiyimi "Futbol+"in oxucuları yaxşı başa düşdülər. KİVDF-nin yalnız ictimai-siyasi qəzetləri maliyyələşdirəcəyi haqda qərarını nəzərdə tuturam. Ayrı-seçkilik nədən qaynaqlanır, deyə bilmərəm. Ola bilsin ki, nə iş gördüyü məlum olmayan qurumların başında duran Əflatun Amaşov kimi məmurlar iş gördüklərini imitasiya etmək üçün belə qərar çıxarıblar. Büdcədə çətinlik yaranması ehtimalı da yaxın qoyula bilməz, çünki Prezident yaxınlarda minimum əməkhaqqını 30 faiz artırdı. Bu artım isə avtomatik ən azı büdcədən maliyyələşən təşkilatlara da öz təsirini göstərəcək. Burdan belə bir sual yaranır: bu sərəncamı verən Prezident niyə "Futbol+"ə ayrılan müəyyən məbləği artırmaq əvəzinə kəsir? Axı KİVDF-ni də Prezident maliyyələşdirir! Hər halda, bu abbreviaturadan qabaq belə yazılıb: Prezidentin yanında. Belə çıxır ki, Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir? Yoxsa sosial dövlətə başçılıq edən şəxs heç vaxt ayrı-seçkilik etməzdi, çünki sosial dövlət hər kəsə eyni gözlə baxmalıdı!
Ümid edirəm ki Azərbaycan Respublikasının Prezidenti dəfələrlə etdiyi kimi (elə baş nazirin meşədən meyvə yığmağı qadağan edən sərəncamını ləğv etməsini göstərmək kifayətdi) bu dəfə də məmurların səhvini düzəldərək ÖLKƏNİN İDMAN HƏYATINDA, YƏNİ DOLAYISIYLA İCTİMAİ HƏYATINDA GÖRKƏMLİ YER TUTAN "FUTBOL+"Ə YARDIMIN DAYANDIRILMASINA NƏİNKİ YOL VERƏCƏK, HƏTTA GÖSTƏRİŞ VERƏCƏK Kİ, BU YARDIM ARTIRILSIN!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! Bütün xəbərlər
Ən çox oxunanlar