06 fev 15:29Yazar

Derbi belə olar

Xeyli vaxt idi “Qarabağ” – “Neftçi” qarşılaşması haqda yazır, statistik göstəricilərə göz gəzdirir, tarixi faktlara nəzər salır, sabiqlərə tribuna verir, bir sözlə, azarkeşlərdə maraq oyadıb oyunun gözləniləndən daha gərgin keçməsi üçün əlimizdən gələni etməyə çalışırdıq. Hələ yanvarda – komandalar Antalyadakı təlim-məşq toplanışını davam etdirəndə həmkarım Farizlə başlamışdıq bu işə. Bəzən bezir, ölkə futboluna marağın ölməsini göz önünə gətirib zəhmətimizin hədər gedəcəyini güman edirdik. “Kimin üçün yazırıq, onsuz da futbolsevərlər stadiona gəlməkdə maraqlı deyil” fikri ilə fevralın 3-nə gəlib çıxdıq.
Əla, möhtəşəm, ideal! Meydanda top dalınca qaçan futbolçulara, qazonu ideal vəziyyətdə saxlamaq üçün əziyyət çəkən işçilərə, tribunalardakı dəstəklə xoş mənzərə yaradan azarkeşlərə, bu soyuqda oyunu işıqlandırmaq üçün mərkəzi arenanın yolunu tutan həmkarlarıma, günəbaxan tumunun qabıqlarını təmizləmək üçün min zəhmətə qatlaşan xadimələrə, klub rəsmilərinə - bir sözlə, hər kəsə TƏŞƏKKÜR!
“Böyük oyun” tarixin yaddaşına qovuşandan, “Neftçi” əzəmətini itirəndən sonra çoxdan belə gərginlik və ajiotaj hiss olunmur. Çempionatda iştirakçı sayının azalmasından tutmuş bir neçə iddialının süqutu faktına qədər hər şey intriqanı səngitmişdi. “Qarabağ”ın hegemonluğu və ardıcıl 5 il çempionluğu bayram etməsi də bir növ premyer-liqaya marağı azaltmışdı. Şükürlər olsun ki, fevralın 3-də həm azarkeşlər, həm də komanda üzvləri bizi müəyyən qədər də olsa, yenidən keçmişə qaytardı. 5-10 il əvvəlki ab-havanı xatırlatdı. Əsl derbi idi.
“1-lər”in qoşalaşdığı oyunun tamamında “Neftçi” 3 xallıq fərqi qoruyub saxlamağı bacardı. Halbuki bir neçə fakt ağdamlıların qələbə qazanacağından xəbər verirdi. Bu isə o deməkdi ki, çempionatın qalan oyunları daha maraqlı, daha gərgin alınacaq. Necə deyərlər, əsl mübarizə hələ qabaqdadı. Bu mübarizəni gözəlləşdirən isə siz azarkeşlər olmalısız. Bir tərəfdə 5 ildi “qızıl”a həsrət qalan “Neftçi”, digər yanda illərdi bütün rəqiblərinə meydan oxuyan “Qarabağ”. Sonuncu dəfə 2012/13 mövsümündə gördüyümüz gərginliyə yenidən şahidlik etməkdəyik. Stadionları doldurmalı, güclü olduğunuzu rəqiblərə göstərməlisiz.
Komandalar arasında 4-cü, yəni cari mövsümün sonuncu dueli son tura təsadüf edəcək. O vaxta kimi çox şey dəyişə bilər. Amma hadisələrin axarı çempionluğun məhz sonuncu turda həll olunacağını deyir. Miçellə Reynaldo zədəsini sağaldacaq, Canluka Sansone meydana çıxacaq, Vangelis Platellasla Mamadu Mboc ideal forma yığmaq imkanı qazanacaq. Qısası, sonuncu duel indikindən də maraqlı olacaq. Zərrə qədər də şübhə etməyə dəyməz. Belə olması üçün isə hər oyunda tribunaları doldurmaq, komandanızın qələbəsində pay sahibi olmaq lazım gəlir.
Üzüldüyüm tək şey oldu. “Neftçi” yoldaşlıq görüşündə xoşuma gəlmədi, amma məncə, heç-heçə qeydə alınacaq” deyən Adil Nadirovun oyuna baxa bilməməsi, nəticədən xəbər tutmaması. Tale futbolu dərindən bildiyini dəqiq proqnozla isbatlayan “Qarabağ”ın sabiq prezidentinə bu oyuna baxmaq imkanı yaratmadı. Kaş görəydi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar