13 fev 13:07Yazar

Həngamə bundan sonradı

"Komandamızda maddi cəhətdən heç bir problem yoxdu. Sadəcə, turnir cədvəlindəki yerimiz, məğlubiyyətlərin sıralanması futbolçularda gərginlik yaradır. Psixoloji gərginlikdən çıxa bilmirik. Məni bura klubun prezidenti gətirib. Gəlmişik ki, komandanı bu "qara zolaqdan çıxaraq".
Tərlan Əhmədovun son turdakı məğlubiyyətdən sonra söylədiyi hər cümlədən ayrıca yazı yazmaq olar. “Neftçi”yə gözlənilən yenilgini şərh edən sabiq müdafiəçinin komandası həm də “zirzəmi”yə yuvarlandığından kefi əməlli-başlı pozulmuşdu. Maddi problemlə bağlı məsələni düz deyirdi. Ötən həftənin çərşənbə günü dekabrın, cümə günü yanvarın məvacibi futbolçulara paylanmışdı.
Psixoloji gərginlik də uğursuz bəhanəyə bənzəmirdi. Ardından səsləndirilən fikirlər isə özünümüdafiə xarakterli idi. Çalışdırıcının “hamısını BİRLİKDƏ baxıb bəyənmişik”, “3-ü legionerdi, biri isə Vüsal İsgəndərli... Qalanları yayda gəlib”, “yeniləri bütün məşqçilər korpusu bəyənib” və buna bənzər daha bir neçə cümləsi söylədiklərimə əyani sübutdu. Zaur Axundovun texniki zonada peyda ola bilmək ehtimalıyla bağlı suala uğurlu cavabı alqışlayaraq keçirəm mətləbə...
Komandadakı gərginliyin iki səbəbkarı var: Azundov və Əhmədov. Mətbuatla münasibətləri düzgün qurulmayıb. Başqanın “işgüzar imicinə xələl gətirənlər” ilə açıq mübarizəyə girişməsi “harakiri”ni xatırlatdı. Halbuki bunadək iki çalışdırıcıyla yola getməyərək ab-havanı şəxsən korlamışdı. Rəmiş Malıyevlə klubdaxili çəkişmələri bir kənara qoysaq belə, o, başqanlığı yumşaq desək, yarıtmamışdı.
Əhmədov dönəmi çox səsli-küylü başladı. Əslində qışa qədər nisbi sükut hökm sürməli, istənilməyən oyunçuların ayrılmasına peşəkar şərait yaradılmalı, çətin vəziyyətə düşmüş komandanın döyüş ruhu qorunmalıydı...
Bir rəhbərin yaxşı psixoloq ola bilməməsinin acı nəticələri ilə tanış olun. Tərlan bəy Orxan Sadıqlı, Vaqif Cavadov kimi yerliləri o qədər narazı yola saldı ki, komandada qalanların da canına üşütmə düşdü. Səhv etməkdən qorxan, bir xəta ilə qurbana çevriləcəyindən çəkinən oyunçu ilə hara qədər gedə bilərsən? Sadə məntiqlə, futbolçu ilk növbədə özünəinamı qorumalı, səhvin üstünə gedib düz oynamağı öyrənməlidi. Deyilmi? Əhmədov nəinki sərəncamındakılara, özünə qarşı da baxış bucağını dəyişməlidi.
Kollektivdə günahkar axtarmaqla, fiziki planda açıq-aşkar “çatdırmayan” kollektivdə FİZİKİ MƏŞQÇİYƏ ehtiyac olmadığını söyləməklə 8 komandalı premyer-liqada da nəsə etmək çətin məsələdi. İndi hamı azdan-çoxdan bu idman növündən anlayır. Aftandil Hacıyev, Samir Abasov kimi “yeni məktəb” yolunu seçənlər var. Tərlan bəy bu dəfə də işinin öhdəsindən gəlməyəcəyi halda rəqabətdə uduzacağını anlamalıdı.
Bu gün son pilləyə düşən “Keşlə”nin büdcəsi də digər “AFFA övladları”nınkından az deyil. Çoxu legioner olan normal heyətdən nəticəyə gedə bilən kollektiv formalaşdırmaq baş məşqçinin borcudu. Formalaşdıra bilmirsə, yenə də özü günahkardı. Ola bilsin, zaman darlığı yenidənqurma komandanın özünün maksimum potensialını ortaya qoymasına maneədi. Fəqət bu da çalışdırıcının burnundan uzağı görməyi bacarmaması, düzgün strategiya seçməməsi anlamındadı.
İndi də Axundov növbəti yanlış gedişdə bulunaraq texniki zonada şəxsən əyləşməyə nail olsa, əməlli həngamə başlayacaq. İnanmırsız? Gəlin, gözləyək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar