10 fev 13:27Yazar

Ölkə başçısının xəbəri varmı?

Son günlər “Futbol+”ə görə yaranan narahatlığın hansı sonluqla başa çatacağını hələ ki gözləmək məcburiyyətindəyik. Bu gün əlimizdən yazmaqdan başqa heç nə gəlmir. Siz oxucuların görüşünə gəlməyi, mövzularla “qidalandırmağı” illərdi özümüzə necə borc bilmişiksə, bu dəqiqənin özündə də bütün yaxşı və pis ehtimalları göz önünə alıb işimizə davam edirik. Gizlətmirəm, sizdən çox, gününün 7-8 saatını (Mahir Rüstəmli ilə Kənan Həsənov 12 saatdan çox) redaksiyanın divarları arasında keçirən bizlər narahatıq. Martdan sonra sevimli qəzetimizin taleyinin necə olacağını, yaşayıb-yaşamayacağını, yaşasa belə, durumun necə olacağını düşünməyin özü belə ürək ağrıdır. Bu dəqiqə əlini hər şeydən üzüb, saman çöpündən yapışan əlacsız bəndə kimiyik.
Özümüzə görə narahat deyilik. Ruzini verən Allahdı. Qapıları üzümüzə açan da. Yəni sabah, Allah göstərməsin, qəzet fəaliyyətini dayandırsa belə, heç kim çörəksiz qalmayacaq. Başda 22 ilini “Futbol+”ə qurban verən, artıq bir neçə aydı çıxış yolu tapmaq üçün özünü ora-bura vuran Mahir Rüstəmli olmaqla hər birimiz bir işin qulpundan yapışacağıq. Amma “Futbol+” olmayacaq, olmamaq ehtimalı var. Bizə Azərbaycan futbolunu sevdirən, içimizdə köşkdən qəzet almaq sevgisi yaradan, həyatımızın bir parçasına çevrilən həmin o “Futbol+”. Piştaxtalarda ağ-qara, ağ-göy rəngli ictimai-siyasi qəzetlərin yanında qırmızı-qara, “o” hərfinin yerində top şəkli olan “can parçamızı” görməyəcəyik, görməyə bilərik.
Bu baş versə, “Futbol+” adlı gəncin bütün günahları bəzi məmurların, “yalnız ictimai-siyasi qəzetlərə yardım olunsun” kimi anormal qərarın arxasında duranların boynuna yazılacaq. Çünki bu qəzetin “ölümə” doğru getməsinin başında da əldəyayımı, metrolarda yazılı çapı yığışdıran o şəxslər olmuşdu. Bu gün də həmin şəxslər “Futbol+”i ölkə prezidentinin mətbuata göstərdiyi həmin dəstəkdən məhrum etmək istəyinə düşüb.
Vaxtilə rəhmətlik Heydər Əliyevin, son 16 ildə oğlu İlham Əliyevin ölkədə idmanın inkişafına verdiyi dəstək və gördüyü işlərdən bəhs etmək üçün ayrıca kitab nəşr etmək olar. Xanımı Mehriban Əliyeva ilə birgə əllərindən gələni edirlər ki, Azərbaycan idman ölkəsi kimi tanınsın, dünyaya səs salsın, gənclərdə idmana maraq oyansın. “Futbol+” də yarandığı ilk gündən ölkə rəhbərliyinin məlum siyasətinə dəstək verənlərin başında dayanıb. Bir çox çətinliklərə baxmayaraq, fəaliyyətini dayandırmayıb.
Görülən iş varsa, bunu ictimaiyyətə çatdıran, insanları məlumatlandıran idman qəzeti də olmalıdı. Başqa cür desək, idman ölkəsi kimi tanınan diyarda idman qəzetinin olmaması faciədi. Deyək ki, müasir gənclər internetləşib, əllərindəki telefonlara baxmağı qəzet oxumaqdan üstün tuturlar. Orta və yaşlı nəslin nümayəndələrində hələ də qəzet sevgisi var axı. İlham Əliyev də məhz buna görə, maddi baxımdan çətinlik çəkənlər üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıb. Bəli, DƏSTƏK Fondu. Necə ki,2013-cü ildən bu yana həmin dəstəyi üzərimizdə hiss etmişdik, edirik, bilmək olmaz, bəlkə də edəcəyik.
Azərbaycan illərdi bir çox beynəlxalq yarışlara evsahibliyi edir, yüzminlərlə idmançıların və idman həvəskarının ölkəmizə axınına səbəbkar olub. Hələ qarşıda bizi daha səs-küylü yarışlar və oyunlar gözləyir. Bu ilin mayında Avroliqanın final qarşılaşması, növbəti il Avropa çempionatı kimi mötəbər turnirin 4 oyunu. Bakıya nə qədər əcnəbilərin üz tutacağını təsəvvür edə bilirsiz? Həmin əcnəbilər ki, futbol həvəskarıdı, kolleksiya toplamağı, məlumat yığmağı sevirlər. Əmin olun ki, hamısı olmasa da, bir çoxu Azərbaycanda gündəlik neçə idman qəzetinin nəşr olunduğu ilə maraqlanacaq, o qəzeti almaq üçün yolunu köşklərdən salacaq. Əhalisinin sayı 10 milyona çatan idman ölkəsində bir dənə də idman qəzetinin olmadığını eşidib-biləndə nə deyəcəklər, nə düşünəcəklər? Özünüzə bir də bu sualı verin.
“Futbol+”i dəstəkdən məhrum etmək eşqinə düşən məmurların düşüncəsində yazılı mətbuatı oxuyanların sayı azalıb deyə, büdcədən pul ayırmağın adı yoxdu. Halbuki yazılı mətbuat tarixdi, illərin qoruya-qoruya indiyə qədər gətirib çıxardığı ənənədi. Avropalılardan çox bilirsiz? “Köhnə qitə”də yaşayanlar, yaponlar, çinlilər telefonda internet işlədəndə biz bilgisayarla təzə-təzə tanış olmağa başlayırdıq. Bu gün texnologiyanın inkişafında bizdən kilometrlərlə qabaqdadılar. Elədisə, onlar niyə qəzetçiliyə arxa çevirmir? Onlar niyə yazılı mətbuatı yox etməyin planlarını cızmır? Sentyabrda Lissabonda köşkə yaxınlaşanda, idman qəzetləri üçün ayrıca piştaxtanın ayrıldığını görəndə, matım-qutum qurumuşdu. “Record”, “A Bola”, “O Jogo”, “Correio de Manha”... Yaxşı, onlar niyə qəzet çap edir? Bağlasınlar da. Keçsinlər elektron mətbuata. Bizim qədər ağılları yoxdu?
Bilməyənlər bilsin ki, “Futbol+”in əməkdaşları ölkə başçısının açılış lentlərini kəsdiyi, demək olar, bütün idman qurğularından reportajlar hazırlayıb, yaxın keçmişdə inşa olunan Olimpiya stadionunun az qala ayaqyolusu haqda oxucuları məlumatlandırıb, isti-soyuq bilmədən bölgələrdən xəbərlər ötürüb, Azərbaycana gəlib-gedən idmançılardan müsahibələr götürərək bu ölkədə idman qəzetinin olduğunu göstərib. Bundan sonra da belə olacaq. Amma bu gün kimlərlə bu yolda bizə addım atmaqda maneə yaradır, “Futbol+”i prezidentin DƏSTƏK Fondundan məhrum etmək istəyir. İdman ölkəsində idman qəzetinə dövlət büdcəsindən ayrılan vəsaiti çox görürlər.
Bayaqdan klaviaturanın düymələrini döyə-döyə başımda bir sual dolaşır: “Futbol+”i gözləyən təhlükədən ölkə başçısının xəbəri varmı? Mütləq olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar