19 mar 15:11Yazar

Cəzasız qalan killerlər və sosial şəbəkədəki azarkeş ordusu

AFFA-nın martın 15-də baş tutan Hesabat Konfransında oyun alğı-satqısı ilə bağlı səslənən fikirlər, ertəsi İntizam Komitəsinin “Şərurspor”la “Rəvan”ı çempionatdan uzaqlaşdırması, 9 futbolçunun mövsümün sonuna kimi yaşıl meydanlara çıxmasına qadağa qoyması hələ uzun müddət müzakirə mövzusu olacaq. Çünki nəticəsi əvvəlcədən razılaşdırlmış oyunlarda ittiham olunanların heç biri özünü günahkar saymır, hər kəlmədə and-aman edirlər ki, söylənilənlər böhtandı, qarayaxmadı, iftiradı. Bir sözlə, onlar xəstəxanaların və yas mərasimlərinin vazkeçilməz siması, İntizam Komitəsinin kağız üzərində rəhbəri olan Tofiq Fətullayevin və silahdaşlarının qəbul etdikləri qərarlarla barışmırlar. İndi bilmirsən bu məsələdə kimə inansan. Tərəzinin bir gözündə 81 yaşlı ağsaqqalın rəhbərlik etdiyi qurum, bir tərəfində isə vaxtının çoxunu məşq meydançasında keçirmək əvəzinə, ibadətə həsr edən, Axundovdan, Mizə Cəlildən, Sabirdən xəbərsiz olub oturduqları məclislərdə hədislərdən sitat gətirən futbolçular var.
Qarapapaqlı kişilərimizin sözlərinə görə, Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma. Bu nə deməkdi? Yəni ki, ağsaqqal olan yerdə heç vaxt ədələtsizlik olmaz, qoluzorlu özündən zəifin haqqını yeməz, qara ağa qalib gələ bilməz. Odu ki, uzaqgörən, yaxşını pisdən ayırd edən kişilərimizin sözlərinə güvənərək düşünürsən ki, Tofiq babanın rəhbərlik etdiyi qurum düzgün addım ataraq, oyunu Çində qumara qoyulan komandanı çempionatdan uzaqlaşdırıb. Ancaq gündə 5 dəfə dəstəmaz alan, namaz qılıb, oruc tutan futbolçulara da inanmaq məcburiyyətindəsən. Ən azı ibadət əhli olduqlarına görə. Bəs bu məsələdə kim haqlı, kim haqsızdı? Bu sual məni o qədər narahat edir ki, nə süfrə arxasına otura bilirəm, nə dost-tanışla danışıram. Beynimdə ancaq bir fikir dolaşır: kimə inanasan? Və çox fikirləşəndən sonra belə qənaətə gəlmişəm ki, bu məsələnin düyünə düşməsinin səbəbkarı Tofiq babanın rəhbərlik etdiyi, futbol ictimaiyyətinin çox çəkindiyi, adı səslənəndə tir-tir əsdiyi İntizam Komitəsidi. Niyə? Tələsməyin, indi izah edəcəm.
Çempionatdan uzqaqlaşdırlan, adı oyun alğı-satqısında ən çox hallanan klub hansıdı? Bilirəm ki, çox düşünmədən hamı birağızdan “Şərurspor”un adını çəkəcək. Bu klub yarandığı ilk gündən ictimaiyyət arasında özü barədə mənfi fikir formalaşdırıb. Ancaq İK komandanı çempionatdan uzaqlaşdırsa da, “ağ-yaşıllar”ın heç bir futbolçusunu cəzalandırmayıb. Hələ üstəlik, həmin oyunçulara azad agent statusu verərək, qalan turlarda istənilən klubla müqavilə bağlamalarına şərait yaradıb. Bu nə deməkdi? Bu nə məntiqdi?
Belə çıxır ki, bütün günahlar yenicə həbsdən çıxan klub prezidenti Sərdar Bağırovda və onun Çində olan qıyıqgöz dostlarındadı. Məhz onlar “Göyəzən”lə oyunda rəqib hücumçuların çox asanlıqla fərqlənməsinə şərait yaradıblar. Məhz Bağırov Kürdəxanıda ola-ola penaltini qapıçının üstünə vurub. Ola bilsin, düşünürsüz ki, futbolçu kimdi, ağa deyir sür dərəyə, o da sürür. Bu üzdən onlara cəza verilməyib. Bəs onda niyə məhkəmə kiminsə ölümünü sifariş verən şəxslə yanaşı, sifarişi yerinə yetirən killerə də cəza verir? Killer də işinə görə pul alır, futbolçu da. Kim zəmanət verə bilər ki, “Şərurspor”da sifariş yerinə yetirən oyunçu sabah azad agent statusu ilə yollanacağı başqa klubda eyni addımı atmayacaq? Bəlkə Elxan Məmmədovun seçki platformasında qeyd etdiyi şəffaflıq budu?
Bir halda ki, söz baş katibin UEFA İcraiyyə Komitəsinə seçilmək üçün hazırladığı seçki platformasından düşdü, bir neçə kəlmə də o barədə fikir bildirmək istəyirəm. Nəhayət, çox xahiş-minnətdən, yalvar-yaxardan sonra Avropanın 28 ölkəsini gəzən, 42 federasiya başqanının stolüstü kitabına çevrilən, çox nəfis şəkildə bəzədilmiş platforma ilə tanış olmaq xoşbəxtliyi bizə də qismət oldu. 28 yaşında AFFA-nın baş katibi postuna gətirilən Elxan bəy böyük seçicilərinə böyük bəh-bəhlə bildirib ki, onun və komandasının gördüyü işlər sayəsində “feysbuk”da 70, “instaqram”da isə 21 mindən çox gənc futbolsevərlə əlaqə yaradılıb. AFFA prezidenti də narazılıq edir ki, bizdə tribunalar boş qalır. Rövnəq bəy, nədən narazısız? Niyə azarkeşləri qınayırsız? Onların stadionlara gəlməməsinin səbəbi baş katib və komandasıdı. Məhz onların sayəsində gənclər futbolu viziual aləmdə izləməyə üstünlük verirlər. Elxan bəy və ətrafındakılar bu illər ərzində sosial şəbəkədəki 91 min izləyicinin heç olmasa, 10 faizini stadiona gətirmək yönündə nəsə əməli iş görsəydi, indi azarkeş qıtlığından söhbət belə gedə bilməzdi. Heç kim deməsin ki, bu mümkünsüzdü. Tribuna sevgisi ürəkdən gəlməlidi. Fikrimcə, Məmmədov istəsəydi, bu çatışmazlığı da aradan qaldıra bilərdi. Necə ki Azərbaycanda 10 min qadını futbola cəlb edib. Bunu özümdən yox, seçki platformasında yazılan rəqəmlərə istinadla deyirəm. Odu ki, necə deyərlər, çobanın könlü olsa, təkədən də pendir tutar.
P.S. Sonuncu rəqəm mənə çox maraqlı gəldi. Azərbaycanda Respublika tabeliyində 11 şəhər, 66 rayon var. Sadə hesablamadan sonra belə aydın olur ki, hər şəhər və rayonda ortalama 129 qadın və qız futbolla məşğul olur. Sonra da deyirik ki, biz Avropadan çox geri qalırıq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar