06 fev 14:46Yazar

1:1 bitən oyunun qalibi

“Qarabağ”ın “Sabah”la oyunu yadınızdadı? Bu görüşü başqalarından fərqləndirən xüsusi hansısa səbəb yox idi. Amma qəfil AFFA-nın baş katibi Elxan Məmmədov Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda peyda olmuşdu. Özü də “sky-box”da yox, birbaşa qaçış cığırında. Qurban Qurbanovun yanında dayanmışdı. Nə barədəsə danışdılar. Sonra da baş katib heç kimə heç nə demədən getdi. Geniş kütlə üçün indiyə qədər baş katibin ora niyə getdiyi, Qurbanovla nə danışdığı, nə üçün qaçış cığırına qədər endiyi qaranlıqdı. Bəlkə bundan sonra heç açıqlanmayacaq da. Bazar günü yenə eyni məkanda “Qarabağ”ın oyunu var idi. AFFA rəhbərliyindən kimsəni stadionun həndəvərində görə bilmədik. Özünə lazım olanda qaçış cığırına qədər düşən, Qurban Qurbanovla çiyin-çiyinə dayanan Elxan Məmmədov bu dəfə görünmədi. Bu dəfə də gələydi, Roberto Bordinlə görüşəydi, onun qayğıları ilə maraqlana, italyana uğurlar arzulayaydı. Axı son günlər italyanca çox sözlər eşidir. Bəli, illər öncə “böyük oyun”a göstərilən soyuq münasibət bu dəfə də “Qarabağ”la “Neftçi” arasındakı derbi qarşılaşmasına göstərildi. AFFA-nın boz binasında, isti kabinetlərdəki rahat kreslolarda oturanlar üçün Azərbaycan çempionatında başverənlər maraqlı deyil. Onlar üçün vacib olan öz şəxsi maraqlarıdı. Necə ki, birvaxtlar “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov AFFA rəhbərliyini bölgələrdəki stadionlara dəvət edəndə cavabı ağır cərimələr olmuşdu. Yenə də eyni vəziyyətdi.
Onlar kimi biz də öz prinsiplərimizə sadiqik. Hava xeyli soyuq olsa da, bu qarşılaşmanı maraqla gözləyirdik. İçi mən qarışıq özümüzə görüşü canlı izləməyə, bütün maneələri aşaraq tribunadakı yerimizi almağa məsul hiss edirdik. Rəsmi rəqəmlərə görə 6000 azarkeşin stadionda izlədiyi matçı illər öncənin “böyük oyun”u, “Turan”la “Kəpəz”in “Qərb derbisi” ilə müqayisə etməyə dəyməz. Amma buna da şükür. İndi nə “Xəzər Lənkəran” var, nə də “Turan”la “Kəpəz”. İmişli komandası can verir, paytaxtın güclülərindən “Bakı” tarixin yaddaşına köçüb, “İnter”in isə adını silib, iddialarını da yerlə bir ediblər. Bütün bunların fonunda tribunaya 6000 azarkeşin gəlməsini, liderlərin qarşılaşmasının çəkişməli və gərgin keçməsini bayram etməyə borcluyuq. Atalar demişkən, varını verən utanmaz. Utanmalı olan bu boyda ölkənin çempionatını “Bakının açıq birinciliyi”nə çevirənlər, bölgə futbolunu məhv edənlərdi.
Heç kim inkar edə bilməz ki, “Qarabağ” – “Neftçi” qarşılaşmasına marağın artmasında, tribunaların canlanmasında idman mətbuatının, konkret “Futbol+”in əvəzsiz rolu oldu. Həftələr öncədən günsayımına başladıq, rəqiblərin qarşılaşmalarının tarixini incələdik, statistik məlumatları oxucularımızla bölüşdük, komandaların indiki durumuna həm öz gözümüzlə, həm də mütəxəssislərin gözüylə baxmağa çalışdıq. Bütün bu ajiotaj bəzi anlarda “süni nəfəs” rolunu oynasa da, başqa yol yox idi. Metronun “Gənclik” stansiyasının ətrafı “mitinq meydanı”na bənzəyirdisə, hakimin start fitindən hələ bir saat öncədən həmin meydanda azarkeşlərin atışması başlamışdısa, polis sirena çalıb, bibər qazı sıxmağa məcbur olmuşdusa... derbi baş tutmuş sayılır. Bu sözlərim yanlış yerə yozulmasın. Dava-dalaş tərəfdarı deyiləm, tribunalardan fişənglərin yandırılıb, bir qəpiklik söyüşlərin söyülməsini, polisin azarkeşləri dəyənəklə döyüb, bölməyə aparmasını istəmirəm. Amma Azərbaycan çempionatındakı ölü sükutun pozulmasını, həm meydanlara, həm də tribunalara rəqabətin gəlməsini istəyirəm. Futbolun inkişafını şərtləndirən əsas amillərdən biri də məhz budu. Tribunaların heç olmasa, yarısı dolmalıdı. Dolmalıdı ki, futbolçular onları dəstəkləyənlərin, onlardan hesabat tələb edənlərin olduğunu hiss etsinlər. Məşqçilər, klub rəhbərliyi hər addımlarını ölçüb-biçsinlər, təkcə sponsorların yox, azarkeşlərin də qarşısında məsuliyyət daşıdıqlarının fərqində olsunlar. Başqa cür mümkün deyil. Azarkeşin kürəyinin ortasına dəyənək vurduranlar, onlara xuliqan-bandit damğası vuranlar, “böyük oyunlar”ı qonaq komandanın tərəfdarlarının üzünə bağlı edənlər bizim futbolumuzun bu günə düşməsinin əsas səbəbkarları, günahkarlarıdı.
Düzdü, 90 dəqiqəlik mübarizə heç də gözlədiyimiz səviyyədə keçmədi. Biz daha maraqlı mübarizənin, açıq oyunun həsrətindəydik. Xüsusən də ilk yarıda vurulan qarşılıqlı qollardan sonra ikinci 45 dəqiqənin nəfəskəsən mübarizəylə, aramsız hücumların müşayiətiylə keçəcəyini gözləyirik. Amma olmadı. Həm meydan sahibləri, həm də qonaq komanda qazanacaqları bir xalı qənimət bildi, “əsas odu ki, uduzmayaq” prinsipinə sadiq qaldılar. Meydana beş müdafiəçiylə çıxan Bordinin niyyəti bəlli idi. Rəqibini 3 xal qabaqlayan “Neftçi” xal fərqini qorumağı, mövsüm ərzində 3-cü dəfə “Qarabağ”a uduzmamaqla psixoloji üstünlüyünü möhkəmlətməyi hədəfləmişdi. Kintananın erkən qolu belə italyan mütəxəssisin planlarını pozmadı. Sanki Bordin “Qarabağ”ın səhv edəcəyinə, qol fürsəti qazanacaqlarına əmin idi. “Neftçi” əlinə düşən fürsətdən maksimum yararlana bildi. Təsadüfi deyil ki, bakılılar 90 dəqiqə ərzində cəmi bir dəfə künc zərbəsi vurmaq hüququ qazandı, ondan da maksimum yararlandı. Bu işdə onlara layiq olmadığı yerdə olan Şahruddin Məhəmmədəliyev də yardım etdi. “Qarabağ” isə 4 dəfə künc zərbəsindən topu havaya qaldırdı. Bu zərbələrin dördü də havaya sovruldu.
Nə vaxtsa tərəflərdən biri itirdiyi bu 2 xalın təəssüfünü çəkə, risk etmədiyinə görə peşman ola bilər. Rəvan Həmzəzadənin sonuncu fiti meydanda qalibi müəyyənləşdirməsə də, derbinin qalibi var idi. Həmin qalib qısa anlaşılmazlıqdan sonra tribunaya dönən “Forza Neftçi” oldu. Halal olsun, uşaqlar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar