09 fev 14:11Yazar

“Keşlə”də neçə “qoçun başı” qaynayır?

Məşhur “O olmasın, bu olsun”da çox maraqlı bir səhnə var. Filmin sonunda aldadıldığını anlayan Məşədi İbad ətrafındakılara “əşi, siz bu gəlini gətirəndə baxmadız ki, bu arvaddı, yoxsa kişi” sualını verir. Məsəli “Keşlə”dən, daha doğrusu, onun başbilənlərindən uzaq olsun. Zaur Axundovun rəhbərlik etdiyi klub indi eynilə Məşədi İbadın vəziyyətinə düşüb. Amma bir az fərqli formada. Qəsəbə təmsilçisi “Neftçi”dəki çıxışı ilə tanıdığımız Emin Mehtiyevi sıralarına qatmaq istəyib. Onu bir ətək pul töküb, Antalyadakı təlim-məşq toplanışına da aparıblar. Təxminən 20 gün ərzində komandanın baş məşqçisi Tərlan Əhmədov əziyyət çəkib, Eminə futbol öyrətməyə çalışıb, onu bütün yoxlama görüşlərində meydana buraxıb. Bu da o demək imiş ki, çalışdırıcı Mehtiyevi əsas heyət üzvü kimi görürmüş, premyer-liqa qarşılaşmalarında da onun köməyinə bel bağlayırmış. Amma Əhmədovun oxu daşa dəyib.
Səbəbini yəqin artıq bilirsiz. Sən demə, mövsümə “Qaradağ Lökbatan”da başlayan Emin ondan sonra Türkiyəyə yollanıb, orda BAL Liqasında mübarizə aparan komandalardan birinin heyətində də oynayıb. Sonra da “Keşlə”yə keçmək həvəsinə düşüb. Gözünə döndüklərim də Məşədi İbadın gəlin gətirənləri sayağı baxmayıblar ki, bu Mehtiyev hardan gəlib, hara gedirmiş, mövsümün əvvəlindən bəri neçə klubun formasını geyib, onun şərəfini qorumağa çalışıb. Məsələnin üstü yalnız PFL işə qarışandan, daha doğrusu, Emin Mehtiyevin adını “Keşlə”nin iştirak ərizəsinə yazmaqdan imtina edəndən sonra açılıb. “Keşlə”nin başbilənləri başa düşüblər ki, səyləri əbəs imiş, çəkdiləri xərc boşa gedib. Mən hələ Tərlan bəyin ümidlərini, Eminlə bağlı qurduğu planları demirəm. Hamısı getdi, adi bir diqqətsizliyin ucbatından.
Futbolçu etiraf edir ki, “Keşlə”yə gələrkən iki klubda forma geydiyini onlardan gizlədib. Uşaqda fərasətə bax e, Zaur Axundov boyda adamı aldatmaq istəyib. Daha doğrusu, onu aldadıb, amma PFL-i aldada bilməyib. Buna görə də PFL-ə yekə bir “əhsən” düşür. Axundovun isə klub rəhbəri, futbol funksioneri kimi “şəxsi işi”nə daha bir “minus” yazıldı. Əcnəbi məşqçiləri əlcək kimi dəyişən, “Keşlə”yə “vaqon-vaqon” yararsız əcnəbi dolduran, ölkə kubokunun qazanılmasında böyük əməyi olan futbolçuları heyətdən pərən-pərən salan Zaur bəy qalmaqalı önləyə bilməyib. Onun nəzarətində olan klub faktiki qeyri-peşəkarlıq edib. Mən onda günah görmürəm. Adam, sadəcə, çatdıra bilmir. Özü də bu yaxınlarda fəxrlə demişdi ki, böyük bir biznesi var, firma rəhbəridi. Ona görə də çox tez-tez xarici səfərlərdə olur. Bununla yanaşı, Futzal Federasiyasının rəhbəridi, AFFA İcraiyyə Komitəsinin də üzvüdü. Hələ azmış kimi, onu “Keşlə”nin Müşahidə Şurasına da sədr qoyublar. Sanki ölkədə adam qıtlığı, kadr kasadlığıdı. Bir nəfərin üstünə bu qədər yük qoymaq, ona belə ağır işlər tapşırmaq olmaz axı. Bütün bu vəzifələrin qarşısında Axundovun yorulması, diqqətsizliyə yol verməsi də qaçılmazdı. Robot deyil ki. Bir əldə neçə qarpızın saxlanalıması barədə isə son aylarda xeyli yazmışıq, təkrarçılıq etməyim.
“Keşlə”nin problemi təkcə Emin Mehtiyevin adı hallanan məsələ ilə yekunlaşsaydı, dərd yarı idi. Qəsəbə təmsilçisi qış fasiləsindən sonrakı ilk oyunda böyük hesabla uduzdu. Özü də doğma meydanında. Mən bu doğma meydan məsələsini boşuna qabartmıram. Söhbət heç də möhtəşəm azarkeş dəstəyindən getmir. Məsələ ondadı ki, keçmiş adı “Şəfa” stadionu olan “ASK Arena”nın süni örtüyü çoxdan sıradan çıxıb. Öz canının qədrini bilən futbolçular, xüsusən də legionerlər o rezinlə betonun qarışığı olan örtükdə qorunmağa çalışır, meydanda can qoymurlar. “Keşlə”nin öz futbolçuları isə nisbətən öyrəncəlidi. Deməli, “ASK Arena”nın süni örtüyü “doğma divarlar”dan, azarkeşlərdən daha çox fayda gətirir. Buna baxmayaraq, “Səbail” “Keşlə”nin qapısından üç cavabsız top keçirməyi bacardı. Özü də o qapıdan ki, onu millimizin də əsas qapıçısı Kamran Ağayev qoruyurdu. Bu da sizə ölkənin “1 nömrə”si. Daha doğrusu, onun toplanışı yarımçıq qoyub, Bakıya qayıtmasının, qazlı içkilərin reklamına çəkilməsinin nəticəsi. Əbəs yerə futbolda işə can yandırmaq, idman rejiminə əməl etmək, peşəkar davranmaq vacib məqam sayılmır ki. “Keşlə”nin bu məqama görə axsadığı isə göz önündədi. Elə həmin axsamaların fəsadları da.
Kamranın “ipə-sapa yatmayan” biri olduğu hamımıza bəllidi. “Keşlə”də isə bir qədər də ərköyünləşib. Məvacibinin elə də yüksək olmaması onun dilini uzun edib. Bir növ “bu qiymətə məni oynadırsız, hələ bir minnətiniz olsun” düşüncəsiylə hərəkət edir. Deyilənə görə, Zaur Axundov da ona yetərincə sərbəstlik verib. O dərəcədə ki, Kamran üçün Tərlan Əhmədovun sözünün də heç bir kəsəri yoxdu. Bunu başa düşmək üçün elə onun Antalyadan erkən dönməsinə, sonuncu yoxlama görüşündə komandasını pis vəziyyətdə qoymasına baxmaq kifayətdi. Heç şübhəm yoxdu ki, Əhmədovun gücü çatsaydı, Kamranı Antalyadan göndərməzdi. Amma “ağa dərəyə sür” deyəndə, ona qarşı çıxmaq da olmur. Belə şəraitdə sükutun uzun müddət davam edəcəyinə inanmaq çox çətindi. “Keşlə” turnir cədvəlinin zirzəmisində yubandıqca, hədəflərindən uzaq düşdükcə, düşərgədə gərginlik artacaq. İndi hərəsi özünə görə padşah olanlar, sinələrinə döyənlər onda məsuliyyəti bir-birinin üzərinə atacaqlar. Məsələn, Zaur Axundov Tərlan Əhmədovu günahlandıracaq, baş məşqçi də futbolçuları. Futbolçuların içindən də Kamran Ağayev çıxıb deyəcək ki, vaxtımı saxlayın, mən reklama çəkilməyə gedirəm...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar